Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əsədova Sədaqət Şirməmməd qızı bi***@mail.ru ID: 876
Böyük Vətən müharibəsi iştirakçılarının və əlillərin övladlarına verilən imtiyazın 1 yanvar 2019-cu ildən qüvvəyə mindiyi haqqında məlumatı mən 2020-ci ilin fevral ayında əldə edib, sənədlərimi mühasibata vermişəm. Məndən bi il ərzində tutulmuş vergi mənə qaytarılacaqmı? Hörmətlə, S.Ş.Əsədova.
13/03/2020 Прочитано: 62 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Asif Əsədov Məzahir as***@gmail.com ID: 855
İnternet Vergi idarəsinə - e-taxes.gov.az saytına daxil olmaq üçün istifadəçi kodu, şifrə, parolu onlayn sifariş vermək olarmı?
13/03/2020 Прочитано: 103 Средняя стоимость: 5

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” və “Elektron sənəd mübadiləsi haqqında Müqavilə” (2 nüsxədə) ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz vasitəsilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlisiniz.

İstifadəçi kodu, parol və şifrəni itirildikdə isə təkrarən əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlisiniz.

Qeyd edilən sənədlər təqdim edildikdən sonra emal müddəti nəzərə alınmaqla müraciət zamanı vergi ödəyicisinə qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə məlumatları təqdim edilir.

Əsas: Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”, Vergilər nazirinin 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli və 26.04.2016-cı il tarixli 1617040100604700 nömrəli əmrləri

5/5 (1 Средняя стоимость)
Оцените:
Saleh Cəfərli Əzimxan sa***@gmail.com ID: 903
Salam! hər vaxtınız xeyir olsun! Mən işlə bağlı muraciət edirəm. Mən Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasını 01.07.2019-cu ildə bitirmişəm. Ofis proqramlarını yaxşı bilirəm. 2012-2013-cu illərdə Sərhəd qoşunlarında xidmətdə olmuşam. Mən də istərdim ki, Vergilər Nazirliyinin əməkdaşı olub dövlətimə, millətimə şərəflə xidmət edim. Qabaqcadan minnətdarlığımı bildirirəm.
13/03/2020 Прочитано: 66 Средняя стоимость: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul vakant yerlər yarandıqda Vergilər Nazirliyi tərəfindən elan olunmuş müsabiqə əsasında həyata keçirilir.

Vergilər Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixində müsabiqə elan edilmiş və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün şərtlər barədə geniş məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarına işə qəbulla bağlı daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla), eləcə də Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Roman Tağıyev İlqar oğlu ro***@mail.ru ID: 719
Salam. Mənim sualım belədir: Müəssisə ƏDV ödəyicisidir. Əgər müəssisə cari hesabından yəni kart hesabından pulu nəğdləşdirirsə və həmin pul vəsaitini müəssənin digər xərclərinə xərcləyirsə, xərc sənədi olaraq kassa çekləri və ya hər hansı qəbzlər xərc sənədi kimi sayılırmi? Əgərləri sayılırsa da həmin sənədlər mənfəətdən xərc kimi hesablanacaqdır. Xahiş edirəm sualımla bağlı geniş açıqlama verəsiniz. Təşəkkür edirəm.
13/03/2020 Прочитано: 157 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.
Qanunvericiliyə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır. 
Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

5/5 (1 Средняя стоимость)
Оцените:
sadiq sa***@bk.ru ID: 867
Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları siyahısından xam pambığın kodunu tapa bilmirəm. Xahiş edirəm xam pambığın kodunu bildirəsiniz?
13/03/2020 Прочитано: 99 Средняя стоимость: 5

Bildiririk ki, elektron qaimə-fakturalar tərtib edilərkən istifadə olunan iş və xidmətlərin kodları Azerbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmuş  “Malların, iş və xidmətlərin kodları”na uyğun təsnifləşdirilir.

Qeyd etdiyiniz halda elektron qaimə-fakturanı doldurarkən 1207210000 - 1207290000 kodlarından istifadə olunması tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Kamal Mirzəbalayev ka***@gmail.com ID: 886
Salam, Mən motosikletim üçün onlayn satış saytından baqaj hissəsi sifariş verdiyim zaman məhsulun dəyərindən (421.30 EURO) əlavə olaraq bank kartımdan 142.18 AZN ƏDV tutuldu. 195 Çagrı mərkəzinin operatoru ilə danışdığım zaman mənə bildirildi ki, Vergi Məcəlləsinin 169.3 maddəsinə əsaslanaraq sizdən ƏDV tutulmalı deyildi. Zəhmət olmasa qeyd olunan ƏDV-nin (142.18 AZN) səhvən tutulduğunu təsdiq edin ki, bu məktuba əsaslanıb bankdan səhv ödənilən məbləğin geri qaytarılmasını tələb edim.
13/03/2020 Прочитано: 118 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

5/5 (4 Средняя стоимость)
Оцените:
Adil Mehdiyev Qüdrət oğlu ad***@mail.ru ID: 959
Salam! Qardaşım uzun illərdir ki, bərbər işləyib. Artıq, yaşla əlaqədar VÖEN-ini ləğv etmək istəyir. İki dəfə müraciət edib, amma ləğv əvəzinə uzun müddətə (dediklərinə görə 5 illik) dayandırılıb. 1944-cü il təvəllüddür. 76 yaşı var. Bu işə kömək məqsədilə mən qarışdım, uzun sözun qısası, dediklərinə görə ləğv etdik, amma bir kağız parçası bizə verilmədi ki, hardan bilək ki, həqiqətən adında daha VÖEN yoxdur. Ümumiyyətlə, sadələşdirilmiş VÖEN-i ləğv etmək üçün, vətəndaşa şifahi bildirilir, yoxsa yazılı nəsə təqdim edilir?
13/03/2020 Прочитано: 61 Средняя стоимость: 5

Bildiririk ki, fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (1 Средняя стоимость)
Оцените:
Emil Əhmədov ah***@mail.ru ID: 997
Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə və Nazirlər Kabinetinin 88 nömrəli və 12 mart 2020-ci il tarixli qərarına uyğun olaraq müvafiq qərarın meyarlarına cavab verən idman federasiyasına əvəzsiz köçürmə nəzərdə tutulmuşdur.Yuxarıda qeyd olunan qərarı ilə müəyyən edilmiş meyarların 7.2-ci maddəsinə uyğun olaraq əvəzsiz köçürüləcək vəsaitin təyinatını ödəniş sənədində ''Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq əvəzsiz köçürmə'' kimi qeyd olunarsa, gələcəkdə yarana biləcək vergi riskləri nələrdən ibarət ola bilər? Yaxud təyinatın hansı formada qeyd olunması məqsədəuyğun hesab olunur? Xahiş edirik, ətraflı misallarla izahat verəsiniz.Nəzərinizə çatdırmaq istərdik ki, tərəfinizdən verilən cavaba əsasən təsərrüfat əməliyyat ı(köçürmə) reallaşdırılacaqdır.
13/03/2020 Прочитано: 111 Средняя стоимость: 0

Bildiririk ki, maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən bu məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsayev Elşad Musa el***@mail.ru ID: 822
Salam. Müəsisəmiz 31.01.2020-ci il tarixədək 01.01.2020-ci il tarixədək olan debitor və kreditorlar barədə məlumatı təqdim etmişdir.Lakin müəsisənin digər resbublikalardakı hesablaşları haqqında məlumat forması olmadığı üçün həmin məlumatları qeyd edə bilmədik. Sizə çüraciətimiz bu barədədir ki bu halda nə etməliyik və həmi məlumatları necə qeyd edə bilərik.
13/03/2020 Прочитано: 92 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan hal ilə əlaqədar təsdiqedici sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Sənan Kərimli Seylan oğlu se***@gmail.com ID: 850
Salam. Mən Torpaq vergisini BTP programında tərtib edib, paketlədim daha sonra göndərməyə çalışanda sistemdə yazılır ki: D_TORPAQ_2020_BAKMIL adlı paket xətalıdır. Zəhmət olmasa bəyannamənizi Bəyannamə Tərtibatı Proqramı (BTP) vasitəsi ilə hazırlayın. Paketlə əməliyyatını apardıqdan sonra bəyannamənizi göndərin! Zəhmət olmazsa, bildirərdiniz bu problem nə ilə bağlıdır?
13/03/2020 Прочитано: 74 Средняя стоимость: 4

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla  bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

4/5 (3 Средняя стоимость)
Оцените:
Məmmədov Samir Hünbətəli oğlu sa***@gmail.com ID: 902
Salam, hörmətli Vergilər Nazirliyinin kollektivi! Mənim sualım belədir ki, əgər bir vətəndaşımız və onun arvadı işləyirsə və himayələrində 3 və ya daha çox gəliri olmayan ailə üzvü varsa, ikisindən biri (ər və ya arvad) gəlir vergisindən güzəşt hüququnu əldə edə bilirmi? Verəcəyiniz cavab üçün əvvəlcədən təşəkkür edirəm.
13/03/2020 Прочитано: 98 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsində qeyd olunan güzəşt hüququ qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər, tələbələr, eləcə də işləməyən həyat yoldaşı olan şəxslərə şamil edilir.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəlir himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Bax: Vergi Məcəlləsinin 102.5-ci və 102.8-ci maddələri, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (2 Средняя стоимость)
Оцените:
Pərvin Qurbanov pe***@gmail.com ID: 907
Salam. Mənfəət vergisi bəyannaməsində Əlavə 1 Aktivlər, öhdəliklər və kapital olan bölmənin doldurulması vacibdirmi?
13/03/2020 Прочитано: 89 Средняя стоимость: 5

“Mənfəət vergisinin bəyannaməsi"nin 1 №-li Əlavəsi "Mənfəət vergisinin bəyannaməsi”ni təqdim edən vergi ödəyiciləri tərəfindən yalnız vergitutma məqsədləri üzrə zəruri göstəricilər əks etdirilməklə vergi orqanına təqdim edilməlidir.

“Mənfəət vergisinin bəyannaməsi"nin və əlavələrin forması və doldurulması qaydası ilə saytımızın "Bəyannamələr" bölməsində tanış ola bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Orkhan Gurbanov or***@outlook.com ID: 900
Salam. Mən fiziki şəxs olaraq dizayn fəaliyyəti ilə məşğulam. Bundan əlavə, fəaliyyət sahələrini genişləndirmək istəyirəm. Bu barədə suallarımı aşağıda sizə yönəldirəm. Dizaynını verdiyim bəzi məhsullar var ki, mən onları başqa bir istehsalçıda reallaşdıraraq müştəriyə məhsul olaraq təklif edə bilərəm. Məhsullar: reklam məhsulları, hədiyyəlik əşyalar, bijuteriya - zinət məhsulları (mis, latun, gümüş, qızıl, sadə və dəyərli daşlar ), mebel. 1.Bu halda mənim göstərəcəyim xidmət hansı fəaliyyət növünə daxil olacaq? 2. VÖEN-də fəaliyyət kodunu hardan artıra bilərəm? (link) Hansı kodlar olacaq?
13/03/2020 Прочитано: 106 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxsin qanunla qadağan edilməyən birdən çox fəaliyyət növü ilə məşğul olmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisi ayrı-ayrı bir neçə fəaliyyət növü ilə məşğul olduqda bu haqda vergi orqanına məlumat verməlidir.

Vergi ödəyicisi vergi uçotuna alınarkən vergi orqanına təqdim etdiyi ərizədə məşğul olmaq istədiyi əlavə fəaliyyət növünü qeyd etmədikdə yeni fəaliyyət növünü müvafiq xanada göstərməklə yaşadığı ərazi üzrə vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni təqdim etməlidir.

Gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilər. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Iqtisadi fəaliyyət növlərinin təsnifatı haqda faylı səhifəmizin «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”, Vergilər Nazirliyinin Kollegiyasının 07 oktyabr 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (1 Средняя стоимость)
Оцените:
Fidan Məmmədzadə Ənvər ib***@gmail.com ID: 880
Salam. Mən öyrənə bilərəm ki, ödənişlər olunduğu halda onlayn kargüzarlığa borc bildirişi niyə gəlir? ŞHV-nə baxıram orda borc göstərmir. Zəhmət olmasa bu barədə məlumat verərdiz.
13/03/2020 Прочитано: 66 Средняя стоимость: 5

Qeyd etdiyiniz halın dəqiq araşdırılması üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Məmmədova Arzu Nazim qızı ar***@gmail.com ID: 853
Alış aktına əsasən tikinti materialları alanda 2% vergi tətbiq olunurmu? Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.5 Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən alınan mallar sıyahısında tikinti materialları yoxdur.
13/03/2020 Прочитано: 118 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur.

Siyahıda qeyd olunmayan tikinti materiallarının alınması zamanı ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulmur. Malları təqdim edən şəxs özü vergi ödəyicisi kimi uçota alınmalı, hesabat təqdim edərək vergini ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Knyazov Məhəmməd Kamran me***@mail.ru ID: 872
1) Səyyar və operativ yoxlamanın gedişi zamanı ekspert və mütəxəssislərin təyin olunması barədə qərarlar yoxlanılan vergi ödəyicisinin onlayın kargüzarlığına göndərilməlidirmi və hansı müddətdə (qərarların verilməsi zamanı yoxsa yoxlamanın bitməsindəndan sonra)? 2) Təyin olunmuş ekspert və mütəssislərin rəyləri yoxlanılan vergi ödəyicinə verilmədirmi. Deyəkki nazirlik qərar verib ekspert təyin edir amma özü təyin etdiyi ekspertin rəyiylə razılaşmır və yeni ekspert təyin edir. Özü təyin etdiyi heç bir ekspertin rəyiylə razılaşmır. Təyin olunan hər bir ekspertin rəyiylə razılaşıb razılaşmamasından asılı olmayaraq hər bir ekspertin rəyi yoxlanılan vergi ödəyicisinə verilmədirmi və hansı müddətdə?
13/03/2020 Прочитано: 81 Средняя стоимость: 5

Səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı qəbul edilən qərarlar, tərtib edilən aktlar və protokollar tərtib edildiyi tarixdən sonra 5 (beş) gündən gec olmayaraq vergi ödəyicisinə təqdim edilməlidir.

Eyni zamanda, sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya imza edilməklə şəxsən verildikdə, elektron formada tərtib edilmiş sənədlər elektron qutuya daxil olduqda lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.

“Ekspertizanın təyin edilməsi haqqında Qərar” çıxarmış vergi orqanı səyyar vergi yoxlaması keçirilən vergi ödəyicisini qərarla tanış etməyə və həmin şəxsin Vergi Məcəlləsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur.

Ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə məlumat yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. Əlavə ekspertiza ekspertin rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda təyin edilir və bu ekspertiza həmin və ya başqa ekspertə həvalə edilir. Təkrar ekspertiza ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda təyin edilir və başqa ekspertə həvalə edilir.

Əsas: Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”

5/5 (2 Средняя стоимость)
Оцените:
ZAUR RZAYEV ELDAR za***@emsa.az ID: 875
Mən işdən çıxa bilmirəm və taksi fəaliyyəti ilə bağlı mənim yaxın qohumuma 9 ay (ödəmədiyi üçün) cərimə tətbiq olunub. Deyilir ki, yaxınlaşın və ərizə ilə müraciət edin işinizə baxılsın. Zəhmət olmasa həmin ərizə formasını mənə göndərin. Çünki qohumum 60 yaşında olduğu üçün ərizəni doldura bilmir. Hazır ərizə olsa ona köməklik edərdim və özü imza cəkib yaxınlaşıb sizə təqdim etsin. Öncədən təşəkkürlər.
13/03/2020 Прочитано: 63 Средняя стоимость: 5

Bildiririk ki, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.

Vergi orqanları tərəfindən hesablanmış borc məbləğinin mübahisəli olduğunu hesab edirsinizsə, vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına və ya Vergilər Nazirliyinə sərbəst formada kağız daşıyıcıda və ya elektron formada müraciət edə bilərsiniz.

Elektron formada müraciətin göndərilməsi Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Vergi orqanlarına müraciət” altbölməsi vasitəsi ilə mümkündür.

Əsas: Vergi Məcəlləsinin 62-ci maddəsi.

5/5 (2 Средняя стоимость)
Оцените:
Ağayeva Qumral Əlzaman qızı gu***@gmail.com ID: 885
Salam. Mən Youtube vasitəsi ilə reklam xarakterli videoçarxlar buraxmaq istəyirəm və hər 3-4 aydan bir hesabıma buna görə pul oturacaq. Passiv gəlir. Mən bu fəaliyyəti rəsmi etmək istəyirəm, lakin bilmirəm fəaliyyət kodunu nə seçim. Online reklam yerləşdirərək qazanc əldə etmək üçün hansı fəaliyyət kodu olmalıdır?
13/03/2020 Прочитано: 104 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən, gəlirlərinizin “YouTube” videohostinqi tərəfindən ödənildiyi və  fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, mikrosahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd etdiyiniz fəaliyyəti (63120 WEB SƏHİFƏLƏRİNDƏN (İNTERNET PORTALLARINDAN) İSTİFADƏ) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər  barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Sahibkarın vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Yusif Osmanov Yasar Os***@gmail.com ID: 883
Salam, mən özüm ali təhsilliyəm, bilmək istəyirəm vergi orqanlarında işə girmək üçün nə etmək lazımdır? İmtahanı vergi orqanı götürür, yoxsa dövlət qulluğu?
13/03/2020 Прочитано: 42 Средняя стоимость: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul vakant yerlər yarandıqda Vergilər Nazirliyi tərəfindən elan olunmuş müsabiqə əsasında həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixində müsabiqə elan edilmiş və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün şərtlər barədə geniş məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarına işə qəbulla bağlı daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla), eləcə də Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Orxan şirinov Əfqan os***@gmail.com ID: 881
Salam. Vergi tutulması minimum əmək haqqının neçə faizidir? Adi vətəndaşlar üçün Vergi güzəştləri kimlərə şamil olunur. Ailədə (onkoloji) xəstə olan insan olması vergi güzəştinə daxildir?
13/03/2020 Прочитано: 69 Средняя стоимость: 5

Bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində 8000 manata qədər 0 faiz, 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində, digər şəxslərdə isə 2500 manatadək 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi tutulur.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Eyni zamanda, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyumun hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsin 101-ci, 102.2-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените: