Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Camalova Qızqayıd Muxtar qızı qi***@gmail.com ID: 3273
Flkcal İD 3fLsyUnSKDQW nömrəsini qəbul etmir. Nədən? Aydınlıq gətirməyinizi xahiş edirəm.
27/10/2020 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Süleymanov Cavid Əli oğlu ca***@gmail.com ID: 3272
Salam. İdarə və müəssisələr tərəfindən bayramlarda verilən hədiyyə kartı ilə alış-veriş zamanı ƏDV-nin geri qaytarılması mümkün deyil. Səbəbi isə DVX tərəfinnən həmin kartları bonus kimi nəzərə alınır, bu isə yanlış yanaşmadır. Çünki hədiyyə kartı nəğd şəkildə verilə və ya maaş kartına da köçürülə bilər (məntiqi baxımdan şəxsin pul vəsaiti sayılır). Xahiş edirəm bu sayaq müraciətlərin çoxluğunu nəzərə alaraq, bu məsələni araşdırıb məlumat verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
26/10/2020 Oxunub: 156 Orta qiymət: 0

Bildiririk ki, malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kupunları və s. ilə ödənilkdə, yaxud ödənişin tipi avans olduqda ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır.

Qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əsgərova Günel GU***@MAIL.RU ID: 3271
Salam. Mən ƏDV geri aldan istifadə etmək istəyirəm. Lakin İD kodu yazıram çeki götürmür. Yalnış deyir, lakin kodu düz yazıram.
26/10/2020 Oxunub: 42 Orta qiymət: 2

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

2/5 (1 Orta qiymət)
Qiymət ver:
Şıxbabayev Zaur in***@mail.ru ID: 3269
Salam, mən ƏDV daxil etmişəm, hardasa 15 azn-dək ədv olmalı idi. Amma bugün yoxlamışam və əlavələr etmişəm, düzgün gəlmir, 11 azn çatmır. Hansısa çekim ləğv olunub?
26/10/2020 Oxunub: 38 Orta qiymət: 1

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Irfan Muxtarlı İlqar oğlu ir***@hotmail.com ID: 3268
Bildirmək istəyirəm ki, 21.09.2020 tarixində "Baku electronics" mağazasından aldığım ümumi məbləği 5800.00 və 2500.00 dəyərində olan məhsulların ƏDV-si bir neçə gün öncə balansımda göstərilsə də bugün yenidə "gözləyən" statusundadır. Yaranma tarixindən 30 gün keçməsinə baxmayaraq nəyə görə hələ də balansa mədaxil olunmayıb? Kapital bankla əlaqə saxladım və onlarla əlaqəli bir problem olmadığını və Sizinlə əlaqə saxlamalı olduğumu dedilər. Aşağıda çeklərin Fiscal İD-ləri qeyd olunub. Əvvəlcədən təşəkkürlər
26/10/2020 Oxunub: 65 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Türkan Əliyeva İlham qızı Ce***@gmail.com ID: 3267
Salam. 25.10.2020-ci il tarixdə marketdən edilən alış-verişin satış çekində Yekun ƏDV qiyməti yazılsada Fiscal kod göatərilməmişdir. Bunun yerinə Barcod vardır. Qeyd edim ki, həmin marketdən olunan alış-verişlərin satış çekində həmişə Fiscall kod olmuşdur. Mən Barcode ilə Fiscall kodu necə öyrənə bilərəm?
25/10/2020 Oxunub: 34 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kamal Mahmudov İlqar ma***@gmail.com ID: 3266
Bir hüquqi şəxs olaraq şirkət açmaq istəyirik - İki şəxs. Yaşayış yerim Bakı. Lazımi sənədlərin nələr olduğunu və əgər onlayn versiyaları varsa yükləmə linklərini göndərin.
25/10/2020 Oxunub: 96 Orta qiymət: 3

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin  sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Müraciətinizdə qeyd olunan fəaliyyət lisenziya tələb edən fəaliyyət növü olduğu üçün  müəssisə mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 103-cü, 104-cü, 106.1.20-ci, 218.5.13-cü maddələri.

 

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Əhədov Şahin Taleh sa***@yandex.com ID: 3265
Salam Hörmətli vergi xidmətinin əməkdaşları. Suallar. 1) A MMC fəaliyyət kodu qeyd etməklə(almaqla) aşağıdakı xidmətləri göstərə bilərmi? a) Beybəlxalq yükdaşıma (rezident yaxud qeyri rezident) şirkətlərin vasitəsi ilə b) xaricdən malların alınmasında vasitəçilik. c) xaricdən öz şirkətinin adına malları idxal edib satışı ilə məşğul olmaq? Əgər bu xidmətləri A mmc birlikdə göstərə bilərsə hansı növ vergi ödəyicisi olacaq? Dövrüyyəsi 200.000 azn keçir yaxudda keçmədən öz istəyi ilə ƏDV ödəyicisi olma hüququ varsa o zaman idxal etdiyi və satışı ilə məşğul olduğu malların balansında olan ƏDV nin əvəzləşdirmə hüququ olurmu? 2) Beynəlxalq yük daşımada ƏDV 0 (sıfır) faizlə hesablanır. A MMC Beynəlxalq yük daşımada vasitəliklə həyata keçirirsə, o halda A MMC rezident şirkətin sifarişini yən B MMC-nin yükünü Qeyri-rezident C ltd vasitəsi ilə həyata keçirəcək. Belə olduqda A mmc sifarişə görə B mmc den ödənişi 1000 usd alır qeyri rezident C ltd vasitəsi ilə 900usd işi görür.(A mmc nin təbii ki ÖMV öhdəliyi olacaq 6 faiz) 100usd ni isə dəyək qazanc əldə etmək üçün B mmc dən 1000usd alır. Burada vergi hansı qaydada hesablanacaq çox xahiş edirəm ətraflı izah edəsiniz mümkünsə qeyd edilən misala uyğun. 3) A mmc ƏDV ödəyicisi olma hüququ varsa yuxarda qeyd edilən misalda beynəlxalq yük daşıma xidməti gösdərdiyi halda idxal etdiyi malda avtonəqiliyat olarsa və eyni zamanda 1 rübdə xaricdən malların alınmasında vasitəçilik xidmətidə gösdərərsə bu zaman A mmc hansı xidmətlərə görə vergi öhdəliyi yaranacaq?
25/10/2020 Oxunub: 176 Orta qiymət: 5

Bildiririk ki, müraciətinizdə qeyd olunan hüquqi şəxsin eyni zamanda, bir neçə fəaliyyət növünü həyata keçirməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. 

Müraciətinizdə qeyd olunan fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Vergi Məcəlləsinin XI fəslinin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar Vergi Məcəlləsinin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Eyni zamanda, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə əlaqədar ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125.1.4-cü, 165-ci, 167-ci və 168-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elnur Aydınlı İslam oğlu ay***@gmail.com ID: 3264
Salam, sizdən xahiş edirəm mənim VÖEN-imin bağlanmağına mənə köməklik edəsiniz. Hara müraciət eləyim, nece eləyim, məlumatım yoxdur bu barədə.
24/10/2020 Oxunub: 53 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Aytəkin Abbasova Əlican ay***@gmail.com ID: 3263
Mənə ƏDV geri qaytarıldıqdan sonra yenidən çıxıblar. Sarı rəngdə yanır, səbəbin öyrənə bilərəm? 30 azn-dən çox, necə öyrənə bilərəm, öncə oturdu, sonra alındı.
23/10/2020 Oxunub: 42 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Офелия Умудова op***@gmail.com ID: 3261
Пожалуйста дайте мне знать как я могу получить кассовый аппарат для проведения транзакций через свою компанию, Спасибо
23/10/2020 Oxunub: 62 Orta qiymət: 5

Yeni nəsil kassa aparatlarının (e-kassa) quraşdırılması ilə bağlı e-kassa operatorlarına müraciət etməyiniz tövsiyə olunur. Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və digər məsələlər barədə suallara www.e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Əzim Kazımov az***@yahoo.com ID: 3214
Salam. Bildiyimiz kimi, Vergi məcəlləsinin 102.1.8 bəndinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır. Sual: Həyat yığım sığortasına ödəniş olunanda, gəlir vergisi üzrə güzəşt məbləği (əğər varsa) çıxılandan sonra 50% ödəniş olunmalıdır? Yəni əməkdaşın gəlir vergisi üzrə güzəşti varsa (Məs VM-nin 102.3 madəsinə əsasən 200 manat) həmin məbləğ çıxılandan sonra, qalan məbləğin 50 faizi həyat yığım sığortasına göndərilir? Məsələn- Əməkdaşın əmək haqqı məbləği 3600 manatdır. Ayrıca əməkdaş 2 ci qrup əlil olduğuna görə əmək haqqısının 200 manat (VM-nin 102.3 maddəsinə əsasən) gəlir vergisindən azaddır. Bu halda əməkdaş maximum nə qədər məbləği həyat yığım sığortaya yönəldə bilər. Xahiş edirəm sualımı cavablandırasınız.
23/10/2020 Oxunub: 211 Orta qiymət: 4

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır.

Müraciətinizdə qeyd olunanlara əsasən, qeyd olunan işçinin vergiyə cəlb olunan gəliri 3400 manat hesab olunur. 

Eyni zamanda nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.8-ci və  “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələri.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Fuad Qənbərov Saleh 82***@gmail.com ID: 3259
Salam, mən onlayn növbə tutmaq istəyirəm, hər şeyi düzgün yazıram, yenə də yazılır fin kod düz deyil. Hər cür yoxlamışam xeyri yoxdur.
22/10/2020 Oxunub: 38 Orta qiymət: 0

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Namiq Bayramov Sülüddin nb***@mail.ru ID: 3210
Salam. Mən Dövlət Vergi Xitmətinin könüllülük fəaliyyətinə qoşulmaq istəyirəm, necə qoşula bilərəm?
22/10/2020 Oxunub: 131 Orta qiymət: 5

Bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.

Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə müraciət edənlərə məlumat veriləcək.

Könüllü fəaliyyəti barədə ətraflı məlumatı səhifəmizin “Könüllü fəaliyyəti” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Aysel Əhmədova Allahverdi eh***@list.ru ID: 3257
Salam. Mən İrşad Telecomdan telefon almışam. 10 günü keçər təxmini. Portaldan müraciət etdim ƏDV-nin geri qaytarılması üçün. Amma hələ də gözləmədədir, pul geri qaytarılmayıbdır.
22/10/2020 Oxunub: 75 Orta qiymət: 0

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kanan Yusifov yu***@mail.ru ID: 3189
Salam. Təsisçi vətəndaş olaraq, yaratdığı Hüquqi Şəxsə-MMC-ə verdiyi borcu müəyyən müddət sonra geri aldıqda, Təsisçi və müəssisənin ayrı ayrılıqda öhdəlikləri nədən ibarətdir? Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
22/10/2020 Oxunub: 225 Orta qiymət: 4

Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Buna əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda, müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 123.1-ci və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü və 3.4.6-cı maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Kərimova Vüsalə Abdulla qızı vu***@hotmail.com ID: 3134
Salam. Sualım birgə fəaliyyətlə bağlıdır. "A" müəssisəsi təlim xidməti göstərir və bunun üçün "B" müəssisəsinin təlim mərkəzindən istifadə edir. "B" müəssisəsi icarə haqqı almır, əvəzində birgə fəaliyyət göstərməyi təklif edir. Belə ki, əgər "B" müəssisəsi müştəri cəlb etsə, müştəri pulu ona ödəyir və həmin pulun 40% "A" müəssisəsinə ödənilir. Əksinə olsa "A" müəssisəsi pulun 40%-ni "B" müəssisəsinə ödəyir. Sualım isə belədir: 1. Həmin 40% xərc sayılır yoxsa gəlirdən pay kimi nəzər alınır? 2. Əgər xərcdirsə, tərəflər bir-birinə qaimə təqdim etməlidilər ya yox? 3. Xərc yox gəlirdən paydırsa birbaşa gələn puldan faizin ödənilməsi nə dərəcədə düzgündür? Xalis gəlirdən hesablanmalı deyilmi?
22/10/2020 Oxunub: 184 Orta qiymət: 4

Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsinin əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik müəyyənləşdirir. Mülki hüquq subyektləri arasında yaranmış mülki münasibətlər çərçivəsində tərəflərin vergi öhdəliklərinin müəyyən olunması vergi qanunvericiliyinə və onun tələblərinə əsaslanır.

Bu baxımdan da iki vergi ödəyicisinin birgə fəaliyyəti həmin şəxslər arasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış, məqsədi vergi üstünlüyünün əldə olunması olmayan müqavilə ilə tənzimlənməlidir.

Vergi öhdəliklərinə gəldikdə isə, iki vergi ödəyicisi tərəfindən birgə fəaliyyətdən əldə edilən ümumi gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı birgə fəaliyyətin iştirakçılarının çəkdiyi sənədləşdirilmiş xərclər çıxılır. Təqvim ilində əldə edilən birgə gəlir birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq həmin təqvim ilinin sonunda iştirakçılar arasında bölüşdürüməklə, iştirakçıların həmin təqvim ilinin vergi tutulan gəlirinə daxil edilir və ayrılıqda hər iştirakçıda mənfəət (gəlir) vergisinə 20 faiz dərəcə ilə cəlb edilir.

Birgə sahibkarlıq fəaliyyəti həyata keçirilən zaman birgə fəaliyyət iştirakçılarından hər hansı birinin ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməsi, müştərilərə elektron qaimə-fakturanın göndərilməsi və ödənişlərin qəbul edilməsi, ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi, vergilərin ödənilməsi və vergi bəyannamələrinin təqdim edilməsi məsələləri bağlanmış müqavilə ilə müəyyən edilə bilər.

Müraciətinizdə qeyd olunan halda, tərəflər yuxarıda qeyd olunan qaydada birgə sahibkarlıq fəaliyyəti həyata keçirmədiyi halda, ümumi qaydada gəlirlərini və xərclərinin uçotunu ayrılıqda aparmalı, vergi orqanına hesabatlar təqdim etməlidirlər. 

Əsas: Mülki Məcəllənin 2.2-ci, 6-cı, 390-cı,  Vergi Məcəlləsinin 71-ci, 108-ci, 137-ci, 154.5-ci, 155.3-cü maddələri.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Murad Əliyev Şahin vp***@mail.ru ID: 3255
Salam. Sosial və işsizlikdən sığorta üzrə bəyannamənin vaxtında təqdim edilməməsinı görə sahibkarı gözləyən cərimə varmı? Varsa necə hesablanır? Öncədən təşəkkürlər.
22/10/2020 Oxunub: 111 Orta qiymət: 0

Bildiririk ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilmişdir.

Həmin hesabatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. Bu halda vergi ödəyicisinin vergi və sosial sığorta haqqı üzrə öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Niyaz Aslanzadə ni***@mail.ru ID: 3203
Salam, sualım bundan ibarətdir ki, vergi orqanlarına iqtisadiyyat sahəsi üzrə işə qəbulla bağlı imtahan mərhələsini keçib, daha sonra müsahibə mərhələsini də keçdikdən sonra işlə təmin olunduqda, ilk aylar əmək haqqı nə qədər olacaq?
22/10/2020 Oxunub: 96 Orta qiymət: 4

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları ilə Nazirlər Kabinetinin 2019-cu il 26 sentyabr tarixli 421 nömrəli Qərarında Buradan tanış ola bilərsiniz.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Rauf Ibrahimov ma***@list.ru ID: 3123
Salam! Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə, əmlakın icarəyə verilməsi ilə yanaşı, əmlakın uzufruktu (11-ci fəsil), kirayəsi (33-cü fəsil), əvəzsiz istifadəsi (36-cı fəsil), borc müqaviləsi əsasında verilməsi (37-ci fəsil), lizingi (38-ci fəsil), rentası (48-ci fəsil) imkanları nəzərdə tutulmuşdur. Sual: Vətəndaş, onun mülkiyyətində olan yaşayış sahəsini yuxarıda qeyd olunmuş istənilən növ müqavilə əsasında başqa şəxsə müvəqqəti verə bilərmi? Bu halda vətəndaşın aldığı gəlirdən hansı vergilər ödənilməlidir? Tarix :23.09.2020
22/10/2020 Oxunub: 191 Orta qiymət: 2

Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik (Mülki Məcəllə), vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti və s. bu kimi məsələləri isə Vergi Məcəlləsi müəyyən edir.

Mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi malların təqdim edilməsi anlamını verir və bazar qiyməti nəzərə alınmaqla vergiyə cəlb olunur.

Eyni zamanda, şəxsin mülkiyyətdə olan əmlakın digər şəxsə əvəzsiz istifadəyə verilməsi vergitutma məqsədləri üçün əmlakın icarəyə verilməsi kimi dəyərləndirildiyi üçün icarə müqaviləsi ilə rəsmiləşdirilməli, həmin müqavilədə mütləq qaydada bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı göstərilməli, vergi tutulan gəlirlərə aid edilməklə bu gəlirdən mənfəət verigisi hesablanaraq bəyan edilməklə büdcəyə ödənilməlidir.

Qeyd olunanlara əsasən şəxs mülkiyyətində olan əmlakdan istifadə ilə bağlı mülki qanunvericiliyə uyğun olaraq, müraciətinizdə qeyd olunan formalarda istifadə edə bilər. Lakin, həmin münasibətlərlə bağlı vergitutma prosesi vergi qanunvericiliyinin müddəaları ilə tənzimlənir.

Əsas: Vergi Məcəlləsinin 1.1-ci, 13.2.10-cu, 99.3.3-cü və 124-cü maddələri.

 

2/5 (4 Orta qiymət)
Qiymət ver: