Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Alcanov Samir Elşad oğlu sa***@mail.ru ID: 9744
Salam. Qeyri rezidentdən xidmət məsləhət xidməti alınır. Heyvanların yetişdirilməsi , xəstəlikləri və qulluq qaydaları haqqında məlumata ehtiyac olduqda qeyri-rezidentdən bu haqda məsləhət (məlumat ) xidmtəi alırıq. Xidmətin göstərilməsi qeyri-rezidentin yerləşdiyi xarici ölkədən video danışıqlar üzərindən aparılır və buna uyğun ödəniş edilir. Bu xidmət haqqı ÖMV və ƏDV-ə cəlb edilməlidirmi və hansı əsaslarla cəlb edilir? Ümumiyyətlə qeyri-rezidentdən alınan hansı online göstərilmiş xidmət (e-mail yazışması , telefon danışığı, online hər hansı hesabatların hazırlanması və.s.) ÖMV-ə cəlb edilir?
26/11/2024 Прочитано: 365 Средняя стоимость: 1

Nəzərinizə çatdırırıq ki, qeyri-rezidentin Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən   Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Azərbaycan mənbəyindən əldə olunan gəlirlər  dedikdə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində qeyd olunan gəlirlər nəzərdə tutulur. 

Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması Vergi Məcəlləsinin 125.1-ci maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Azərbaycan Respublikasının rezidenti olan ƏDV ödəycisinin respublikamızın hüdudlarından kənarda göstərdiyi xidmətlər, işlər ƏDV-nin vergitutma obyekti deyil.

Lakin,   Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.

Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunan əməliyyatla bağlı işin faktiki halları, o cümlədən göstərilən xidmətlərin mahiyyəti və komissiya məbləğinin necə müəyyən olunması barədə məlumatlar və təsdiqedici sənədlərlə (müqavilə, ödəniş sənədləri və s.) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 168-ci maddələri.

 

1/5 (1 Средняя стоимость)
Оцените:
Məhəmməd Axundzadə Elxan oğlu me***@gmail.com ID: 9720
Salam, müraciətim onunla əlaqədardır ki, bəzən ictimai iaşə obyektlərində və ya digər xidmətlərdən istifadə edərkən ödəniş olunur, lakin ƏDV tələb olunanda bildirilir ki, biz ƏDV ödəyicisi deyilik. Bu halda biz xidmət aldığımız yerin həqiqətən ƏDV ödəyicisi olub-olmadığını dəqiqləşdirə bilmirik (hər hansı QR kodlu çek təqdim edilmir). Sualım budur ki, hər bir halda xidmət göstərən bizə çek təqdim etməlidirmi? Xahiş edirəm bu mövzuda yardımçı olasınız.
16/11/2024 Прочитано: 157 Средняя стоимость: 0

Bildiririk ki, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər lə bağlı nağd pul hesablaşmaları aparılan zaman alıcıya kassa çeki təqdim etməli və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidir. 

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydalarına əsasən satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür. https://www.taxes.gov.az/az/page/edv-geri-al

Ədv ödəyici olmayan satıcılar tərəfindən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil. 

Link vasitəsilə vergi ödəyiciləri barədə məlumat əldə edə bilərsiniz https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-uzre-axtaris

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Bayramov Telman Nurəli te***@mail.ru ID: 9695
ƏDV ödəyicisi mikrosahibkar ola bilərmi?. Ola bilərsə hansı halda ola bilər? Öncədən təşəkkürlər!
30/10/2024 Прочитано: 232 Средняя стоимость: 0

Bildiririk ki, illik gəliri 200000 min manat və 200000 manatadək olan və işçilərinin orta siyahı sayı 10 və 10 nəfərdən az olan sahibkarlıq subyekti mikro   sahibkarlıq subyekti sayılır. 

İllik gəlirə hesabat ili  (təqvim ili)  ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Vergi məcəlləsinin 154.1-ci maddəsinə əsasən  ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs isə ƏDV-nin ödəyicisidir.

Bildiririk ki, Vergi məcəlləsinin 155.1-ci maddəsinə əsasən  Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən  ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. 

Diqqət etməli məqam ondan ibarətdir ki,  şəxslər   ardıcıl 12 aylıq dövrün vergi tutulan əməliyyatları 200000 min manatı  keçdiyi halda ədv ödəyicisi sayılırılar.  Bu təqvim ili ( yanvar ayının 1-dən başlayır və dekabr ayının 31-də bitir. ) hesab edilmir.  Həmçinin bəzi hallar var ki, şəxslər  əməliyyatlarının həcmindən  aslı olmayaraq ədv ödəyicisi sayılırlar.

Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən  aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və  bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər  ƏDV-nin ödəyiciləri sayılır. Əməliyyatlarının həcmindən aslı olmayaraq bu fəaliyyət növləri mütləq ədv ödəyici hesab edilirlər. 

Qeyd olunanlara əsasən  bildiririk ki, ədv ödəyiciləri mikrosahibkarlıq subyekti ola bilərlər.                 

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Rauf Ibrahimov es***@gmail.com ID: 9680
Salam ! Azərbaycan Respublikasında yerləşən, bələdiyyənin mülkiyyətində olan, ölçüsü 20 ha olan kənd təyinatlı torpaq sahəsi bələdiyyə tərəfindən 2005-ci ildə bir vətəndaşın uzunmüddətli (99 illlik) icarəsinə verilmişdir. Yerli (rezident) Azərbaycan Respublikasının vətəndaşı 2007-ci ildə notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinin bağlanması yoıu ilə yuxarıda qeyd olunmuş torpaq sahəsinin üzərində olan icarə hüquqlarını əldə etmişdir, onun tərəfindən qeyd olunmuş alqı-satqı müqaviləsi Daşınmaz Əmlakın Dövlət reyestrinə təqdim olunmuşdur və həmin , icarə hüquqlarını əldə edən yerli (rezident) Azərbaycan Respublikasının vətəndaşı öz adına 2007-ci ildə müvafiq daşınmaz əmlakının çıxarışını almışdır . Həmin çıxarışda yuxarıda qeyd olunmuş torpaq sahəsinin mülkiyyətçisi müvafiq bələdiyyə, torpaq sahəsinin üzərində isə yüklülük –uzunmüddətli icarə -xeyrinə edilmiş qismində adı çəkilən vətəndaş göstərilmişdir. Beləliklə, yuxarıda qeyd olunmuş 20 ha kənd təyinatlı torpaq sahəsinin icarəçisi yerli (rezident) Azərbaycan vətəndaşıdır, həmin bu vətəndaş 2007-ci ildə bu günədək,-2024-cü ilədək, icarəyə verən olan bələdiyyəyə hər il vaxtında icarə haqqını ödəmişdir. Yuxarıda qeyd olunmuş torpaq sahəsi üzərində olan icarə hüquqlarının başqa bir yerli (rezident) Azərbaycan Respublikasının vətəndaşına satılması barədə hal-hazırda mövcüd icarəçi işgüzar danışıqlara başlamışdır. Uzunmüddətli icarə hüquqlarının satılmasına bələdiyyə etiraz etmir, satış notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinin bağlanması yolu ilə rəsmilləşdirilməsi planlaşdırılır, satış qiyməti isə 2007-ci ilin alış qiymətindən təğribən 2 (dəfə) və 100 % yüksək olması, məbləği isə 200.000 manatdan artıq olması gözlənilir. Qeyd olunmalıdır ki, hal-hazırda uzunmüddətli icarə hüquqlarını satışa çıxaranşın adına 2005-ci ildən VÖEN şəhadətnaməsi var, lakin 2006-cı ildən sonrakı illərdə sahibkarlıq fəaliyyəti ilə məşqul olmamışdır, həmin fəaliyyəti dayandırmışdır. Suallar : 1.Məlumdur ki, Vergi Məcəlləsinin 13.2.8.-ci maddəsinə əsasən, Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Torpaq sahəsinin üzərində olan uzunmüddətli icarə hüquqlarının satışına dair Vergi Məcəlləsinin 13.2.8.-ci maddəsi tətbiq olunur , yaxud yox. ? 2. Məlumdur ki, Vergi Məcəlləsinin 218.4.5.-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Torpaq sahəsinin üzərində olan uzunmüddətli icarə hüquqlarının satışına dair Vergi Məcəlləsinin 218.4.5.-ci maddəsi tətbiq olunur , yaxud yox ?
27/10/2024 Прочитано: 98 Средняя стоимость: 0

Birinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün torpaq mal sayılmır.

Eyni zamanda Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin müddəalarına əsasən torpağa mülkiyyət hüququnun başqasına verilməsi ilə yanaşı, torpaqdan istifadə hüququnun başqasına verilməsi və torpağın icarəyə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) anlayışında istisna edilməklə ƏDV-yə cəlb olunan əməliyyat hesab edilmir.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, vergi orqanlarında uçotda olan fiziki şəxs tərəfindən uzun müddətli müqavilə üzrə torpaqdan istifadə hüququnun başqasına verilməsi ƏDV-yə cəlb edilən əməliyyat hesab edilmir.

İkinci suala cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinin tətbiqi ilə bağlı bildiririk ki, sözügedən maddə fiziki şəxslər tərəfindən mülkiyyətində olan torpaq sahələri üzrə mülkiyyət hüququnun başqasına təqdim edilməsi halında tətbiq edilir. Müraciətdə göstərilən halda torpaq sahəsi üzrə istifadə hüququnun uzun müddətli müqavilə əsasında təqdim edilməsi həyata keçirildiyindən həmin şəxslərə Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinin müddəaları şamil olunmur.

Əlavə olaraq bildiririk ki, vergi orqanlarında uçota alınmış fiziki şəxs tərəfindən torpaq üzərində istifadə hüququnun təqdim edilməsindən əldə olunan gəlirlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada gəlir vergisinə cəlb edilir.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Murad Şərəf oğlu aq***@gmail.com ID: 9667
Salam. İşçi mart ayında əmək haqqına əlavə bonus qazanıb. Lakin bonus ona avqust ayında verilib və avqust ayında əmək haqqı ilə birqə bonus hesabladıqda maaş 2500 manatdan çox olub. Belə olduğu halda avqust ayı əmək haqqında 200 manat güzəşt tətbiq olunur?
21/10/2024 Прочитано: 444 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən  fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi məcəlləsinin 102.1.cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Sorğunuzda qeyd olunanları nəzərə alsaq şəxsin avqust ayında  muzdlu işdən gəliri 2500 manatdan çox olduğundan 200 azadolma tədbiq olunmuyacaq. 

Əsas: Vergi Məcəlləsinin 98-ci, 102-ci maddələri

4/5 (7 Средняя стоимость)
Оцените:
Ibrahimova Səbrin Ədalət qızı sa***@hotmail.com ID: 9665
Salam. Müəssisə yerli fermerdən dekorativ bitki alaraq digər təşkilatlara satır. Dekorotiv bitkilər ümumiyyətlə kənd təsərrüfatı məhsulu hesab edilirmi?
21/10/2024 Прочитано: 329 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinə əsasən  kənd təsərrüfatı məhsullarının satışı – Vergi Məcəlləsinin  məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi sayılır. 

İstehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir

Bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi. 

4/5 (5 Средняя стоимость)
Оцените:
Kərim Rəhimov İlyas k.***@gmail.com ID: 9661
Salam. Əmlak vergisinə görə mənzilin hansı sahəsi hesablanmalıdır: yaşayış sahəsi? yoxsa ümumi sahəsi? Azərbaycan Respublikasının vergi məcəlləsində: “102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.” Pensiyada olduğuma görə qeyd edilən məcəllənin bəndinə əsasən mənə güzəşt tətbiq olunmalıdır? Tətbiq olunan güzəşt hər iki mənzilə aiddir? yoxsa ancaq qeydiyyatda olduğum mənzilə? Sizdən xahiş edirəm, köməklik göstərəsiniz.
19/10/2024 Прочитано: 393 Средняя стоимость: 3

Bildiririrk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən  rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələri əmlak vergisi məqsədləri üçün vergi tutma obyektidir. 

Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə).                

Yaşayış sahəsi - AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Qeyd olunan güzəşt hər bina üçün ayrılıqda tədbiq olunmur. Ümumi ödənilməli olan məbləğdən  30 manat azaldılır. 

Pensiyaçılar dedikdə isə kimlərin nəzərdə tutulduğunu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq müəyyən etmək olar. Bu qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyaları yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalara bölünür. Vergi Məcəlləsinin 199.3-cü maddəsində pensiyaçılar dedikdə heç bir istisna nəzərdə tutulmadığından, 30 manat güzəşt hüququ əmək pensiyalarının bütün növlərinə şamil edilir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci, 199-cu, 200-cü maddələri.  

3/5 (6 Средняя стоимость)
Оцените:
Agali Yasin Elovsed oglu ya***@mail.ru ID: 9656
Salam. Fərdi qaydada dərzi fealiyyeti üçün sadələşdirilmiş vergi xidmətinden necə yararlanmaq olar? Ərazisi 3 kv metrə yaxın icaredə olan obyektdə fəaliyyət göstərir.
18/10/2024 Прочитано: 365 Средняя стоимость: 2

Bildiririk ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən dərzi fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. 

Buna əsasən həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Eyni zamanda vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota almasını təmin etməlidir. Vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 218-ci, 220-ci maddələri və Vergilər Nazirliyinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”.

 

2/5 (3 Средняя стоимость)
Оцените:
Aytac Əliyeva Elnur ea***@gmail.com ID: 9637
Hüquqi şəxsin (MMC) təsisçisi və direktoru eyni şəxsdir. Yeni yaranmışdır (1 ay). Hal-hazırda direktoru dəyişdirmək üçün hansı proseduru icra etməliyəm?
09/10/2024 Прочитано: 325 Средняя стоимость: 5

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır. Ərizə yeni qanuni təmsilçi tərəfindən təqdim olunmalıdır. 

Kommersiya qurumunun rəhbərinin dəyişdirilməsi ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”. 

5/5 (2 Средняя стоимость)
Оцените:
Kəmalə Fizuli qızı Məmmədova m.***@gmail.com ID: 9634
Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının vergi güzəşt hüququ hansı vaxtdan yaranır?
08/10/2024 Прочитано: 305 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin ( ərlərinin, arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas:  Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

 

5/5 (2 Средняя стоимость)
Оцените:
Murad Hacıbalayev Heydər mu***@gmail.com ID: 9620
Salam, Mən internet üzərindən gəlir əldə etmək istəyirəm. VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) alanda sosial sığorta haqqı ödəməliyəmmi? Gəlirim aşağı olduğu halda sosial sığorta haqqı ödənişi tələb olunurmu? Cavabınızı gözləyirəm. Təşəkkürlər!
30/09/2024 Прочитано: 382 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.  

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Bildiririk ki, sığorta haqları gəlirin miqdarından aslı olmayaraq qanunda nəzərdə tutulan dərəcələrlə hesablanır. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü,  “Sosial sığorta haqqında”, “Tibbi sığorta"  Azərbaycan Respublikasının Qanunları.

5/5 (3 Средняя стоимость)
Оцените:
HƏSƏNOVA ZƏRİFƏ MƏHYƏDDİN QIZI ha***@meil.ru ID: 9617
Sizdən xahiş edirik ki, ətraflı cavab verəsiniz idxal zamanı daxil olan malların YGB -ini və qısa idxal YGB-lər haqqında vergilərə məlumat verilməlidir? Əvvəlcədən öz minətdarlığımı bildirirəm.
27/09/2024 Прочитано: 351 Средняя стоимость: 5

Bildiririk ki, Vergi məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən  neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilir. 

Vergi ödəyiciləri  təqdim etdikləri məlumatda mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə,  mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə, mallar sifariş əsasında gətirildiyi halda  isə sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatları qeyd etməlidir. 

Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən  İdxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 57-ci maddələri. 

 

5/5 (2 Средняя стоимость)
Оцените:
Toğrul Lətifov to***@gmail.com ID: 9606
İşçi ilə əmək müqaviləsi bağlanılıb, vəzifə maaşı təyin edilib, eyni zamanda əmək müqaviləsində qeyd olunub ki, xaricdə yaşayan ailə üzvlərini ziyarət etmək məqsədilə ildə iki dəfə işəgötürən, işçinin səyahət xərclərini (uçuş bileti) qarşılayır. 2024-cü il ərzində həmin işçi üçün, işəgötürən tur şirkətinə nağdsız qaydada 2.000 AZN uçuş bileti xərci ödənişi etmişdir. Bununla bağlı iki sualım olacaq. 1) həmin xərc işəgötürən üçün gəlirdən çıxılan xərc sayılırmı? 2) Tur şirkətinə olunan ödəniş işçinin muzdlu işdən gəliri sayılırmı və gəlir vergisi, MDSS haqqlarına cəlb olunurmu? Təşəkkür edirəm.
25/09/2024 Прочитано: 481 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 98.2.3-ci maddəsinə əsasən  bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği muzdlu işdən gəlir hesab edilir. 

Vergi Məcəlləsinin 119.2-ci maddəsində   Nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub. 

Sorğunuzda qeyd olunan halı nəzərə alaraq bildiririk ki, çəkilən xərc 119.2 maddəsində göstərilən xərclərə aid edilmir. Qeyd olunan xərclər işçinin  muzdlu işdən gəlirinə aid edilir və vergiyə cəlb olunur.  Bundan savayı, həmin işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödəmə mənbəyində adi qaydada işəgötürən tərəfindən tutulur                       

Əlavə olaraq bildiririk ki, Vergi məcəlləsinin 108.1-ci maddəsinə əsasən  bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Sorğunuzda qeyd olunan xərc gəlirin əldə edilməsi ilə bağlı olan xərc hesab edilmir. Qeyri kommersiya məqsədli olduğundan və həmçinin 119.2-ci maddəsində qeyd olunan xərclərə aid edilməyindən gəlirdən cıxılan xərc sayılmır.

Bildiririk ki, Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 

Əlavə olaraq bildiririk ki, müraciətdə qaldırılan məsələlərə konkret hal üzrə dəqiq münasibət bildirilməsi üçün aparılan əməliyyat üzrə işin faktiki halları və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 108-ci, 109-cu, 119-cu maddələri. 

3/5 (2 Средняя стоимость)
Оцените:
Sadıqov Elnur xankişi ed***@gmail.com ID: 9596
Salam mənim atam rəhmətə gedib. Atam veteran idi. Mən onun övladı olaraq vergi güzəştindən istifadə edə bilərəmmi? Vergi məcələsinin 102.2.5 maddəsinə əsasən.
21/09/2024 Прочитано: 151 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin ( ərlərinin, arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, müraciətdə qaldırılan məsələlərə konkret hal üzrə dəqiq münasibət bildirilməsi üçün aparılan əməliyyat üzrə işin faktiki halları və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas:  Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elnur Eliyev el***@gmail.com ID: 9595
Salam, hüquqi şəxsin olan MMC, 5% güzəşt ilə vergi ödəyicisidir, icarəyə avadanlıq verir, hüquqi şəxs 14% ödəyəcək yoxsa 5%?
20/09/2024 Прочитано: 432 Средняя стоимость: 4

Bildiririk ki, hüquqi şəxlər üçün icarədən gəlir sahibkarlıq gəliri  hesab edilir.  Obyekti icarəyə verən hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli, hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir. 

Əlavə olaraq nəzərinizə catdırırıq ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən  müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi azad edilir.  

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Sorğunuza əsasən icarədən gəlir sahibkarlıq fəaliyyəti olduğunudan  güzəşt hüquqi olduğu halda Vergi Məcəlləsinin 106.1.20- ci maddəsində  qeyd olunan güzəşt tədbiq edilir

Əsas: Vergin Məcəlləsinin  104-cü. 106-cı, 149-cu maddələri 

4/5 (6 Средняя стоимость)
Оцените:
Vəfa Mirzəyeva Azad mi***@gmail.com ID: 9594
Salam. Hər vaxtınız xeyir. Bu gün kirayə götürmək istədiyim mənzilin sahibi məndən 14 faiz vergi ödəməyimi tələb etdi. Mənim bildiyim qədəri ilə vergini ev sahibi ödəyir icarəyə götürən deyil. Xahiş edirəm bu barədə məlumat verərdiniz. Öncədən təşəkkür edirəm.
20/09/2024 Прочитано: 447 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. 

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 16-cı, 33-cü, 99-cu, 124-cü və 149-ci maddələri

5/5 (4 Средняя стоимость)
Оцените:
Sabit Hacıyev Durhəsən co***@mail.ru ID: 9588
Salam. Mənim sualım Vergi məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələrinə aiddir. Hər hansı bir sahibkarın 1(bir) il ərzində mövsümü xarakter daşıyan ardıcıl 3(üç) ay fəaliyyəti olubsa və bu aylar ərzində 10(on) nəfər işçisi olubsa bu maddələrdə göstərilən "Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir." açıqlamasına əsasən bu sahibkar yuxarıda göstərilən maddələrin verdiyi imtiyazlardan istifadə edə bilməz? Cavabın elektron ünvanıma göndərilməsini Sizdən xahiş edirəm. Sağ olun.
17/09/2024 Прочитано: 395 Средняя стоимость: 5

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan  şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə   şəxsin  mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğunuza cavab olaraq bildiririk ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 -ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir. 

 

5/5 (4 Средняя стоимость)
Оцените:
Rasim Seferov Allahverdi oglu ra***@yahoo.com ID: 9581
Salam. VÖEN-ni ləğv etmək istəyirəm. Nece edə bilərəm?
13/09/2024 Прочитано: 430 Средняя стоимость: 5

Bildiririk ki, Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 34-cü maddələri .

5/5 (2 Средняя стоимость)
Оцените:
Ağayev Orxan Əlyar or***@mail.ru ID: 9579
Salam. 1-ci qrup əlil valideyninə qulluq edən şəxsə vergi güzəşti varmı?
12/09/2024 Прочитано: 84 Средняя стоимость: 0

 

Nəzərinizə çatdırırıq ki,  Vergi Məcəlləsinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən  müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

 

Əsas: Vergi məcəlləsi 102-ci maddəsi. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Abdullayev Yaqub Həsən oğlu ya***@gmail.com ID: 9578
Salam. 2024-cü ilin yanvar ayında bizə təqdim olunan qaimənin əsas məbləği bank hesabına və ƏDV məbləği ƏDV depozit hesaba ödənilib. Yanvar ayında bu hüquqdan istifadə etməmişik nəzərimizdən qaçıb. Ödənilən ƏDV məbləğini büdcədən geri qaytarmaq hüququmuz yanvar ayında yaranıb lakin, ƏDV məbləğini 2024-cü ilin mart ayında əvəzləşməyə göndərmişik belə olan halda hər hansı bir qanun pozuntusunun olub olmaması barədə ətraflı izahat verməyinizi sizdən xahiş edirəm.
11/09/2024 Прочитано: 422 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 166-cı maddəsi ƏDV tutulan əməliyyatların aparıldığı vaxtı müəyyən edir. Məcəllənin 174.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.

Vergi ödəyicisi əvəzləşdirməni bu hüququn yarandığı ayda həyata keçirməlidir. Sorgunuza əsasən  vergi ödəyicisi ödəmələri yanvar  ayındakı elektron qaimə-faktura üzrə həyata keçirdiyi üçün əməliyyatları həmin ayın ƏDV bəyannaməsində qeyd etməlidir. Əgər vergi ödəyicisi həmin əməliyyatı  yanvar  ayının bəyannaməsində nəzərə almayıbsa, o zaman mart ayında yanvar  ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etməlidir.

Ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

5/5 (1 Средняя стоимость)
Оцените: