Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Fərhad Səttarov Qəhrəman ba***@gmail.com ID: 725
Уважаемые Коллеги, В холдинговой компании учредителями являются 2 родных брата, номинальный уставной капитал компании составляет 200 ман. В настоящее время один брат собирается подарить 50% своего пая в холдинговой компании другому брату. Одновременно хочу сообщить, что холдинговая компания является учредителем некоторых действующих компаний на территории Азербайджана, данные компании владеют некоторыми активами, в том числе недвижимым имуществом. В связи с вышеуказанным просим прояснить вопрос о возникновении каких либо налоговых обязательств в результате дарения 50% паев.
27/02/2020 Прочитано: 170 Средняя стоимость: 4

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən, hədiyyə vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır. Buna əsasən, hüquqi şəxsin nizamnamə kapitalında müəyyən paya malik olan təsisçi fiziki şəxsin iştirak payını öz ailə üzvünə bağışlaması zamanı iştirak payının tam dəyəri hədiyyəni alan şəxsə münasibətdə gəlir vergisindən azaddır.

Eyni zamanda, təsisçi fiziki şəxs tərəfindən hüquqi şəxsdəki iştirak payı ailə üzvünə bağışlanarkən bağışlama müqaviləsinin bağlandığı tarixə aktivlərin bazar qiyməti ilə iştirak payının nizamnamə kapitalındakı nominal dəyəri arasındakı fərq təsisçi fiziki şəxsin vergi tutulan gəlirlərinə aid edilərək Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.7-ci, 96.5-ci, 101.2-ci, 102.1.3.2-ci, 142.1-ci və 143-cü maddələri.

4/5 (5 Средняя стоимость)
Оцените:
Şəfa Rüstəmova xl***@mail.ru ID: 769
Salam. Mən öyrənmək istəyirdim ki, işçiyə ailə vəziyyəti və ya hər hansı sosial problemləri ilə əlaqədar olaraq işəgötürən tərəfindən (dövlət büdcəsindən yox) verilən maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir yoxsa yox? Yəni həmin maddi yardımdan da 3% tutulmalıdırmı?
27/02/2020 Прочитано: 153 Средняя стоимость: 5

Bildiririk ki, işəgötürən tərəfindən işçiyə verilən maddi yardım işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilməklə ümumi qaydada məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində maddi yardım sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi müəyyən edilməmişdir.

5/5 (4 Средняя стоимость)
Оцените:
Çıraqzadə Müsəddiq İmamverdi mu***@mail.ru ID: 768
Müəssisə, VÖEN-i olmayan fiziki şəxsdən, müqavilə əsasında obyekti icarəyə götürür. Müqavilədə obyektin icarə haqqından tutulacaq 14% ödəmə mənbəyində tutulan verginin hesablanıb ödənilməsini müəssisə öz üzərinə götürür. Bu halda mənfəət vergisinin mükəlləfiyyətcisi olan müəssisə icarə haqqından tutulacaq 14% vergini öz xərclərinə daxil edə bilərmi?
27/02/2020 Прочитано: 187 Средняя стоимость: 4

Bildiririk ki, əmlak icarəsindən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu haqda vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

Eyni zamanda, vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir.

Bu baxımdan sorğunuzda qeyd edilən halda fiziki şəxsin əvəzinə verginin müəssisə tərəfindən ödənilməsi mövcud qanunvericiliyə uyğun deyildir və müəssisə tərəfindən vergi öhdəliyi yaranmadığı üçün ödənilən məbləğin gəlirdən çıxılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 78-ci, 99.3.3-cü, 108-ci, 109-cu və 124-cü maddələri.

4/5 (7 Средняя стоимость)
Оцените:
mahir letifov qudret ma***@mail.ru ID: 936
Salam. Hal-hazırda ödədiyim VÖEN-in dövlət rüsumu nə qədərdir?
27/02/2020 Прочитано: 35 Средняя стоимость: 0

Fiziki şəxs vergi uçotuna alınarkən, fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi həcmində ödənilir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Xalid Məmmədov xa***@mail.ru ID: 705
Salam, mən vöenimlə əlaqədar müraciət edirəm. Mənim vergi borcum var, necə ödəyəcəyimi bilmirəm exspreespay-dən ödəmək istəyirəm vöen kodum 1804148482 .
27/02/2020 Прочитано: 90 Средняя стоимость: 4

Vergiləri onlayn üsulla və ya nağd qaydada ExpressPay terminalları vasitəsilə ödənilməsi haqda ətraflı məlumatla saytımızın Faydalı bölməsinin "Vergiləri necə ödəyək?" altbölməsində tanış ola bilərsiniz.

4/5 (4 Средняя стоимость)
Оцените:
Həmidov Ənvər Abdullayeviç aa***@linka.az ID: 785
MMC xidmət sahəsində, mikrosahibkarlıq mənfəət vergisi ödəyicisi kimi mükəlləfiyyəti olaraq fəaliyyət göstəririk. Dövriyyəmiz 200 min manatadəkdir, işçi sayı 3 nəfərdir. 2019-cu ildə təsisçimizə hesablanan dividenddən 10% ödəmə mənbəyindən vergi tutub, bəyan edib, dividend vergisini ödəmişik. Qüvvədə olan Vergi Məcəlləsini diqqətlə öyrəndikdən sonra məlum oldu ki, VM-nin 102.1.22-1 maddəsinə əsasən MMC-nin təsisçisi (fiziki şəxs) olanlar dividend vergisindən azaddırlar. Yəni, biz səHv olaraq, dividend vergisini təsisçidən tutub, bəyan edib, ödəmişik. Dəqiqləşdirilmiş “Ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi” vermək istəyirəm. Münasibət bildirmənizi Sizdən xahiş edirəm.
27/02/2020 Прочитано: 204 Средняя стоимость: 4

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Eyni zamanda, bildiririk ki, vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı halda, vergi ödəyicisi səyyar vergi yoxlamasının başlandığı günədək həmin hesabat dövrləri üçün dəqiqləşdirilmiş hesabat təqdim etmək hüququna malikdir.

Əsas: Vergi Məcəlləsinin 72.5-ci, 85.5-ci və 102.1.22-1-ci maddələri.

4/5 (7 Средняя стоимость)
Оцените:
Elvin BUNYAD el***@gmail.com ID: 788
Salam! Ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışı fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi korporativ müştərilərinə mal satır və müştərilər ödənişi nağdsız qaydada sonradan onlara e-qaimə təqdim etdikdən sonra həyata keçirirlər. Bu kimi alışlarda kassa çekinin verilməsi doğrudurmu? Və yaxud kassa çekinin təqdim olunması bir əməliyyatın iki dəfə vergiyə cəlb olunması kimi bir vəziyyət yaratmırmı?
27/02/2020 Прочитано: 127 Средняя стоимость: 5

Bildiririk ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir.

Elektron qaimə-faktura təqdim edildiyi halda NKA çekinin təqdim olunması tələb olunmur. Elektron qaimə-faktura təqdim edilmiş mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Eyni zamanda, “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 71-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əlizadə Yunis İbrahim oğlu ya***@watermanllc.com ID: 704
Sizdən xahiş edirik ki 2020 cı il 01 Yanvar tarixindən etibarən İşsizlikdən sığorta haqqı və məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin təsnifat kodunu bizə yazasınız.
27/02/2020 Прочитано: 91 Средняя стоимость: 4

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi"

4/5 (4 Средняя стоимость)
Оцените:
Bodurov Elxan Səədullah El***@gmail.com ID: 787
Vergi Məcəlləsinin 102.2.5. maddəsinin şərtlərinə görə, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Bu vergi güzəşti 1941-45-ci illərdə Böyük vətən müharibəsində iştirak edən vətəndaşların övladlarına aiddirmi, döyüşçü dedikdə zabit heyəti, yoxsa Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hər biri nəzərə alınırmı?
27/02/2020 Прочитано: 87 Средняя стоимость: 3

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.
Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
 

3/5 (5 Средняя стоимость)
Оцените:
Füzuli Yusifov fi***@gmail.com ID: 693
Salam. Bildirmək istəyirəm ki, şirkətin 2 təsisçisi var və təsisçilərindən biri öz payını digər şəxsə satmaq istəyir. Bu zaman hansı vergi öhdəliyi yaranacaq və hesablama necə aparılacaq?
27/02/2020 Прочитано: 203 Средняя стоимость: 5

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payı və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda, Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1- ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci, 104.6-cı, 105.1-ci maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Sakit Adilov Adil oğu sa***@mail.ru ID: 743
Salam. ƏDV ödəyicisi olan şirkət kənd təsərrüfatı məhsulu olan pomidor istehsal edir. İstehsal edilərək satılan pomidorun ƏDV-dən azad olduğu məlumdur. Həmin pomidorun bir hissəsi konservləşdirilərək satılır və ƏDV-yə cəlb olunur. Bilavasitə pomidor istehsalı ilə bağlı ƏDV-li materillar və xidmətlər alışı zamanı həmin ƏDV-ni onların dəyərinə əlavə etmək məvburiyyətindəyikmi? Yoxsa pomidordan hazırlanan konserv ƏDV-yə cəlb olunduğu üçün həmin ƏDV əvəlzəşdirilə bilən kimi nəzərə alına bilər?
27/02/2020 Прочитано: 154 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 143-cü, 164 və 175.4-cü maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Mikayıl Mirzəzadə İlqar mz***@gmail.com ID: 786
Rəhbəri olduğum "EGE GROUP" MMC-nin (1306318641) və Fiziki şəxs olaraq (1304405242) vergi borcu öhdəliyi və DSMF ödənişi üzrə borc öhdəliyimiz mövcuddur. Yeni təsdiqlənən büdcə təsnifat kodlarını bilmədiyimiz üçün hansı koda ödəməli olduğumuzu bilmirik, zəhmət olmasa bizi məlumatlandırardınız. Hüquqi və fiziki şəxsdə ödəmə mənbəyindən tutulan verginin büdcə təsnifat kodu, Fiziki şəxsdə sadələşdirilmiş vergi ödəyicisi kodu, Hüquqi şəxsdə DSMF borcu təsnifat kodu, Fiziki şəxsdə DSMF borcu üzrə təsnifat kodu.
27/02/2020 Прочитано: 98 Средняя стоимость: 5

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi"

5/5 (3 Средняя стоимость)
Оцените:
Məlikov Zamin m.***@gmail.com ID: 716
Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. MMC-də Fiziki şəxsə məxsus olan iştirak payını satan zaman qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edir. Bu zaman vergi ödəyicisi kimi uçota durmaq öhdəliyi yaranır. Əldə edilən gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunduğunu nəzərə alaraq uçota durduğu zaman kod nə seçilməlidir?
27/02/2020 Прочитано: 71 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan şəxs “64992 DİGƏR QRUPLARA DAXİL EDİLMƏYƏN SAİR MALİYYƏ VASİTƏÇİLİYİ” fəaliyyət növünü seçərək vergi uçotuna alına bilər.

5/5 (1 Средняя стоимость)
Оцените:
Sənan al***@mail.ru ID: 777
Salam. Sizə bir sualım var. Ailəmiz 4 nəfərdən ibarətdir. Ailəmizin aylıq gəliri 600 manat təşkil edir. Atam 200 manat pensiya alır. Mən də 400 manat əmək haqqı alıram. Başqa heç bir yerdən gəlirimiz yoxdur. Atamın şəxsi obyekti var, ancaq işləmir. Bilmək istərdim ki, biz ünvanlı sosial yardımdan yararlana bilərikmi?
25/02/2020 Прочитано: 130 Средняя стоимость: 5

Sorğunuzda qeyd olunanlar Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilməmişdir. Qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək, ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmənin aparılmasını təmin etmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edildiyi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”.

5/5 (2 Средняя стоимость)
Оцените:
Dinara İbrahimova Valeriy qızı ac***@orionlift.az ID: 765
Aşağıda qeyd olunan ƏDV vergisi ilə bağlı suallarımızı mümkün olan ən qısa zamanda cavablandırmağınızı xahiş edirik. Əvvəlcədən təşəkkür edirik. Azərbaycan Respublikasının rezidenti olan “A” müəssisəsi ƏDV ödəyicisidir. “A” müəssisəsi və “B” müəssisəsi avadanlıqların (liftlərin) “FOB SHANGHAI” portundan “Bakı Baş Gömrük İdərəsi” məntəqəsinə qədər çatdırılmasına, liftlərin Azərbaycan Respublikası ərazisində quraşdırılmasına dair müqavilə imzalıyır. Əlavə olaraq məlumat vermək istəyirəm ki, “B” müəssəsi avadanlığı (liftləri) “X” (qeyri-rezident) “FOB SHANGHAI” şərti ilə özü alır. Liftlər BBGİ-yə çatdırıldıqda “B” müəssisəsi ƏDV-ni CIP BAKI (FOB SHANGHAI qiyməti + beynəlxalq daşınma invoysunun dəyəri) məbləği əsasında ödəyir. “A” müəssisəsi isə “C” müəssisəsi ilə beynəlxalq daşınma xidmətinə dair müqavilə imzalayır. 165.1.4. Maddəsinə əsasən beynəlxalq və tranzit yük daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. “C” müəssisəsi “A” müəssisənə qaiməni 0 faiz ilə təqdim edir. Qeyd etmək istəyirəm ki, əgər qaimə "A" müəssisəsi tərəfindən 18 faiz dərəcəsi ilə təqdim olunarsa, “B” müəssisəsi beynəlxalq yük daşınması xidmətinə görə 18 faiz dərəcəsini 2 dəfə olmaqla birinci dəfə gömrükdə və ikinci dəfə “A” müəssisənin hesabına ödəyəndə edəcək və liftlərin quraşdırılmasına dair xidmət 18 faiz dərəcə ilə təqdim olunacaq. Sualımız bundan ibarətdir ki, “A” müəssisəsi “B” müəssisəsi üçün həmin beynəlxalq yük daşınması xidmətinə görə xidməti 0 faiz yoxsa 18 faiz dərəcəsi ilə təqdim etməlidir?
25/02/2020 Прочитано: 226 Средняя стоимость: 4

Sorğunuzda qeyd edilənlərə əsasən tərəfinizdən ekspeditor xidmətinin, yəni üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasının öz adından, lakin yük göndərənin hesabına təşkil edilməsinin həyata keçirildiyi qənaətinə gələrək bildiririk ki, vasitəçilik xarakteri daşıyan bu əməliyyatlara Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinin müddəaları şamil olunmur və həmin xidmətlərə ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV tətbiq olunmalıdır.

Əsas: Mülki Məcəllənin 852-ci maddəsi, Vergi Məcəlləsinin 159-cu və 173-cü maddələri.

4/5 (4 Средняя стоимость)
Оцените:
Gülbəniz Hüseynova ziyad qızı gy***@mail.ru ID: 674
Salam. Xahiş edirəm, 2020-ci il DSMF və İşsizlikdən Sığorta ödənişləri üçün yeni rekvizitləri və təsnifat kodunu göndərəsiniz. Öncədən təşəkkürlərimi bildirirəm.
25/02/2020 Прочитано: 122 Средняя стоимость: 5

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi"

5/5 (1 Средняя стоимость)
Оцените:
Dadaşova Firuzə Rövşən qızı da***@mail.ru ID: 687
Salam. Vergi Məcəlləsinin 102.2.5. (həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; ) maddəsinə əsasən muzdlu işdən əldə edilən gəlirə vergi güzəştinin tətbiq edilməsi üçün döyüşlərin siyahısını necə əldə etmək olar?
25/02/2020 Прочитано: 63 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

4/5 (4 Средняя стоимость)
Оцените:
Arif Məmmədov Fərrux oğlu ar***@simbrella.com ID: 762
Salam, A muessisesi B muessisesine muhafize xidmeti gosterir.Gosterilen xidmet ucun her ay E-qaime cari ay ucun novbeti ayin 5- e qeder A muessise terefinden B muessisesine teqdim edilir.Dekabr ayinda gosterilmis xidmet ucun E-qaime novbeti ilin yanvar ayinda teqdim edilir.Sual - hesablama metoduna esasen menfeetden vergi hesablanarken dekabr ayinda gosterilmis xidmetin deyeri(gelir olaraq) hansi dovre aid edilir, dekabr ayina yani xidmetin faktiki gosterildiyi ile, yoxsa E- qaimenin teqdim edildiyi yanvar ayina yani novbeti ile?
25/02/2020 Прочитано: 138 Средняя стоимость: 4

Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Eyni zamanda, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

Müraciətinizdə göstərilən xidmətlər dekabr ayında təqdim olunduğu üçün bu vaxt vergi ödəyicisi tərəfindən gəlir almaq hüququnun əldə edildiyi vaxt hesab olunur və bu, həmin ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

Məlumat üçün bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-1.1-ci, 134-cü, 135-ci maddələri.

4/5 (6 Средняя стоимость)
Оцените:
Əliəkbər Teymurov Saleh oğlu ot***@mail.ru ID: 753
Salam. Hüquqi şəxs öz işçisinin yaşaması üçün mənzil və ya həyət evini müqavilə əsasında kirayə edir. Birinci halda hüquqi şəxs sahibkarlıqla məşğul olmayan fiziki şəxsin (VÖEN-ni olmayan) mənzilini kirayə edir. İkinci halda hüquqi şəxs sahibkarlıqla məşğul olan fiziki şəxsin (VÖEN-i olan) sahibkarlıqla əlaqəsi olmayan şəxsi mənzilini kirayə edir. Bu hallarda 1.Sənədləşmə necə aparılmalıdır? 2. Hüquqi və fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? 3. Sahibkarlıqla məşğul olan, sadələşdirilmış vergi ödəyicisi fiziki şəxs (VÖEN-i olan) sahibkarlıqla əlaqəsi olmayan şəxsi mənzilini hüquqi şəxsə kirayəyə verirsə, sahibkar tərəfindən elektron qaimə verilməlidir ya yox? Xahiş edirəm ətraflı cavab verəsiniz.
25/02/2020 Прочитано: 135 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan hər iki halda fiziki şəxslərə icarə haqqını ödəyən vergi ödəyicisi (hüquqi şəxs) olduğu üçün icarəyə götürən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı və hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etəlidir.

Eyni zamanda, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Sorğunuzda qeyd olunan fiziki şəxs vergi uçotunda olduğundan, onun tərəfindən müvafiq icarə xidmətləri göstərildiyindən, həmin şəxs tərəfindən icarəyə götürən hüquqi şəxsə elektron qaimə-faktura verilməlidir. Həmin gəlirlərdən hüquqi şəxs tərəfindən ödəmə mənbəyində vergi tutulduğu üçün bir daha vergi hesablanmır.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin tələbinə əsasən, sorğunuzda qeyd olunan xərclərin müəssisənin gəlirindən çıxılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 71-ci, 99.3.3-cü, 109.3-cü, 124-cü maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Allahverdiyeva Mahirə İlham al***@mail.ru ID: 776
Müəssisənin qeyri rezidentə 200,000 (iki yüz min) avro borcu var. Həmin müəssisənin mənfəət bəyannaməsinə görə son 5 il ərzində 500,000 (beş yüz min) azn zərərlə işləyib. Qeyri rezident həmin borcun bir hissəsini (100,000 avro) müəssisəyə bağışlayıb. Bu zaman müəssisənin (rezidentin) hansı vergi öhdəliyi yaranır?
25/02/2020 Прочитано: 142 Средняя стоимость: 5

Bildiririk ki, rezident hüquqi şəxsə bağışlanmış borc pul vəsaitləri onun gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək ümumi qaydada mənfəət vergisinə cəlb olunmalıdır.

Eyni zamanda, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci,104-cü, 105-ci və 121.1-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените: