Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Cabbarova Leyla Şəmsəddin qızı ca***@yahoo.com ID: 3352
Salam mən vergi qeydiyyatına düşmək istəyirəm. Xahiş edirəm nəzərə alasınız
10/11/2020 Oxunub: 32 Orta qiymət: 0

Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim edə bilərsiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həsənov Murad Bəxtiyar mu***@mail.ru ID: 3351
Salam, qeydiyyatdan keçdim nömrəm yanıb işləmir. Köçürmə etmək üçün də, nömrə yeniləmək üçün də doğrulama şifrəsi istəyir. Təzə nömrəmi necə qoşa bilərəm o hesaba? İçində pul var çıxaraa bilmirəm. Təşəkkürlər
09/11/2020 Oxunub: 34 Orta qiymət: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) və ya müraciət bölməsindən sualarınızı ünvanlaya bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Iltimas Orucov Arifoglu az***@hotmail.com ID: 3350
Məni hörmətli nazirlikdə vakant iş yerləri maraqlandırır, qeyd etmək istərdim ki, Dövlət Qulluğu barədə Dövlət İmtahan Mərkəzi tərəfinden Dövlətlər arası Prezident sərəncamıyla xaricdə təhsil alan şəxslərə 28.1.-madde tətbiq edilmir. Yəni imtahandan azaddırlar. Lazım olan sənədlər nazirliyə təqdim edildikdən sonra namizəd stajçı kimi işə baslayır. Nəzərinizə çatdırmaq istərdim ki, mən 1997-2005 ci illərdə dövlət xətti ilə Çin Xalq Respublikasında təhsil almışam. Diplomlarım 2018-2019 cu illərdə Təhsil Nazirliyi tərəfindən tanınmışdır. Xahiş edirəm əlinizdən gələn köməklikləri və məsləhətlərinizi bizdən əsirgəməyin.
09/11/2020 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fətəliyev Ağacəfər Adil oğlu ag***@gmail.com ID: 3348
Salam. Mənim VÖEN-in kodunu parolunu itirmişəm. Kod ya parol mənə lazımdır, onları necə əldə edim?
09/11/2020 Oxunub: 41 Orta qiymət: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ramil Yaqubov Zahid rr***@gmail.com ID: 3347
07.10 2020 tarixdə alınan mala görə ədv geri alda gözləmədə olan və qaytarılmalı olan ədv-nin qaytarılmaması səbəbi?
09/11/2020 Oxunub: 47 Orta qiymət: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Arifli Teymur Ay***@mail.com ID: 3346
Çeki yükləyə bilmirəm, "fiskal İD yalnışdır" yazılır.
08/11/2020 Oxunub: 33 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əfran Cucuyev Əli ef***@gmail.com ID: 3341
Karantin müddətində işsiz vətəndaşlar üçün birdəfəlik ödəmə olunacaq, əvvəlki vaxtlarda birdəfəlik ödəmə mənə verildi, 2 cisi verilmədi. Hazırda məndə kart yoxdur, mən bu ay veriləcək birdəfəlik ödəməni necə alacam?
07/11/2020 Oxunub: 35 Orta qiymət: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələkbərov Ağəli Kamal a_***@mail.ru ID: 3339
Salam. Mən işlədiyim şirkətdən 2017 ci ildə ixtisarla əlaqədar olaraq işdən azad olunmuşam. Fərdi şəxsi hesabımı yoxlayan zaman müəyyən etdim ki, 2015-ci il üzrə hesablanmış məbləğ 9596.69 Azn-dir. Lakin ödənilmiş məbləğ 8880.64 Azn-dir. Bu fərqin aradan qaldırılması üçün şirkətə dəfələrlə şəxsən və telefon vasitəsilə müraciət etməyimə baxmayaraq bu məsələ öz həllini tapmır. Bu problemi necə həll etmək olar? Şirkət hal-hazırda fəaliyyət göstərir. Əvvəlcədən təşəkkür edirəm
06/11/2020 Oxunub: 62 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan dövrlər üzrə məcburi dövlət edilməsi ilə bağlı hesabatların təqdim olunması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin el***@gmail.com ID: 3338
Salam. Mən 2020-ci ildə dövlət dəstəyi proqramından iki dəfə yararlanmışam, hal-hazırda işləmirəm asan imzam və vöenim var sadəcə olaraq vöenim bir aydır ki, passivdir. Bilmək istəyirəm ki, VÖEN-imin aktivliyi, müvəqqəti dayandırıldığına görə yeni qəbul olunmuş qərara əsasən mən yenə dövlət dəstəyindən yararlana biləcəm ya yox? Xahiş edirəm, bu barədə məlumat verin.
06/11/2020 Oxunub: 40 Orta qiymət: 5

Bildiririk ki, bir sıra şəhər və rayonlarda epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar yenidən xüsusi karantin rejimi tətbiq edilib. Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında karantin rejiminin sərtləşdirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində yenidən məhdudlaşmalara səbəb olub. Qeyd olunan şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq maliyyə dəstəyi göstərilmişdir. Maliyyə dəstəyinin göstərilməsi üçün vergi ödəyicilərinin müraciət etməsinə ehtiyac olmamışdır. Belə ki, ödəmələr həmin rayonlarda əvvəllər maliyyə dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilmişdir. 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Ceyhun Musayev Musa oğlu ce***@mail.ru ID: 3332
Salam. Mən "Rupor".az adlı domen alaraq, eyni adlı xəbər portalı yaratmışam. Həmin portal təxminən 3 aydır fəaliyyət göstərir. Onu MMC-yə çevirmək istəyirəm. Mümkünsə, bu işi onayn həyata keçirməkdə mənə maarifləndirici dəstək göstərəsiniz. Öncədən minnətdarlığımı bildirirəm.
06/11/2020 Oxunub: 52 Orta qiymət: 0

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sənan Məhsimli Seyfəddin me***@gmail.com ID: 3238
Salam. Mən VÖEN-imin aktiv və ya passiv olmasını necə öyrənə bilərəm? Əlavə olaraq da onu bilmək istəyirdim ki, mənim bildiyim üzrə VÖEN-im passivdir və fəaliyyət göstərməmişəm VÖEN üzrə. Lakin, vergilərdən mənə sadələşdirilmiş verginin bəyanaməsinin təqdim olunması istənib. Kömək etsəniz, sevinərəm. Təşəkkür.
06/11/2020 Oxunub: 177 Orta qiymət: 5

6 noyabr 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Məhsimli Sənan Seyfəddin oğlunun (VÖEN 1006320872) fəaliyyəti aktivdir. Fəaliyyətiniz aktiv olduğu üçün tərəfinizdən vergi orqanına müvafiq bəyannamə və ya arayış təqdim edilməlidir.

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə tanış ola bilərsiniz.

Vergi öhdəlikləriniz haqda əlavə məlumat almaq üçün, qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü və 30-cu maddələri.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Zaur Cabbarlı ca***@mail.ru ID: 3331
Salam, mənim hesabımda indiyə kimi belə bir şeylə rastlaşmamışam. Amma sisteme bu yaxında yeniləmə gəldi və ədv geri alda 8 manat gözləyən məbləğim va,r amma balansım -1.05 göstərir. Anlamıram balans necə mənfi -1.05 manat ola bilər ki, səbəb nədir? Mənfi -1.05 olmağının səbəbi nədir ƏDV-dən bir də 1 manat 5 qəpik nə üçün çıxılır ki?
06/11/2020 Oxunub: 50 Orta qiymət: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) və ya müraciət bölməsindən sualarınızı ünvanlaya bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Arzu Qazıyeva-Əzimova Əliyar qızı ka***@mail.ru ID: 3250
Onlayn növbə ilə bağlı göndərdiyim sifariş qəbul olunmur, mənə xəbərdarlıq gəlir ki, sizin hal-hazırda aktiv növbəniz mövcuddur. Zəhmət olmasa, bunun nə demək olduğunu izah edin. Mən onlayn növbəyə necə yazılım?
06/11/2020 Oxunub: 103 Orta qiymət: 4

Bildiririk ki, xidmət mərkəzlərində göstərilən xidmətlərdən digər vergi ödəyicilərinin yararlanmasına şəraitin yaradılması üçün bir şəxs gün ərzində yalnız bir dəfə xidmətlərdən yararlanmaq üçün onlayn növbəyə yazıla bilər.

Müraciətinizdə qeyd olunan halda, tərəfinizdən həmin gün üçün növbə seçildiyi üçün, müvafiq xəta mətni əks olunur.

Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. ilə İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) tanış ola bilərsiniz.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Məmmədov Uzeyir Əldadaş Me***@mail.ru ID: 3256
Fəaliyyətin dayandırılması barədə online müraciət etmişdim. Zəhmət olmasa fəaliyyətimin müvəqqəti dayandırılması üçün müraciətimə nəzər yetirib gün ərzində dayandırılmasına köməklik edərdiniz.
06/11/2020 Oxunub: 101 Orta qiymət: 5

6 noyabr 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Məmmədov Üzeyir Əldadaş oğlunun (VÖEN 3500826132) fəaliyyəti dayandırılmışdır. 

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Cahid Məmmədov Şakir oğlu ca***@gmail.com ID: 3248
Yeni yaranmış tikinti firmasıyıq və ƏDV ödəyicisi olmaq istəyirik, nə etmək lazımdır?
05/11/2020 Oxunub: 182 Orta qiymət: 5

Vergi Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.

Vergi Məcəlləsinin 154.2-ci maddəsinə əsasən qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.

Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Könüllü qeydiyyat zamanı ƏDV məqsədləri üçün qeydiyyat - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə qüvvəyə minir:

ƏDV-nin məqsədləri üçün qeydiyyatın qüvvəyə minmə tarixi Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarix sayılır.

Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə və onun doldurulma qaydası ilə Buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin XI fəsli.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Nərminə Məmmədova Zahid Ne***@icloud.com ID: 3330
Mən 1 ay əvvəl Saloğlu firmasından mebel aldım. Çekı Birkart vasitəsilə telefonuma yüklədom. Əvvəl gözləmə rejiminə düsməsinə baxmayaraq, sonra ƏDV geri qaytarilmasına imtina getdi.
05/11/2020 Oxunub: 43 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xankişiyev Nəbi Ağabala oğlu ru***@mail.ru ID: 3329
Salam, xahiş edirəm mənim 2020-ci il yanvar, fevral və mart ayları üzrə sosial sığorta ödənişlərimi hesabıma köçurəsiniz
05/11/2020 Oxunub: 40 Orta qiymət: 0

Ödənişlərinizin fərdi uçot sisteminə mədaxil edilməsi ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şahin Rzayev Yaqubəli oğlu sh***@gmail.com ID: 3242
Salam. Mən yenicə kiçin sahibkarlıq fəaliyyətinə (sadələşdirilmiş vergi ödəyicisi kimi) başlamışam (Sentyabr 2020) və bır sıra suallarım var: 1. Mən Bakı şəhərində yaşayıram və qeydiyyatım da oradır. Lakin mağazam Xirdalan şəhərində yerləşəcək. Bu halda mən (pandemiya ilə əlaqədar) 2% ödəyicisi oluram yoxsa 1% ? 2. 3-cü rübdə heç-bir fəaliyyətim olmayıb çünki fəaliyyətə təzə başlamışam və hal-hazırda malların idxalı üzərində işələyirəm. Odur ki, tərəfimdən 3-cü rübə dair boş hesabat verildi. Bilmək istədiyim DSMF-ə də hesabat verilməlidirmi və verilməlidirsə bunu necə edə bilərəm ? 3. Vergi Hesab Fakturası ilə Elektron Qaimə-Faktura arasındakı fərq nədən ibarətdir ? Öncədən minnətdaram.
05/11/2020 Oxunub: 196 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsi bütün respublika ərazisində 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Cavab 2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. Bu halda vergi ödəyicisinin vergi və sosial sığorta haqqı üzrə öhdəliyi yaranmır. 

Həmçinin bildiririk ki, vergi ödəyicisi faktiki olaraq fəaliyyət göstərdiyi ərazi üzrə müəyyən olunmuş dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını hesablayıb ödəməlidir. Bu zaman ödəniş “Məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növü”nün koduna uyğun olaraq hesablanır.

Cavab 3. Bildiririk ki, 1 yanvar 2020-ci il tarixədək elektron vergi hesab-fakturası yalnız ƏDV ödəyiciləri tərəfindən təqdim edilirdi və ƏDV-nin əvəzləşdirilməsi yalnız əldə olunmuş elektron vergi hesab-fakturası  əsasında mümkün idi.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 1 yanvar 2020-ci il tarixdən elektron vergi hesab-fakturası və elektron qaimə-faktura vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilmişdir və həmin tarixdən etibarən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir.  

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 71-1-ci, 218-ci, 220-ci, 224.3-cü maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 1704-VQD və 90-VIQD nömrəli Qanunları.

 

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Rəhimov Famil Vaqif oğlu re***@mail.ru ID: 3328
Salam. Mən mikro sahibkar Rəhimov Famil Vaqif oğlu (VÖEN 1503655412) artıq 4 ilə yaxındır ki, sadələşdirmiş vergi ödəyəciyisiyəm. Fəaliyyətim hazır yeməklərin göndərilməsidir. Debet uniform şirkəti ilə müqavilə əsasında şirkətin işçilərini nahar yeməyi ilə təmin edirəm. 2020 ci ilin iyun ayında mənə vergidən gələn məktubda deyildi ki, Siz fiziki şəxs kimi hüquqi şəxsə xidmət göstərdiyiniz üçün və elektron qaimələriniz 30% keçdiyi üçün siz sadələşdirmiş vergi ödəyicisi hüququnuzu itirirsiz və 2019 cu ilin eləcədə 2020 ci ilin 1 və 2 ci rüblərini sadələşdiemiş vergi bəyannaməsini silib sifirlayıb yenidən mənfət vergisi kimi göndərməyiniz tələb olunur. Məndə öz növbəmdə onların dediyi kimi edib mənfəət vergisi kimi hesabatlarımı göndərdim. 2019 cu ildə dövriyyəm 124000 AZN təşkil edib sadəcə çəkilən xərclərimi göstərmədiyimdən onlar mənim bütün dövriyyəmə vergi hesablayıb təxmini 4500AZN+1500AZN faiz vergisi+2020 ci ilin 1-2-3 rüblərinə 3600 AZN cəmi təxmini 10 000 AZN yaxın əsassız vergi yükü hesablayıblar. Halbuki, mənim 2019 cu ildə aldığım bir cox kənd təsərüffat mallarına alış aktlarım var. Sualım belədir: mən 2019 cu ilin Alış aktları ilə xərclərimi təsdiq edə bilərəm?
05/11/2020 Oxunub: 84 Orta qiymət: 5

Bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Məlumat üçün bildiririk ki, 2019-cu il üçün təqdim etdiyiniz gəlir vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərinizə Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsində baxılır.

Sizə qanunvericilikdə nəzərdə tutulan müddət ərzində cavab veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 23-cü və 37-ci maddələri. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fazil İsmayılov İsmayıl oğlu is***@yandex.ru ID: 3324
Salam! Mənim xaricdə elmi kitabım nəşr olunub. Kitabın nəşriyatı satışla da məşğul olur. Kitablar satılıb. mənə pul göndərilib. Kapital bankda hesab açmışam. Bu hesab haqqında məlumat qeyd olunan nəşriyyata göndərilib. Lakin, kapital bankdan pulu ala bilmirəm. Orada dedilər ki, vergiyə müraciət edim. Xahiş edirəm, mənə bildirəsiniz, yuxarıda qed olunan pulu mən necə alım?
05/11/2020 Oxunub: 102 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxslərin cari hesabları onların hesabına daxil olan pul vəsaitini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarını yerinə yetirmək üçün açılır. 

Həmçinin, banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar.  Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir. Vergi orqanı bank idarəsindən göstərilən bildirişi aldıqdan sonra bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətində həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

Məlumat üçün bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir. 

Yuxarıda qeyd olunanlara əsasən, tərəfinizdən qeydiyyatda olduğunuz vergi orqanına müraciət edilərək seçdiyiniz bank üzrə  şəhadətnamə-dublikat əldə olunmalı, bank hesabı açılmalıdır. Eyni zamanda əldə olunan gəlirlər haqda qeydiyyatda olduğunuz vergi orqanına bəyannamə təqdim edilməlidir.
Əsas: Vergi Məcəlləsinin 35-ci maddəsi, Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (1 Orta qiymət)
Qiymət ver: