Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 4-cü mərhələ çərçivəsində 185.856 muzdlu işçini əhatə edən 20.442 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış həmin vergi ödəyicilərinin siyahısını təqdim edir.

Muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi – IV mərhələ (01.04.2021-ci il tarixinə)

4-cü maliyyə paketi çərçivəsində ödəniş edilmiş vergi ödəyicilərinin sayı

20.442 vergi ödəyicisi

Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı

185.856 nəfər

Ödənilmiş vəsaitin məbləği

41.753,0 min manat

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 4-cü mərhələ çərçivəsində 84.632 fərdi (mikro) sahibkara maliyyə dəstəyi göstərilib. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış həmin vergi ödəyicilərinin siyahısını təqdim edir.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi - IV mərhələ (01.04.2021-ci il tarixinə)

Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı

84.632 vergi ödəyicisi

Ödənilmiş vəsaitin məbləği

30.198,4 min manat

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 3-cü mərhələ çərçivəsində sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında 8.657 muzdlu işçini əhatə edən 1.776 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış həmin vergi ödəyicilərinin siyahısını təqdim edir.

Muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi – III mərhələ (15.12.2020-ci il tarixinə)

3-cü maliyyə paketi çərçivəsində ödəniş edilmiş vergi ödəyicilərinin sayı

1.776 vergi ödəyicisi

Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı

8.657 nəfər

Ödənilmiş vəsaitin məbləği

1.446,9 min manat

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 3-cü mərhələ çərçivəsində sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında 12.982 fərdi (mikro) sahibkara maliyyə dəstəyi göstərilib. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış həmin vergi ödəyicilərinin siyahısını təqdim edir.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi - III mərhələ (15.12.2020-ci il tarixinə)

Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı

12.982 vergi ödəyicisi

Ödənilmiş vəsaitin məbləği

5.991,9 min manat

Koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı, bu Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam edir.

Bir sıra şəhər və rayonlarda epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar yenidən xüsusi karantin rejimi tətbiq edilib. Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında karantin rejiminin sərtləşdirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində yenidən məhdudlaşmalara səbəb olub.

Yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, sahibkarlıq subyektləri üzrə iş yerlərinin qorunub saxlanılması məqsədilə qeyd edilən şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin davam etdirilməsi barədə qərar qəbul edilib. Belə ki, bu şəhər və rayonlar üzrə muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə maliyyə dəstəyi 9.300 işçisi olan 1.900-dək, fərdi (mikro) sahibkarlar üzrə maliyyə dəstəyi isə 13.000-dən yuxarı vergi ödəyicisini əhatə edəcək.

Maliyyə dəstəyinin göstərilməsi üçün vergi ödəyicilərinin müraciət etməsinə ehtiyac yoxdur, ödəmələr həmin rayonlarda əvvəllər maliyyə dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. Maliyyə dəstəyi son 4 ayda işçi sayını əhəmiyyətli dərəcədə azaltmamış vergi ödəyicilərinə göstəriləcək. Əmək haqqı üzrə ödəmələrdə vergi ödəyicilərinin sosial sığorta ayırmaları də nəzərə alınacaqdır.

Məlumat üçün bildirək ki, 26 oktyabr 2020-ci il tarixinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 204,6 milyon manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üçün isə 77 milyon manat vəsait vergi ödəyicilərinin bank hesablarına köçürülüb. İki mərhələdə həyata keçirilmiş maliyyə dəstəyi proqramlarından 130 mindən çox vergi ödəyicisi yararlanıb, proqramlar 344 mindən çox vətəndaşı əhatə edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 2-ci mərhələ çərçivəsində 237.272 muzdlu işçini əhatə edən 23.188 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış həmin vergi ödəyicilərinin siyahısını təqdim edir.

Muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabat (28.09.2020 il tarixinə)

2-ci maliyyə paketi çərçivəsində ödəniş edilmiş vergi ödəyicilərinin sayı

23.188 vergi ödəyicisi

Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı

237.272 nəfər

Ödənilmiş vəsaitin məbləği

104.083,3 min manat

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 2-ci mərhələ çərçivəsində 50.148 fərdi (mikro) sahibkara maliyyə dəstəyi göstərilib. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış həmin vergi ödəyicilərinin siyahısını təqdim edir.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabat – 2-ci mərhələ (28.09.2020-ci il tarixinə)

Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı

50.148  vergi ödəyicisi

Ödənilmiş vəsaitin məbləği

13.252,0 min manat

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramının icrası davam etdirilir. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısını təqdim edir (siyahı mütəmadi olaraq yenilənəcək):

Artan yekunla, 28.09.2020-ci il tarixә olan mәlumat

Muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi
(28.09.2020 il tarixinə)

Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği

215,0 milyon manat

Müraciət etmiş vergi ödəyicilərinin sayı 

Vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı

29.268 vergi ödəyicisi

275.765 nəfər

Maliyyə dəstəyinin məbləği

99.778,2 min manat

Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı

25.031 vergi ödəyicisi

Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı

216.571 nəfər

Ödənilmiş vəsaitin məbləği

o cümlədən, 2-ci ay üzrə ödənilmiş vəsaitin məbləği (50%)

98.894,4 min manat 

49.130,5 min manat

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramının icrası davam etdirilir. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısını təqdim edir (siyahı mütəmadi olaraq yenilənəcək):

Artan yekunla, 28.09.2020-ci il tarixә olan mәlumat

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi
(28.09.2020 il tarixinə)

Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği

80,0 milyon manat

Müraciət etmiş vergi ödəyicilərinin sayı

119.024 vergi ödəyicisi

Müraciəti araşdırılmış vergi ödəyicilərinin sayı

Maliyyə dəstəyinin məbləği

111.986 vergi ödəyicisi

63.804,2 min manat

Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı

107.256 vergi ödəyicisi

Ödənilmiş vəsaitin məbləği

63.709,2 min manat

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi

  1. Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi hansı sahibkarlara aiddir?

Dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini həyata keçirir.

  1. Pandemiyadan zərər çəkən sahələr hansılardır?

Pandemiyadan zərər çəkmiş 4 böyük sektor üzrə aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilib.

  • Sənaye sektoru üzrə:

  • İstehsal sektoru (ərzaq, dərman, tütün və içki istehsalı istisna olunmaqla).

  • Ticarət sektoru üzrə:

  • Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olunmaqla);

  • Turizm, ictimai iaşə və digər xidmətlər sektoru:

  • Yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

  • Turoperator və turagent fəaliyyəti;

  • Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq məhsullarının daşınması və (və ya) çatdırılması xidmətləri;

  • İctimai iaşə fəaliyyəti;

  • Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

  • İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;

  • Hazırlıq (tədris) və ixtisasartırma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərin fəaliyyəti;

  • Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti;

  • Özəl təhsil müəssisələri (o cümlədən uşaq bağçaları);

  • Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri.

  • Nəqliyyat sektoru:

  • Ölkədaxili yük və sərnişindaşıma (o cümlədən taksi ilə) fəaliyyəti.

Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatı ilə ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.e-taxes.gov.az/new/downloads/Fealiyyet_kodlari_pandemiya.xlsx

  1. Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyindən faydalanmaq üçün sahibkar müraciəti haradan etməlidir?

“Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə məlumat qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetinə də göndərilir. Vergi ödəyiciləri müraciəti İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etməlidirlər. Bunun üçün elektron kabinetdə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” altbölməsinə daxil olmaqla buradakı müvafiq altbölmədəki müraciət forması elektron qaydada doldurulmalıdır. Müraciətin tərtib olunması qaydaları ilə bağlı hazırlanmış videotəlimatla İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində (www.economy.gov.az) və Nazirliyin sosial şəbəkə səhifələrində (Youtube, Facebook, Instagram) tanış olmaq mümkündür.

  1. Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyini əldə etmək üçün sahibkardan hansı məlumatların verilməsi tələb olunur?

Müraciət formasında vergi ödəyicisinin reyestr məlumatları - vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayı - avtomatik əks etdirilir. Sahibkarlar müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, bu fəaliyyət sahələri üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısını, vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı barədə əlavə məlumatları onlayn qaydada doldurmalıdırlar.

  1. Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyini əldə etmək üçün sahibkarın göndərdiyi müraciətdəki məlumatlar yoxlanılacaqmı?

Məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Vergi ödəyicisi məlumatların səhih verildiyinə, vergi orqanlarına təqdim etdiyi hesabatlardakı göstəricilərdən fərqli olmamasına diqqət yetirməlidir. Müraciətin yoxlanılması zamanı sistem vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməsini, müraciət tarixinə işçi sayında azalmaların olmamasını, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi halları yoxlayacaq. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir.

  1. Əgər məlumatlarda uyğunsuzluq aşkarlanarsa, bunu düzəltmək imkanı olacaqmı?

Vergi ödəyicisinə uçot məlumatları üzrə uyğunsuzluğu aradan qaldırmaq və şəxsi kabineti vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.

  1. Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyi sahibkarlara hansı şəkildə ödəniləcək?

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

  1. Sahibkar bu vəsaitləri digər təxirəsalınmaz zəruri xərclərinə yönəldə bilərmi?

Dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.

  1. Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən hansı meyar əsas götürüləcək?

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülür.

  1. Əgər işçilər orta aylıq əməkhaqqından daha çox maaş alırsa, onlara hansı məbləğ ödəniləcək?

Müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

Misal: 

Vergi ödəyicisinin 10 işçisi var. Onlardan 6-sının əməkhaqqı 600 manat, 4-ünün isə 1200 manatdır. Bu halda, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizminə əsasən:

- 600 manat əməkhaqqı alan şəxslər üçün: həmin vəsait iki bərabər hissəyə bölünür, 300 manatı aprel, 300 manatı may ayında ödənilir.

- 1200 manat əməkhaqqı alan şəxslər üçün: ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi – 712 manat əsas götürülür və iki bərabər hissəyə bölünür. Həmin şəxslərə 356 manat aprel, 356 manat da may ayında ödənilir.

  1. Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi çərçivəsində, əmək haqlarına hesablanmış sosial sığorta ayırmaları da qarşılanacaqmı?

Dövlət maliyyə dəstəyi muzdlu işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsinin də vergi ödəyicilərinin bank hesablarına köçürülməsini nəzərdə tutur.

  1. Vergi ödəyicisinin ərzaq dükanı var və 2019-cu ildən etibarən 2 faiz sadələşdirilmiş vergi rejimində işləyir. Eyni zamanda, mağazada 2 işçi də çalışır. Belə olan halda sahibkar maliyyə dəstəyi ala bilərmi?

Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş fərdi (mikro) sahibkarlara şamil edildiyi üçün belə vergi ödəyiciləri fərdi sahibkar kimi maliyyə dəstəyi üçün müraciət edə bilərlər. 
Lakin ərzaq məhsullarının satışı bir fəaliyyət istiqaməti olaraq pandemiyadan zərər çəkən sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına daxil olmadığı üçün həmin sahibkar muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üzrə proqramda iştirak etmək hüququna malik deyil.

  1. Şəxsi kabinetdə ərizələrin siyahısından əməkhaqqı üçün maliyyə dəstəyi ərizəsini necə tapmaq olar?

Pandemiyadan zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyi əldə etmək üçün aşağıda qeyd olunan keçid yolu vasitəsilə müraciət təqdim edə bilərsiniz:
Giriş > "Onlayn kargüzarlıq və e-VHF" bölməsi > Yeni müraciət > Müraciətin növü - Ərizə > Sənədin növü -"Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət".

  1. Muzdlu işçi sahibkarın əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyi alıb-almadığını necə öyrənə bilər? Əgər sahibkar maliyyə dəstəyi aldığı təqdirdə əmək haqlarını ödəməsə, bu halda işçi hansı addımlar ata bilər?

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Vergilər nazirliklərinin rəsmi internet saytlarında yerləşdirilir və hər gün yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.

  1. Maliyyə dəstəyi ilə bağlı müraciətə vergi orqanları tərəfindən imtina verildikdə, bu barədə bildiriş göndərilirmi?

Vergi ödəyicilərinin müraciəti sistem tərəfindən avtomatik yoxlanılır, uyğunsuzluq aşkar edildikdə, bu haqda ekranda bildiriş əks olunur. Vergi ödəycisinin təqdim etdiyi məlumatlarda müraciətin emalı zamanı doğru olmayan məlumat aşkar edildikdə isə, vergi ödəyicisinə məlumatların dəqiqləşdirilməsi üçün bildiriş göndərilir.

  1. Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən növbəti ay da vergi orqanına müraciət etmək tələb olunurmu?

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir və bunun üçün vergi ödəyicisinin növbəti ay üçün müraciət etməsi tələb olunmur.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi

  1. Maliyyə dəstəyinin göstərilməsi zərər çəkən fərdi sahibkarların hamısına aiddirmi?

Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş fərdi (mikro) sahibkarlara şamil edilir.

  1. Maliyyə dəstəyi fərdi sahibkarlara necə çatdırılacaq?

Dövlət büdcəsindən ayrılan vəsaitlər fərdi sahibkarların bank hesablarına köçürüləcək.

  1. Fərdi sahibkarlar maliyyə dəstəyindən faydalanmaq üçün müraciəti haradan etməlidir?

Vergi ödəyiciləri İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) şəxsi elektron kabinetlərində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” altbölməsinə daxil olaraq elektron qaydada müraciət formasını doldurmalıdırlar. Müraciətin tərtib olunması qaydaları ilə bağlı hazırlanmış videotəlimatla İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində (www.economy.gov.az) və Nazirliyin sosial şəbəkə səhifələrində (Youtube, Facebook, Instagram) tanış olmaq mümkündür.

  1. Maliyyə dəstəyini əldə etmək üçün müraciət etdiyi zaman fərdi sahibkarlardan hansı məlumatların verilməsi tələb olunur?

Müraciət formasında reyestr məlumatları – vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər - avtomatik əks etdirilir. Sahibkarlar müraciətlərində öz vergi rejimi barədə məlumatları (2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması, yaxud gəlir vergisi mükəlləfiyyəti olması), habelə vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabını göstərməlidirlər.

  1. Maliyyə dəstəyini əldə etmək üçün fərdi sahibkarın etdiyi müraciətdəki məlumatlar necə yoxlanılacaq və yanlışlıq olduğu halda bunu düzəltmək imkanı olacaqmı?

Fərdi (mikro) sahibkarların verdiyi məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Müraciətin yoxlanılması zamanı vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması ilə bağlı uyğunsuzluqların olub-olmaması araşdırılır. Əgər uçot məlumatlarında uyğunsuzluq aşkar edilərsə, bu halda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı verilir.

  1. Maliyyə dəstəyinin göstərilməsi anına sahibkarın dövlət büdcəsinə borcu olarsa, ona ödənilən vəsait borca silinə bilərmi?

Pandemiyadan zərər çəkmiş vergi ödəyicilərinə göstəriən maliyyə dəstəyi üzrə ödənilmiş vəsaitlər digər borclara görə silinməyəcək. Vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin ediləcək.

  1. Fərdi sahibkarlara dövlət maliyyə dəstəyinin minimal həddi varmı?

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi mexanizmi çərçivəsində göstərilən maliyyə dəstəyinin minimum həddi 250, maksimum həddi 5000 manatdır. Əgər fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olarsa, ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.

Misal: Fərdi sahibkarın ötən il ərzində ödədiyi vergilərin məbləği 180 manat təşkil edir. Bu halda fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində vergi ödəyicisinə 250 manat məbləğində ödəniş həyata keçiriləcək.

  1. Vergi qeydiyyatına durmaqla fərdi sahibkarlar üçün maliyyə dəstəyi proqramından faydalanmaq üçün müraciət etmək olarmı? 

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı 2019-cu il ərzində vergi, sosial sığorta və işsizlikdən sığorta haqqı ödəmiş vergi ödəyicilərinə aid edildiyi üçün yeni vergi qeydiyyatına durmaq maliyyə dəstəyi almaq məqsədilə müraciət etmək hüququ vermir. 

  1. Sahibkarların maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərinin nəticəsi nə zaman bilinəcək? 

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlər sistem tərəfindən avtomatik yoxlanılır və uyğunsuzluq aşkar edilmədiyi halda müraciət qəbul edilir. Müraciətin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicisinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetinə və SMS şəklində mobil telefonuna göndərilir.

  1. Vergi ödəyicisinin VÖEN-ə bağlı olmayan bank hesabı mövcuddur. Maliyyə dəstəyi çərçivəsində sahibkara ödəniləcək vəsaitin həmin hesaba köçürülməsi mümkündürmü?

Maliyyə dəstəyi çərçivəsində ayrılmış vəsaitlər yalnız vergi ödəyicisinin VÖEN-lə əlaqəli olan bank hesabına köçürülür.

  1. İnternet Vergi İdarəsində şəxsiyyət vəsiqəsinin FIN kodu üçün nəzərdə tutulan bölməyə daxil olub maliyyə dəstəyi müraciəti etmək olarmı?

Xeyr, bu üsul yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı üçün nəzərdə tutulub. Vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.

  1. Şəxsi kabinetdə ərizələrin siyahısından fərdi sahibkarlar üçün maliyyə dəstəyi ərizəsini necə tapmaq olar?

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi əldə etmək üçün müraciəti aşağıda qeyd olunan keçid yolu vasitəsilə təqdim edə bilərsiniz:
Giriş > "Onlayn kargüzarlıq və e-VHF" bölməsi > Yeni müraciət > Müraciətin növü - Ərizə > Sənədin növü - "Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət".

  1. Vergi ödəyicisi maliyyə dəstəyi üçün meyarlara uyğun gəlir, lakin bank hesabı yoxdur. Vergi və sosial sığorta haqqı üzrə borcu olduğuna görə şəhadətnamə-dublikatın alınması üçün müraciət göndərə bilmir. Bu halda necə müraciət edə bilər?

Bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadığı halda verilir. Vergi ödəyicisinin borcu olduqda, şəhadətnamə-dublikatın verilməsi üçün məhdudiyyətin aradan qaldırılması məqsədilə qeydiyyatda olduğu vergi orqanına və ya Vergilər Nazirliyinə sərbəst ərizə forması ilə müraciət edilməlidir. Şəhadətnamə-dublikatın alınmasına məhdudiyyət götürüldükdən sonra vergi ödəyicisi bank hesabı açılması üçün müraciət edə bilər.

  1. Mənim adıma keçən ildən VÖEN var, vergi ödəməmişəm və müraciət etmək üçün şifrə və parolu itirmişəm. Mən yeni şifrə və parol əldə etsəm, maliyyə dəstəyi ala bilərəmmi?

Fərdi sahibkarlar üçün maliyyə dəstəyi 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir. Bu səbəbdən sizin maliyyə dəstəyi üçün müraciət etmək hüququnuz yoxdur.

  1. Fərdi sahibkarlar üçün maliyyə dəstəyi proqramından ikinci dəfə faydalanmaq üçün əlavə müraciət etmək tələb olunurmu?

Vergi ödəyicilərinin təkrar müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış və ikinci mərhələ çərçivəsində dəstək almaq hüququ yaranmış vergi ödəyiciləri üzrə həyata keçiriləcək.

  1. Sərt karantin rejimi tətbiq edilməyən şəhər və rayonlarda, fəaliyyətinə icazə verilən fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi göstəriləcəkmi?

Fərdi (mikro) sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyi proqramı sərt karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda fəaliyyətinə icazə verilən fərdi (mikro) sahibkarlıq subyektlərini də əhatə edəcək.

  1. Müxtəlif səbəblərdən birinci dəfə maliyyə dəstəyi almamış fərdi (mikro) sahibkarlar müraciət etməklə hər iki maliyyə dəstəyindən yararlana bilərlərmi?

İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri bu dəstək üçün müraciət edə bilərlər, lakin yeni müraciətlərin qəbulu avqust ayının 10-dək başa çatacaq.

  1. Fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi yalnız birinci dəfə 250 manat verilmiş şəxslərə şamil edilir? Misal üçün, birinci mərhələdə 290 manat maliyyə dəstəyi almış şəxslərə maliyyə dəstəyi yenidən veriləcəkmi?

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara əsasən, yeni maliyyə dəstəyi buna daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara aid edilir.


  1. Vergi ödəyicisi VÖEN-ini müvəqqəti dayandırmaq üçün nə etməlidir?

Fəaliyyəti müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim edilməlidir. Arayış və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, fiziki şəxsin fəaliyyəti Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə dayandırıla bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdir. Bu səbəbdən, əlavə suallar yarandıqda, vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla aşağıdakı keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilər: https://bit.ly/2UqPoOc

  1. Vergi ödəyicisi VÖEN-ini ləğv etmək üçün nə etməlidir?

Vergi uçotunu ləğv etmək üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edilməlidir. Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdir. Bu səbəbdən, əlavə suallar yarandıqda, vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla aşağıdakı keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilər: https://bit.ly/2UqPoOc

  1. Elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş istifadəçi kodu, parol və şifrə unudulduqda, yenisi necə əldə edilə bilər?

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib olunmalı, poçt vasitəsilə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına göndərilməlidir.

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdir. Bu səbəbdən, əlavə suallar yarandıqda, vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla aşağıdakı keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilər: https://bit.ly/2UqPoOc

  1. Hər hansı bir şəxs VÖEN-i olsa da, fəaliyyətini müvəqqəti dayandırıbsa, 190 manat birdəfəlik müavinət ala bilərmi?

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) vergi ödəyiciləri, yaxud onların əri və ya arvadı işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin alınması məqsədilə müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə  müraciət edə bilərlər.

Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi kimə aiddir? Pandemiyadan zərər çəkən sahələr hansılardır?


Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyindən faydalanmaq üçün sahibkar müraciəti haradan etməlidir?


Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyini əldə etmək üçün sahibkardan hansı məlumatların verilməsi tələb olunur?


Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyi sahibkarlara hansı şəkildə ödəniləcək? Sahibkar bu vəsaitləri digər təxirəsalınmaz zəruri xərclərinə yönəldə bilərmi?


Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən hansı meyar əsas götürüləcək? Əgər işçilər orta aylıq əməkhaqqından daha çox maaş alırsa, onlara hansı məbləğ ödəniləcək?


Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi çəeçivəsində, əmək haqlarına hesablanmış sosial sığorta ayırmaları da qarşılanacaqmı?


Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyini əldə etmək üçün sahibkarın göndərdiyi müraciətdəki məlumatlar yoxlanılacaqmı? Əgər məlumatlarda uyğunsuzluq aşkarlanarsa, bunu düzəltmək imkanı olacaqmı?


Vergi ödəyicisinin ərzaq dükanı var və 2019-cu ildən etibarən 2 faiz sadələşdirilmiş vergi rejimində işləyir. Eyni zamanda, mağazada 2 işçi də çalışır. Belə olan halda sahibkar maliyyə dəstəyi ala bilərmi?


Maliyyə dəstəyinin göstərilməsi zərər çəkən fərdi sahibkarların hamısına aiddirmi?


Fərdi sahibkarlar maliyyə dəstəyindən faydalanmaq üçün müraciəti haradan etməlidir?


Müraciət zamanı fərdi sahibkarlardan hansı məlumatların verilməsi tələb olunur?


Fərdi sahibkarın müraciəti necə yoxlanılacaq və yanlışlıq olarsa, düzəltmək imkanı veriləcəkmi?


Maliyyə dəstəyinin göstərilməsi anına dövlət büdcəsinə borc olarsa, ödənilən vəsait silinə bilərmi?


Fərdi sahibkarlara dövlət maliyyə dəstəyinin minimal həddi varmı?


Vergi qeydiyyatına durmaqla fərdi sahibkarlar üçün maliyyə dəstəyi proqramından faydalanmaq üçün müraciət etmək olarmı?


Sahibkarların maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərinin nəticəsi nə zaman bilinəcək?


Vergi ödəyicisinin VÖEN-ə bağlı olmayan bank hesabı mövcuddur. Maliyyə dəstəyi çərçivəsində sahibkara ödəniləcək vəsaitin həmin hesaba köçürülməsi mümkündürmü?


Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürüləcək. Bu məqsədlə qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetlərinə (www.e-taxes.gov.az) “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.

Vergi ödəyiciləri maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq müvafiq müraciət formasını doldurmalıdır.


 

Pandemiyadan zərər çəkmiş sahələrdə 300 min nəfər əmək müqaviləsi olan muzdlu işçinin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Mexanizm çərçivəsində vergi ödəyicilərinin işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək. Bu məqsədlə qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetlərinə (www.e-taxes.gov.az) “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.

Vergi ödəyiciləri maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq müvafiq müraciət formasını doldurmalıdır.


 

"Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə"nin onlayn tərtib olunması və göndərilməsi barədə video təlimat.


 

Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verib.

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydalarını və vəsaitlərin köçürülməsi mexanizmlərini şərh edib.

N.Şirinov bildirib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə maliyyə dəstəyi verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində həmin sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, onların sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.

Sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması ilə bağlı proqram təminatı hazırlanıb və aprelin 8-dən etibarən istifadəyə verilib. Aprelin 9-dan başlayaraq 10853 muzdlu işçisi olan 1000-dən yuixarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.

N.Şirinov müraciətlərin göndərilməsi qaydası və mexanizmləri barədə də məlumat verib. Bildirilib ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) pandemiyadan zərər çəkmiş sahələr üzrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xüsusi bölmə yaradılıb. Vergi ödəyiciləri Internet Vergi İdarəsində mövcud olan şəxsi kabinetləri vasitəsilə həmin bölməyə daxil olaraq əmək ödənişləri üzrə alt bölməni seçməklə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə dəstəyin göstərilməsi ilə bağlı müraciət edə bilərlər. Müraciət edilərkən vergi ödəyicisinə dair reyestr və uçot məlumatları proqram tərəfindən avtomatik olaraq doldurulur. Bu, vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı, onun VÖEN-i, aktiv bank hesabları barədə məlumatlar, 1 mart tarixinə və müraciət tarixinə işçi sayı barədə məlumatlardır. Sahibkar tərəfindən isə pandemiyadan zərər çəkdiyi sahə və həmin sahədə fəaliyyət göstərən işçilərin sayı barədə məlumatlar sistemə daxil edilir, həmçinin vəsaitlərin hansı banka ödənilməsi ilə bağlı qeyd aparılır.

Bu qeydlər aparıldıqdan və müvafiq düymə sıxıldıqdan sonra avtomatik rejimdə daxil edilmiş məlumatların yoxlanılması həyata keçirilir. Bu yoxlamalar zamanı sistem tərəfindən bir sıra uyğunsuzluqlar aşkarlana bilər. Məsələn, müraciət edən sahibkarın riskli vergi ödəyiciləri ilə əməliyyatlar apardığı ortaya çıxa bilər. 1 mart tarixinə göstərilən işçi sayı ilə müraciət tarixinə olan işçi sayı ilə müqayisədə kəskin azalmalar, bank hesabının aktiv olmadığı müəyyən edilə bilər. Bu halda sistem tərəfindən həmin sahibkara müvafiq mesajlar verilir. Uçot məlumatlarında olan uyğunsuzluqların aradan qaldırlması ilə bağlı sahibkar müvafiq düzəlişləri edib yenidən müraciət edə bilər.

Elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyest məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin olunacaqdır.

N.Şirinov ödəniləcək vəsaitlərin məbləği ilə bağlı məsələlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği - 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əmək haqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əmək haqqı, əgər çoxdursa o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin ediləcək.

N.Şirinov bildirib ki, həmin sahibkarın dövlət büdcəsinə vergi və ya sosial sığorta üzrə borcları olsa belə, məqsədli vəsaitlərin ünvana çatdırılması üçün banklardan sərəncamların geri götürülməsi təmin olunacaqdır.

Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən işəgötürənlərin muzdlu işçilərinə əməkhaqlarının ödənilməsi 2 ay ərzində bərabər hissələrlə həyata keçiriləcək.

N.Şirinov vurğulayıb ki, işəgötürənlər özlərinin sosial məsuliyyəti məsələsini də yaddan çıxarmamalıdır. Muzdlu işçilərin əməkhaqqının ödənilməsinə dəstək dövlət tərəfindən ünvanlı şəkildə aparılır. Vəsait yalnız təyinatı üzrə, işçilərə əmək haqqı kimi ödənilməlidir. Muzdlu işçilərin əməkhaqları, həmçinin onların fərdi sosial sığorta hesabında vəsaitlərin toplanmasının davam etməsi üçün sosial sığorta ayırmalarının da sahibkarın hesabına köçürülməsi təmin edilir. Vəsaitlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır, əks halda onlar dövlət büdcəsinə qaytarılacaq və müvafiq tədbirlər görüləcəkdir.

Hazırlanmış proqram təminatlarında fərdi (mikro) sahibkarların da müraciət etməsi ilə bağlı alt bölmə yaradılıb. Fərdi (mikro) sahibkarlar da İnternet Vergi İdarəsində olan şəxsi kabinetləri vasitəsilə müvafiq alt bölmədən istifadə etməklə müraciət edə bilərlər. Bu zaman da, yuxarıda qeyd olunduğu kimi, müvafiq məlumatların bir hissəsi sistem tərəfindən elektron qaydada doldurulur. Bu, sahibkarın qeydiyyatda olduğu vergi orqanının adı, onun VÖEN-i və aktiv bank hesabları haqqında olan məlumatlardır. Sahibkar tərəfindən isə müraciətə müvafiq vergi rejimi barədə məlumatlar əlavə edilir. Belə ki, fərdi (mikro) sahibkarlar 4 vergi rejimindən birində fəaliyyət göstərdikdə, onlara vəsaitlərin ödənilməsi təmin ediləcəkdir. Bu rejimlərə sahibkarın 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərməsi, fərqlənmə nişanı əsasında daşıma fəaliyyəti ilə məşğul olması, sabit vergi qəbzi ilə fəaliyyət göstərməsi və dövriyyəsi 12 ay ərzində 200 min manatı keçmədiyi halda mikro sahibkar kimi gəlir vergisi rejimində fəaliyyət göstərməsi aiddir.

Sahibkar sistemdə bu vergi rejimlərindən birini və vəsaitin ödəniləcəyi bank hesabını qeyd edir. Bundan sonra sistem tərəfindən doldurulmuş məlumatların emalı aparılır və bu halda da sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Uyğunsuzluqlar əsasən sahibkarın qeyd etdiyi vergi rejimi ilə uçot baza məlumatlarında olan vergi rejiminin üst-üstə düşməməsi və ya aktiv bank hesabının olmaması, 2019-cü ildə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməməsi ilə bağlı ola bilər. Uyğunsuzluq aşkarlandıqda sahibkara müvafiq mesaj göndərilir. Əgər məlumatlar doldurularkən uçot-baza məlumatlarında olan reyestr məlumatları ilə sahibkarın doldurduğu məlumatlar arasında uyğunsuzluqlar olarsa, sahibkara bu məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət etməsi üçün imkan yaradılır. Beləliklə, sistem tərəfindən müraciət qəbul olunduqdan sonra müvafiq emaldan keçir və gün ərzində Maliyyə Nazirliyinə göndərilir ki, müvafiq tranzit hesabdan sahibkarın göstərdiyi bank hesabına vəsaitin ödənilməsi təmin edilsin.

Fərdi mikro sahibkarlara ödənişin həcmi minimum 250 manat təşkil edir. Əgər onun ödənişləri 2019-cu il ərzində 250 manatadək olubsa, həmin sahibkara 250 manat ödəniləcək. Əgər vergi ödənişləri daha böyük məbləğdə olarsa, sahibkarlara ödənilən vəsaitlərin məbləği 5000 manata qədər ola bilər.

N.Şirinov bildirib ki, göstərilən parametrlər üzrə aprelin 9-dan etibarən İqtisadiyyat Nazirliyinin elektron sistemi və müvafiq proqram təminatı kütləvi müraciətlərin qəbuluna tam hazırdır. İdarə rəisi yalnız Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş sahələrdə fəaliyyət göstərən və pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət etməli olduqlarını xüsusi qeyd edib.

 


 

Nazirlər Kabinetinin koronavirus pandemiyası ilə əlaqədar sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə məqsədilə qəbul etdiyi Tədbirlər Planına əsasən, sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına bu gündən start verilir. Proses 3 mərhələyə bölünüb. İlkin mərhələdə, hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir.

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanmış bu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən 300 min fərdi və ya mikro sahibkarı əhatə edəcək. Bunun üçün zərərə məruz qalmış sahələr və zəruri meyarlar müəyyənləşdirilib. Dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat həcmində maliyyə dəstəyi ayırıb. Bu məbləğ 2 bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Bu ödənişlərin üstünə həm də dövlət sosial siğorta ayırmaları da hesablanaraq ödəniləcək. Əsas məqsəd hər bir işçinin gələcək sosial müdafiəsi təmin edilməsidir ki, perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın.

Məsələyə münasibət bildirən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, müəssisələrin muzdlu işçilərə ödədiyi əmək haqqının dəstəklənməsi məqsədilə əsas meyar kimi ölkədə yanvar ayına olan orta əmək haqqı məbləği götürülüb. Bu, 712 manat təşkil edir. Bu məbləğdən daha aşağı əmək haqqı alan hər bir işçinin əməkhaqqı tam həcmdə dövlət tərəfindən müəssisəyə ödəniləcək. Orta aylıq əmək haqqından daha çox alan işçi üçün maksimal hədd orta ayılıq əmək haqqı səviyyəsində müəyyən edilib.

Bu gündən həm də mikro və fərdi sahibkarlara da ödəniş proqramına start verilir. 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir.

Maliyyə dəstəyini tezləşdirmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

İqtisadiyyat naziri qeyd edib ki, hər bir mikro və ya fərdi sahibkara ödənilən minimal məbləğ 250 manatdan az olmayacaq. Maksimal məbləğ isə 5000 manat həcmindədir. Bir çox fərdi sahibkarların muzdlu işçiləri də var və bu şəxslər də dövlət proqramından yararlanacaq.

Bununla yanaşı, iqtisadi fəallığın qorunması məqsədilə sahibkarlara vergi stimulları da veriləcək. Biznes kreditlərinə dəstək proqramlarına isə 1,5 milyard manat ayrılıb. Atılan addımlar sahibkarlara bu müddət ərzində yeni planlar qurmaq və bizneslərini inkişaf etdirmək üçün bir fürsətdir. Dövlət strukturları iş yerlərinin azaldılmaması, işçilərin ixtisar olunmaması, biznes itkilərini azaltmaq üçün sadalanan istiqamətlərdə fəaliyyət bərpa olunandan sonra da zəruri dəstəyi verəcək.

M.Cabbarov bildirib ki, bütün bu dəstək tədbirləri, qəbul edilmiş proqramlar, sahibkarlığa kredit-zəmanət mexanizmi, vergi güzəştləri ilə bağlı qanunverici təşəbbüslər iqtisadi fəallığın qorunmasına yönəlib və ölkənin gələcək iqtisadi artımını təmin etmək üçün zəruri bazanı və elementləri özündə əks etdirir.

 


 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi ilkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı aşağıdakıları vergi ödəyicilərinin diqqətinə çatdırır:

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində:

Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.

Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.

Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları) avtomatik əks olunacaq. Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin fəaliyyət sahəsinin və təsərrüfat subyektinin (obyektinin) pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayında azalmaların olması, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi hallardır. Reyestr məlumatları üzrə uyğunsuzluq aradan qaldırılarsa, vergi ödəyicisinə şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.

Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.

Xüsusi qeyd: Bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

Maliyyə vəsaitlərinin ayrıldığı vergi ödəyiciləri barədə məlumatlar İqtisadiyyat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində:

Bu mexanizm çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə elektron qaydada müraciət formasını doldurmalıdır.

Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, fəaliyyət sahələri, bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər) avtomatik əks olunacaq.

Vergi ödəyiciləri müraciətdə öz vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və vergi ödəyicisinə bu barədə bildiriş göndərilir.

Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması, riskli vergi ödəyicisi ilə əməliyyat aparması ilə bağlı ola bilər. Bu hallarda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı veriləcək.

Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin olunacaq.

Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyinin maksimal həddi 5.000 manat olacaq.

Bütün vergi ödəyicilərindən xahiş olunur ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetlərini mütəmadi qaydada izləsinlər.