Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Daşdəmirov Anar Malik oğlu af***@mail.ru ID: 3252
Salam, bu mənim adıma VÖEN-dir 3500601682. Bizə sms gəlir nömrəyə. Deyərdiniz zəhmət olmasa, haradan şəxsi elektron kabinetə girmək olar, izah verərdiniz. Çox sağolun.
21/10/2020 Oxunub: 73 Orta qiymət: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cabir Sultanov Mircabar oğlu ca***@gmail.com ID: 3183
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 14.5.1-1.10. ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında. 14.5.1-2. Bu Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər (bu Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilənlər istisna olmaqla) üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur: Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0; Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5; Digər şəhər və rayonlarda – 1,0.”; Lakin İnternet Vergi İdarəsinin Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannaməsınin onlayn təqdim olunması altsistemində “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin Vahid bəyannamə təqdim etməsi nəzərdə tutulmamışdir. Digər sahələrdə sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər bölməsinə əsasən Vahid bəyannamə tərtib etdikdə sosial sığorta haqqı avtomatik olaraq Sumqayıt və Gəncə şəhərlərində 33.75 manat hesabalanır. Amma Məcəlləyə əsasən sığorta haqqı məbləği 22.50 manat olmalıdır. Xahiş edirik, bu məsələyə aydınlıq gətirəsiniz.
20/10/2020 Oxunub: 179 Orta qiymət: 5

Bildiririk ki, “Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilmişdir
Yuxarıda qeyd edilən sosial sığorta haqqının məbləğinə fəaliyyət göstərdiyiniz ərazi üzrə əmsal tətbiq etməklə ödəməli olduğunuz aylıq sosial sığorta haqqını müəyyən etməlisiniz.
-    Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2,0 əmsal;
-    Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 əmsal;
-    Digər şəhər və rayonlarda 1,0 əmsal.

Həmçinin, sadələşdirilmiş vergi ilə məcburi dövlət sosial sığorta haqqı eyni vaxtda ödənildikdən sonra "Fərqlənmə nişanı" almaq mümkün olur və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsinə ehtiyac qalmır.  

Əsas: Vergi Məcəlləsinin  222.1-222.3-cü, 222.5.1-ci, 223-cü, 224.1.1-ci, 224.6-cı, 224.7-ci və 224.10-cu maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci, 14.6-cı madddələri və keçid müddəalara aid 2-ci maddəsi.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Elza Xəlilova Məhərrəm mi***@mail.ru ID: 3179
Mən fiziki şəxs olaraq Psixoloji mərkəz açdım. Kvitansiya yazıb versəm pasiyentə, o kvitansyanı hardan əldə edim?
20/10/2020 Oxunub: 139 Orta qiymət: 0

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsinin təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növü ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və xüsusi lisenziya almış mətbəələrdə sifariş edilmiş ilkin uçot sənədi hesab edilən mədaxil qəbzi təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci və 16.1.9-cu maddələri, “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Abbasov il***@inbox.ru ID: 3186
Salam. Bilmək istərdim ki, sadələşdirilmiş vergi ödəyicisi aldığı mala görə ƏDV ödəyicisi olan mal satana ödəniş etdikdə tam məbləği mal satanın bank hesabına ödəməlidir, yoxsa malın dəyərinin əsas məbləğini mal satanın bank hesabına, ƏDV məbləğini isə mal satanın ƏDV depozit hesabına ödəməlidir?
20/10/2020 Oxunub: 177 Orta qiymət: 4

Bildiririk ki, ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.

Digər vergi ödəyiciləri, o cümlədən də sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ƏDV məbləğinin mütləq qaydada ƏDV depozit hesabına ödənilməsi tələbi mövcuq qanunvericilikdə nəzərdə tutulmur.

Əsas: Vergi Məcəlləsinin 175.8-ci maddəsi.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Aslanov Nicat Rəhim oğlu Ni***@mail.ru ID: 2889
Salam. Mən Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Baş Güney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nümayəndə vəzifəsində işləyirəm. 1 aydan artıqdır ki, nümayəndəliyin ASAN İMZA nömrəsində yaranan problemlə əlaqədar olaraq sizə müraciət etmişəm hələdə müraciətim cavabsız qalıb. İyul ayının 13-dən ASAN İMZA nömrəsinin vaxtı bitib. Yenisini ala bilmirik. Mən dövlət qulluqçusu olduğum halda məni sistemdə sahibkar kimi qeydiyyatdan kecirdibler, və mən sistemdə dövlət qulluqçusu kimi yox, sahibkar kimi gorsenirəm.bizə verilən asan imza sertifikatı sistemdə dövlət yox, biznes sertifikatı çıxır. Sizdən artıq dərəcədə xahiş edirəm bizə verilən ASAN İMZA sertifikatının biznes sertifikatından, dövlətə sertifikatına keçirilməsinə köməklik edəsiniz.
20/10/2020 Oxunub: 118 Orta qiymət: 3

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların rəhbərlərinə və işçilərinə, dövlət büdcəsindən maliyyələşən müəssisə, idarə və təşkilatların əməkdaşlarına, hakimlərə, məhkəmə işçilərinə, prokurorluq orqanlarının işçilərinə "Dövlət və bələdiyyə" tipli sertifikat verilir.

Həmçinin, bir ASAN İmza SİM-kartı üzrə yalnız bir "Şəxsi" tipli sertifikat və qeyri-məhdud sayda "İş" tipli sertifikat təqdim edilə bilər. Eyni simkartda bir şəxsə həm "İş", həm də "Dövlət və bələdiyyə" tipli sertifikat təqdim edilə bilməz. "İş" tipli sertifikat qurumun rəhbərinə və ya rəhbərin səlahiyyət verdiyi şəxsə (e-təmsilçiyə) verilə bilər.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. Bu səbəbdən müraciətinizlə bağlı məsələnin araşdırılması üçün, onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergilər nazirinin 29 fevral 2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”  

 

3/5 (4 Orta qiymət)
Qiymət ver:
Zenur Həsənov Fizuli oqlu ze***@mail.ru ID: 3247
Salam mənim sualım bundan ibarətdir. Mən huquqi şirkət sahibiyəm, mən 17 mart 2020-ci ildən Moskvaya gəlmişəm, müqavilə bağlamağa və koronavirus olduğundan işlər hələ dayanıb. Və mən artıq 7 aydır hesabat verə bilmirəm. Şirkətin tək təmsilçisiyəm, mən nə etməliyəm? Zəhmət olmasa, deyərdiniz.
19/10/2020 Oxunub: 64 Orta qiymət: 0

Bildririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. Bu halda vergi ödəyicisinin vergi və sosial sığorta haqqı üzrə öhdəliyi yaranmır. 

Həmin arayışı və ya vergi hesabatını elektron qaydada vergi orqanına gəlmədən təqdim edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vəliyev Qoşqar Yaşar oğlu ve***@gmail.com ID: 3245
VÖEN pin kodunu itirmişəm.
19/10/2020 Oxunub: 52 Orta qiymət: 2

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” və “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair Müqavilə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Əsas: Dövlət Vergi Xidmətinin 08.10.2020-ci il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

2/5 (1 Orta qiymət)
Qiymət ver:
Ramil ra***@gmail.com ID: 3241
1) Mən bir kuryer şirkətində muzdlu işçi kimi fəaliyyət göstərirəm. Sadələşmiş vergi ödəyicisi sayılıram? 2) Mənim bu işdən kənar digər bir fəaliyyətimdə var, sadələşdirilmiş vergi ödədikdə hər iki fəaliyyətdən əldə etdiyim gəlirləri toplayıb bəyan etməliyəm? Əgər elədirsə fəaliyyət növü kimi mənim bir seçimim var hesabat formasında, mən nə etməliyəm? 3) Vergi Məcəlləsinin 220.1-cimaddəsinə əsasən gəlirin 1%-i, Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə əsasən sə gəlirin 4%-i hesablanır. Bu maddələr barədə məlumat verərdiz zəhmət olmasa, hansı halda 1%, hansı halda isə 4% hesablanır.
18/10/2020 Oxunub: 127 Orta qiymət: 0

Cavab 1-2. Bildiririk ki, fiziki şəxs muzdlu işçi kimi işlədikdə isə işəgötürənlə əmək müqaviləsi bağlamalı və ona ödənilən əmək haqqından ödəmə mənbəyində verginin tutulub dövlət büdcəsinə ödənilməsi işəgötürən tərəfindən həyata keçirilməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 218-ci maddəsinin müddəaları nəzərə alınmaqla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olduğu halda, bir neçə fəaliyyət üzrə əldə olunmuş hasilata sadələşdirilmiş vergini tətbiq edə bilərsiniz.

Bununla belə, həyata keçirəcəyiniz fəaliyyətin xüsusiyyətləri haqda məlumatları qeyd etməklə, yenidən "Sual-Cavab" bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Cavab 3. Bildiririk ki, Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilər. Həmin vergi ödəyiciləri üzrə sadələşdirilmiş vergi əldə olunmuş hasilatın 2 faizi həcmində ödənilir. Eyni zamanda, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır).

Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Bu şəxslər tərəfindən sadələşdirilmiş vergi Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə hesablanır. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üzrə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 8 faizdən 4 faizə endirilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Soltanov Rəvan Çingiz oğlu r.***@mail.ru ID: 3239
Salam. VÖEN 7400368792. Heç bir fəaliyyətim olmayıb. 20.10.13 tarixdən Bakı Salamzadə 7/71 ünvanında yaşayıram KİVDF müsabiqəsində iştirak üçün VÖEN almışdım, heç bir fəaliyyətim olmayıb. Boş hesabat vemək üçün Bakı Binəqədi rayon Kiçik sahibkarlarla iş mərkəzinə yaxınlaşmaq istəyirəm. Göyçaya getməyə imkanım yoxdur. Kömək edin.
17/10/2020 Oxunub: 54 Orta qiymət: 0

Bildririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. 

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 16.3-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Айдан Мовсумова ay***@gmail.com ID: 3236
Salam. Mən internet vasitəsi ilə cuzi miqdarda qazanc eldə edirəm və bu qazanc hər ay olmur. İlin əvvəlində voen hesabi açılıb. Öyrənmək istəyirəm ki, bundan əlavə nəsə bir hesabat verilməlidir ya yox, və necə verilməlidir onu oyrənmək istərdim. Onu da qeyd edim ki, heç bir işçi yoxdur, satış deyil, sadəcə facebook sosial şəbəkədə öz saytım vasitəsi ilə monetizasiya edirəm. Vəsaiti vöen kartından alıram və 2% vergi tutulur. Öz fəaliyətimə uyğun məlumat internetdə tapmadığım ücün, sizə müraciət edib öyrənmək istəyirəm. Çox sağ olun
17/10/2020 Oxunub: 151 Orta qiymət: 0

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Həmçinin bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sadələşdirilmiş vergi üçün hesabat dövri rübdür. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir. 

Həmçinin, “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə Dövlət Vergi Xidmətinə hesabat vermək sığortaedənlərin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən qeyd olunan şəxs hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nı vergi orqanına təqdim etməlidir.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 149-cu, 218.5.10-cu, 220-ci, 221-ci, 222-ci, 224-cü maddələri və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Arzu Məmmədova ar***@mail.ru ID: 3234
Vergiərə məktub yazılması üçün nə etməliyəm?
16/10/2020 Oxunub: 37 Orta qiymət: 0

Dövlət Vergi Xidmətinə müraciət etmək üçün saytımızın (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəhmətova Afaq Fayaz af***@gmail.com ID: 3232
Salam. edvgerial.az portalında 21.09 tarixindən məbləğ oturub, amma geri qayıtmır. Hansı müddətə qayıtmalıdır hesaba?
15/10/2020 Oxunub: 48 Orta qiymət: 0

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məhəmməd Seyidzadə ma***@gmail.com ID: 3231
Salam. Mən ailəmlə "Kontakt Home"-dan 2269 manat dəyərində kompyuter bir də proqram almışdım. Bir ay keçib hələ pulum ƏDV-də hesablanmayıb, gözlənilir. Fiskal Id:6r6P5LbqKdFZ Zəhmət olmasa, bu gün bu məsələni həll edib cavab deyərdiz.
15/10/2020 Oxunub: 71 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir. 

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin geri qaytarılması təmin edilmişdir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəşad Əbilov Xəzair oğlu ra***@mail.ru ID: 3230
Salam. Zəhmət olmasa cavablandırarsınız. Mən fiziki şəxs olaraq vergi xidmətinə artıq vergi ödənişim var, həmin artıq vergi ödənişimi başqa vergi ödənişimə yönləndirə bilərəm? Bilərəmsə, hansı formada edə bilərəm?
15/10/2020 Oxunub: 78 Orta qiymət: 5

Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Artıq ödənilmiş vəsaitin digər vergi öhdəliklərinə aid edilməsi üçün qeydiyyatda olduğunuz vergi orqanına sərbəst formada ərizə ilə, elektron və ya kağız daşıyıcıda müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nofəl Məmmədov ma***@gmail.com ID: 3229
Hörmətli Dövlət Vergi Xidmətinin Əməkdaşları, ƏDV depozit hesabında ödənişlərin yığılmasının excel sənədi əsasında toplu şəkildə yüklənməsinin mümkünlüyü ilə bağlı müvafiq bölməyə düzəliş edilməsini təklif edirəm.
14/10/2020 Oxunub: 68 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahir ma***@mail.ru ID: 3228
Salam. Bizim yerli şirkətin isçilərinə xaricdə Slovakiya Respublikasında yerləşən qeyri-rezident şirkət tərəfindən tədris dərsləri keçirilir. Müqavilə üzrə işlər bitdikdən sonra 3000 dollar ödəniş ediləcək. Bilmək istərdim, bizim hansı vergi öhdəliklərimiz var? İkiqat vergitutmanın aradan qaldırılmasına dair güzəstlərdən istifadə edə bilərikmi? Bizim şirkət Mənfəət vergi ödəyicisi olaraq (ƏDV qeydiyyatimiz yoxdur) qeyri rezidentə görə ödəniləcək 18% ƏDV məbləğini əvəzləşdirə bilərikmi? Qeyri-rezidentə ödəmə mənbəyindən 10% tutulan məbləği dərk etmək olur, amma ƏDV ödəyicisi olmayan yerli şirkətin 18 faiz verginin özü terefinden hesablanıb ödənilməsinin izahını dərk etmirəm.
14/10/2020 Oxunub: 291 Orta qiymət: 5

Bildiririk ki, qeyri-rezident tərəfindən onlayn qaydada təhsil xidmətlərinin (distant təhsil, onlayn kurslar, məşğələlər və s.) göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. 

Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o, hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyənnaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Eyni zamanda, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan vəsaitdən rezident müəssisə 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutmalıdır.

Müraciətinizdə qeyd olunanlara əsasən, müəssisə ƏDV məqsədləri üçün qeydiyyatda olmadığı üçün, ƏDV-ni əvəzləşdirmək hüququ olmur. Məlum olduğu kimi, ƏDV-ni əvəzləşdirmək hüququ yalnız ƏDV ödəyicilərinə aiddir.

Qeyd etmək istərdik ki, Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının (bundan sonra - Qaydalar) 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. 

Eyni zamanda, Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.  

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 125.1.5-ci, 168-ci, 169.4-cü, 169.5-ci maddələri, Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydaları.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Asimə as***@gmail.com ID: 3227
Salam. Mən 04.09.2020 tarixində edvgerial.az saytıəna ƏDV üçün müraciət etmişəm. Alış-verişin məbləği 6700 manatdir. ƏDV isə 102 manat göstərilir. Lakin, 1 ay keçsə də hlə də gözləmə statusundadır. 2000 üzəri alış-verişdə ƏDV təsdiqi üçün sizə müraciət etməli olduğum deyildi. Mən ƏDV geri almaq üçün nə etməliyəm?
13/10/2020 Oxunub: 59 Orta qiymət: 1

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Mövsümova Təranə Fərahim qızı s.***@mail.ru ID: 3120
Mən Mövsümova Təranə fiziki şəxs kimi vergi qeydiyyatındayam. VÖEN-im 1304250992 Fəaliyyətimi müvəqqəti dayandırmaq üçün elektron ərizə vermişdim. Mənə bildirə bilərsinizmi fəaliyyətim aktivdirmi, yoxsa donmuşdur.
13/10/2020 Oxunub: 100 Orta qiymət: 0

13 oktyabr 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Mövsümova Təranə Fərahim qızının (VÖEN 1304250992) fəaliyyəti aktivdir.

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 30-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həsənov Oqtay Ra***@mail.ru ID: 3225
Fiskal ID nömrəmi kimsə yükləyib. Zəhmət olmasa kömək edəsiniz. Kimsə fırıldaqlıq edir. Sizdən artıq dərəcədə xahiş edirəm.
13/10/2020 Oxunub: 52 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Murad mu***@gmail.com ID: 3104
Salam, sualım kənd təsərrüfatı sahəsində mal satıb və xidmət göstərən şirkətlə (bundan sonra "Şirkət") bağlıdır. Şirkət mikro sahibkarlıq subyekti olaraq mənfəət vergisinin ödəyicisidir, amma ƏDV ödəyicisi deyil. Şirkətin kənd təsərrüfatı sahəsində göstərdiyi xidmətlər üzrə son 6 ay üçün ümumi dövriyyəsi 63750 AZN təşkil etmişdir. Hal-hazırda Şirkət xaricdən kənd təsərrüfatı texnikasını idxal etmiş və sonra bu texnikanı dövlət subsidiyası da cəlb olunmaqla 272100 AZN qiymətlə başqa bir kənd təsərrüfatı müəssisəsinə satmışdır. Satılan texnikanın dəyərinin 173155 AZN hissəsi alıcı 98945 AZN hissəsi isə dövlət tərəfindən subsidiya şəklində Şirkətin hesabına köçürülmüşdür. Beləliklə Şirkətin son 6-7 ay üzrə ümumi dövriyyəsi 335850 AZN olmuşdur ki, bu dövriyyədən 272100 AZN məbləği Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən ƏDV-dən azad olunan dövriyyədir. Vergi Məcəlləsinin 157.3.1 maddəsinə əsasən ümumi dövriyəsi istənilən 12-aylıq dövrdə 200000 AZN keçmiş vergi ödəyicilərinin məcburi ƏDV qeydiyyatına durmalı olduğunu nəzərə alsaq, bu Şirkət məcburi qaydada (dövriyyəsinin 272100 AZN hissəsi ƏDV-dən azad olduğu nəzərə alınmaqla) ƏDV qeydiyyatına durmalıdır yoxsa yox?
13/10/2020 Oxunub: 266 Orta qiymət: 5

Bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən şəxslərin ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan vergi tutulan əməliyyatlarını ƏDV-dən azad edilən malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi təşkil etdiyi halda, həmin vergi ödəyicilərinin məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınması tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci, 164-cü maddələri.

5/5 (5 Orta qiymət)
Qiymət ver: