Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyində BVF-nin Azərbaycan üzrə missiyası ilə görüş keçirilib

Vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Korşi ilə görüşüb.

Görüşdə vergi siyasəti və vergi inzibatçılığı sahəsində aparılan islahatlar, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan beynəlxalq iqtisadi və maliyyə qurumları ilə, o cümlədən Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edir və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Fondun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.