Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci və 102.4.1-ci maddələri ilə müəyyən edilmiş güzəştlər İkinci dünya müharibəsi, Qarabağ müharibəsi və digər döyüş əməliyyatlarında həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin, Məcəllənin 102.4.2-ci maddəsi ilə müəyyən edilmiş güzəşt isə 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş döyüşçü olmayan digər şəxslərin həmin maddələrdə qeyd olunan yaxınlarına şamil olunur.

Ümumi qiymət: 5/57
Qiymət ver:

Bildiririk ki, təqvim ili ərzində vergi ödəyicisinin vergi qanunvericiliyi ilə ailə üzvü hesab olunan şəxsdən aldığı hədiyyə, maddi yardım və mirasın tam dəyəri gəlir vergisindən azaddır, eyni zamanda təqdim edən şəxs üçün də sadələşdirilmiş vergi üzrə vergi öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü maddəsi.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı halda, vergi ödəyicisi səyyar vergi yoxlamasının başlandığı günədək həmin hesabat dövrləri üçün dəqiqləşdirilmiş hesabat təqdim etmək hüququna malikdir.

Vergi öhdəliklərini müəyyən edərkən risklə üzləşməməyiniz üçün uçotda olduğunuz vergi orqanı üzrə fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz və hesabatlarda uyğunsuzluq aşkar olunarsa dəqiqləşdirilmiş hesabat təqdim etməyiniz tövsiyə olunur.

Vergi Məcəlləsininin 58.1-ci maddəsinə əsasən Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu cür yayınma vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.1-ci, 72.5-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Cavab 1-2. Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Bu baxımdan da təsisçi əmlakını təsis etdiyi hüquqi şəxsə istifadəyə verəndə tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır.

Hüquqi şəxsin təsisçisi ilə hüquqi şəxs vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər və bu şəxslər arasında bağlanmış əqd üzrə vergi öhdəlikləri müəyyən olunarkən bazar qiyməti nəzərə alınmalıdır.

Müvafiq qaydada icarə müqaviləsi və ay alğı-satqı müqaviləsi tərtib edildiyi halda hüquqi şəxs əsas vəsaiti balansa salaraq amortizasiya xərci hesablaya bilər.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci və 18.2.1-ci maddələri, Mülki Məcəllənin 52-ci və 700.1-ci maddələri.

Ümumi qiymət: 3/54
Qiymət ver:

Bildiririk ki, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Vergi Məcəlləsindən başqa digər normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

1 yanvar 2019-cu il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən əmək haqqı 2500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırılmışdır. Əmək haqqının 200 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcə ilə vergi tutulur.

Göründüyü kimi, minimum əməkhaqqı məbləğinin dəyişməsi qeyd olunan azadolma ilə əlaqələndirilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 2.4-1-ci, 102.1.6-cı maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiriri ki, İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsi 20.5-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Eyni zamanda Vergi Məcəlləsinin 102.4.4-cü maddəsinə əsasən daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum müzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldıılır.

Müraciətinizdə qeyd olunan bağça dövlət büdcəsindən maliyyələşdiyi halda fiziki şəxsin muzdlu işdən əldə etdiyi gəliri, 350 manat (200 + 100 + 50) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz dərəc ilə gəlir vergisi hesablanır.

Qeyd olunan uşaq bağçası qeyri-dövlət sektoruna aid olduqda isə 8000 manatadək gəlirlərdən gəlir vergisi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-ci, 102.1.6-cı, 102.5-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Cavab 1-2. Bildiririk ki, bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan (hər iki sualda) vergi ödəyicisinin ƏDV ödəyicisi olmadığı dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malları təqdim etməsi ƏDV tutulan əməliyyat sayılır. Yəni Vergi Məcəlləsinin 159.7-ci maddəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid edilmir.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.

Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur. 

Ödəmə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əvvəl həyata keçirilirsə və 5 gün ərzində həmin mallar təqdim edilib (işlər görülüb, xidmətlər göstərilib) elektron vergi hesab-fakturası təqdim olunmursa, belə olan halda vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır.

Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə isə malların (işlərin, xidmətlərin) əsas məbləğinin (ƏDV-siz dəyərinin) həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına avans qaydasında ödənilməsi nəzərdə tutulur. Müvafiq olaraq sorğunuzda qeyd edilən qaydada alınmış avans məbləği, həmin avansın alındığı ayda ƏDV-yə cəlb edilir.

Ümumi qiymət: 3/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

 “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Meyarların 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Meyarlar yalnız maliyyələşmə mənbəyinə münasibətdə deyil, həmçinin səhmlərin və ya payların sahiblərinə nisbətdə müəyyənləşdirilmişdir.

Qeyd edilənlərə əsasən dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirilmədiyi, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmadığı halda vergi ödəyicisi olan qeyri-dövlət sektoruna aid edilir və işləyən şəxslərin əmək haqlarından gəlir vergisi güzəştli dərəcələrlə, yəni  Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə uyğun hesablanır.

Vergi ödəyicisinin aid olduğu kateqoriyanı müəyyənləşdirən zaman əlavə suallar yarandığı halda, hüquqi şəxsin qeydiyyat sənədləri, o cümlədən maliyyələşmə mənbələri haqda məlumatları təqdim etməklə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd hesab olunur.

Qanunun 78.2-ci maddəsinə əsasən hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir.

“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin 1.2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasında qəbul edilən normativ hüquqi aktları, normativ xarakterli aktları, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, həmçinin onların rekvizitlərini əks etdirən dövlət informasiya ehtiyatıdır.

Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcminin 200.000 manatdan artıq olması ilə əlaqədar məcburi qaydada ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin ƏDV qeydiyyatı haqqında ərizə təqdim edərək Vergi Məcəlləsinin 157.3.3-cü maddəsini tətbiq etmək hüququ yoxdur.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Vergi Məcəlləsinin 117-ci maddəsinə əsasən geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır. Bu maddə vergi ödəyicisinin geoloji-kəşfiyyat işlərini aparmaq və təbii ehtiyatları emal, yaxud istismar etmək hüquqlarını əldə etmək üçün qeyri-maddi aktivlərə çəkdiyi xərclərə də tətbiq olunur.

Qeyd olunanlara əsasən geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işləri ilə bağlı qeyri-maddi aktivlərə çəkilən xərclər geoloji kəşfiyyat işləri və təbii ehtiyatların hasilatına hazırlıq işləri ilə bağlı kapital xarakterli xərclər olduğu halda həmin xərclər Vergi Məcəlləsinin 114.3.5-ci maddəsində müəyyən olunmuş qaydada 25 faiz dərəcə ilə amortizasiya olunur. Qeyd olunan xərclər geoloji kəşfiyyat işləri və təbii ehtiyatların hasilatına hazırlıq işləri ilə bağlı kapital xarakterli xərclər olmadığı halda həmin qeyri-maddi aktivlərə çəkilmiş xərclər Vergi Məcəlləsinin 114.3.6-cı maddəsində müəyyən olunan qaydada amortizasiya olunur.

Ümumi qiymət: 4/52
Qiymət ver:

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs tərəfindən onun Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən filial və ya nümayəndəliklərinə köçürülən vəsaitdən ödəmə mənbəyində verginin tutulması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildiririk ki, Amerika Birləşmiş Ştatlarına məxsus Vircin adaları güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil olduğundan şirkət tərəfindən Vircin adalarında olan bank hesablarına köçürmələr həyata keçirilərsə, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Ümumi qiymət: 4/55
Qiymət ver:

Vergi Məcəlləsinin 149.5-ci maddəsinə əsasən bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər. Bu maddə bəyannamə vermək öhdəliyi olmayan və gəlirindən ödəmə mənbəyində vergi tutulan şəxslərə də şamil edilir. Həmin şəxslərin Vergi Məcəlləsinin 149.5-ci maddəsinə görə vergi orqanında uçota alınmaqla gəlirləri və xərcləri barədə sənədləşdirilmiş məlumat əsasında gəlir vergisi bəyannaməsi təqdim etməklə, ondan artıq tutulmuş vergilərin qaytarılması barədə tələb irəli sürülən bəyannamə vermək hüququ vardır.

Buna əsasən muzdlu işlə əlaqədar əldə edilən gəlirlərindən ödəmə mənbəyində vergi tutulan fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edə bilərlər.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Elektron qaimə-fakturalar tərtib edilərkən istifadə olunan iş və xidmətlərin kodları Azerbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmuş “Malların, iş və xidmətlərin kodları”na uyğun təsnifləşdirilir.

Dizel, gəmi dizel və daxili yanacaq mühərriklərinin ehtiyat hissələri mallara görə elektron qaimə-fakturanı doldurarkən 8401100000 - 8487909000 aralığı kodlarından istifadə olunması tövsiyyə olunur.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1- ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

Eyni zamanda Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 71-1.1- ci, 58.8.3-cü maddələri.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (Vergi Məcəlləsində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab olunurlar.

Şəxs dedikdə, istənilən fiziki və ya hüquqi şəxs, o cümlədən də qeyri-rezident şəxs başa düşülür ki, bu da sorğunuzda sözügedən halda daşınmaz əmlakını təqdim edən qeyri-rezident şəxsin də ümumi qaydada notarius tərəfindən rəsmiləşdirmə zamanı sadələşdirilmiş vergiyə cəlb olunmasını təsbit edir.

Əsas: Vergi Məcəlləsinin 13.2.1-ci, 13.2.6-cı və 218.4.3-cı maddələri.

Ümumi qiymət: 4/55
Qiymət ver:

Bildiririk ki, mülkiyyətdə olan daşınmaz əmlakın təqdim edilməsi ilə bağlı azadolma təqdim edilən həmin yaşayış sahəsində 5 il ərzində qeydiyyatda olma ilə şərtləndirilir. Sorğunuzda qeyd edilən halda mülkiyyətinizdə olan evin təqdim edilməsi alqı-satqı müqaviləsin təsdiqləyən notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunur.

“Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğini” hesablamaq üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş hesablayıcı-kalkulyatordan istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 150.1.9-cu və 218.4.3-cü maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver: