Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Baba Babayev Mahmud ba***@gmail.com ID: 799
Vergi Məcəlləsində maddə 102. Gəlir vergisindən azad olmalar və güzəştlər 102.2.6 bəndində verilən güzəşt həmin şəxslərin özünə aiddir, yoxsa övladları da bu güzəşdən yararlana bilər?
06/03/2020 Прочитано: 67 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.6-cı maddəsinə əsasən ,1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Güzəşt yalnız həmin şəxslərə aid edilir.

5/5 (2 Средняя стоимость)
Оцените:
Saleh Dəmirov İbrahim sa***@mail.ru ID: 821
Salam. Zəhmət olmasa deyərdiniz: Müəllimlərin əmək haqqından gəlir vergisi tutularkən minimum əmək haqqı hansı məbləğlə götürülür? (200, yoxsa 250)
06/03/2020 Прочитано: 93 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Abdulzadə Murad mu***@mail.ru ID: 827
Salam. Sualım Yeni Aktla bağlıdır. Bilmək istəyirəm bu, hansı sahədə fəaliyyət göstərənlər üçün lazımdır? Xidmət sahəsində fəaliyyət göstərən şirkətlər yeni akt tərtib edib göndərməlidir? Əgər göndərməlidirsə, e-qaimədən əvvəl, yoxsa sonra göndərilməlidir?
06/03/2020 Прочитано: 83 Средняя стоимость: 0

Müraciətinizdə Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən elektron alış aktının tətbiqi haqda soruşulduğu qənaətinə gələrək bildiririk ki, edilmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura isə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Tatyana Putinseva ka***@inbox.ru ID: 865
Salam.Юридическое лицо-микро,код деятельности 68200(100%),не зарегистрированы в качестве плательщика НДС,сдаем годовой отчет на прибыль.Просим Вас дать ответ :освобождена наша фирма при выплате дивидендов от 10% своему учредителю за 2019 год.который является физическим лицом ,согласно статьи 102.1.22-1. и статьи 106.10?. Банк требует, чтобы мы платили этот налог,так ка мы сдает отчет на прибыль,а не сдаем упрощенный налог.Просим внести ясность : или наша фирма должна платить 10 %,при выплате дивидендов или мы должны стать упрощенцами,хотя наша деятельность не позволяет нам быть таковыми,что требует банк
06/03/2020 Прочитано: 109 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır. Buna əsasən, müəssisəniz qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu apardığı halda onun mənfəətindən təsisçiyə ödənilən dividend  vergidən azad edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu və 218-1.1.4-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rəfail Mustafayev Fəzail re***@azersu.az ID: 839
Vergi Məcəlləsinin 102.4.5 maddəsi. Şirvan şəhərində məcburi köçkünlərə ev verilib. Bilmək istəyirəm ki, onlara güzəşt şamil olunurmu? Xahiş edirəm müraciətimə cavab verəsiniz.
06/03/2020 Прочитано: 88 Средняя стоимость: 5

Məcburi köçkün statusu alan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinə gəlir vergisindən güzəştin tətbiqi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Eyni zamanda, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-IQ nömrəli Qanununun 14-cü maddəsi ilə tənzimlənir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunu itirir.

Bunlarla yanaşı, məcburi köçkün statusu haqqında vəsiqənin hansı müddətə verilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilə bilər.

5/5 (1 Средняя стоимость)
Оцените:
Cəmilə ak***@mail.ru ID: 814
Salam. 122.1 maddə - təsisçi tərəfindən dividend alan zamanı 10% vergi hamıya aiddir, yoxsa güzəşt olur?
06/03/2020 Прочитано: 109 Средняя стоимость: 5

Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 218-1.1.4-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Cəlil Sadiqov Natiq oğlu ja***@list.ru ID: 789
Salam. Mən şirkətdə işləyirəm və orada şirkət tərəfindən DSMF-yə bütün ödənişlər olunur. Lakin mən boş vaxtlarımda şəxsi avtomobilimlə taksi fəaliyyəti göstərirəm. Mən DSMF-yə nə qədər rüsüm ödəməliyəm?
06/03/2020 Прочитано: 92 Средняя стоимость: 4

Bildiririk ki, tikinti və ticarət istisna olmaqla, digər sahələrdə sahibkarlıq fəaliyyəti göstərən şəxslər fəaliyyət göstərdikləri ay üçün 2020-ci il yanvar ayının 1-dən bütün respublika ərazisində minimum aylıq əməkhaqqının 25 faizi məbləğində sosial sığorta haqqı ödəməlidir.

Qeyd olunanlara əsasən, tərəfinizdən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında sosial sığorta haqqı ödənilməlidir.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

4/5 (4 Средняя стоимость)
Оцените:
Nəbiyev Turqut Əli Tu***@mail.ru ID: 812
Mən, Azərbaycan Respublikasında fəaliyyət göstərən rezident hüquqi şəxsəm. Beynəlxalq yükdaşıma xidməti ilə məşğul olmaq istəyirəm. Mən hər hansı bir rezident hüquqi şəxsin yükünü daşimaq istəyirəm. Bilmək istəyirəm ki, bu əməliyyatı həyata keçirərkən həmin əməliyyat tam şəkildə ƏDV sıfır dərəcə əməliyyat hesab edilir, yoxsa sadəcə ölkə sərhədinə qədər olan hissəsi sıfır dərəcə, ölkə daxili olan hissəsi ƏDV 18% tutulan əməliyyat hesab edilir?
06/03/2020 Прочитано: 214 Средняя стоимость: 4

Bildiririk ki, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-yə 0 dərəcə ilə cəlb olunur.

Eyni zamanda, beynəlxalq daşıma - yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Qeyd olunanlara əsasən, yüklərin beynəlxalq daşınması Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında hesab olunur və ƏDV-yə bütövlükdə 0 dərəcə ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsi 13.2.33-cü və 165.1.4-cü  maddələri.

4/5 (3 Средняя стоимость)
Оцените:
Elman Əkbərov Loğman El***@mail.ru ID: 791
Salam men Vergiler Nazirliyine imtahan vermey isteyirem,bilmek isteyirem ki menim ixtisasim buna imkan verir ya yox ,,bitirdiyim universitet ""Iqtisad -istehlak mallarin ekspertizasi ve marketiqi""sualimi cavablandirsaz yaxwi olardi
06/03/2020 Прочитано: 47 Средняя стоимость: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul vakant yerlər yarandıqda Vergilər Nazirliyi tərəfindən elan olunmuş müsabiqə əsasında həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixində müsabiqə elan edilmiş və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün tələb olunan ixtisaslar və digər məlumatlar öz əksini tapmışdır.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Nəciyev Fərid Əhmədağa oğlu fa***@gmail.com ID: 804
Mənfəət vergi ödəyicisi olan hüquqi şəxsin 2019-cu il üçün MDDS (22%) və işsizlikdən söğorta (0.5%) öhdəliyi 1000 azn olmuşdur. Hüquqi şəxs dekabr ayında cəmi 1200 azn müvafiq öhdəliyi üzrə ödəmə etmiş və 200 azn artıq ödəmə yaranmışdır. Kassa metodu ilə Mənfəət vergi bəyannaməsi tərtib edərkən Xərclər bölməsində Sosial sığorta haqqı (221.2) hansı məbləğ xərc kimi tanınır?
06/03/2020 Прочитано: 119 Средняя стоимость: 5

Bildiririk ki, “Mənfəət vergisi bəyannaməsi”nin 221.2 “Sığorta haqları” sətrinin  xanalarında göstərilmiş məbləğlərə qanunvericilikdə nəzərdə tutulmuş nisbət ilə işəgötürən tərəfindən ödənilən icbari sosial sığorta ayırmaları göstərilir. Müraciətinizdə qeyd olunan halda 1000 manat Xərclər bölməsinin 221.2 “Sığorta haqları” sətrində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 131-ci maddələri, Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

5/5 (2 Средняя стоимость)
Оцените:
Samir Qənbərov Şakir sa***@mail.ru ID: 794
Salam. Təsisçi müəssisəyə nizamnamə kapitalının artırılması şəklində, məsələn dəyəri 200000 manat olan avtobus verir və nizamnamə kapitalını vergi orqanına müraciət edərək 200000 manat artırır. Müəssisə həmin avtobusla gəlir əldə edir və həmin gəlirin də müvafiq vergisini ödəyir. Sual: 1. Müəssisə həmin avtobusu balansa götürməlidirmi? Sual 2. Bir müddət sonra, məsələn 2 il sonra təsisçi vergi orqanına müraciət edərək nizamnamə kapitalını azaltmaqla həmin avtobusu geri ala bilərmi və geri alacağı təqdirdə müəssisənin hansı vergi öhdəlikləri yarana bilər? Xahiş edirəm suallara konkret maddələrlə ətraflı cavab verərdiniz. Əvvəlcədən təşəkkür edirəm.
06/03/2020 Прочитано: 231 Средняя стоимость: 2

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, dividend -hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

Qeyd olunanlara əsasən, təsisçi fiziki şəxs tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakın geri götürülməsi şəklində əldə edilən gəlir dividend sayılmır və sonradan həmin əmlakın təqdim edilməsi vergi tutulan gəlirlərə aid edilir.

Əsas vəsaitlərin balansa qəbulu qaydaları ilə bağlı ətraflı məlumat üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

2/5 (1 Средняя стоимость)
Оцените:
Şahin Rzayev Yaqubəli gu***@outlook.com ID: 790
Salam, sualım belədir: Müştəri layihə ilə bağlı əyalətlərdən birinə yükü çatdırmağı xahiş edir. Yük idxal olunub birbaşa müştəriyə çatdırılmalıdır. Müştəri də xahiş edir ki, yükü əyalətə yaxın və ya aid olduğu ərazi baş gömrük orqanında rəsmiləşdirilsin ki, vaxta qənaət edilsin. Lakin satan şirkətlə YGB-də göstərilməsi xahiş edilən ünvanı heç nə bağlamır, yəni satanın həmin ünvanda nə qeydiyyatda olan anbar və ya satış obyekti var. Lakin müştəri yükün birbaşa layihə ərazisinə çatdırılmasını istəyir. Bu mümkündürmü? Öncədən minnətdaram.
06/03/2020 Прочитано: 70 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan məsələnin vergi qanunvericiliyi ilə tənzimlənmədiyini nəzərə alaraq, gömrük rəsmiləşdirilməsi ilə bağlı aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rəhman Vəliyev Əliyar re***@gmail.com ID: 971
Salam. Nəzərinizə çatdırmaq istərdim ki, mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin IV kurs tələbəsiyəm. Diplom işi mövzumla əlaqədar olaraq son 10 ildə Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya şirkətlərinə qarşı tətbiq olunan vergi dərəcələri və güzəştlər, həmçinin investisiya qoyuluşları ilə bağlı stimullaşdırılma tədbirləri barədə məlumat əldə etmək istəyirəm.
04/03/2020 Прочитано: 72 Средняя стоимость: 0

İnvestisiyaların təşviqinin stimullaşdırılması məqsədilə 2016-cı ildən başlayaraq investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və fərdi sahibkarların həmin sənədi aldığı tarixdən 7 il müddətinə əldə etdikləri mənfəətin (gəlirin) 50 faizi mənfəət (gəlir) vergisindən, bu fəaliyyətdə istifadə etdikləri müvafiq əmlaka görə əmlak vergisindən, istifadə etdikləri torpaqlara görə torpaq vergisindən azad edilmişdir. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə ƏDV-dən azad edilmişdir.

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında KONVENSİYA bağlanmışdır. Konvensiya ilə saytımızda tanış ola bilərsiniz.

Sorğunuzda qeyd olunan dövrləri əhatə edən, o cümlədən iqtisadi vəziyyət ilə bağlı statistik məlumatların alınması üçün rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran Dövlət Statistika Komitəsinə müraciət etməyiniz məqsədəuyğundur.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli, 115 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qocayev Rahib Əflatun Ra***@yandex.ru ID: 965
Amortizasiya olunan əsas vəsait təqdim ediləndə (satılanda)qalıq dəyərindən artıq məbləğ gəlirə daxil edilir.V.M-114.7 Sualım belədir.Qalıq dəyərindən artıq olan məbləğ ƏDV-ödəyicilərində ƏDV-yə cəlb olunmalıdırmı?Olunmalıdirsa səbəbini xahiş edirəm izah edin .Əvvəlcədən təşəkkür edir və xahiş edirəm mümkün qədər tez cavablandırın.
03/03/2020 Прочитано: 83 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan əsas vəsaiti əldə edərkən, vergi ödəyicisi ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almış və ya almaq hüququna malik olmuşdursa, həmin əsas vəsaitin satışından əldə olunan gəlirlər ƏDV-yə cəlb olunur.
Vergi Məcəlləsinin 159.5-ci maddəsi.

5/5 (2 Средняя стоимость)
Оцените:
Həsən he***@mail.ru ID: 884
Salam bilmək istəyirım ki, Dezinfeksiya, dezinseksiya, deratizasiya işlərini gəlirdən çıxılan xərclərə aid etmək olar ? Xahiş edirəm cavablandırasınız.
29/02/2020 Прочитано: 53 Средняя стоимость: 0

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Təmizliyin təmin olunması üzrə xərclər gəlirin əldə olunması ilə bağlı hesab olunmur və gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mahmudov Anar Eldar oğlu an***@inbox.ru ID: 824
Salam! Mən, Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Anar Eldar oğlu, 2015-ci ildən etibarən xarici dövlətdə daimi yaşayıram və yaşadığım dövlətdə sahibkarlıq (biznes) fəaliyyəti ilə məşğulam. Buna görə də mən yaşadığım xarici dövlətin vergi sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışam və mənim adıma müvafiq vergi eynilləşdirmə kodu verilmişdir. Mən bizneslə məşğul olduğum xarici dövlətin vergi orqanlarına vergi hesabatlarını təqdim edirəm və hesablanmış vergiləri ödəyirəm. Bildirirəm ki, Azərbaycan Respublikasının vətəndaşlığından başqa, mən heç bir zaman hər hansı bir xarici dövlətin, hal-hazırda yaşadığım dövlət də daxil olmaqla, vətəndaşı olmamışam, hal-hazırda da deyiləm. 2015-ci ilin əvvəlindən sonra bu günədək mənim Azərbaycana səfərim olmamışdır. Sual: 2015-ci ildən başlayaraq xarici dövlətin ərazisində daimi yaşamağımı, Azərbaycan Respublikasının vətəndaşı olmağımı və heç bir başqa dövlətin heç bir zaman vətəndaşı olmadığımı nəzərə alınmaqla, mən Azərbaycan Respublikasının vergi rezidenti, yaxud vergi qeyri rezidentiyəm? Əvvəlcədən Sizlərə öz dərin təşəkkürümü bildirirəm. 10/01/2020 Oxunub: 54 Orta qiymət: 5 ID: 658 Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən, təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan, bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarlara Azərbaycan Respublikasının rezidenti sayılır. Vergi Məcəlləsinin 13.2.5.2-ci maddəsinə əsasən, fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun. Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır. Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi" Salam! Yuxarıda mənim Sizlərə "10" yanvar 2020-ci il tarixdə göndərdiyim sualım və Sizin cavabınız əks olunmuşdur. Sizdən xahiş edirəm ki, cavabınızı birbaşa mənə ünvalayasınız, yəni, sualımda öz əksini tapmış məlumatlara və Vergi Qanunvericiliyinə görə, konkret olaraq bildirəsiniz , şəxsən mən, Anar Mahmudov hal-hazırda vergi rezidentiyəm yaxud vergi qeyri-rezidentiyəm ? Hörmətlə, Anar Mahmudov.
28/02/2020 Прочитано: 218 Средняя стоимость: 4

Bildiririk ki, qeyd etdiyiniz müraciətə (ID 658) səhifəmizdə ətraflı cavab verilmişdir.
Həmin cavaba əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan şəxs - Siz,  Azərbaycan Respublikasının qeyri-rezidenti hesab olunursuz. Həmçinin, məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici, tövsiyə xarakterli cavablar verilir.

Əsas: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament.

4/5 (7 Средняя стоимость)
Оцените:
Sahib Qafarov Həsənağa sa***@yahoo.com ID: 721
Salam, bildiyimiz kimi Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır. Xahiş edirəm aydınlıq gətirəsiniz ki, həyatın yığım sığortasına yönəldilən və sığortaçıya ödənilən məbləğdən 0.5% işəgötürənin və 0.5 % işçinin adından işsizlikdən sığorta haqqı tutulub büdcəyə ödənilməlidirmi?
28/02/2020 Прочитано: 187 Средняя стоимость: 4

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta haqlarından azad olmadığı üçün həmin məbləğ işəgötürən tərəfindən sığortaçıya ödənilərkən işsizlikdən sığorta haqlarına cəlb olunur.

4/5 (4 Средняя стоимость)
Оцените:
Kamal Alıyev Nazim cs***@cafinance.az ID: 688
Salam, xahiş edirik bildirəsiniz malların satışı ( işlərin görülməsi, xidmətlərin göstərilməsi) zamanı Elektron qaimə faktura ilə yanaşı hansı sənənədlərin tərtib edilməsi qanunla nəzərdə tutulub(təhvil-təslim aktı və s.) Və əlavə sənədlərin olmadığı halda qanunla cərimə nəzərdə tutulubmu? Öncədən təşəkkürlər.
28/02/2020 Прочитано: 252 Средняя стоимость: 5

Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən, tərəflər arasında bağlanmış müqavilədə satılan malların alıcıya təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ciddi hesabat blankı ilə rəsmiləşdirilir. Həmin aktın forma və rekvizitlərində göstərildiyi kimi, malların satışı əvvəlcədən sifariş əsasında verildiyi halda həmin aktda elektron qaimə-fakturanın seriya və nömrəsi əks etdirilir. Malların satışı əvvəlcədən sifariş verilmədən (səyyar qaydada, avtomobildən və ya qoşqu vasitələrindən) həyata keçirildiyi hallarda elektron qaimə-faktura malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

Eyni zamanda  elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə — malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.13-cü ,71-1-ci və 130.1-1-ci maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Şahbaz Cəfərov sh***@gmail.com ID: 797
Elektron qaimə göndəriləndə malların idxal kodları eyni olmalıdırmı?Əgər fərqli kodla və eyni adla elektron vurulubsa bu gələcəkdə problem olarmı?Ümumiyyətlə bu hal qanunla necə tənzimlənir?
28/02/2020 Прочитано: 114 Средняя стоимость: 5

Bildiririk ki, elektron qaimə-fakturalar tərtib edilərkən istifadə olunan mal (iş və xidmət) kodları Azerbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmuş  “Malların, iş və xidmətlərin kodları”na uyğun təsnifləşdirilir.

Elektron qaimə-fakturaları tərtib etmək üçün nəzərdə tutulan mal (iş və xidmət) kodları İnternet Vergi İdarəsinin “e-Qaimə-faktura” bölməsinin “İstifadəçi təlimatları” hissəsində yerləşdirilmişdir.

Məlumat üçün bildiririk ki, mal kodunin səhv göstərilməsi maliyyə sanksiyasının təbiqinə səbəb olmasa da, yanlış məlumatların təqdim edilməsi kimi dəyərlədirilərək nöqsana yol vermiş şəxsə qarşı nəzarətin gücləndirilməsinə əsas verə bilər.

5/5 (2 Средняя стоимость)
Оцените:
Şahbaz Cəfərov sh***@gmail.com ID: 796
Salam. Hazırda aktiv fəaliyyət göstərən fiziki şəxs hansı şəkildə hüquqi şəxsə keçid edə bilər?
28/02/2020 Прочитано: 74 Средняя стоимость: 5

Bidiririk ki, fiziki şəxs və hüquqi şəxs mülki hüquq münasibətlərinin tam fərqli subyektləridir və fiziki şəxsin hüquqi şəxsə çevrilməyi qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və onların vergi öhdəlikləri ayrılıqda müəyyən olunur.

Bununla belə, fərdi sahibkar olaraq fəaliyyətinizi dayandıraraq və ya xitam verərək, hüquqi şəxs təsis edib sahibkarlıq fəaliyyətini həyata keçirə bilərsiniz.

Hüquqi şəxsin qeydiyyatı haqda saytımızın “Bir pəncərə” bölməsində məlumat əldə edə bilərsiniz.

Əsas: Mülki Məcəllənin 3-cü və 4-cü fəsilləri, Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü və 34-cü maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените: