Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə

Beynəlxalq Valyuta Fondu

Beynəlxalq Valyuta Fondu - valyuta münasibətləri sahəsində qlobal əməkdaşlığı stimullaşdırmaq, maliyyə stabilliyini təmin etmək, beynəlxalq ticarətə köməklik etmək, yüksək məşğulluq səviyyəsini və davamlı iqtisadi artımı təmin etmək, və bütün dünyada yoxsulluğun azaldılması məqsədilə fəaliyyət göstərən, 188 ölkədən ibarət təşkilatdır. Beynəlxalq Valyuta Fondunun əsası 1944-cü ilin iyul ayında ABŞ-ın şimal-şərqində yerləşən Nyu-Hempşir ştatının Bretton Vuds şəhərində keçirilən görüşdə 44 ölkənin nümayəndəsinin İkinci Dünya Müharibəsindən sonra yaradılacaq beynəlxalq iqtisadi əməkdaşlığın strukturu haqqında razılığa gəldikləri zaman qoyulmuşdur. Onlar hesab edirdilər ki, belə struktur Böyük Depressiyaya səbəb olan zərərli iqtisadi siyasətin təkrarlanmasının qarşısının alınması üçün zəruridir. Beynəlxalq Valyuta Fondu rəsmi olaraq 1945-ci ilin dekabr ayında, ilk 29 üzv ölkənin onun Razılaşma Maddələrini imzalanmasından sonra yaranmışdır. Fond 1 mart 1947-ci ildə fəaliyyətə başladı. Elə həmin il Fransa Beynəlxalq Valyuta Fondundan borc alan ilk ölkə oldu. Beynəlxalq Valyuta Fonduna üzvlük 1950-ci illərin sonlarında və 1960-cı illərdə genişlənməyə başladı, beləki, Afrika ölkələrinin əksəriyyəti müstəqillik qazanaraq BVF-ya üzv olmaq üçün müraciət etdilər. Lakin Soyuq müharibə Fondun üzvlüyünü məhdudlaşdırdı. Beynəlxalq Valyuta Fondu (BVF) qlobal inkişaf və iqtisadi sabitliyə kömək etmək məqsədilə fəaliyyət göstərir. O, iqtisadi çətinliklərlə üzləşən üzvlərə siyasət məsələləri üzrə məsləhət verir və onları maliyyələşdirir, həmçinin, inkişaf etməkdə olan ölkələrlə işləyərək, makroiqtisadi stabilliyə nail olmaq və yoxsulluğu azaltmaq üçün onlara kömək edir.

BVF nə edir

Demək olar ki qlobal üzvlüyə malik 186 ölkəni əhatə edən BVF, imkanlardan istifadə etmək və qloballaşmanın tələblərini və ümumiyyətlə iqtisadi inkişafı idarə etmək üçün üzv ölkələrin hökumətlərinə yardım göstərilməsinə dair unikal imkanlara malikdir. BVF qlobal iqtisadi tendensiya və göstəriciləri izləyir, yarana biləcək problemlər haqqında üzv ölkələri xəbərdar edir, siyasət dialoqlarının aparılması üçün forumlar təşkil edir və iqtisadi çətinliklərlə mübarizə aparmaq məqsədilə hökumətlərə nou-xau təqdim edir.

BVF əsas fəaliyyəti

BVF aşağıdakılar vasitəsilə üzv ölkələrini dəstəkləyir:

  • İqtisadi tendensiyalara və ölkələrin təcrübələrinə əsaslanaraq hökumətlərə və mərkəzi banklara siyasət üzrə məsləhətlərin verilməsi;
  • Qlobal, regional və fərdi iqtisadiyyatların və bazarların monitorinqinə əsaslanan tədqiqatların, statistikaların, proqnozlaşdırmanın və təhlillərin aparılması;
  • İqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün ölkələrə borcların verilməsi;
  • İnkişaf etməkdə olan ölkələrdə yoxsulluqla mübarizədə köməklik etmək üçün güzəştli borcların verilməsi; və
  • İqtisadiyyatlarnın idarə olunmasının yaxşılaşdırılmasında ölkələrə köməklik göstərilməsi üçün texniki yardım və treninqlərin keçirilməsi.

Üzvlük

Hazırda Beynəlxalq Valyuta Fondu 186 ölkədən ibarət, qlobal üzvlüyə malikdir. Üzv olmaq üçün ölkə müraciət etməli və mövcud üzvlərin əksəriyyəti tərəfindən qəbul edilməlidir. 2009-cu ilin iyun ayında keçmiş Yuqoslav Respublikası Kosovo BVF-na qoşularaq 186-cı üzv ölkə oldu.

 

www.imf.org

Albaniya
Almaniya
Amerika Birləşmiş Ştatları
Anqola
Antiqua və Barbuda
Argentina
Avstraliya
Avstriya
Azərbaycan


Baham adaları
Banqladeş
Barbados
Belçika
Beliz
Belarus
Benin
Bəhreyn
Birləşmiş Ərəb Əmirlikləri
Boliviya
Bolqarıstan
Bosniya və Herseqovina
Botsvana
Böyük Britaniya və Şimali İrlandiya
Braziliya
Bruney Darussalam
Burkino-Faso
Burundi
Butan


Cənubi Afrika
Cənubi Korea
Cənubi Sudan
Cibuti


Çad
Çexiya
Çernoqoriya
Çili
Çin


Danimarka
Dominika
Dominikan Respublikası


Efiopiya
Ekvador
Ekvatorial Qvineya
Eritreya
Ermənistan
Estoniya


Əfqanıstan
Əlcəzair

 

Fici
Filippin
Finlandiya
Fransa


Gürcüstan


Haiti
Hindistan
Honduras
Honkonq


Xorvatiya


İndoneziya
İordaniya
İraq
İran
İrlandiya
İslandiya
İspaniya
İsrail
İsveç
İsveçrə
İtaliya


Kabo-Verde
Kamboca
Kamerun
Kanada
Keniya
Kipr
Kiribati
Kolumbiya
Komor adaları
Konqo Demokratik Respublikası
Konqo Respublikası
Kosovo
Kosta-Rika
Kot d-İvuar
Küveyt


Qabon
Qambiya
Qana
Qayana
Qazaxıstan
Qətər
Qırğızıstan
Qrenada
Qvatemala
Qvineya
Qvineya-Bisau


Laos
Latviya
Lesoto

Liberiya
Litva
Livan
Liviya
Lüksemburq


Macarıstan
Madaqaskar
Makao
Makedoniya
Malavi
Malayziya
Maldiv adaları
Mali
Malta
Marşal adaları
Mavriki
Mavritaniya
Meksika
Mərakeş
Mərkəzi Afrika Respublikası
Mikroneziya
Misir
Moldova
Monqolustan
Monserrat
Mozambik
Myanma

 


Namibiya
Nauru
Nepal
Niderland
Niderland Antil adaları
Niger
Nigeriya
Nikaraqua
Norveç


Oman


Özbəkistan


Pakistan
Palau
Panama
Papua Yeni Qvineya
Paraqvay
Peru
Polşa
Portuqaliya


Ruanda
Rumıniya
Rusiya Federasiyası


Salvador
Samoa
San-Marino
San-Tome və Prinsipi
Seneqal
Sen-Marten
Sent-Kits və Nevis
Sent-Lüsiya
Sent-Vinsent və Qrenadin
Serbiya
Seyşel adaları
Səudiyyə Ərəbistanı
Sinqapur
Slovakiya
Sloveniya
Solomon adaları
Somali
Sudan
Surinam
Suriya
Svazilend
Syerra-Leone


Şərqi Timor
Şri Lanka


Tacikistan
Tailand
Tanzaniya
Toqo
Tonqa
Trinidad və Tobaqo
Tunis
Tuvalu
Türkiyə
Türkmənistan


Ukrayna
Uqanda
Uruqvay


Vanuatu
Venesuela
Vyetnam


Yamayka
Yaponiya
Yeni Zelandiya
Yəmən
Yunanıstan


Zambiya
Zimbabve