Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyində Hökumətlərarası Komissiyaların fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib

Vergilər Nazirliyində Azərbaycan-Litva Hökumətlərarası Komissiyası, Azərbaycan-İsrail və Azərbaycan-Xorvatiya ilə Birgə Komissiyaları üzrə tərəfdaş ölkələrlə əməkdaşlığın səmərəli təşkili və genişləndirilməsi məqsədilə komissiyalara üzv və aidiyyəti dövlət qurumlarının iştirakı ilə hesabat iclası keçirilib.

Görüşdə hər üç ölkə üzrə iqtisadiyyat, energetika, kənd təsərrüfatı, mədəniyyət, müdafiə sənayesi, təhsil, səhiyyə, ekologiya, informasiya texnologiyaları sahələri üzrə əməkdaşlığın cari durumu və inkişaf prioritetləri müzakirə edilib.

Hesabat iclasında tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.