Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Renat Uluxanov Serdar oglu Re***@yandex.ru ID: 2880
Salam. Mən sahibkaram. Sizdən öyrənmək istəyirdim. Covid-19 pandemiyasına görə sahibkarlara ayrıldığı maliyyə dəstəyi çərçivəsində mən 350 azn bank vaistəsilə almışam. Və ikinci dəfə maliyyə dəstəyi hesabıma oturmur. Sizdən öyrənmək istəyirdim 250manatdan yuxarı verilmir? Çox sağolun.
20/08/2020 Oxunub: 33 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Asiman Ələsgərov As***@gmail.com ID: 2879
Salam öyrənmək istədiyim dövlətin COVİD19 pandemiyası ilə əlaqədar VÖEN-li işçilərə pulun ödənildiyini necə bilmək olar? Dostumun VÖEN-i olduğu halda sahibkar 250 AZN ödənişin siz işçilərə duşmədiyini deyir. Xahiş edirəm, düşüb-duşməməyi ilə əlaqədar köməklik edəsiniz. Təşəkkürlər.
20/08/2020 Oxunub: 36 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kamet Hacıyev Şirin oğlu gk***@yandex.ru ID: 2877
Ərzaq dükanım var, fərdi sahibkarlara dəstək proqramı üzrə ərizə ilə müraciət olunub. Lakin hələ də bu pulu ala bilmirəm, nə etməliyəm VÖEN 2900535502
20/08/2020 Oxunub: 38 Orta qiymət: 0

Bildiririk ki, Sizin 5 may 2020-ci il tarixli koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyinizlə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraicətinizə vergi orqanında baxılmış və Sizə ayrılmış vəsait ərizənizdə qeyd etdiyiniz bankdakı hesabınıza köçürülmüşdür. 

Qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin Rzayev Seyidağa r_***@mail.ru ID: 2687
Salam. Əvvəlki illərdə sual-cavab bölməsi üzrəindən bəzi suallar ünvanlandığımı və aidiyyatı üzrə suallarıma cavablar aldığımı nəzərə alaraq bildirirəm ki, hazirki vəziyyətdə baza üzrə axtarış bölməsindən Sizə ünvanladığım sualları axtarış verdiyim halda nəticə əldə edə bilmirəm. Qeyd olunanları nəzərə alaraq əvvəki illərdə ünvanladığım sualları və cavabları əldə etməyimə köməklik göstərməyinizi xahiş edirəm.
20/08/2020 Oxunub: 88 Orta qiymət: 0

Dövlət Vergi Xidmətinin əvvəlki saytında yerləşdirilən suallar və cavablar ilə saytımızın əvvəlki versiyasında tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Emin Rafael er***@mail.ru ID: 2676
Salam. Mən VÖEN açıb, evlərin alğı-satğısında vasitəçi kimi iştirak eləsəm, vergini necə ödəməliyəm? Öncədən təşəkkür edirəm.
20/08/2020 Oxunub: 143 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101-ci, 102.1.30-cu, 108-ci, 218.5.10-cu, 218.6.2-ci, 220-ci və 222-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Orxan or***@gmail.com ID: 2696
Salam. Mənim fiziki şəxs kimi VÖEN-im var, şahmat müəllimiyəm, dövlət məktəbində işləyirəm. Özümə aid özəl şahmat klubu məktəbi açmaq istəyirəm. Xüsusi adı olacaq, möhürü olacaq rəsmi formada. Bunu etmək üçün mütləq MMC açmalıyam? Bir dostum mənə fiziki şəxs VÖEN-imdən istifadə edib şahmat klubu adı yarada biləcəyimi dedi və möhür, ştamp da verilə bilərmiş. Xahiş edirəm məlumat verəsiniz.
20/08/2020 Oxunub: 121 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) ibarət olacaqdır.

Fiziki şəxslərə möhürün təqdim edilməsi ilə bağlı qanunvericilikdə hər hansı tələb və ya məhdudiyyət nəzərdə tutulmamışdır.

Möhürün verilməsi müvafiq lisenziya almış şəxslər tərəfindən həyata keçirilir. Bu şəxslərə lisenziyanın verilməsi üzrə səlahiyyətli qurumun Daxili İşlər Nazirliyi olduğunu nəzərə alaraq aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Axundov Teymur Məmmədnəbi ta***@gmail.com ID: 2876
Fərdi sahibkarlara yardım.
20/08/2020 Oxunub: 69 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Maliyyə dəstəyi üçün heç vaxt müraciət etməyən vergi ödəyiciləri üçün isə, 10 avqust 2020-ci il tarixinədək müraciət etmək imkanı yaradılmışdır və bununla bağlı səhifəmizdə elan yerləşdirilmişdir. Qeyd olunan tarixdən etibarən maliyyə dəstəyi üçün müraciətlərin qəbulu dayandırılmışdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qədirova Şəbnur Şakir se***@mail.ru ID: 2686
Salam, mənim maaş kartımdan 18 iyul 2020-ci il tarixdə xəbərim olmadan 12.99 dollar pul tutulmuşdu (guya ki mən JNCBFV.com saytından alış-veriş etmişəm). Həmçinin Vergi 4.01AZN çıxılıb. Mən bununla əlaqədar sayta şikayət etdim və sayt mənim pulumu texniki səhvlə əlaqələndirib üzrxahlıq edib qaytardı və bu gün pulum geri qayıtdı kartıma. Lakin sizin tutduğunuz vergi qayıtmadı. Beynəlxalq bank sizinlə əlaqə saxlamağı tövsiyə etdi. Qeyd edim ki, artiq köhnə kartımı bloklaşdırmışam və yenisini almışam. Məndən səhvən tutulmuş vergini nə vaxt geri qaytaracaqsınız?
20/08/2020 Oxunub: 142 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Hüseynli Həbib Fazil vs***@mail.ru ID: 2684
Mənim əlimdə bir neçə ədəd Bravo marketin çekləri var, amma mən onları edvgerial saytında daxil etdikdə, bu ID üzrə vergi ödənilməyib və digər şeylər yazılır. Xahiş edirəm, bu şikayətimə baxıb, cavab deyəsiniz.
20/08/2020 Oxunub: 118 Orta qiymət: 5

Bildiririk ki, alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Bəhruz Həsənov Mahmud oğlu be***@mail.ru ID: 2698
Mənə pandemiya dövrü başlayandan bəri 1 dəfə 635 manat pul ayrildi. Lakin, bankdan həmin vəsaiti götürəndə 625 manat götürə bildim. 6.25 vergiyə görə tutuldu, 3.08 isə komissiya. Yəqin ki, bankın komissiyasıdır. Mənə izah ede bilərsinizmi ki, pandemiyaya görə ayrılan puldan niyə vergiyə pul tutulur? Qanunda varmı bele bir şey? Varsa, zəhmət olmasa mənə aydınlıq verin.
20/08/2020 Oxunub: 129 Orta qiymət: 3

Bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. 

Banklar tərəfindən aparılan əməliyyatlara görə tutulan xidmət haqqı və ya hər hansı komissiya haqqı ilə bağlı müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 220.12-ci maddəsi.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Pərviz Eminov Fuad e.***@proglass.az ID: 2689
Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məktub təqdim edə bilirik?
20/08/2020 Oxunub: 73 Orta qiymət: 0

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim edə bilərsiniz. Müraciət edən şəxs özü haqda məlumatları qeyd etdikdən sonra, müraciət etmək istədiyi vergi orqanını siyahıdan seçərək istədiyi vergi orqanına müraciət edə bilər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qədir qe***@mail.ru ID: 2681
Salam. Mənim adıma texnika var. Mən istəyirəm ki, VÖEN açıb fiziki şəxs kimi icarədən gəlir əldə edim .Texnikanı hüquqi şəxsə icarəyə vermək istəyirəm, icarə müqaviləsi əsasında. O zaman proses necə olmalıdır? Zəhmət olmasa, cavablandırardınız.
20/08/2020 Oxunub: 128 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı müraciətinizdə qeyd olunduğu kimi, vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Məlumat üçün bildiririk ki, icarə münasibətləri mülki qanunvericiliyin tələblərinə əsasən tənzimlənir.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri, Mülki Məcəllənin 34-cü fəsli.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rafiq Mammadov Elamr oqlu ra***@gmail.com ID: 2875
Salam, mən onlayn vebsayt açmaq istəyirəm. Satış Çindən bütün dünyaya olacaq. Sualım isə, mən Azərbaycana vergi ödəməliyəm?
19/08/2020 Oxunub: 75 Orta qiymət: 0

Bildiririk ki, rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız. 

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101.3-cü və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tural Kazımov Seymur oğlu Ko***@bk.ru ID: 2873
Salam, mən VÖEN-imin kodunu itirmişəm. Onu mənə deyə bilərsiniz? Çox xahiş edirəm.
19/08/2020 Oxunub: 31 Orta qiymət: 0

Bildiririk ki,  istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Muradlı Səbuhi Azər oğlu mu***@gmail.com ID: 2871
Sual- A şirkəti partnyoru olan B şirkətinə Borc müqaviləsinə əsasən borc verir. Müəyyən müddətdən sonra B şirkəti iflas edir və aldığı borcu A şirkətinə qaytara bilmir. Belə olan halda A şirkəti həmin məbləği bölüşdürülməyən mənfəətdən azalda bilərmi? Əgər azalda bilməzsə həmin əməliyyat mühasibat uçotunda necə əks etdirilməlidir?
19/08/2020 Oxunub: 107 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir.

Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Vergi Məcəlləsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən yaranan və əvvəllər gəlirə daxil edilmiş debitor borc ümidsiz borc kimi təsdiqləndikdə gəlirdən çıxıla bilər.

Debitor borcların ödənilməyən hissəsinin mühasibatlıqda uçota alınması ilə əlaqədar aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 111.1-ci və 111.2-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Arif Qafarov Əlipaşa ao***@baku.az ID: 2870
Salam. Mən necə məlumat əldə edə bilərəm ki, "Fərdi sahibkarlara maliyyə dəstəyi göstərilməsinin ikinci mərhələ çərçivəsi" mənə şamil olunur?
19/08/2020 Oxunub: 66 Orta qiymət: 0

ldiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilməkdədir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Toğrul Nəsibli Zirayət to***@gmail.com ID: 2813
31.05.2020 tarixində embawood mebel dükanından alınmış mebelə görə çekin fiskal id və qr kodu oxunmur. Mebel dükanı da çekin nüsxəsinin olmadığını iddia edir.
19/08/2020 Oxunub: 37 Orta qiymət: 0

Bildiririik ki, nəzarət qurğusu 7 gün ərzində məlumatı özündə saxlaya bilər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əli Yusifov ro***@gmail.com ID: 2869
Salam, bilmək istəyirəm yeraltı keçid (misal üçün 28 may.m.s.) özəlləşdirilməsi mümkündürmü? Xahiş edirəm, maddə ilə cavablandırın. Öncədən təşəkkür.
18/08/2020 Oxunub: 35 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ( Çağrı Mərkəzi 193, http://emlak.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlkin Qasımov Rafiq il***@mail.ru ID: 2678
Salam. Bilmək istəyirdim ki, hal hazırda Vergilər Nazirliyində aktiv vakansiya movcuddur? Ya işə qəbul prosesi gedir? Bir də ali təhsil kimi nəqliyyat fakültəsini bitirənlər nazirlikdə işlə təmin edilə bilər?
18/08/2020 Oxunub: 95 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Həmçinin, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınmışdır. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Babək Teymurov Sarıbala su***@bybabek.ru ID: 2868
Salam. Onlayn kargüzarlıq VÖEN-i açdıracam. Vebsaytda kart ilə ödəniş sistemi üçün. Yəni gəlirim aylıq olmayacaq. Bəzi ay qazanmaya da bilərəm. Maraqlıdır ki, mən vergini aylıq hesabıma gələn pulun faizindənmi verəcəm, yoxsa aylıq müəyyən məbləğmi olacaq? Xahiş edirəm, məbləğləri qeyd edəsiniz.
18/08/2020 Oxunub: 74 Orta qiymət: 5