Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Nəzarət-kassa aparatlarının Operatorunu nəzarət mexanizmi qurğusu ilə təmin edən hüquqi şəxsin seçilməsi məqsədi ilə 2019-cu ilin 20 sentyabr tarixində keçirilmiş müsabiqənin nəticəsi barədə

BİLDİRİŞ

Daxili qaydalara uyğun olaraq müsabiqə gününə 10 gün qalmış yəni, 9 sentyabr 2019-cu il tarixində Vergilər Nazirliyinin rəsmi internet saytında Nəzarət-kassa aparatlarının Operatorunu nəzarət mexanizmi qurğusu ilə təmin edən hüquqi şəxsin seçilməsi məqsədi ilə müsabiqənin keçirilməsi barədə elan yerləşdirilmişdir. 20 sentyabr 2019-cu il tarixində Müsabiqə Komissiyası üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə müsabiqə iştirakçılarının Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında olan elektron kabinetləri vasitəsi ilə Vergilər Nazirliyinə təqdim etdikləri ərizələrə və nəzarət mexanizmi qurğusuna dair təqdim olunmuş məlumatlara baxılaraq təhlil aparılmışdır. Müvafiq meyarlar üzrə “Cybernet” Məhdud Məsuliyyətli Cəmiyyəti tələblərə cavab verdiyindən müsabiqənin qalibi seçilmiş və müvafiq protokolla rəsmiləşdirilmişdir.