Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Rauf Əsədov Vidadi oğlu sa***@mail.ru ID: 807
Salam. Onlayn qaydada MMC yaradarkən MMC-nin adında hərf səhvi olmuşdur. O səhvi aradan qaldırmaq üçün MMC-nin adında dəyişiklik etmək istəyirəm. Bununla bağlı hansı sənədlər təqdim etmək lazımdır? Xahiş edirik köməklik göstərəsiniz.
06/03/2020 Прочитано: 109 Средняя стоимость: 5

Bildiririk ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-nin, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.

Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur.

Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən,  kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Gulər İpek ke***@list.ru ID: 837
Salam. Sizə sualım: yeni açılacaq otel üçün hüquqi şəxs adına VÖEN açılması, hansı sənədlərin gərəkli olması və müraciətin hansı şəkildə, hara olması. Təşəkkürlər.
06/03/2020 Прочитано: 71 Средняя стоимость: 5

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlər təqdim edilməli olan vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda, bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı - elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - Asan İmza vasitəsilə;   
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Vergilər Nazirliyinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Müşfiq Orucəli oğlu Əliyev Mu***@mail.ru ID: 842
Salam. Sizə sualım bundan ibarətdir ki, mən rayon qəsəbəsində market və ya dükanlarda əmək müqaviləsiylə işləmək istəyirəm. Yəni sosial sığorta ödənişi, staj deyirlər. Bilmək istəyirəm dükan sahibi bir işçi üçün dövlətə hansı ödənişləri edir və ayrı-ayrılıqda nə qədər ödəyir? Sizdən xahiş edirəm sualıma cavab verəndə sadə tərzdə və geniş yazın tam başa düşüm. Diqqətinizə görə təşəkkür edirəm.
06/03/2020 Прочитано: 94 Средняя стоимость: 5

Bildiririk ki, işəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır.

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” istifadəyə verilmişdir. Kalkulyatordan istifadə etməklə  siz əmək haqqı məbləğini daxil etməklə gəlir vergisi və digər tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci və 101.1-2-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (2 Средняя стоимость)
Оцените:
Nailə Səmədova Vaqif na***@mail.ru ID: 828
Salam. Mən dövlət vergi orqanlarında işə qəbulla bağlı maraqlanıram. Mənim ixtisasım texniki istiqamətlidir. Bilmək istəyirdim ki, ixtisasımdan asılı olmayaraq imtahanda iştirak edə bilərəm? Yoxsa ixtisasım texniki istiqamətli olduğu üçün iştirak edə bilmərəm?
06/03/2020 Прочитано: 57 Средняя стоимость: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul vakant yerlər yarandıqda Vergilər Nazirliyi tərəfindən elan olunmuş müsabiqə əsasında həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixində müsabiqə elan edilmiş və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün tələb olunan ixtisaslar və digər məlumatlar öz əksini tapmışdır.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Nicat İbrahimov Habil ib***@gmail.com ID: 845
Salam. Mənə Vergilər 195-dən belə bir mesaj gəlib: Sizin (VOEN: 2201489732) İnternet Vergi İdarəsindən olan elektron qutunuzda 1 ədəd oxunulmamış sənədiniz var. Bunu necə oxuyum?
06/03/2020 Прочитано: 66 Средняя стоимость: 5

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetlərinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əşrəf Mahmudov Kamal si***@gmail.com ID: 832
Mən göstərdiyim ünvanda yaşayıram və mənə Badamdar bələdiyyəsindən tədiyyə bildirişi gəlib. Orada göstərilir ki, 198.1.1-ci maddəsinə əsasən mən 24.29 AZN pul ödəməliyəm. Bu nə dərəcədə düzgündür? Xahiş edirəm mənə bu barədə məlumat verəsiniz.
06/03/2020 Прочитано: 112 Средняя стоимость: 5

Bildiririk ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişi hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini 15 avqust və 15 noyabr tarixlərinədək bərabər hissələrlə, banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə etməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 200-cü maddələri, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı.

5/5 (1 Средняя стоимость)
Оцените:
Fərid Nadirov Surətdin fa***@gmail.com ID: 817
Salam. Mağaza sahibi öz Asan imza hüququndan istifadə edərək işçi ilə əmək müqaviləsi bağlayıb və işçiyə əmək haqqı olaraq 320 (üç yüz iyirmi) manat göstərib. Sualım odur ki, həmin işçidən vergi tutulmaları hansı formada olmalıdır və vergi işçi tərəfindən, yoxsa sahibkar tərəfindən ödənilməlidir? Ödənişlərin məbləği nə qədər olmalıdır?
06/03/2020 Прочитано: 77 Средняя стоимость: 5

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Sorğunuzda qeyd olunan halda işçininn 320 manat əməkhaqqından gəlir vergisi tutulmur və 18 manat sosial sığorta haqqı gəliri ödəyən şəxs tərəfindən tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (2 Средняя стоимость)
Оцените:
Abid Mamedov ab***@mail.ru ID: 810
Əfqanıstan veteranıyam, İcra hakimiyyətində baş məsləhətçi işləyirəm. Əməkhaqqım hesablanarkən güzəşt olunan hissə 100 man. nəzərə alınıb. (2019-cu ilin fevral ayından sonra 400 manat olmalı idi. maddə-102.4.3) Artıq vergi tutulmuş məbləğin geri qaytarılmasına köməklik edilməsini istəyirəm.
06/03/2020 Прочитано: 87 Средняя стоимость: 1

Bildiririk ki, Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır və həmin maddədə hər hansı dəyişiklik edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 102.4.3-cü maddəsi.

1/5 (1 Средняя стоимость)
Оцените:
İsmayilov Nazim Şamil oğlu is***@mail.ru ID: 863
Salam. Onlayn ödəniş etmək istəyirəm. Lakin E-kargüzarlıqdan "Apusla bağlı problem baş verdi " xəbərdarlığı verilir. Bu nə deməkdir, nə edim?
06/03/2020 Прочитано: 72 Средняя стоимость: 5

Bildiririk ki, vergi və rüsumların elektron ödənişi Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən Mərkəzi Bankın KÖMİS vasitəsilə həyata keçirilir.

Sorğunuzda qeyd olunanlarla bağlı aidiyyəti üzrə Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Murad mu***@gmail.com ID: 857
Salam. Sizi elektron qaimə ilə bağlı narahat edirəm. Hansısa texniki nasazlıqdan ASAN İMZA nömrəmdə PUK kodum Klidlənib. Klidi açmaqda mənə kömək etməyinizi xahiş edirəm.
06/03/2020 Прочитано: 87 Средняя стоимость: 5

Bildiririk ki, “PİN kod yanlışdır” xətası “Asan İmza PİN 1” kodunu səhv daxil edib sistemə daxil olarkən baş verir. Bunun üçün əməliyyatı təkrarlayıb kartın üzərində sol tərəfdə aşağı hissədə qeyd edilmiş SİM kartın “PİN 1” kodunu deyil, sağ tərəfdə yuxarı hissədə qeyd edilmiş “Asan İmza PİN 1” kodunu düzgün daxil etmək lazımdır.

Eyni zamanda, xatırladırıq ki, Asan İmza PİN kodları 3 dəfədən artıq yığıldıqda Asan İmza xidməti deaktiv olur və onu aktiv etmək üçün Asan İmza PUK kodundan istifadə edilir. Əgər Asan İmza PUK kodu da 3 dəfə səhv daxil edilərsə, Asan İmza xidməti bağlanır. Bundan sonra Sİm kartın dublikatını çıxarmaq tələb olunur.

Elektron xidmətlər və onların tətbiqi zamanı yaranan xətalar ilə bağlı ətraflı məlumatı  saytımızın “Xidmətlər” bölməsinin “Xətaların izahı” altbölməsindən əldə edə bilərsiniz.

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə zamanı çətinlik yarandıqda operativ köməklik göstərilməsi üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (2 Средняя стоимость)
Оцените:
Elmira Ağayeva Nağı e.***@integral.az ID: 862
Salam. Zəhmət olmasa, güzəştli vergi tutulan ölkələrin (ofşor) siyahısını bizə təqdim edəsiniz.
06/03/2020 Прочитано: 158 Средняя стоимость: 5

“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı  ilə buradan tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hüseynov İmadəddin Təvəkkül oğlu im***@mail.ru ID: 809
Mən 03.02.2020-ci il tarixində fiziki şəxs üçün VÖEN almışam. Lakin istifadəçi kodu, parol oxunmur. Tədbir görməyinizi xahiş edirəm. 195-1 qaynar xəttə cavab verən yoxdur.
06/03/2020 Прочитано: 70 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan texniki səbəblə əlaqədar istifadəçi kodu, parol və şifrənin yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Emal müddəti nəzərə alınmaqla qapalı zərfdə Sizə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə məlumatları təqdim ediləcəkdir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Yaqub Məmmədov Məhəmməd oğlu ya***@mail.ru ID: 823
Mən fiziki şəxs kimi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində vergi uçotunda qeydiyyatdayam. VÖEN 1002028732 Bilmək istəyirəm mən nə vaxt VÖEN almışam (müraciət etmişəm) və fəaliyyətim nədən ibarət olub. Hal-hazırda vergi ödəyicisi kimi fəaliyyət göstərirəmmi?
06/03/2020 Прочитано: 67 Средняя стоимость: 0

Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən, hazırda Məmmədov Yaqub Məhəmməd oğlunun (VÖEN 1002028732) fəaliyyəti aktiv hesab olunur.

Vergi ödəyicisinin fəaliyyət növü, qeydiyyat tarixi və digər məlumatlarla əlaqədar uçotda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 30.2.8-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fuad Səlimov Fariz fu***@referencegroup.az ID: 975
X MMC Türkiyedə olan bir şirkətdən xidmət alacaq. Xidmət Təhsil xidmətidir və Türkiyədə göstəriləcək. Xidmətin dəyəri 1 tələbəyə görə 1000 AZN təşkil edir. əlavə olaraq hər tələbədən 300 azn alacaq yol pulu üçün və əlavə olaraq da 200 AZN zəhmət haqqı alacaq. Ümumilikdə hər tələbədən 1500 AZN alınacaq. Onun 1300 AZN xərc 200 AZN isə gəlirdi hansı vergi öhdəliklərim var?
06/03/2020 Прочитано: 90 Средняя стоимость: 0

Bildiririk ki, xarici ölkədə təhsilin təşkili xidmətinin göstərilməsi qeyri-rezidentin Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı olduğu halda bu xidmətlərin göstərilməsinə görə aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil olunan təhsilə görə ödənilən məbləğ ƏDV-yə cəlb edilmir.

Qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Əlavə olaraq bildiririk ki, sorğunuzda qeyd olunan rezident müəssisə tətərindən vasitəçilik xidmətinin göstərilməsi, tərəflər arasında bağlanmış müqavilə və digər ilkin uçot sənədlər vasitəsilə təsdiqini tapdığı halda, əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 125.1.4-cü, 125.1.5-ci, 165-ci və 169-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bəxtiyar Əliyev Əli be***@gmail.com ID: 840
Salam. Mənim sualım: taxes.gov.az saytında VÖEN borcunu yoxlama hissəsində on rəqəmli kodumu yazıb borcumu öyrənirəmsə, səhifədə borc sıfır göstərirsə, bu borcun olmadığı deməkdir?
06/03/2020 Прочитано: 67 Средняя стоимость: 5

Vergi borcunuz barədə məlumatı Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng edərək “3” düyməsini seçib öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "E-xidmətlər" altbölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi, sosial və işsizlikdən sığorta haqqı üzrə borc ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə “İnternet Vergi İdarəsi”ndən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) əldə edilə bilər.

5/5 (1 Средняя стоимость)
Оцените:
Baba Babayev Mahmud ba***@gmail.com ID: 799
Vergi Məcəlləsində maddə 102. Gəlir vergisindən azad olmalar və güzəştlər 102.2.6 bəndində verilən güzəşt həmin şəxslərin özünə aiddir, yoxsa övladları da bu güzəşdən yararlana bilər?
06/03/2020 Прочитано: 67 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.6-cı maddəsinə əsasən ,1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Güzəşt yalnız həmin şəxslərə aid edilir.

5/5 (2 Средняя стоимость)
Оцените:
Saleh Dəmirov İbrahim sa***@mail.ru ID: 821
Salam. Zəhmət olmasa deyərdiniz: Müəllimlərin əmək haqqından gəlir vergisi tutularkən minimum əmək haqqı hansı məbləğlə götürülür? (200, yoxsa 250)
06/03/2020 Прочитано: 94 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Abdulzadə Murad mu***@mail.ru ID: 827
Salam. Sualım Yeni Aktla bağlıdır. Bilmək istəyirəm bu, hansı sahədə fəaliyyət göstərənlər üçün lazımdır? Xidmət sahəsində fəaliyyət göstərən şirkətlər yeni akt tərtib edib göndərməlidir? Əgər göndərməlidirsə, e-qaimədən əvvəl, yoxsa sonra göndərilməlidir?
06/03/2020 Прочитано: 84 Средняя стоимость: 0

Müraciətinizdə Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən elektron alış aktının tətbiqi haqda soruşulduğu qənaətinə gələrək bildiririk ki, edilmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura isə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Tatyana Putinseva ka***@inbox.ru ID: 865
Salam.Юридическое лицо-микро,код деятельности 68200(100%),не зарегистрированы в качестве плательщика НДС,сдаем годовой отчет на прибыль.Просим Вас дать ответ :освобождена наша фирма при выплате дивидендов от 10% своему учредителю за 2019 год.который является физическим лицом ,согласно статьи 102.1.22-1. и статьи 106.10?. Банк требует, чтобы мы платили этот налог,так ка мы сдает отчет на прибыль,а не сдаем упрощенный налог.Просим внести ясность : или наша фирма должна платить 10 %,при выплате дивидендов или мы должны стать упрощенцами,хотя наша деятельность не позволяет нам быть таковыми,что требует банк
06/03/2020 Прочитано: 110 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır. Buna əsasən, müəssisəniz qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu apardığı halda onun mənfəətindən təsisçiyə ödənilən dividend  vergidən azad edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu və 218-1.1.4-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rəfail Mustafayev Fəzail re***@azersu.az ID: 839
Vergi Məcəlləsinin 102.4.5 maddəsi. Şirvan şəhərində məcburi köçkünlərə ev verilib. Bilmək istəyirəm ki, onlara güzəşt şamil olunurmu? Xahiş edirəm müraciətimə cavab verəsiniz.
06/03/2020 Прочитано: 88 Средняя стоимость: 5

Məcburi köçkün statusu alan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinə gəlir vergisindən güzəştin tətbiqi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Eyni zamanda, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-IQ nömrəli Qanununun 14-cü maddəsi ilə tənzimlənir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunu itirir.

Bunlarla yanaşı, məcburi köçkün statusu haqqında vəsiqənin hansı müddətə verilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilə bilər.

5/5 (1 Средняя стоимость)
Оцените: