Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllədə göstərilən hallar istisna olmaqla müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

Qeyd olunanlara əsasən tərəflər icarə haqqının məbləği barədə aralarında razılığa gələrək onu müqavilədə əks etdirmək hüququna malikdirlər.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Əsas: Mülki Məcəllənin 390-cı maddəsi, 33-cü və 34-cü fəsilləri, Vergi Məcəlləsinin 14.3.5-ci və 124.4-cü maddələri.

Общая цена: 5/51
Оцените:

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri isə əmlak vergisinin vergitutma obyektidir.

Bildiririk ki, sorğunuzda qeyd edilən mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız faəliyyət göstərdikləri ay üçün qanunvericilikdə nəzərdə tutulmuş dərəcələrlə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Sorğunuzda qeyd olunan şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 20 faizi məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir. 2020-ci il yanvar ayının 1-dən isə bütün respublika ərazisində minimum aylıq əmək haqqının 25 faizi məbləğində sosial sığorta haqqı ödəməlidir.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Общая цена: 5/53
Оцените:

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur. Əlavə olaraq bildiririk ki, VÖEN-nin mövcud olub-olmaması barədə “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Общая цена: 5/51
Оцените:

İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın o cümlədən elektron vergi hesab-fakturanı təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Общая цена: 3/52
Оцените:

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Eyni zamanda bildiririk ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada ödənilməlidir.

Banklar tərəfindən kredit riskinin idarə olunması isə ölkədə qüvvədə olan müvafiq sahə qanunvericiliyi və bankın daxili nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizlə bağlı aidiyyəti üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya Mərkəzi Banka müraciət etməyiniz məqsədəuyğundur.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş  “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu, “Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli 590-IIQ saylı Qanunu.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Vergilər Nazirliyi tərəfindən könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı müraciətlərin qəbulu haqda elan verildiyi zaman elanda göstərilən tarixədək müraciət edilə bilər.

Sonuncu elana əsasən könüllü kimi faəliyyət göstərmək üçün müraciətlər 16.10.2019-cu il tarixinədək Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul edilmişdir.

Könüllü fəaliyyəti barədə ətraflı məlumatı səhifəmizin “Könüllü fəaliyyəti” bölməsindən əldə edə bilərsiniz.

Общая цена: 5/51
Оцените:

Beynəlxalq yük daşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Xarici dövlətlərdə malların, işlərin, xidmətləri alışını təsdiq edən sənədlər qismində tərəflər arasında bağlanmış alğı-satqı müqavilələri, qaimələr, təhvil-təslim aktları, bank çıxarışları və digər ilkin-uçot sənədləri çıxış edir.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 149-cu maddələri.

Общая цена: 5/51
Оцените:

Üzləşdiyiniz texniki problemlərlə bağlı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 65.8-ci maddəsinə əsasən vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun olaraq sərəncamda göstərilən məbləğ həcmində vergi ödəyicisinin vəsaitinin hesabda dondurulmasını təmin etməlidir.

Digər hallarda vergi orqanının sərəncamının icrasını dayandırmaq qanunvericilikdə nəzərdə tutulmamışdır, həmçinin vergi orqanının qeyd edilən sərəncamları üzrə Mülki Məcəllə ilə müəyyən edilmiş növbəliliyə əməl edilməzsə, növbəliliyin pozulması ilə aparılan əməliyyatların məbləğlərinin və yaxud pul vəsaitinin dondurulması haqqında vergi orqanının sərəncamlarında göstərilən məbləğin 50 faizi miqdarında banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyası tətbiq edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 60.1.2-ci və 65-ci maddələri, Mülki Məcəllənin  965-ci maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, digər gəlirlər dedikdə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər nəzərdə tutulur və əməliyyatın xarakterindən asılı olaraq vergiyə cəlb olunma Vergi Məcəlləsinin 101.2-ci və 101.3-cü maddələri ilə müəyyən olunmuş dərəcələrlə həyata keçirilir.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda bildiririk ki, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alqı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci və 106-cı maddələri.

Общая цена: 3/52
Оцените:

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən, şəxslər Vergi Məcəlləsinin 156.1-1-ci maddəsi ilə müəyyən edilən tələblərə cavab verdiyi halda könüllü qaydada ƏDV-nin məqsədləri üçün qeydiyyata alına bilər. Eyni zamanda həmin şəxslər tərəfindən hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizənin uçotda olduqları vergi orqanına təqdim edildiyini nəzərə alaraq təqvim ilin ərzində dövlət qeydiyyatına alınan belə şəxslərin ƏDV məqsədləri üçün ərizə təqdim etmək hüququları yaranmır.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir olduğundan əmək haqqı və mükafat muzdlu işlə əlaqədar alınan aylıq gəlirə daxil edilir və cəmindən ödəmə mənbəyində vergi tutulur.

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” istifadəyə verilmişdir. Kalkulyatordan istifadə etməklə  siz əmək haqqı məbləğini daxil etməklə gəlir vergisi və digər tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda bildiririk ki, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəlikləri öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci və 160-cı maddələri.

Общая цена: 3/53
Оцените:

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyekti sayılır və vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür.

Bu səbəbdən də müəssisələr balansında olan, o cümlədən girov qoyulan əmlakın mülkiyyətə qəbul olunan əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi hesablamalı, bəyan etməklə dövlət büdcəsinə ödəməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 197.1.3-cü, 198.2-ci, 201-ci və 202-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Məhdud məsuliyyətli cəmiyyət bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilə bilər.

Общая цена: 5/52
Оцените: