Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Nəsirli Cəlal Əli ce***@gmail.com ID: 141
Salam, mən VÖEN-dən çıxarış almaq istəyirəm, online qaydada. Köməklik edin zəhmət olmasa, nece edə bilərəm?
25/04/2019 Oxunub: 118 Orta qiymət: 5

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün Sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Abasov Vüqar Hüseyn va***@mail.ru ID: 381
DSMF borcu onlayn necə ğyrənmək olar? Xahiş edirəm bu haqda məlumat verəsiniz.
22/03/2019 Oxunub: 104 Orta qiymət: 3

Vergi ödəyicisi məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olub-olmamasını ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər.

3/5 (5 Orta qiymət)
Qiymət ver:
Himayət İsmayilova Rizvan qızı hr***@yahoo.com ID: 778
Salam. Mən 2006-cı ildən Ziya Bunyadov kücəsi, 30/22, bina 5 a unvanılı yeni tikili binada mənzil almışam və həmin vaxtdan da həmin mənzildə qeydiyyatda olmuşam. Binada çıxarış (kupça) olmayıb, order olub. Biz çıxarış almaq istəsək də binada bəzi problemlər olduğuna görə bu mümkün olmayıb. Nəhayət, prezident fərmanı ilə çıxarış verilən binalardan biri kimi bizim binada da mənzillərə çıxarış verilməyə başlanıb. Mən pula təcili ehtiyacım olması üzündən bu mənzili satmaq istəyirəm. Qeyd edim ki, 2006-2015-ci illərdə bu mənzildə qeydiyyatda olmuşam. 2015-ci ilin iyulun 2-dən başqa mənzilə qeydiyyata düşmüşəm. Bilmək istərdim ki, mənzilin satışı zamanı mən necə vergi ödəməliyəm? "AR Vergi Məcəlləsinin 218.4.3 maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər" və "Sadələşdirilmiş vergi aşağıda qeyd edilən hallarda hesablanmır: fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi"- bu norma mənə şamil olunurmu? Axı hal-hazırda olmasa da, mən də 9 il sözügedən mənzildə qeydiyyatda olmuşam? Lütfən, bu məsələyə aydınlıq gətirərdiniz. Öncədən təşəkkürlər.
25/02/2019 Oxunub: 73 Orta qiymət: 4

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib. Qeyd olunan dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi vergidən azaddır.

Sorğunuzda qeyd olunan halda Siz 2006-cı ildən 2015-ci ilədək mənzildə qeydiyyatda olduğunuzu təsdiq edən sənədlər əsasında adıçəkilən vergi güzəştindən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin  218.4.3-cü və 218-1.1.5-ci maddələri.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Pərviz Əliosmanov Hacbala El***@bk.ru ID: 580
Salam.Mənim atam 1-ci qrup əlildir. Mən Xaçmaz şəhər 3 saylı tam orta məktəbdə Təsərüffat işləri üzrə direktor müavini işləyirəm. Atamın əlil olmasına görə mənə gəlir vergisindən güzəşt mümkündürmü ??? Qanunda belə bir maddə varmı ?
28/12/2018 Oxunub: 86 Orta qiymət: 4

Bildiririk ki, I qrup əlilə baxan və onunla birlikdə yaşayan himayəçi olduğunuz halda vergi tutulmalı olan aylıq gəliriniz 100 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata kedçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Əsas: Vergi Məcəlləsinin 102.4.4-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Sərdar Əliyev Həsən se***@mail.ru ID: 560
Salam, mən müəllim işləyirəm. Məcburi köçkünəm, həm də himayəmdə 3 azyaşlı uşaq var, bu imtiyazların hər ikisindən istifadə edə bilərəm?
28/12/2018 Oxunub: 132 Orta qiymət: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Məcburi köçkünlərin (mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərdən başqa) əsas iş yerində müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunan halda sizin muzdlu işdən əldə etdiyiniz gəlirdən 350 manat (200 + 100 + 50) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.6-cı, 102.2.4-cü, 102.5-ci, 102.7-ci maddələri.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Binnətov Ruslan bi***@gmail.com ID: 1737
Mən aktiv vergi ödəyicisiyəm. Sahibkarlıq uçotu haqqında şəhadətnamə rayonda qalıb, şifrələrini bilmirəm, mən dəstək fondundan istifadə edə bilmirəm, mən nə etməliyəm? Xahiş edirem, sorğum mümkün qədər tez cavablandırılsın.
18/05/2018 Oxunub: 44 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mübariz Mehdiyev Məhəddin oglu me***@mail.ru ID: 1034
"A" müəssisəsi əmlak vergisi ödəyicisidir. Vergi məcəlləsinin 199.4.3 maddəsinə əsasən vergitutma məqsədi üçün müəssisənin əmləkının dəyəri avtonəqliyyat vasitələrinin dəyərindən azaddır.Yəni məssisənin balansında olan avtonəqliyyat vasitələrinin qalıq dəyəri əmlak vergizindən azaddır. SUAL: Əgər müəssisə balansında olan avtonəqliyyat vasitələrini kasko sığortalamışdırsa, bu avtonəqliyyat vasitələrinin qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti əmlak vergisinə cəlb olunurmu?
29/04/2017 Oxunub: 129 Orta qiymət: 5

Bildiririk ki, mexaniki nəqliyyat vasitələrinə aid edilən avtomobillərin dəyəri sığortalanmasından asılı olmayaraq, əmlak vergisindən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 199.4.3-cü maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Taleh Nasibov Aziz te***@yahoo.com ID: 484
Salam! POS-terminalla nağdsız ödənişin əlavə dəyər vergisinin müəyyən həcmi hansı yolla qaytarilir? Nağd yoxsa avtomatik karta cashback olur?
13/12/2015 Oxunub: 169 Orta qiymət: 4

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub.

Qaydalar təsdiq edildikdən sonra sorğuda qaldırılan məsələ barədə məlumat veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi.

4/5 (6 Orta qiymət)
Qiymət ver: