Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Rüfət Müslümzadə Faiq ru***@gmail.com ID: 528
Salam. Eşitdiyimə görə Vergi məcəlləsinə edilen yeni dəyişikliklərdə idxalda ödənilən ƏDV nin ləğv olunmasi nəzərdə tutulub. Bu doğrudurmu?
21/12/2019 Oxunub: 152 Orta qiymət: 0

Bildiririk ki,  Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd etdiyiniz dəyişiklik nəzərdə tutulmayıb.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədov Toğrul Ramiz oğlu to***@mail.ru ID: 588
Salam. Mən şirkətin ədv sub-uçot hesabını artırırmaq üçün bank hesabından vahid ədv depozit hesabına müəyyən məbləğ köçürdüm. Hesabdan həmin məbləğ çıxılıb amma ədv sub-uçot hesabına oturmayıb. bu məbləğ ədv sub-uçot hesabına hansı müddətdə oturur?
19/12/2019 Oxunub: 112 Orta qiymət: 0

Bildiririk ki, ƏDV- nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər:

- ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından;

- digər vergi ödəyicilərinin bank hesablarından;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən;

- Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti zamanı alıcıların ödəmələrindən.

Mərkəzi Bankın ödəniş sistemləri vasitəsi ilə alınmış məlumatlar Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən müəyyən olunmuş formada, elektron formatda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə ötürülür.

İş gününün sonunda isə DXA tərəfindən hesabdan çıxarış bank sənədləri ilə birlikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilir.

Müraciətiniz barədə ödəniş rekvizitləri dəqiq olduğu halda, uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aydin Memmedli Himalay ma***@gmail.com ID: 585
Vergi orqanlarında xidmət üçün müraciət etmək istədim, e-gov vasitəsilə ancaq alınmadı, qəbul varmı? Əgər varsa hara müraciət edə bilərəm?
19/12/2019 Oxunub: 30 Orta qiymət: 2

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən,  Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

2/5 (1 Orta qiymət)
Qiymət ver:
Hebiyev Rewad ikram he***@mail.ru ID: 583
Salam, mənə mobil nömrəmə sms gəlir. Mənim internet vergi idarəsindən 6 oxunmamış məktubum var. Sadəcə bilmək istərdim ki, mən o məktubları necə oxuya bilərəm?
18/12/2019 Oxunub: 80 Orta qiymət: 5

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Nigar Məmmədli Xaliq ni***@hotmail.com ID: 582
Uşağa qulluğa görə xəstəlik vərəqəsi necə hesablanır?
18/12/2019 Oxunub: 98 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdullayev Mahir Yusuf oğlu ma***@gmail.com ID: 577
Mənim atam Böyük Vətən müharibəsinin iştirakçısı olub, vəfat edib. Mən müəllim işləyirəm, mənə aylıq gəlir maaşımda güzəşt varmı vergi tutumunda?
17/12/2019 Oxunub: 92 Orta qiymət: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Sabina Əhmədli Yusif sa***@gmail.com ID: 576
Salam, biz çox şirkətlər nağd alış zamanı çox böyük məbləğdə endirimlər təklif edir təbii ki burada esas mesele vergidən yayınmaqdır. Son zamanlar en böyük fərqin "kontakt home" magazasinda oldugunu gordum. Bununla bagli hansi tedbirler gorulur?
17/12/2019 Oxunub: 154 Orta qiymət: 4

Bildiririk ki,  Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda ölkədə nağdsız dövriyyənin artırılması üçün yeni müddəalar nəzərdə tutulmuşdur.

Eyni zamanda, vergi orqanları tərəfindən vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı müxtəlif risk meyarları əsasında təhlillər aparılır və vergidən yayınan vergi ödəyicilərində qanunvericilikdə nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri həyata keçirilir.

Bununla belə, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Məlikov Rəzzaq Vaqif oğlu ma***@mail.ru ID: 575
Salam! Maliyyə Nazirliyinin kollegiyasının 04 aprel 2016-cı tarixli Q-09 N-li nqərarına 58 nömrəli əlavə Forma MAA-1 alış aktının üzərində bu hesabat blankını çap edən şəxsin VÖEN-i və ya adı göstərilimirsə , bu forma alış sənədi hesab olunurmu? Olunur və ya olunmursa hər iki halda Vergi Məcəlləsinin hansı maddəsinə istinad edilir? Əvvəlcədən təşəkkür edirəm.
17/12/2019 Oxunub: 70 Orta qiymət: 0

Ciddi hesabat formalarının tətbiqi ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində  tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülmətov Nemət Kamil oğlu gu***@mail.ru ID: 573
Salam. Əgər müəllim işləyən şəxs 2-ci qrup əlildirsə və onun himayəsində 4(dörd) nəfər varsa,ona vergi məcəlləsinin 102.2 və 102.5 maddələrinin hər ikisi ilə, yoxsa məbləğcə böyuk olan 102.2 maddəsi ilə güzəşt olunur. Sizə mənə veriləcək cavaba görə əvvəlcədən minnətdarlığımı bildirirəm.
16/12/2019 Oxunub: 106 Orta qiymət: 5

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin eyni zamanda Vergi Məcəlləsinin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, həmin şəxsə sözügedən güzəştlərdən yalnız biri, məbləğcə ən böyük olanı verilir.

Sorğunuzda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.3-cü və 102.5-cü maddələrində nəzərdə tutulan güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.

Əsas: Vergi Məcəlləsinin 102.7-ci maddəsi.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Cavadov Mürvət Allahverən mu***@mail.ru ID: 572
Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində göstərilən döyüşçü kateqoriyasına kimlər aiddir və vergi güzəştinin alınması üçün təqdim olunan arayışda döyüşçü necə təsvir olunmalıdır?
16/12/2019 Oxunub: 39 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şıxməmməd Sayıdov Şahməmməd sa***@mail.ru ID: 571
Məktubla əlaqəli olaraq bilmək istədim, elektron kabinetdən istifadə edilməsi barədə gələn məktub nəyi bildirir ki?
16/12/2019 Oxunub: 30 Orta qiymət: 0

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır. Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Məktubların məzmunu ilə əlaqədar uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsrayıl Azayev Qulu is***@shirvanoil.com ID: 570
Mən oktyabr ayının 12-dən 36 gün müddətinə əmək məzuniyyətinə buraxılmışam və məzuniyyət haqqımı da qanunvericiliyə uyğun olaraq almışam. Bələdiyyə seçkisində Məntəqə Seçki komisiyasının sədri olduğum üçün oktyabr ayının 22-dən dekabr ayının 25-dək iş yerində orta əmək haqqım saxlanılmaqla məzuniyyətdən geri çağırılmışam. Məni maraqlandıran sual belədir: Məndən gəlir vergisi hesablayan zaman aylar üzrə (oktyabr - 20 gün, noyabr 16 gün ) məzuniyyət haqqım ilə hesablanmış əmək haqqımın cəmindən gəlir vergisi tutulmalıdır, yoxsa vergi məcəlləsində edilmiş dəyişikliklərə görə cari ildə istifadə etmədiyim məzuniyyət günlərinə görə və aylar üzrə hesablanmış əmək haqqımdan ayrı-ayrılıqda gəlir vergisi tutulmadır. Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.
16/12/2019 Oxunub: 107 Orta qiymət: 5

Bildiririk ki, məzuniyyət haqqının hər bir aya düşən hissəsi həmin ayın əməkhaqqısi ilə cəmlənərək gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Orxan Nağıyev Mətləb bm***@gmail.com ID: 569
Salam. Artıq 2-ci dəfədir müraciətimə və ya qaynar xəttə zənglərimə baxmayaraq problemimin həllini mənə tam cavab verən orqan yoxdur. Problemim ondan ibarətdir ki, mmc kimi hüquqi şəxs olaraq qeydiyyatdan keçib asan imza ve sertifkatımı da almışam. Bütün elektron portallarda əməliyyatlarım uğurla həyata keçirilir sadəcə işçilərimi qeydiyyata ala bilmirəm. Öncə elektron dövlət portalına asan imzamla rahat şəkildə daxil olub sahibkar bölməsini seçirəm işçinin qeydiyyatı üçün əmək və əhalinin sosial müdafiə fondu bölməsinə giriş edirəm, orada işçinin qeydiyyata alınması əmək müqaviləsi və bildirişlərin təqdim edilməsi bölməsinə girdikdə ekrana qırmızı hərflərlə "daxil olduğunuz əməliyyatı həyata keçirmək üçün imza və ya möhür vurma səlahiyyəti və ya bu səlahiyyətə icazə vermək ixtiyarı olan şəxsin icazəsi lazımdır" yazısı çıxır. Heç bir şəkildə nə ASAN xidmət mərkəzləri, nə ərazi üzrə vergi idarəsi, nə DOST agentliyi, nə ərazi üzrə DSMF bu problemin həllinde mənə köməklik edə bilmir. Müraciət etdiyim qurumların hamısı bir-birinin üzərinə yönləndirir. Artıq bilmirəm hara müraciət edim. Belə bir şey olmaz axı. Hansısa bir dövlət orqanı mənə bu məsələdə köməklik etməlidir. İş yoxlamaya gələndə işçim qeydiyyatda olmasa amma cəriməni hər hansısa bir orqan rahat şəkildə yazacaq. Müraciət etdiyim bütün yuxarıda sadaladığım qurumların iş sisteminden razı deyiləm, işə səthi yanaşırlar. İşlərində ciddi deyillər. Son olaraq Sizdən ümidlə cavab gözləyirəm.
16/12/2019 Oxunub: 86 Orta qiymət: 3

Bildiririk ki, əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilməzdən əvvəl “Əsas səhifə”də “Əmək müqaviləsini bağlamaq səlahiyyəti olan şəxslər” düyməsini sıxmaqla əmək müqaviləsi bağlamaq səlahiyyəti olan şəxslər barəsində məlumat sistemə daxil edilməlidir.

Eyni zamanda, müraciətinizdə qeyd olunan məsələnin texniki məsələlərə aid olub-olmamasını müəyyən etmək üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Həmid Mustafayev ha***@gmail.com ID: 568
Salam. Zəhmət olmasa Komissiya müqaviləsini ətraflı misal üzərində izah edərdiz.Bu müqavilə əsasında komitentə verilən mallar və həmin malın onun tərəfindən satılması necə rəsmiləşdirilir?
16/12/2019 Oxunub: 158 Orta qiymət: 0

Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən, elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Aviabiletlərin satışının həyata keçirilməsi məqsədilə biletlərin agentlərə və agentlər tərəfindən də həmin biletlərin digər agentlərə, yəni subagentlərə təhvil verilməsi üzrə uçuşları həyata keçirən müəssisə tərəfindən agentə və agent tərəfindən digər agentlərə elektron qaimə-faktura təqdim edilmir. Belə əməliyyat “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir və malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

Bununla belə, agent tərəfindən subagentlərə elektron qaimə-fakturanın təqdim edilməsinə görə Vergi Məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Agentlər tərəfindən subagentlərə  və ya bu xidmətlərin alıcısı olan şəxslərə (hüquqi şəxslərə, fərdi sahibkarlara, büdcə təşkilatlarına) elektron qaimə-faktura verildiyi halda, belə əməliyyatın agent qaydasında həyata keçirilməsi barədə müvafiq qeyd elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində öz əksini tapmalıdır. Bu əməliyyat üzrə elektron qaimə-fakturada göstərilən məbləğlər agentin (subagentin)  gəlirləri hesab edilmir və agent (subagent) yalnız ona çatası haqq üzrə gəlirlərindən vergilərini ödəyir.

Məlumat üçün bildiririk ki, 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən, elektron qaimə fakturaların fəaliyyət növlərinə görə, o cümlədən komissiya qaydasında satış üçün növlərinin tətbiq olunması nəzərdə tutulmuşdur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xəlilov Elvin Sahib oğlu de***@gmail.com ID: 566
Salam. Mən hal hazırda işlədiyim yerdə nə zamandan qeydiyyata alınmışam bilmək istəyirəm zəhmət olmasa bunu bildirərdiniz mənə. Əlaqəli şəxs mənlə əlaqə saxlasın mən həmin şəxsə şəxsiyyət vəsiqəmin seriya nömrəsini verim yoxlasın zəhmət olmasa
15/12/2019 Oxunub: 57 Orta qiymət: 0

Bildiririk ki, qeyd olunan məsələ ilə əlaqədar əmək münasibətlərini nəzarət edən səlahiyyətli qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Валида dm***@bk.ru ID: 562
Здравствуйте! Както очень давно читала статью о том что надо собирать чеки , и что от 18% НДС то что мы оплачиваем нам будет возвращаться 10 % про наличном расчете, и 15% про безналичном расчете. Могу ли узнать подробнее об этом? в статье было написано что закон вступит в силу с 01.01.19
14/12/2019 Oxunub: 76 Orta qiymət: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər davam edir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüqar Qasımov vu***@list.ru ID: 506
Mən, informasiya və xəbərlər (KİV ilə məşğul olmaq üçün) fəaliyyəti ilə məşğul olmaq üçün təsis etdiyim "APAXEBER.AZ" Aktual Press Agentliyinin fəaliyyətini vergi qeydiyatına aldırmaq (VÖEN açdırmaq) istəyirəm. Lakin harada qeydiyyatdan keçmək və qeydiyyata düşən zaman hansı fəaliyyət növünü seçməliyəm?
13/12/2019 Oxunub: 189 Orta qiymət: 4

Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər.

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədi ilə saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “Fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə yanaşı, tərəfinizdən şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Qeyd etdiyiniz fəaliyyəti “63910 MƏLUMAT AGENTLİKLƏRİNİN FƏALİYYƏTİ” fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, VIII, IX, XI, XVII fəsilləri. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu (3-cü fəsil)

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Müslüm Səfərov Əli oğlu mu***@mail.ru ID: 466
Salam. Mən 2 faizli sadələşdirilmiş vergi ödəyicisiyəm. Fiziki şəxs olaraq fəaliyyət göstərirəm. Göstərdiyimiz fəaliyyət psixofizioloji reabilitasiya mərkəzidir. Mən tam olaraq hansı fəaliyyət kodunu seçməliyəm? Xahiş edirəm köməklik edərdiniz. Öncədən təşəkkür edirəm.
13/12/2019 Oxunub: 195 Orta qiymət: 4

Bildiririk ki, qeyd etdiyiniz fəaliyyəti  “86900 SƏHİYYƏ SAHƏSİNDƏ SAİR FƏALİYYƏT” fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri təsnifatı”

4/5 (8 Orta qiymət)
Qiymət ver:
Elçin Məmmədov te***@mail.ru ID: 501
Salam. Univermaqda obyekt götürmüş ayaqqabı satmaqla məşğul olan şəxsin vergi öhdəliyi necə olacaq? Hansı faizlə vergi ödəyəcək? Həmin şəxslərin nəzarət-kassa aparatı ilə hesablaşma aparmağı məcburidirmi?
13/12/2019 Oxunub: 240 Orta qiymət: 4

Pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsinin təsbit olunduğunu nəzərə alaraq, sorğunuzda qeyd edilən fəaliyyət növü üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.

Eyni zamanda, icarəyə götürülən obyekt üzrə icarədar hüquqi şəxs olduqda ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur. İcarədar fiziki şəxs olduqda isə ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulmalı, tutulmuş vergi hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim edilməlidir.

Bundan başqa, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəlikləriniz vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlak olduqda icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq edilməli hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) barədə daha ətraflı məlumat almaq üçün saytımızın “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola bilərsiniz.

Əsas:  Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.11-1-ci, 33-cü və 34-cü maddələri, VIII, X, XI və XVII fəsilləri.

4/5 (5 Orta qiymət)
Qiymət ver:
İbişov Nurlan Elşən ib***@mail.ru ID: 498
Salam. Sizə belə bir sualım var. Hərbi xidmətə getməmiş şəxslər vergi orqanlarına imtahan verə bilərlər? Yəni məhdud yararlı şəxslər.
13/12/2019 Oxunub: 175 Orta qiymət: 4

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu və 15-ci bəndləri.

4/5 (7 Orta qiymət)
Qiymət ver: