Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Zaur Kazımov za***@hotmail.com ID: 290
"164.1.41. yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı;" Bu maddəyə əsasən müqavilə dəyəri 25000 USD (iyirmi beş min) olan malı idxal edərkən, gömrük orqanları YGB -də statistik dəyəri 20000 USD ( iyirmi min) qeyd edərsə, mənfəət vergisi bəyannaməsində malların dəyəri olaraq hansı məbləğ götürülməlidir?
17/10/2019 Oxunub: 168 Orta qiymət: 3

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Zamanov Kahin Fəxrəddin zk***@gmail.com ID: 289
Salam. Mən öyrənmək istəyirəm ki, 2014 -cü ildə testdən 73 balla və müsabiqədən keçmişəm. Müəyyən səbəblərdən işlə təmin olmamişam. İndi işlə Təmin olmam mümkün ola bilərmi? Hal-hazirda Rabitə Nazirliyində Baktelecomun İnformasiya Texnologiyalari Departamentində işləyirəm. Beynalxalq sertifikatim var (CCNA) və artiq 8 ildiki şəbəkə mühəndisi işləyirəm. Cisco və Huawei SWtich və Routerlarinin configini cox yaxşı bilirəm.
17/10/2019 Oxunub: 72 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 19.09.2019-cu il tarixində müsabiqə elan edilmişdir və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün tələb olunan ixtisaslar,  eyni zamanda üstünlük verilən namizədlər barədə məlumatlar öz əksini tapmışdır.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gulnar Elizade Kamil, al***@gmail.com ID: 288
Salam. Qeyri rezident tərəfindən göstərilmiş xidmətə görə yoxsa qeyri rezidəntə göstərilən xidmətə görə 6% ÖMV ödənməlidir? Qeyd edim ki, bu sual beynəlxalq yükdaşıma ilə əlaqədardır.
17/10/2019 Oxunub: 168 Orta qiymət: 5

Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.17-ci, 13.2.33-cü, 125.1.4-cü, 165.1.4-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Vüsal Mikayılzadə vu***@gmail.com ID: 287
Salam Bildirimək istərdim ki, 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakcılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti gostərən şəxslərdən alınmış mallara görə nağdsız qaydada odənilmiş məbləğ üzrə ƏDV-nin 15 faizinin, nağd qaydada odənilmiş ƏDV-nin isə 10 faizi məbləğində vəsaitin istehlakçıya qaytarılması nəzərdə tutulub. Eyni zamanda ƏDV-nin qaytarılması qaydasının tətbiq olunması üçün muvafiq icra hakimiyyəti orqanına həvalə edilibdir. Bu dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 fevral 2019-cu il tarixli 52 N li “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Qərarına əsasən Bakı şəhəri üzrə Təsərrüfat subyektlərinin təsnifatında I ci mərhələdə şəbəkə sistemli marketlər, 2019-cu il 1 iyul tarixədək nəzərdə tutulan yeni nəzarət-kassa aparatları ilə əvəz edilməklə Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir. Əlavə olaraq bunuda qeyd edim ki, yeni nəzarət-kassa aparatlarının istifadə olunması üçün Azərbaycan Respublikası Nazirlər kabinetinin Nəzarət-kassa aparatlarının istismarı Qaydalarının təsdiq edilməsi barədə 338 N li qərarı 01 Avqust 2019 cu il tarixindən qüvədədir. Bu qanunvericiliyi nəzərə alaraq plastik bnak kartlarım vasitəsi ilə müxtəlif təsərrüfat subyektlərindən “Mall” tipli ticarət mərkəzləri və şəbəkə tipli marketlərdən xeyli miqdarda aldığım malların dəyərini nağdsız qaydada odəniş etmişəm. Bilmək istəyirəm ki, bu günə qədər etdiyim nağd və nağdsız odənişlərdə qaytarılan ƏDV məbləğini haradan neçə əldə edə bilərəm. Sizdən xahiş edirəm ƏDV-nin qaytarılması qaydası barədə Nazirlər kabinetinin və ya digər müvafiq icra hakimiyyəti orqanının (qurum) müəyyən etdiyi qaydalar və qərar barədə mənə ətraflı məlumat verilməsində köməklik edəsiniz. Müraciətimə cavabı E-poçt envanına göndərməyinizi xahiş edirəm.
17/10/2019 Oxunub: 111 Orta qiymət: 5

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər davam edir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni real rejimdə vergi orqanlarına qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlət Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Rövşən Mirzəliyev mi***@gmail.com ID: 286
Salam, ancaq vətəndaşlara xidmət göstərən fiziki şəxsin vergi kateqoriyası (Sadələşdirilmiş) işçilərin sayından asılı olaraq dəyişə bilərmi? Əvvəlcədən Təşəkkürlər.
17/10/2019 Oxunub: 67 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Həmin şəxslər 1 yanvar 2019-cu il tarixdən gəlir və ya mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Elvin Quluzadə Abbas el***@gmail.com ID: 285
Biz Biləsuvar rayonunun vətəndaşları dövlətə verilən vergidən yayınan obyektlər barəsində hara müraciət etməliyik?
17/10/2019 Oxunub: 43 Orta qiymət: 5

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə (Biləsuvar rayonu, Heydər Əliyev prospekti)  müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İlkin Əzimov Natiq by***@mail.ru ID: 284
Salam. Mən online şəkildə travel sayt, sosial şəbəkələrdə hesablar yaradaraq fəaliyyət göstərmək isdəyirəm. Bunun üçün ofisim olmayacaq. Travel olaraq da sadəcə bələdçilik edilməsi, evlərin tapılmasında yardım ediləcək. Sayt ancaq satış üçün deyil həm də Bakını tanıtmaq üçün olacaq. Mən buna görə vergi ödəməliyəm? Əgər ödəməliyəmsə, neçə manatdır və prosedur necə baş verir?
17/10/2019 Oxunub: 107 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Qeyd olunan dəyişikliyə əsasən əhaliyə xidmət göstərdiyiniz halda sadələşdirilmiş vergi ödəyicisi olaraq ümumi gəlirlərinizdən xərclər çıxılmadan 2% dərəcə ilə vergi ödəməlisiniz.

Qeyd etdiyiniz xidməti vergi ödəyicilərinə (sahibkarlıq subyektlərinə) xidmət göstərdiyiniz halda gəlir vergisinin ödəyicisi olaraq fəaliyyət göstərməlisiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 334-cü, 218.5.10-cu, 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mütalib Abbaszadə Ərşad mu***@mail.ru ID: 282
2017.05.05 göndərilmiş qaimənin e-fakturası göndərilib sonra silinbsə nə kimi problem yarada bilər?
17/10/2019 Oxunub: 108 Orta qiymət: 0

Bildiririk ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt verilir.

Vergi Məcəlləsinin  16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Müraciətinizi dəqiqləşdirərək yenidən “Sual-Cavab” bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Orxan Ülvi al***@gmail.com ID: 309
Salam. Dövlət büdcəsindən maliyyələşən təşkilatların əməkhaqqısı sentyabr ayından artım oldu ve vergi tutulması dəyişəcəkmi? Mümkünsə, məlumat verərdiz.
17/10/2019 Oxunub: 50 Orta qiymət: 0

Bildiririk ki, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdirilir Vergi Məcəlləsindən başqa digər normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

1 yanvar 2019-cu il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən əmək haqqı 2500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırılmışdır.

Əmək haqqının 200 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 2.4-1-ci, 102.1.6-cı maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samir Qənbərov Şakir sa***@mail.ru ID: 198
Azərbaycan Respublikasında yaranmış ƏDV ödəyicisi olan hüquqi şəxs Amerika Birləşmiş Ştatlarında Azərbaycandakı şirkətin filifal və ya nümayəndəliyini yaradarsa və həmin xaricdəki şirkətə Azərbaycandakı əsas şirkətdən investisiya yatırımı edərsə o zaman ödənilən məbləğdən Azərbaycandakı şirkət mənfəət vergisi verməlidirmi? Və ABŞ-dakı şirkətin əldə etdiyi qazancdan Azərbaycandakı şirkət hansısa vergi verməlidirmi?
16/10/2019 Oxunub: 103 Orta qiymət: 5

Bildiririk ki, eyniməzmunlu müraciətinizin cavabı 07.10.2019-cu il tarixdə səhifəmizdə yerləşdirilmişdir (ID186)

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Gülnar Gülmalıyeva gu***@mail.ru ID: 247
VÖEN olmayan, mülki-hüquqi müqavilələrlə işləyən (xidmət göstərən) fiziki şəxslərdən göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə ödənilən haqqdan hüquqi şəxslər hansı vergini tutmalıdırlar?
12/10/2019 Oxunub: 223 Orta qiymət: 5

Mülki-hüquqi müqavilə ilə xidmət göstərən şəxs vergi orqanında uçotda olmadığı halda, gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz məbləğində sosial sığorta haqqı tutularaq büdcəyə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-3-cü, 150.1.7-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

5/5 (8 Orta qiymət)
Qiymət ver:
Natiq Dadaşov na***@mail.ru ID: 245
VÖEN-i onlayn formada yəni internet vasitəsi ilə bağlamaq mümkündürmü? Həmçinin VÖEN-in aktiv olub olmadığını yoxlamaq mümkündürmü?
12/10/2019 Oxunub: 172 Orta qiymət: 4

Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda, fəaliyyətin dayandırıldığı tarixədək olan dövr üzrə öz üzərinə düşən vergi öhdəliklərini (bəyannamələrin təqdim olunması, vergi məbləğlərinin ödənilməsi) mütləq qaydada yerinə yetirməlidir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fəaliyyənizin aktiv və ya passiv olması barədə məlumat əldə etmək istəyirsinizsə bu barədə kağız daşıyıcıda və ya elektron formada müraciət göndərə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Nərmin Hüseynova Adil ne***@bk.ru ID: 244
Salam. Əgər rezident (ƏDV ödəyicisidir) qeyri-rezidentlə idman oyunlarının və ya reklamın yayımlanması üçün müqavilə bağlayıb və bu müqaviləyə əsasən gəlirini əldə etmək üçün hesab təqdim edirsə, həmin gəliri ƏDV hesablayaraq təqdim etməlidir?
12/10/2019 Oxunub: 204 Orta qiymət: 4

Bildiririk ki, sorğunuzda göstərilən halda əldə olunan gəlir Azərbaycan mənbəyindən gəlir hesab edilməklə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətlərə görə ona ödənilən məbləğdən 10 faiz dərəcə ilə vergi tutulmalı, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə vergi tutulan rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilməli və həmin müddətdə dövlət büdcəsinə köçürülməlidir.

Rezident şəxslər tərəfindən görülən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində qeyd olunan işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer xarici ölkə olduqda, həmçinin işlər və ya xidmətlər alıcının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə bilavasitə bağlı olmadığı halda həmin işlərin görülməsi və ya xidmətlərin göstərilməsi xidmətin ixracı hesab olunur və belə əməliyyatlar 0 dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci165.1.3-cü 168.1.5-ci  maddələri.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Kərimov Gündüz Saleh gu***@yahoo.com ID: 242
Salam. Müəssisənin işçisinə və ya digər şəxsə ödədiyi maddi yardım sosial sığortaya cəlb olunurmu? Olunursa, hansı şəkildə cəlb olunmalıdır? Təşəkkürlər.
12/10/2019 Oxunub: 303 Orta qiymət: 5

Bildiririk ki, müəssisənin işçisinə verdiyi yardım həmin şəxsin muzdlu işdən gəliri hesab olunduğu üçün ümumi qaydada sosial sığorta haqqına cəlb olunur.

Maddi yardım müəssisənin işçisi olmayan şəxsə verildikdə isə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 12-ci abzasına əsasən muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Rüstəmov Şahmar Mehman, ru***@gmail.com ID: 241
Salam. Dövlət Sosial Müdafiə Fondunun işçiləri məlumat verdi ki, Sığortaedənin uçot nömrəsi(SUN) nömrə vergi orqanının xidmət mərkəzlərində verilir. Ancaq Vergi orqanının xidmət mərkəzlərində SUN nömrə verilməməsi barədə vergi işçiləri məlumat verdilər. SUN nömrənin hansı orqanda verilməyi barədə məlumat verməyinizi xahiş edirəm.
12/10/2019 Oxunub: 159 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.10-cu maddəsinə əsasən Vergi orqanı bu Məcəlləyə uyğun olaraq vergi ödəyicilərini uçota aldıqdan sonra 1 iş günü müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada məlumat verir.  Qeyd olunan maddədə “orqan” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olub  özü-özlərini və başqalarını sığortaedən fiziki şəxslərin DSMF orqanlarında sığortaedən və sığortaolunan kimi uçotu Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

Qeyd olunanlara əsasən, Sığortaedənin uçot nömrəsiin (SUN) əldə olunması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Məmmədov Fərid Rasim al***@gmail.com ID: 240
Salam bilmək istərdim Vergi Məcəlləsinin 102.2.5 -ci maddəsinin (həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; ) müddəaları 1941-1945-ci illərdə həlak olmuş və ya döyüşüb sonradan həlak olmuş şəxslərin övladlarına şamil edilirmi?
12/10/2019 Oxunub: 192 Orta qiymət: 4

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin  övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Maddədə qeyd olunan güzəştdən İkinci dünya müharibəsi zamanı həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladları da istifadə edə bilərlər.

Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Əmirova Nəcibə Muxbir pa***@mail.ru ID: 239
Tibbi avadanlıqlar şəxsi hesabla yəni fiziki şəxsin hesabı ilə ev adınan ukraniyadan gəlib və o tibbi avadanlıqlar klinika huquqi səxs MMC-də istifadə olunarsa (yəni tibbi avadanlıqlar MMC-nin hesabına yox şəxsi hesaba gəlib və şəxsi yəni fiziki şəxsin özü öz mülkiyyəti olan klinikasında istifadə edir baxmayaraq ki, klinika huquqi səxs kimi qeydiyyatdan keçib) bu avadanlıqlar balansa salınmalıdır? Və ya əsas vəsait kimi qiymətləndirilməlidir ?
12/10/2019 Oxunub: 141 Orta qiymət: 5

Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Bu baxımdan da təsisçi əmlakını təsis etdiyi hüquqi şəxsə istifadəyə verəndə tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır.

Hüquqi şəxsin təsisçisi ilə hüquqi şəxs vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər və bu şəxslər arasında bağlanmış əqd üzrə vergi öhdəlikləri müəyyən olunarkən bazar qiyməti nəzərə alınmalıdır.

Müvafiq qaydada icarə müqaviləsi və ay alğı-satqı müqaviləsi tərtib edildiyi halda hüquqi şəxs əsas vəsaiti balansa salaraq amortizasiya xərci hesablaya bilər.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci 18.2.1-ci maddələri, Mülki Məcəllənin 52-ci və 700.1-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Asəf Ağasızadə Balağa ba***@mail.ru ID: 238
Salam, mən 2014-cü ildə VÖEN açdırmışam, heç bir sahibkarlıqla məşğul olmamışam və ehtiyac olmadığı üçün VÖEN-i necə ləğv edə bilərəm?
12/10/2019 Oxunub: 117 Orta qiymət: 5

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnaməni (vergi orqanından təhvil götürüldüyü halda onun əslini) şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə vergi orqanına təqdim edə bilərsiniz. Eyni zamanda, gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Gülxar Qazızadə Əli gu***@yahoo.com ID: 237
Bilmək istəyirəm ki, hal hazırda (min ə/h 250 AZN olduqdan sonra) dövlət müəssisələrində (qeyri-neft sektoru) gəlir vergisi əmək haqqının hansı məbləğdən yuxarı hissəsindən tutulur.
12/10/2019 Oxunub: 112 Orta qiymət: 0

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahirə İsmayılova az***@gmail.com ID: 236
Salam .Mənim sualım ezamiyyə ilə bağlıdır . Müəsissə ƏDV ödəyicisidir. Ölkəyə taxta və dikt idxali və onların satışı ilə məşğuldur. Müəsisiənin direktoru eyni zamanda ,müəssisənin təsisisçisidir . Müəsissənin daxili əmrinə əsasən təsisçi idxalın genişləndirilməsi məqsədi ilə Rusiya Federasiyasına Yeni muqavilələrin bağlanması ilə bağlı ezamiyyəyə gedib. Onuda qeyd edim ki, iş birliyi ilə əlaqədar dəvət edən tərəf müəsissənin rəhbərini nə yaşayış yeri ilə,nədə ki,digər xərclərlə təmin etmir. Aviabilet ( gediş- gəliş )və mehmanxana xərci müəsissənin adına acılmış Biznes kart vasitəsi ilə həyata keçirilib.Lakin ezamiyyə vaxtı yaranan əlavə xərcləri təsisçi öz şəxsi vəsaitindən, nəğd şəkildə həyata keçirib.(Məsələn, restoran da iş görüşməsi zamanı nahar yeməyi və s. digər xərclər ) Ezamiyyə zamanı yemək və digər xərcləri təsisci öz vəsaitindən ödəyirsə, bu halda müəsissə həmən xərcləridə avia bilet və mehmanxana xərclərinin üstünə gələrək nəzərə almalı və müəssisənin xərclərinə əlavə etməlidirmi? Və həmin məbləğ təsisciyə geri ödənilməlidirmi? Gələcəkdə audit və digər təftiş açıldığı zamanı müəsissənin adına olan biznes kartla ezamiyyə xərcinin ( avia bilet və mehmanxana xərci ) ödənişi ilə bağlı hər hansı bir irad tutula bilərmi ? Ezamiyyə xərcindən hər hansi bir vergi tutulması varmı? Xahiş edirəm suallarıma aydınlıq gətirəsiniz.
12/10/2019 Oxunub: 289 Orta qiymət: 5

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Xarici ölkələrə ezamiyyələr zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilən norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin xarici ölkəyə gediş-gəlişinə görə alınan təyyarə biletinə çəkilmiş xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır. 

5/5 (2 Orta qiymət)
Qiymət ver: