Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə

Asiya İnkişaf Bankının fəaliyyəti Asiya və Sakit okean hövzəsi ölkələrini yoxsulluqdan azad etmək məqsədi daşıyır. Bu region əhalisinin təxminən 1,4 milyard nəfəri kasıbdır və hər bir insanın sahib olma hüququ olan ən vacib malları, xidmətləri, məhsulları və  imkanları belə əldə edə bilmir. 1966-cı ildə təsis edildiyi tarixdən etibarən Asiya İnkişaf Bankı, Asiya və Sakit okean regionu əhalisinin rifahının yaxşılaşdırılmısına stimul verəcək şəkildə fəaliyyət göstərmişdir. İnkişaf etməkdə olan üzv ölkələrimizlə və maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində öz investisiyalarımızı uzaqgörənliklə planlaşdıraraq yoxsulluğu azalda bilər və hər kəsin faydalana biləcəyi uzunmüddətli və hərtərəfli inkişafa əsaslanan bir dünyanı qura bilərik. İstər infrastruktura, səhiyyə xidmətinə, maliyyə və dövlət idarəetmə sistemlərinə qoyulan investisiya vasitəsilə, istərsə də  dövlətlərin iqlim dəyişikliyinin təsirinə hazırlanmasına kömək etmək  və ya təbii resursları daha yaxşı idarə etmək olsun. AİB inkişaf etməkdə olan ölkələrin dünyaya və bir-birinə ilə inteqrasiya edən müasir iqtisadiyyata doğru inkişafına təkan verir. Bizim fərdi yanaşmalarımız innovasiya, inkişaf və şəffaflığı təbliğ etməklə bazar iqtisadiyyatına keçidi təşviq etmək kimi davamlı bir məqsəd daşıyır. Yardım üçün əsas vasitələr kreditlər, qrantlar, siyasi dialoq, texniki yardım və kapital investisiyalardır. Biz regional forumlar, artmaqda olan onlayn iştirak və xüsusi çap materialları, serial fimlər və kitablar vasitəsilə yayılan informasiya, düşüncə və təcrübənin inkişafı baxımdan ön sıralardayıq. Yoxsulluğu azaltmaq və Asiya-Sakit Okean regionunda davamlı və hərtərəfli inkişafı təmin etmək məqsədilə iqtisadçılar, sosioloqlar, mühəndislər, gender məsələləri üzrə ekspertlər və ekologiya üzrə alimlər birlikdə işləyilər.