Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Hüseynov Şahin İsmayl oğlu sa***@1962gmail.az ID: 3307
Salam, mən 11.04.2020 tarixində saat 10.30 növbəyə onlayn qeydiyatdan keçdim. Növbənin düzgünlüyü barədə mənə məlumat verməyinizi xahiş edirəm.
02/11/2020 Oxunub: 27 Orta qiymət: 0

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rüstəmzadə Rüstəm Fayaz ru***@gmail.com ID: 3306
Salam. Ölkəyə gətirilən smartfonun 36 faiz vergisi harada ödənilir? Hava limanında, gömrükdə və ya imei kod vasitəsilə poçtda?
02/11/2020 Oxunub: 44 Orta qiymət: 0

Bildiriri ki, İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsi 20.5-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Imam İmamov Ağabəy oğlu im***@mail.ru ID: 3304
Ədv gerial portalından bakcellə 2AZN yüklədim və həmin məbləğ yüklənmədi. Amma balansdan çıxdı.
01/11/2020 Oxunub: 45 Orta qiymət: 0

Bildiririk ki, İsitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Bunun üçün hesabda azı 5 manat vəsait olmalıdır. 

Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aynur Xəlilova Mikayil ay***@gmail.com ID: 3303
ƏDV üzrə optimaldan "Birkart" vasitəsi ilə 5000 azn-lik məhsul alınmışdır və çek verilmişdir. Çek üzrə 114 azn geri qaytarilmalı idi, amma ləğv olunub, səbəb nədir?
01/11/2020 Oxunub: 45 Orta qiymət: 3

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Abdullayev Hüseyn ab***@gmail.com ID: 3302
Edvgerial.az portalında 1.22 qəpik balansım var. Ödənişin keyfiyyətini yoxlamaq üçün nömrəyə 1 manatlıq kontur yükləmək istədim, alınmadı. Balansda yetərincə məbləğ yoxdur cavabı gəldi. Bunu izah edin, zəhmət olmasa.
31/10/2020 Oxunub: 51 Orta qiymət: 5

Bildiririk ki, İsitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Bunun üçün hesabda azı 5 manat vəsait olmalıdır. 

Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Qəhrəmanov Əlizadə Şərif oğlu Al***@mail.ru ID: 3301
Salam, mən ƏDV-nin geri qaytarılması haqqında sizə müraciət edirəm. Qızım 25.09.2020-ci ildə maaş kartı vasitəsi ilə 82man. 85 qəp miqdarında alış-veriş etmişdir. A2ukM53Jgt2h çekini sistemə daxil etdikdən sonra göxləyən məbləğ kimi 1 manat 56 qəpik qeydiyyata alınıb. Bir ay keçdikdən sonra bu məbləğ ləğv olunmuş göstərilib. Səbəbini bilmək istərdim. Əvvəlcədən cavabınıza görə təşəkkür edirəm.
30/10/2020 Oxunub: 40 Orta qiymət: 0

Bildiririk ki, qeyd olunan çek üzrə ƏDV-nin müəyyən hissəsi 26.10.2020-ci il tarixdə geri qaytarılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şakir Sarvanov s.***@mail.ru ID: 3300
Salam. Mənim belə bir sualım var. Xahiş edirəm cavab yazasınız. Nəyə görə sahibkar banka getmədən online formada bank hesabı aça bildiyi halda, banka getmədən açdığı bank hesabını onlayn formada bağlaya bilmir? Təşəkkür edirəm.
30/10/2020 Oxunub: 58 Orta qiymət: 5

Bildiririk ki, bank hesabının açılması, bağlanması prosedurları vergi qanunvericiliyi ilə tənzimlənmir və Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmədiyi üçün, aidiyyəti üzrə Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Məlumat üçün bildiririk ki, bank hesabının bağlanması əsasları Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən edilmişdir. 

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kazımova Sədaqət Şəmil or***@gmail.com ID: 3298
Salam, mənə "Hörmətli istifadəçi! Sizin “Onlayn kargüzarlıq” sistemindəki “e-Qutu”nuzda oxunmamış sənədləriniz var. Barənizdə vergi qanunvericiliyində nəzərdə tutulmuş digər inzibati tədbirlərin həyata keçirilməməsi üçün Sizə göndərilmiş sənədlərlə tanış olun." tipli mesaj gəlib, amma tam olaraq nə etməli olduğumu bilmirəm. Mənim Vergilər məcəlləsiylə bağlı etdiyim hansısa qanun pozuntusu var? Tam olaraq mən nə etməliyəm? Kimə müraciət etməliyəm?
30/10/2020 Oxunub: 50 Orta qiymət: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ülviyyə Mirağayeva Böyük Ağa qızı ul***@gmail.com ID: 3297
Salam. Mən İşsizlik sığortasi almaq istəyirəm ve DOST mərkəzinə müraciət etmişəm. Lakin mənə Vergi ödəyicisi olub-olmadığım barədə sənəd lazımdır, onu necə əldə edə bilərəm? Getmədən olarmı? Onlayn formada? Əgər getməliyəmsə, mənə ən yaxın yəni Yasamal rayonuna yaxın olan mərkəziniz hardadır, onlayn növbəyə baxdım. Sadəcə mərkəzlərin çoxluğu və dəqiq ünvanı tapa bilmədim. Nərimanov 1 yazılıb, təzə təmir, ünvan göstərilmir. Öncədən təşəkkür edirəm.
30/10/2020 Oxunub: 49 Orta qiymət: 0

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Qeyd etdiyiniz vergi ödəyicilərinə xidmət mərkəzi Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 44 (N.Nərimanov adına metro stansiyasının yaxınlığı) ünvanında fəaliyyət göstərir. 

Əsas: Vergilər nazirinin 24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sevda İsmayılbəyli se***@mail.ru ID: 3294
Mənim çekim üzrə yazdığım ƏDV ödənməyib. Niyə?
29/10/2020 Oxunub: 36 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elmira Məmmədzadə Vaqif qızı em***@gmail.com ID: 3290
Salam. Mənim sizə bir sualım olacaq, ümid edirəm ki,düz bölməyə qeyd edirəm. Biz hər hansı marketlərdən alış veriş edən zaman qəbzdə ƏDV (FİSCAL İD ) kimi kod olur adətən və bu kodu qeyd etməklə müəyyən hissəsi geri qayıdır bizə. Daimi bu xidmətdən istifadə edirəm, lakin, 6 gün olar ki, 200 azn dəyərində geyim məhsulları almısıq və həmin mağaza bizə çek verib və fiscal id qeyd olunub,qeyd edən zaman yazır ki ,səbəblər bular ola bilər səhv qeyd edirsiz və s. lakin düz qeyd edirik, 1-ci dəfə deyil. Necə kömək ola bilərsiz yəni məbləğ olaraq az olmadığı üçün bu şansı əldən vermək istəmirəm. Cavab gözləyirəm sizdən.
29/10/2020 Oxunub: 43 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Seyidov Samir Maarif Sa***@mail.ru ID: 3289
Salam. Mənim 22.09.2020-ci ildə ƏDV geri almaq üçün ”birbank" vasitəsi ilə əlavə etdiyim çek 22.10.2020-ci il tarixində qəbul edilib və 23.10.2020-ci ildə yenidən gözləyən rejiminə keçirilib və mən bununla bağlı 26.10.2020-ci ildə 195-1 Çagrı Mərkəzi ilə əlaqə saxladım. Oradan mənə dedilər ki, Kapital bankla əlaqə saxlayın və 27.10.2020 Kapital Banka getdim, onlar bizlik deyil, Vergilər Nazirliyinə müraciət etməyimi dedilər. Mən elə həmin gün sizə onlayn müraciət etdim, amma cavab gəlmədi. Sizdən xahiş edirəm mənim müraciətimə baxıb mənə cavab verəsiniz.
29/10/2020 Oxunub: 32 Orta qiymət: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Pərvin Bayramov Məhəmməd pe***@gmail.com ID: 3286
Salam. Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində əsas vəsaitlərin anlayışı kimi qeyd olunub ki, istifadə müddəti bir ildən çox olan, dəyəri 500 manatdan artıq olan və amortizasiya edilməli olan maddi aktivlərdir. Sualım ondan ibarətdir ki, 499.99 manata hesablama texnikası alınmışdır, zəmanəti də 2 ildi. Bu maddədə qeyd olunan 3 şərtdən 2 şərtini ödəyir, lakin məbləğ 499.99 manatdır. Vergi uçotu baxımıdan vergi orqanının əməkdaşı buna əsas vəsait kimi baxır? Bu əsas vəsaitdi, yoxsa digər maddi aktiv? Xahiş edirəm ki, Konkret cavab verəsiniz.
28/10/2020 Oxunub: 90 Orta qiymət: 5

Bildiririk ki, dəyəri 500 manat və daha çox olan və istifadə müddəti bir ildən artıq olan maddi aktivlər əsas vəsaitlərə aid edilməklə amortizasiya hesablanır. Dəyəri 500 manatdan az olan aktivlər isə əsas vəsaitlərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.17-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ənvər en***@gmail.com ID: 3285
Salam aleykum, mən icarəyə obyekt götürmüşəm, obyektin sənədi yoxdur. Xahiş edirəm, nümayəndənizi göndərin akt tərtib etsin ki, vergi ödəyicisi ola bilək. Təşəkkürlər.
28/10/2020 Oxunub: 113 Orta qiymət: 5

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz:

Vergi ödəyicisinin mülkiyyətində olan tikilidə, torpaq sahəsində və ya həyətyanı təsərrüfatda yerləşmiş (tikilmiş) obyektlər üzrə, əgər onların ayrıca texniki pasportu və ya digər sənədi yoxdursa, həmin tikilinin, torpaq sahəsinin və ya həyətyanı təsərrüfatın mülkiyyət hüququnu təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülür.Texniki pasportu olmayan tikiliyə (obyektə) yerli icra hakimiyyəti, ərazi nümayəndəliyi və yaxud bələdiyyələr tərəfindən verilmiş ünvanı təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülə bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fuad Səlimov Fariz re***@mail.ru ID: 3284
Salam, 2 sualım var xahiş edirəm cavablandırsız. 1. Kənd təssərüfatı məhsullarının istehsalçısı satışı etdikdə vergidən azadır. Bəs kəndli Mixək tumurcuğunu, Razyana meyvəsini, kəklik otunu dağlardan yığıb satarsa, onda vergi öhdəliyi necə olacaq? 2. Fiziki şəxs X manat dəyərində əhalidən kənd təsərrüfatı malları alaraq, X manata vergi ödəyicisinə satır. Bu vaxt malların dəyərini ödəyən vergi ödəyicisi ödəməli olan məbləğdən 2 faiz dərəcə ilə vergi tutur və qalan məbləği fiziki şəxsə ödəyir. Sualım ondan ibarətdir ki, fiziki şəxs tutduği 2 faizin məbləğini harda göstərir?
28/10/2020 Oxunub: 188 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, yabanı dərman bitkiləri xammalının, yabanı bitən meşə qeyri-ağac və digər qeyri-ağac məhsullarının yığılması kənd təsərrüfatı fəaliyyətinə aiddir və 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 15.1.3-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu,218-1.1.1-ci maddələri.

Cavab 2. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Gəliri ödəyən şəxslər gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və "Ödəmə mənbəyində tutulan vergi" bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Əsas: Vergi Məcəlləsinin 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elçin el***@mail.ru ID: 3281
Salam. Sualım Azercell -də fiksal kodun olmaması ilə əlaqədardir. Bilmək istəyirəm Azercell-ə aid deyilmi, ƏDV-dən müəyyən olunmuş faizin geri alınması?
27/10/2020 Oxunub: 43 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Vergi Məcəlləsinin məqsədləri üçün ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir

Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır və müraciətinizdə qeyd olunan, dərman vasitələrinin pərakəndə satışı ilə bağlı ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkündür.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nağıyev Rafik Maarif oqlu ra***@gmail.com ID: 3280
Salam, mən uşaq vaxtı pensiya almışam, onu necə bərpa etmək olar?
27/10/2020 Oxunub: 47 Orta qiymət: 5

Pensiya təminatı ilə bağlı ətraflı məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Yusifov Şöhrət Şamil oğlu va***@bk.ru ID: 3279
Sosial sığorta kartını hesablamaq istəyirəm, xahiş edirəm köməklik edəsiniz.
27/10/2020 Oxunub: 43 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abbasov Agarza Azer ag***@gmail.com ID: 3278
Здравствуйте, Я бы хотел пройти регистрацию на онлайн платформе по трейдингу на мировой бирже, данная платформа требует номер налогоплательщика. Как я могу узнать свой номер налогоплательщика? Обязан ли я по закону иметь ИНН или его функциональный эквивалент?
27/10/2020 Oxunub: 145 Orta qiymət: 5

Bildiririk ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Buna əsasən xarici foreks brokerlərinin xarici ölkələrdə olan depozit hesablarına fiziki şəxslər tərəfindən vəsait qoyulduqda həmin vəsaitdən 18 faiz dərəcə ilə ƏDV tutulub dövlət büdcəsinə ödənilir.

Bundan əlavə foreks əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.         

Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci və 169-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Hüseynova Zülfiyyə Məhərrəm qızı zu***@gmail.com ID: 3275
25.09.2020 bu tarixdə iki çek ləğv olunub. EDV geri al səhifəsində qırmızı ilə göstərilib. Səbəbini bilmək istəyirəm.
27/10/2020 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver: