Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Faiq Nadirov Şakir Fa***@yahoo.com ID: 2701
Salam. Uşaq pulu almaq üçün Vergi şöbəsindən arayış istəyirlər. Ata Nərimanov, Ana Xətai qeydiyyatıdır. Bunun üçün hara müraciət etməliyəm? Ətrafli məlumat versəniz yaxşı olar.
24/08/2020 Oxunub: 92 Orta qiymət: 0

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nadejda Vyaçeslavovna Parşina el***@inbox.ru ID: 2903
Добрый день, моя дочь гражданка Азербайджана, обучается в университете в России по гос.линии. 14.08.2020 я попыталась перевести деньги ей на карту (российского банка) Card to Card через мобильное приложение банк Республика. Операция не прошла, из за запрета нашего банка конвертации. По обращению в банк мне предложили прийти в банк в понедельник (через 2 дня) и отправить деньги переводом "Контакт". После этого я нашла возможность через сайт "Qiwi кошелек" провести операцию Card to Card, сумма пополнения карты 7000 рублей, комиссия сайта 140,00 рублей. Мне пришла СМС о моем балансе, где видно что с меня банк списал 7140 рублей и +vergi 16.92 azn. При обращении в службу 195 мне посоветовали обратиться в банк о возврате суммы налога. Но банк не счел возможным вернуть мне эти деньги, ссылаясь на то что, это оплаченная услуга иностранного сайта. При проведении данной операции Card to Card между гражданами Азербайджана, должен ли отправитель оплачивать 10% налог и должен ли банк вернуть мне 16.92 azn. Заранее спасибо!
24/08/2020 Oxunub: 55 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Əsas: Vergi Məcəlləsinin 125.1-1-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Təmerlan Ələkbərov Arif oğlu al***@gmail.com ID: 2765
Salam. Aprel ayinda pandemiyaya görə mən maliyyə dəstəyi almışam. Mənim hesabım Agbankda idi. İndi bankın lisenziyası ləğv olunub. Mənim kapital bankda hesabım var, amma mən bilmirəm nece səxsi kabinetdə bu banki bu bankda dəyışim. Sizdən xahiş edirım ki, mənə köməklik göstərərsiniz. Hörmətlə Təmerlan Ələkbərov
24/08/2020 Oxunub: 79 Orta qiymət: 3

Bildiririk ki,  fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış sahibkarlara aid edilir. Təkrar maliyyə dəstəyi vergi ödəyicisinin aktiv bank hesabına köçürülür. 

 

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Rəşad Əliyev Al***@mail.ru ID: 2902
Salam. ƏDV-nin geri qaytarılması ilə bağlı 2000 manatlıq ödəniş çekim ləğv olunub. Eyni mağazadan bir neçə gün sonra yenidən alış-veriş etmişəm, o ləğv olunmayıb. Xahiş edirəm, aydınlıq gətirəsiniz.
24/08/2020 Oxunub: 41 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynov Xəyal Əbülfət oğlu xe***@mail.ru ID: 2900
Yazaraq bildirirəm ki, himayəmdə işləməyən arvadım və iki azyaşlı övladım vardır. Özüm məcburi köçkünəm. Mən səhətimlə əlaqədar olaraq (əməliyyat olunduğuma görə) Koronovirus(kovid 19) pandemiyası ilə əlaqədar olaraq sahibkarlara verilən maliyyə dəstəyini vaxtında müraciərt edərək almamışam. Xahiş edirəm ki, müraciət etməməyimin səbəbini üzürlü hesab edəsiniz və mənə Koronovirus (covid 19) pandemiyası ilə əlaqədar olaraq sahibkarlara verilən maliyyə dəstəyini almaq üçün köməklik edəsiniz.
24/08/2020 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Maliyyə dəstəyi üçün heç vaxt müraciət etməyən vergi ödəyiciləri üçün isə, 10 avqust 2020-ci il tarixinədək müraciət etmək imkanı yaradılmışdır və bununla bağlı səhifəmizdə elan yerləşdirilmişdir. Qeyd olunan tarixdən etibarən maliyyə dəstəyi üçün müraciətlərin qəbulu dayandırılmışdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüqar Əsədullayev Cabar as***@gmail.com ID: 2782
Salam. Mən bu yaxınlarda hospitalların birində bir-neçə dəfə müayinə olduğum qəbzləri edvgerial saytında oxutdurmaq istəyərkən qırmızı hərflərlə belə bir məlumat çıxır. “Daxil etdiyiniz NKA çekinin təqdim edildiyi obyektin təsnifatı Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uygun olaraq pərakəndə ticarət və ya ictimai iaşə təsnifatına uygun deyil. NKA çekini təqdim etmiş vergi ödəyicisinə müraciət etməyiniz tövsiyə olunur” Mən bunu onlara göstərdim. Dedilər bizdik deyil. İndi bilmək istəyirəm bu kimlikdir? Onu da deyim ki birinci çekdə isə belə problem olmamışdı. Zəhmət olmasa araşdırın da bu problemi sizə zəhmət.
24/08/2020 Oxunub: 70 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Tibb xidmətlərinin göstərilməsi isə pərakəndə ticarət və ictimai iaşə xidmətlərinə aid edilmədiyi üçün, tibb xidmətlərinin göstərilməsi ilə əlaqədar ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Elnur Ramiz ra***@mail.ru ID: 2776
Salam Vergi əməkdaşları. Mən Bakı şəhəri Sahil qəsəsbəsində bərbər işləyierəm. II qrup əliləm. Ailəliyəm. İki azyaşlı övladım var, yoldaşım işləmir. Birinci dəfə maliyyə dəstəyi almaq üçün müraciət etdikdə mənim bank hesabıma 230 manat yardım köçürüldü. Sonradan sərt karantin rejimi uzadıldı. Bərbərxana və gözəllik salonlarının fəaliyyətinə iyul ayında 1 aya qədər yenidən qadağa qoyuldu. Bu dəfə mən yardım almadım. Yardım almaq üçün harasa müraciət etməli idim ya yox? Ailəni dolandıran tək mənəm. Xahiş edirəm sualımı cavablandırasız. Öncədən dərin minnətdarlığımı bildirirəm.
24/08/2020 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə 250 manatdan 5 000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, hazırda birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tuqay Abdullazadə Səbuhi oğlu ab***@gmail.com ID: 2708
Salam. Amazon.com saytından şəxsi istifadə üçün dəyəri 1000 (min) ABŞ dollarından az olan kompüter sifariş eləmək istəyirəm. Bilmək istərdim ki, bu zaman kompüterə ƏDV şamil olunur?
24/08/2020 Oxunub: 130 Orta qiymət: 5

Bildiririk ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsi 20.5-ci, 169.1-ci, 169.3-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mehman Nəsirov Şəmil mn***@bk.ru ID: 2773
Salam. Mən təsərrüfat mallarının satışı ilə məşqulam. 1995 çi ildən, İndiyə qədər bütün aylıq vergi və sıgotaları vaxtli- vaxtında ödəmişəm. Lakin, Pandemiya dövründə sıxıntı icindəyəm. Sədərək ticarət mərkəzləri baglı oldugundan alış- verişim, fəaliyyətim dayanmaq üzrədir. Eyni zamanda, 13 nəfərdən ibarət olan ailə üzvülərimin hec bir dövlət təminatı olmadıqı ücün, hamısının yükü mənim üzərimdədir. Odur ki, imkan daxilində mənə köməklik etməyinizi 8 Saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyindən rica edirəm. Əvvəlçədən təşəkkür edirəm.
24/08/2020 Oxunub: 94 Orta qiymət: 0

Bildiririk ki, birinci mərhələdə həm fərdi (mikro) sahibkarlara, həm də pandemiyadan zərər çəkmiş sahədə fəaliyyət göstərən, muzdlu işçisi olan vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilmişdir. Bu zaman fərdi sahibkarlara maliyyə dəstəyi birdəfəlik ödəmə formasında, muzdlu işçilərin əməkhaqqının ödənilməsi isə iki bərabər hissədə iki ay ərzdinə ödənilmişdir. 

Əlavə olaraq, hazrda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilmişdir. 

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. 

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir. 

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rauf Əhmədov Hacıbaba ra***@mail.ru ID: 2769
Ailədə bir VÖEN-lə iki nəfər işləyə bilər?
24/08/2020 Oxunub: 88 Orta qiymət: 0

Bildiririk ki, adından da göründüyü kimi VÖEN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Qeyd olunanlara əsasən, ailə üzvləri Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda sahibkarlıq və digər vergiyə cəlb olunan fəaliyyəti müstəqil həyata keçirdikləri halda, hər biri ayrı-ayrılıqda vergi uçotuna alınmalı, VÖEN əldə etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 33.1-ci, 34.6-сı və 34.7-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlyas Xurşudov Novruz il***@mail.az ID: 2897
Salam. Mənim 40 manat vergilər departamentinə borcum var. VÖEN ünvana görə gec dəyişildiyinə görə. İndi mən onu hara və necə ödəməliyəm?
22/08/2020 Oxunub: 42 Orta qiymət: 5

Bildiririk ki, qeyd olunan maliyyə sanksiyası üzrə borc məbləği "143490 Digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarından daxilolmalar" büdcə təsnifatı kodu üzrə ödənilməlidir.

Vergiləri onlayn üsulla və ya nağd qaydada ExpressPay terminalları vasitəsilə ödənilməsi haqda ətraflı məlumatla saytımızın Faydalı bölməsinin "Vergiləri necə ödəyək?" altbölməsində tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Yusifova Samirə Rafiq qızı zi***@gmail.com ID: 2894
Salam. 03.03.2020 tarixindən işləmirəm. Zəka tədris mərkəzində müəllimə işləyirəm. Amma bu karantin aylarında mən niyə pul almıram. Hər ay 60 manat sosial ödəmişəm dövlətə. Xahiş edirəm nəzərə alib, lazımi orqanlara bildirəsiniz. Çox xahiş edirəm. Təşəkkür.
21/08/2020 Oxunub: 59 Orta qiymət: 0

Bildiririk ki, birinci mərhələdə həm fərdi (mikro) sahibkarlara, həm də pandemiyadan zərər çəkmiş sahədə fəaliyyət göstərən, muzdlu işçisi olan vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilmişdir. Bu zaman fərdi sahibkarlara maliyyə dəstəyi birdəfəlik ödəmə formasında, muzdlu işçilərin əməkhaqqının ödənilməsi isə iki bərabər hissədə iki ay ərzdinə ödənilmişdir. 

Əlavə olaraq, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilmişdir.  

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilir.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da avqust ayında təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstərilmişdir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sahilə Rzayeva Samid sa***@gmail.com ID: 2888
Salam. Sahibkarlara verilən 250 manatla əlaqəli sual vermək istərdim. Atam 1 dəfə 250 manat alıb, telefonu oğurlanıb. 2-ci dəfə şəxsi kabinetinə məlumat gəlib-gəlməiyini bilmirik.ne etmeliyik,xahiş edirem melumat veresiniz,evvelceden teşekur edirem
20/08/2020 Oxunub: 36 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İdrisova Əfruz İdris qızı ef***@gmail.com ID: 2885
Salam. Mən sizin mail ünvanınıza öz CV-mi atmışdım. Ancaq 20 gündür ki, mailə cavab məktubu yoxdur. Sualım ondan ibarətdir ki, Vergi xidmətinə imtahan nə zamana planlaşdırılır?Mən İqtisad Universitetinin SABAH qrupu məzunuyam. Və xaricdə magistr təhsilim var. Mənə görə imtahan sturukturu necə olacaq? Öncədən təşəkkürlər
20/08/2020 Oxunub: 43 Orta qiymət: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Camal Qurban oğlu qa***@gmail.com ID: 2685
Salam. ƏDV ödəyicisi olan müəssisəmiz 2020-ci ilin mart ayında göndərdiyi qaiməni ləğv etmişdir. Bilmək istərdim ki, ləğv edilmiş qaimə üzrə mart ayının ƏDV bəyannaməsinə dəqiqləşdirmə vermək mi yoxsa, bu ay veriləcək olan iyul ayının ƏDV bəyannaməsinin "Dəqiqləşdirilən" bölməsində müvafiq düzəlişi etmək mi daha məqsədəuyğundur?
20/08/2020 Oxunub: 238 Orta qiymət: 5

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə, iyul ayında aparılır.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 163-cü, 174.2-ci və ya 175.5-ci maddələri.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Aydın Mehdiyev Zeynal Ay***@gmail.com ID: 2697
Hörmətli Dövlət Vergi Xidməti. Mən bilmək istərdim səhiyyə xidməti üzrə ƏDV fiziki şəxsə qaytarılmı? (Həm apteklərdən olunan alış-veriş, həm də klinikalarda göstərilən xidmət). Öncədən minnətdaram. Hörmətlə, Aydın Mehdiyev
20/08/2020 Oxunub: 127 Orta qiymət: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Vergi Məcəlləsinin məqsədləri üçün ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir

Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır və müraciətinizdə qeyd olunan, dərman vasitələrinin pərakəndə satışı ilə bağlı ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkündür.

Tibb xidmətlərinin göstərilməsi isə pərakəndə ticarət və ictimai iaşə xidmətlərinə aid edilmədiyi üçün, tibb xidmətlərinin göstərilməsi ilə əlaqədar ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Zahir Rusifov Nazim za***@mail.ru ID: 2883
Salam! Böyük Vətən Müharibəsində iştirak etmiş mərhumun nəvəsinə və qızına qanunvericiliklə nəzərədə tutlmuş hansı güzəştlər şamil olunur? Əgər mərhumun nəvəsi dövlət idarəsində çalışırsa (əmək haqqında və s. güzəştlər), qızı isə yaşla əlaqədər pensiyadadırsa. Əvvəlcədən minnətdarlığımı bildirirəm!!!
20/08/2020 Oxunub: 66 Orta qiymət: 5

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən  həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Göründüyü kimi, yuxarıda qeyd olunan azadolma həmin şəxslərin nəvələri üçün nəzərdə tutulmamışdır və övladlarının yalnız muzdlu işdən əldə etdikləri gəlirlərə aid edilir. 

Eyni zamanda, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat, həmin şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manat azaldılır.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir. 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Samir Məmmədov Şakir ra***@mail.ru ID: 2693
2019-cu il dekabr ayında vergi müqaviləsi dayandırılıb. Bu zaman bizə 250 manat olan müavinət düşür? Düşürsə hara müraciət etmək lazımdır?
20/08/2020 Oxunub: 61 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. 

Eyni zamanda, hazırda birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilir. Bunun üçün həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdurahmanova Esmira Heydər qızı es***@logist.az ID: 2882
Salam. Hörmətli Dövlət Vergi Xidməti, bu sualımı cavablandırmağınızı xahiş edirəm. Belə ki, Türkiyə Respublikasına yükdaşıma xidmətinə görə beynəlxalq xarici ödəməmiz olmuşdur. Və ödəmə Türkiyə hesablarına edilmişdir. Sual budur ki, vergi öhdəliyim bu ödəməyə görə ÖMV öhdəliyim yaranırmı? Yaxud beynəlxalq ödəmələrdə ÖMV dən azaddırmı, hər hansı güzəştlər varmı?
20/08/2020 Oxunub: 88 Orta qiymət: 0

Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə əlaqədar ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125.1.4-cü, 165-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yana Bədəlova ya***@gmail.com ID: 2691
Salam. Şirkət "A" MMC (Sadələşdirilmiş vergi ödəyicisi) avtomobillin ehtiyyat hissələrinin satışı ilə məşguldur, "B" LLC -dən (Amerika Birləşmiş Ştatları) mal alır və bu malı "C" LLC-yə (Amerika Birləşmiş Ştatları) satır. Müqavilənin şərtlərinə görə bu mal Azərbaycana idxal olunmayacaq və birbaşa "C" LLC-yə göndəriləcək. Bu halda "A"MMC-nin hansi vergi öhdəliklər (sadələşdirilmiş vergidən başqa) yaranır?
20/08/2020 Oxunub: 123 Orta qiymət: 5

Sadələşdirilmiş vergi üzrə öhdəlik fərdi sahibkarların və hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində göstərdiyi fəaliyyətdən əldə olunan gəlirlərinə (ümumi hasilatın cəminə) 2 faiz vergi dərəcəsi tətbiq edilməklə həyata keçirilir.

Buna əsasən rezident hüquqi şəxs tərəfindən ABŞ-dan alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü şəxsə satılmasından əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Rezident şəxs tərəfindən malların təqdim edilməsi Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi üçün həmin əməliyyat Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılmır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci, 108-ci, 159-cu, 167-ci 218-ci, 220-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver: