Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Heydər Qasımov Akif oğlu ga***@gmail.com ID: 2583
ƏDV-dən toplanmış məbləğlə komunal xərcləri necə ödəyə bilərəm?
11/08/2020 Oxunub: 75 Orta qiymət: 0

Bildiririk ki, isitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Kommunal ödənişləri həyata keçirmək üçün edvgerial.az portalında elektron kabinetin "Ödəniş" bölməsinə daxil olub, müvafiq məlumatları qeyd etmək lazımdır. 

Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mikayıl mu***@mail.ru ID: 2576
Hər iki tərəf vergi ödəyicisi olan şəxslər arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompyuter və digər avadanlıq) ilə həyata keçirilə bilər. Keçirilə bilər dedikdə yəni bu məcbur qaydada olmalıdır ya əgər hər iki sahibkarın bank hesabı yoxdursa, nağd kassa mədaxil orderi yazmaqla mümkündür? Bunu necə izah edirsiniz?
11/08/2020 Oxunub: 133 Orta qiymət: 5

Bildiririk ki, "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız həmin Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) həyata keçirilə bilər.

Eyni zamanda, qeyd olunan Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Göründüyü kimi, qeyd olunan hədlər daxilində hesablaşmalar nağd qaydada aparıla bilər. Ödənişin məbləği qeyd olunan hədlərdən yuxarı olduğu hallarda hesablaşmalar yalnız nağdsız qaydada aparılmalıdır. Hər iki tərəf vergi ödəyicisi olduğu halda isə nağdsız hesablaşma, yalnız Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) həyata keçirilə bilər.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Ayxan Məmmədov Elşən oğlu ay***@brg.az ID: 2575
Salam. Belə bir çətinlik var. Demək MV kameral gəlib və bank kredit faizləri üzrə təsdiqedici sənədləri təqdim etmək tələb olunur 5 iş günü ərzində. Bank da deyir çıxarışdan başqa sənəd verə bilmirəm. Mən nə etməliyəm?
11/08/2020 Oxunub: 115 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Həmçinin, vergi ödəyicisi tərəfindən alınmış kreditlərin faizlərinin xərcə aid edilməsinin düzgünlüyünün araşdırılması kameral vergi yoxlaması zamanı risk meyarlarından biri hesab olunur. Qeyd etdiyiniz halda, vergi ödəyicisi ətraflı izahat məktubu, o cümlədən təsdiqedici sənədləri (kredit müqaviləsi, bank çıxarışı və s.) vergi orqanına təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi,  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli 1917050000008600 nömrəli qərarı ilə təsdiq edilmiş Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Saleh Hüseynov Qubad sa***@gmail.com ID: 2574
Onlayn növbə götürərkən xidmət növü yerinə nə yazmalıyam? Bəyannamə vermək üçün.
11/08/2020 Oxunub: 62 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi kağız daşıyıcısında ərizə ilə, artıq tərtib olunmuş bəyannamə (hesabat) ilə müraciət etdikdə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə kağız daşıyıcıda müraciətlər üçün  "Xidmətin növü" kombosunda  "Sənədlərin kağızda qəbulu" xanasını seçməlidir. 

Həmçinin, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz xahiş olunur. Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən bəyannamələri elektron qaydada tərtib edərək vergi orqanına təqdim edə bilərsiniz.

Bəyannamələrin formaları və doldurulma qaydaları ilə internet səhifəmizin Bəyannamə bölməsinə müraciət edərək, orada yerləşdirilmiş qaydalar və təlimatlarla tanış ola bilərsiniz. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həmzə Qasımov Soltan qa***@gmail.com ID: 2707
Salam mən VÖEN-im paralunu öyrənmək istəyirəm. Çünki VÖEN-i bağlatmaq istəyirəm. Lakin paralu itirmişəm. VÖEN-in nömrəsi 2001255962.
11/08/2020 Oxunub: 72 Orta qiymət: 0

Bildiririk ki,  istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həmzə Qasımova Soltan qa***@gmail.com ID: 2801
Salam mən VÖEN-im aktiv olub olmadığını öyrənmək istəyirəm.VÖEN-in nömrəsi 2001255962
11/08/2020 Oxunub: 66 Orta qiymət: 0

11 avqust 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Qasimov Həmzə Soltan oğlunun (VÖEN 2001255962) fəaliyyəti dayandırılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Səlimov vu***@yahoo.com ID: 2603
Salam. Xahiş edirəm aşağıdakı müaciətimizi cavablandırasınız. Firma Azərbycanda ekspeditor xidmətini həyata keçirir. Belə ki Türkiyədə yerləşən şirkətə müştərilərdən nəqliyyat ödənişlərini alaraq göndərir. Bu halda, firma Türkiyədəki firmaya ödəniş üçün alınmış ödənişlərdən 20% civarında komissiya məbləğini saxlayır (bu məbləğ xidmət haqqı, komisyondur və müqavilədə öz əksini tapmışdır) və qalan 80% ödəniş məbləğini Türkiyəyə köçürür. Xahiş edirəm açıqlayasınız ki, bu halda Azərbaycandakı firma uçotu necə aparmalıdır ki, onun dövriyyəsinin (satışının) həmin 20% olduğu əks olunsun və sonradan vergi yoxlaması zamanı vergi orqanı qalan 80%-i də dövriyyə (satış) kimi hesablamasın. Texniki olaraq hansı sənədlə və ya vasitə ilə ödənişlər müştərilərdən qəbul olunmalıdır ki, bütün məbləğin dövriyyə olmadığı əks olunsun. Əvvəlcədən təşəkkür.
11/08/2020 Oxunub: 144 Orta qiymət: 5

Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə əlaqədar ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Əlavə olaraq bildiririk ki, sorğunuzda qeyd olunan rezident müəssisə tərəfindən vasitəçilik xidmətinin göstərilməsi, tərəflər arasında bağlanmış müqavilə və digər ilkin uçot sənədlər vasitəsilə təsdiqini tapdığı halda, əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 125.1.4-cü, 165-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rinat Ivanov ka***@inbox.ru ID: 2815
Salam ! On-onbeş ildir ki adıma VÖEN şəhadətnaməsi olsa belə, 2011-ci ildən sonra sahibkarlıq fəaliyyətim mənim tərəfimdən dayandırılmışdır (dondurulmuşdur). Son 10 il ərzində əmək müqaviləsi əsasında bir müəssisənin sıravi əməkdaşıyam.Hal hazırda mülkiyyətimdə olan , yaşayış sahəsi olan bir daşınmaz əmlakımı (qeyd edim ki, həmin bu daşınmaz əmlak mənim tərəfimdən heç bir zaman sahibkarlıq məqsədləri üçün istifadə olunmamışdır) yerli (rezident) vergi ödəyicisi olan özəl kommersiya müəssisəsinə (MMC-nə) icarəyə verilməsi haqqında işgüzar danışıqlar gedir və bir neçə məsələyə aydınlıq gətirilməsi üçün Sizin köməyinizə ehtiyyacım var: 1. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 99.3.3.-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Nəzərə alınsa ki, icarə haqqı istisna olunaraq, mənə çatası digər hər hansı bir gəlirin alınması gözlənilmir, mənim tərəfimdən bu günədək dayandırılmış sahibkarlıq fəaliyətim bərpa olunmalıdırmı ? 2. Ödənilən icarə haqqından ödəmə mənbəyində 14%-lik vergi dərəcəsi ilə gəlir vergisi icarəçi tərəfindən hesablanaraq, Dövlət büdcəsinə ödənilə bilərmi? (Vergi Məcəlləsinin 124.1.-ci maddəsinin 1-ci abzası). Bu halda mənim tərəfimdən vergi bəyannaməsi vergi orqanına təqdim olunmalıdırmı ? Yaxud , nəzərə alınsa ki adıma VÖEN şəhadətnaməsi var, yuxarıda qeyd olunmuş halında VM-in 124.1.-ci maddəsinin ikinci abzası tətbiq olunmalıdır ? 3. Daşınmaz əmlakımı icarəyə götürmək niyyəti olan qurumun nümayəndələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun normalarına istinad edərək, icarə haqqının ödənişinin yalnız nağdsız formada mümkün olduğunu təkid edirlər. Bank hesabım olmadığından, tərəfimdən bank hesabı açılmalıdır. Bunu nəzərə alaraq, köçürülən icarə haqqının qəbulu üçün tərəfimdən bank idarəsində adi cari manat hesabı açıla bilərmi? Yaxud, adıma VÖEN şəhadətnaməsinin olduğuna görə, mütləq mənim tərfimdən vergi orqanından şəhadətnamə-dublikat alınmaqla, sahibkarlıq fəaliyyətində istifadə olunan bank hesabı açılmalıdır? 4. Bank hesabıma daxil olan icarə haqqı tərəfimdən tam məbləğdə (14%-lik gəlir vergisi ödənildikdən sonra) nağd şəkildə çıxarıla bilərmi ? Ümumiyyətlə, fiziki şəxslər olan sahibkarlara məxsus olan bank hesablarından nağd şəkildə çıxarıla bilən məbləglərə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3.-cü və 3.4.-cü maddələri ilə nəzərdə tutulmuş məhdudiyyət və qadağalar şamil olunurmu ?
11/08/2020 Oxunub: 168 Orta qiymət: 4

Cavab 1-2. Bildiririk ki, fiziki şəxsə icarə haqqı müraciətinizdə qeyd olunduğu kimi, vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq, fəaliyyətini aktivləşdirmək və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Həmçinin, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Cavab 3-4. ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Yuxarıda qeyd olunan hədlər daxilində əməliyyatlar nağd qaydada həyata keçirilə bilər.

Bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Əmlakın icarəyə verilməsindən gəlirlər isə Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi ilə fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyytindən gəlirinə aiddir.

Bunlara əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərin fiziki şəxs tərəfindən nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Tofiq Məmmədov Xanbaba oğlu to***@mail.ru ID: 2814
MAN-R MMC nin direktoru şirkətin möhürü ilə mənə (Şirkətin direktor müavini vəzifəsindəyəm) etibarnamə vermişdir. Həmin etibarnamə ilə Asan imza sertifikatının müddətini artıra bilmirəm. Direktor Türkiyə respublikasında olduğu üçün oradan konsulluqdan etibarnamə alib göndərsə keçərli olar? Xahiş edirəm açıqlama verərdiniz.
11/08/2020 Oxunub: 74 Orta qiymət: 0

Bildiririk ki, Asan İmza sertifikatının qüvvədə olma müddəti başa çatdıqda o ləğv edilir. Yeni sertifikatın əldə edilməsi üçün ilk növbədə mobil operatordan şəxsin adına “Asan imza”nı dəstəkləyən SİM kart əldə edilməli və ya mövcud nömrənin müvafiq dublikatı çıxarılmalıdır.

Daha sonra Asan Sertifikat Xidmətləri Mərkəzinə (vergi ödəyicilərinə xidmət mərkəzlərinə) ərizə və tələb olunan sənədlərlə birlikdə müraciət edilərək müqavilə bağlanılmaqla sertifikat alınmalıdır.

Hüquqi şəxslərin rəhbərləri üçün sertifikat əldə etmək üçün ASXM-ə aşağıdakıları təqdim etməlisiniz:

- müqavilənin bağlanması üçün ərizə;

- “Asan İmza” SİM kartı;

- ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, hərbi qulluqçular üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəxsi vəsiqə, hakimlər üçün şəxsiyyət vəsiqəsi və hakimlərin vəsiqəsi);

- ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, həmin şəxsə verilən etibarnamə (Nümunəvi forma 2 -http://www.taxes.gov.az/asanimza/melumat/elave_8.pdf) və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti. Ərizəçinin adından verilən etibarnamə notarial qaydada təsdiq edilməlidir. Ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir.

- Hüquqi şəxslərin işçiləri üçün (işçi dedikdə, hüquqi şəxsin əmək müqaviləsi üzrə işçiləri, həmçinin xidmət müqaviləsi əsasında hüquqi şəxsə müəyyən xidmətlər göstərən (məsələn, mühasibatlıqla bağlı) şəxslər başa düşülür).

- müqavilənin bağlanması üçün ərizə;

- “Asan İmza” SİM kartı;

 - ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, hərbi qulluqçular üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəxsi vəsiqə, hakimlər üçün şəxsiyyət vəsiqəsi və hakimlərin vəsiqəsi);

- hüquqi şəxs tərəfindən işçisinə verilən etibarnamə (Nümunəvi forma 1). Hüquqi şəxs tərəfindən verilən etibarnamə hüquqi şəxsin blankında tərtib edilərək hüquqi şəxsin möhürü ilə və ya notarial qaydada təsdiq edilməlidir;

- ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, həmin şəxsə verilən etibarnamə (Nümunəvi forma 2) və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti Ərizəçinin adından verilən etibarnamə notarial qaydada təsdiq edilməlidir.

Ərizə və etibarnamə formaları ilə buradan tanış ola bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin 29 fevral 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zahid Mehdili Sahib oğlu me***@mail.ru ID: 2601
Salam. ƏDV dən azad olunan və ƏDV yə cəlb edilməyən əməliyyatlar hansılardir? Bu iki anlayışın fərqi nədir?
11/08/2020 Oxunub: 138 Orta qiymət: 5

Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsi ilə müəyən edilir. ƏDV-yə cəlb edilməyən əməliyyatlar dedikdə isə, ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlar nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Misal olaraq, ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi iş, iş (xidmət) hesab olunmur və ƏDV-yə cəlb olunmayan əməliyyatlar hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci, 159-cu və 164-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Ramil Cəfərzadə Məhəmməd oğlu ra***@gmail.com ID: 2589
Gözəllik salonu fəaliyyətinə başlamaq istəyirəm. 9 nəfər işçi ilə xidməti müqavilə bağlayıb işləyəcəm. 1) İşçilər xidməti müqavilə ilə işləyəcəyi üçün xidməti müqavilənin hansı növünü seçməliyəm? 2) Sadələşdirilmiş vergi ödəyicisi olduğum halda işçilər hər ayın sonu mənə elektron qaimə göndərə bilərlərmi? 3) Bərbər xidməti olduğu üçün işçilər hər ayın sonu sabit sadələşdirilmiş vergi məbləği 30 manatı özləri ödəməlidir yoxsa mən ödəməliyəm büdcəyə? 4.1) Gözəllik salonu bərbər xidməti sayılırmı və sabit 30 manat (15 man. x Bakı şəh. 2 əmsal) işçilər 30 manat ödəməlidirmi vergi orqanına aylıq olaraq. Onlara aylıq 400 manat ödəniş etməklə razılaşmışam. Yoxsa 400 manat rüsumun 2%-ni ödəməlidirlər vergi orqanına? 4) İşçilər rüblük sadələşdirilmiş vergi bəyannaməsi verməlidirlərmi? 5) Mən fərdi sahibkar kimi hansı növ vergini seçməliyəm? 6) Vergi rüsumunu aylıq ümumi dövriyyədən, yoxsa xalis mənfəətdən ödəniş etməliyəm? 7) Əgər xalis mənfəətdən ödəniş etməliyəmsə xalis mənfəətin neçə faizini, yox əgər sadələşdirilmiş vergi ödəyicisi kimi ödəniş edəcəmsə neçə faizini aylıq rüsum olaraq vergiyə ödəməliyəm? 8) Hansı növ hesabatları aylıq və ya rüblük olmaqla verməliyəm? 9) İşçilər sosial tutulmalar üçün aylıq nə qədər ödəniş etməlidirlər? (Bakı şəhəri üçün) 10) Mən sosial tutulmalar üçün aylıq nə qədər ödəniş etməliyəm? (Bakı şəhəri üçün) 11) Kassa aparatı istifadə etməliyəmmi? 12) İşçilərlə xidməti müqaviləyə əsasən göstərilmiş xidmətlərə görə hər ay onların hər birinə 400 manat ödəniş edəcəm. Bu ödənişi nağd şəkildə etməliyəm, yoxsa köçürmə yolu ilə? 13) Əlavə olaraq bu işlə əlaqədar təlimatlarınız varsa, bildirməyinizi xahiş edirəm.
11/08/2020 Oxunub: 196 Orta qiymət: 5

Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almalıdır. «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Müraciətinizdə qeyd olunan halda, sizin və işçilərin «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almaqla fəaliyyət göstərmək hüququnuz olmur. Belə ki, gün ərzində müəyyən şəxsə məxsus əmlakdan, resurslardan istifadə etməklə, həmin şəxsin iş vaxtı ərzində müəyyən fəaliyyətin göstərilməsi artıq əmək funksiyasının icrası anlamını verir və belə olan halda tərəflərin münasibətləri artıq mülki hüquqi müqavilə ilə deyil, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Belə şəxslər muzdli işçi hesab olunmaqla həmin şəxslərdən verginin, sosial və işsizlikdən sığorta haqlarının aşağıda göstərilən dərəcələrlə tutulması, büdcəyə ödənilməsi və vergi orqanına hesabatın verilməsi onlarla əmək müqviləsini bağlamış işəgötürən şəxslər tərəfindən həyata keçirilməlidir.

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. 

Bununla yanaşı, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci, 218.4.4-cü, 220.10-cu maddələri, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Yusublu Rövşən Mahmud oğlu is***@bk.ru ID: 2594
Salam. Mən Yusublu Rövşən Mahmud oğlu adıma olan vergi hesabımı bağlamaq istəyirəm. Necə kömək edə bilərsiz? Öncədən təşəkkür edirəm.
11/08/2020 Oxunub: 58 Orta qiymət: 0

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Natiq Əliyev Şahgəldi ni***@gmail.com ID: 2598
Salam. Asağıda qeyd olunan fiskal edvgerial.az portalında təsdiq olunsa da balansa oturmayıbdır. Zəhmət olmasa araşdırıb düzəliş etməyinizi xahiş edirəm. Fiskal:DyjMmwjDv97Z
11/08/2020 Oxunub: 50 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Колесникова Анна ka***@mail.ru ID: 2812
Добрый день, хотела бы разъяснить ситуацию с избежанием двойного налогообложения при оказании услуг на территории Азербайджанской Республики нерезидентном АР. Какие документы необходимо предоставить, чтобы доход из Азербайджанского источника не облагался 10%? Все налоги на территории государства (Россия), в котором зарегистрирован нерезидент выплачиваются в полном объеме. Между Азербайджанской Республикой и Российской Федерацией заключено Соглашение об избежании двойного налогообложения.
11/08/2020 Oxunub: 64 Orta qiymət: 0

Если международным соглашением предусмотрено освобождение от налогов или низкое налогообложение любого дохода, полученного нерезидентом из азербайджанского источника, нерезидент должен представить заполненную форму DTA-03 в электронном или бумажном виде в налоговый орган, в котором зарегистрирован плательщик дохода, может подать заявку на это освобождение или применение более низкой налоговой ставки.

Форму DTA-03 и процедуру ее заполнения можно найти здесь.

Обоснование ответа: Правила «Управления международными соглашениями об устранении двойного налогообложения между Азербайджанской Республикой и другими государствами», утвержденные Постановлением Министерства налогов Азербайджана от 12 июня 2017 года № 1717050000009300.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fidan Qaralı İlqar fi***@gmail.com ID: 2808
Salam. Fiskal İD: 2W1UYhF6YA38 bu nömrəli çek üzrə məbləği nağdsız qaydada ödəmişəm, lakin nəzarət kassa aparatının çekində vəsait nağd ödənilmiş göstərilir və geri qaytarılan ƏDV 15% olduğu halda 10% müəyyən olunub. Vəsaiti nağdsız qaydada ödədiyim halda niyə belə bir hal baş verib?
10/08/2020 Oxunub: 41 Orta qiymət: 1

Müraciətinizdə qeyd olunan halda çeki əldə etdiyiniz satış nöqtəsinə müraciət etməyiniz tövsiyə olunur.

1/5 (2 Orta qiymət)
Qiymət ver:
Əhmədov Rövşən Hüseyn ax***@mail.ru ID: 2807
Salam. MTK yaradıb qeydiyyata almaq istəyirəm. Sual1. MTK-nin payçılarının içərisində Rusiya vətəndaşı ola bilərmi? 2. Bu prosesə başlamaq üçün nə etməliyəm? Haradan başlamalıyam? Proseduru zəhmət olmasa, başa salardınız. Əvvəlcədən təşəkkür edirəm.
10/08/2020 Oxunub: 76 Orta qiymət: 0

Bildiririk ki, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

Kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslər hesab olunur.

Kooperativlər kommersiya qurumu hesab edildiyindən Mənzil Tikinti Kooperativlərinin dövlət qeydiyyatı Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir və bu kooperativlər üçün səhifəmizin "Bir pəncərə" bölməsində yerləşdirilmiş "Kooperativin Nizamnaməsinin nümunəsi"ndən istifadə etmək mümkündür.

Əsas: Mənzil Məcəlləsinin Beşinci bölməsi, Mülki Məcəllənin 109, 109-1, 109-2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Osman Rəşidi Qeys Os***@gmail.com ID: 2806
Edvgerial.az saytinda qebz elave etmişəm amma edv məbləğ hələ də qaytarilmayib. Ödəniş 2750 azn. Səbəbini bilmək istərdim
10/08/2020 Oxunub: 60 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abbasov Maqsud Ilyas o. ma***@list.ru ID: 2761
Salam. 18.06.20, 20.06.20 və 22.06.20 tarixlərində edvgerial.az-da qeydiyyata aldığımız çeklər hələ də ödənilməyib. Zəhmət olmasa, məlumat verəsiniz.
07/08/2020 Oxunub: 34 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağayev Ramil Səftər ag***@mail.ru ID: 2759
Salam, bizim alış-veriş etdiyimiz çekin fiskal kodu bazaya həvalə edilməyib, biz nə etməliyik? Bu artıq neçənci dəfədir? Xətaidə yerləşən Bazarstorda nə edək ki, edvgerial yükləyə bilək kodu?
07/08/2020 Oxunub: 38 Orta qiymət: 0

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Reza Malik Rastani RS***@INBOX.RU ID: 2748
Salam, sizə bildimək istəyirəm aprel ayının 4-dən indiyə kimi dəfələrlə onlayn müraciət etmişəm. Pandemiya ilə bağlı və bir zərər çəkmiş sahibkar kimi və vergi ödəyicisi kimi mənim şirkətimə və muzdlu işçilərimə heç bir dövlət vəsaiti bizim bank hesabımıza və ya işçilərin maaş kartlarına daxil olunmayıb. Heç bir köməklik dövlət tərəfindən olunmayıb və həddən artıq işlərimiz aşağı vəziyyətə düşüb. Hətta, müflis vəziyyətə düşmüşük və ola bilər iş yerimizin bağlanmasına səbəb ola. Mən İran vətəndaşıyam və uzun zamandır vergi ödəyicisiyəm. Həm də işçilərim iş yerlərindən olacaglar. Məgər dəfələrlə Azərbaycan Resbublikasının prezidenti cənab İlham Əliyev televiziya kanallarında çıxıs edib Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və Baş nazirə göstəriş verməyib? Ancaq bugünə qədər heç bir maliyyə dəstəyi nə mənim şirkətimin bank hesabına və nə də muzdlu işçilərimə olunmayıb. Sizdən xahiş edirəm, bizə öz köməkliyinizi düzgün göstərəsiniz. Çox sağolun, təşəkkür edirəm. Allah tala cənab prezidentə və siz nazirlərə can sağlığı və uzun ömür bəxş etsin.
07/08/2020 Oxunub: 58 Orta qiymət: 0

Bildiririk ki, birinci mərhələdə həm fərdi (mikro) sahibkarlara, həm də pandemiyadan zərər çəkmiş sahədə fəaliyyət göstərən, muzdlu işçisi olan vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilmişdir. Bu zaman fərdi sahibkarlara maliyyə dəstəyi birdəfəlik ödəmə formasında, muzdlu işçilərin əməkhaqqının ödənilməsi isə iki bərabər hissədə iki ay ərzdinə ödənilmişdir. 

Əlavə olaraq, hazrda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilmişdir. Maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. 

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. 

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da avqust ayında təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstərilmişdir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver: