Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Oqtay Əmrahov Bextiyar oqlu ms***@mail.ru ID: 1755
Salam, mən 2 ay bundan əvvəl Stanley Beverages -Baku müəssisəsindən işdən çıxmışam. Dünyada baş vermiş Covid-19-la əlaqədar rayondan Bakıya gələ bilmirəm ki, öyrənim əmək müqaviləm bağlanıb, yoxsa açıq galıb. Xahiş edirəm, bu haqda kömək edərdiz. Bir də zəhmət deyilsə mənim adımda vöen olub 6 il bundan əvvəl bilmirəm aktiv qalıb, yoxsa bağlanıb.
28/04/2020 Прочитано: 39 Средняя стоимость: 0

Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması prosedurları ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

Əmrahov Oqtay Bəxtiyar oğlu (VÖEN 7701388392) Vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Emin Abasov Ayaz em***@att.gov.az ID: 1056
Əgər A müəssisəsi malı təqdim etmədiyi halda B müəssisəsinə e-qaimə vurarsa və B müəssisəsinin bu qaimədən xəbəri olmayaraq 5 gün keçdiyi üçün sistem tərəfindən avtomatik qəbul olunduğu üçün öhdəlik və ya məsuliyyət hansı müəssisədə qalacaqdır? Əlavə olaraq A müəsisəsi E-qaiməni ləğv etmədiyi halda B müəsisəsi bunun üçün nə etməlidir?
28/04/2020 Прочитано: 174 Средняя стоимость: 5

Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır. 

Hər hansı mal, iş və ya xidmət olmadan tərtib olunan elektron qaimə-faktura əsassız hesab olunur. Müraciətinizdə qeyd olunan halda, B müəssisəsi məsələnin araşdırılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

5/5 (3 Средняя стоимость)
Оцените:
elsan me***@mail.ru ID: 815
salam. A MMC(ƏDV ödəyicisi deyil) və X MMC(ƏDV ödəyicisidir) turizm sahəsində fəaliyyət göstərən vergi ödəyicisidir. X MMC T MMC(ədv ödəyicisidir) ilə bağlanmış agent müqaviləsinə əsasən 10% komisyon haqqı qarşılığında aviabiletləri A MMC-yə 1000 AZN-ə satmışdır. A MMC də öz növbəsində həmin Aviabiletləri sərbəst ticarət əlavəsi ilə 120 AZN-ə müştərilərə satmışdır. bu halda 1- T mmc X mmc-yə hansi növ e-qaimeni hansı dəyərdə təqdim edəcək? 2- X mmc T mmc-yə və A mmc-yə hansi növ e-qaimeni hansı dəyərdə təqdim edəcək? 3- A mmc X mmc-yə e-qaimə təqdim edəcəkmi?
28/04/2020 Прочитано: 204 Средняя стоимость: 3

Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı bu maddədə göstərilən müddətlərdə təqdim etməlidir. Eyni zamanda həmin maddədə vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq müvafiq növdə elektron qaimə-faktura verilməsi nəzərdə tutulmuşdur.

Belə ki, tərəflər arasında bağlanılmış agent müqaviləsinə əsasən mallar komitent tərəfindən agentə təqdim olunduğu zaman təqdim olunan malların dəyərində “Malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə”, eyni zamanda agent tərəfindən göstərilən agent xidmətinə görə komitentə alınan komissiyon haqqı məbləğində “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə”, agent tərəfindən malların vergi ödəyicisi olan alıcılarına (müştərilərə) təqdim olunması zamanı “Agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən” elektron qaimə-faktura təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

3/5 (5 Средняя стоимость)
Оцените:
Məmişov Hökmüdar Qələndər oğlu ho***@mail.ru ID: 825
Sığorta fəaliyyəti həyata keçirən sığortaçı öz maliyyə uçotunu hesablama metodu ilə aparır. AR Vergi Məcəlləsinin 116-cı maddəsinə əsasən isə sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır. Bundan əlavə Vergi Məcəlləsinin 135.2-ci maddəsinə əsasən Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı- Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Bununla yanaşı Vergi Məcəlləsinin 136-cı maddəsinə əsasən Hesablama metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı-136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. Buradan belə nəticə çıxır ki, Sığortaçı bağladığı sığorta müqaviləsini təkrarsığortaya ötürmüşdürsə və həmin müqavilənin pulu Sığortaçıya ödənilməmişdirsə, onda şirkət vergi məqsədləri üçün həmin müqaviləni gəlir və xərc kimi tanımamalıdır. Xahiş edirəm münasibət bildirəsiniz
28/04/2020 Прочитано: 141 Средняя стоимость: 3

Bildiririk ki, sığortaçılar tərəfindən göstərilən sığorta xidmətləri üzrə əldə edilən haqlar onların gəlirlərinə, bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər, o cümlədən sığorta haqları ilə bağlı yaradılan ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.

Vergi Məcəlləsinin 112-ci maddəsinə əsasən Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma məbləğlərini gəlirdən çıxmaq hüququna malikdir.

Sığorta ehtiyatlarının yaradılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06.12.2011-ci il tarixli  Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”na uyğun olaraq tənzimlənir.     

3/5 (2 Средняя стоимость)
Оцените:
Aysel Əliyeva ay***@mail.ru ID: 1754
Salam, mənim həyat yoldaşım 7-8 il bundan qabaq vöen açdırıb, sonradan istifadə etmədiyi üçün passiv olub bağlatdırıb onu. e-sosialdan mənə mesaj gəldi ki, sizə yardım düşmür 190 manat. Axı vöen passivdir, heç bir gəlirimiz yoxdur, bu nə dərəcədə doğrudur ki, vöen varsa baxılmır ki, işləkdir ya işlək deyil?
27/04/2020 Прочитано: 35 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aydan Səmədova ay***@gmail.com ID: 1751
Salam, mən market daxilində uşaq klubunda çalışıram (əmək müqaviləmdə təlimatçı qeyd olunub). Biz martın 5-dən pandemiya səbəbilə işləmirik və əmək haqqı satıcı/kassir işlədiyimiz halda veriləcəyi deyilir. Xahiş edirəm, bu məsələ barədə məlumat verəsiniz. Təşəkkür edirəm.
27/04/2020 Прочитано: 45 Средняя стоимость: 4

Bildiririk ki, ərzaq satışı fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyət sahəsi  pandemiyadan zərər çəkmiş fəaliyyət növlərinə aid edilmir. Həmin şəxslərin eyni zamanda bir neçə fəaliyyət növü olduqda və həmin fəaliyyət sahələrinin arasında pandemiyadan zərər çəkmiş fəaliyyət növü olduqda, vergi orqanına həmin işçiləri üçün muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində maliyyə dəstəyinin ayrılması haqda müraciət edə bilərlər.

 

4/5 (1 Средняя стоимость)
Оцените:
Hüseynli Elşən Hüseyn oğlu il***@gmail.com ID: 1750
Sizdən xahiş edirəm ki, Mənə məxsus 0600008712 nömrəli VOEN-in bağlanma müddəti 31.03.2020 tarixində bitdiyinə və yaranan karantin vəziyyətinə görə bu VOEN-min bağlanmasinin müddətini uzadasiniz.
27/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Afət Hüseynova Nadirşah qızı ma***@mail.ru ID: 1749
Mənim VÖEN-im var, amma qazancım olmadığına görə 2019-cu ildə vergi ödəməmişəm, buna görə fərdi sahibkarlara kəsilən müavinəti ala bilmirəm. VÖEN-im olduğu üçün 190 manatı da ala bilmirəm. Qazancım yoxdur. Mən hansı yolla kömək ala bilərəm?
27/04/2020 Прочитано: 23 Средняя стоимость: 5

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Könül Əliyeva Edison ke***@gmail.com ID: 1748
Salam. Mən karantin dövründə vətəndaşa ediləcək yardımla bağlı müraciət edirəm. Mənim işəgötürənlə 9 illik əmək müqaviləm var. Ancaq mənə dövlət dəstəyi olunmadı. Halbuki sahibkar vergi idarəsinə müraciətdə işçi sayını qeyd edib. Necə olur ki, sahibkara yardım verilir, amma işçiyə yox. Zəhmət olmasa bunu açıqlayın.
27/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aysel Zeynalova az***@gmail.com ID: 1003
Salam. Mən məktəbdə müəllim işləyirəm. Həm də VÖEN açdırıb kursda müəllim olaraq fəaliyyət göstərəcəm. Bilmək istəyirəm kursdakı fəaliyyətimə görə aylıq olaraq nə qədər gəlir vergisi və MDSS ödəməliyəm?
27/04/2020 Прочитано: 197 Средняя стоимость: 4

Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən fərdi sahibkar kimi digər vergi ödəyicilərinə xidmət göstərdiyini nəzərə alaraq sorğunuzda qeyd olunan şəxs vergi orqanında uçotda olduğu halda gəlir vergisi ödəyicisi kimi xərclər çıxılmaqla 20 % vergi ödəməlidir. O da nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. Bu halda qeyd olunan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı Sosial sığorta haqqında Qanununa əsasən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında ödənilməlidir.

Tərəflər arasında əmək müqaviləsi bağlandığı halda isə, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən əməkhaqqından gəlir vergisi ödəmə mənbəyində işəgötürən tərəfindən hesablanaraq ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.1-1-ci, 102.1.30-cu218.5.10-cu və 218.6.2-ci maddələri, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

4/5 (5 Средняя стоимость)
Оцените:
Nəsirova Zənurə Qüdrət be***@gmail.com ID: 1747
Mən Nəsirova Zənurə həyat yoldaşım Nəsirov Aydın Surxay oğlu hal-hazirda məhkumdur və onun adına aktiv vergi ödəyicisi olduğu bildirilir. Bu necə ola bilər? Xahiş edirəm, dayandırasınız.
27/04/2020 Прочитано: 37 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndə(notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına təqdim edə bilər. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Müvafiq qaydada verilmiş etibarnamə əsasında ərinizin adından fəaliyyətinin müvəqqəti dayandırılması və ya uçotdan çıxarılması üçün vergi orqanına müraciət edə bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliniyaz Qubatov Asif al***@gmail.com ID: 1746
Salam, mən asan imza almışam, amma onu necə aktiv edim bilmirəm. Özüm neftçala şəhərində olduğuma görə ve burada vergilər idarəsi işləmədiyinə görə təsdiqlədə bilmirəm. Xahiş edərdim sualıma cavab verib mənə köməklik edəsiniz.
27/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

Bildiririk ki, “ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Bagirov Mubariz Namaz oglu ba***@bk.ru ID: 1745
Salam. Men 2018 ve 2019-cu ildə vergi ödəyicisi olmuşam. 2020-ci ildə səhhətimlə əlaqədar fəaliyyətimi dayandırmışam. Hal-hazırda işləmirəm. Bilmək istərdim, mənə kiçik sahibkar kimi hər hansı maliyyə yardımı olacaq?
27/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fariz Vəlimətov fv***@inbox.ru ID: 1130
Asan imza almışam və vergi uçotuna düşüb sertifikat almaq istəyirəm.
27/04/2020 Прочитано: 91 Средняя стоимость: 5

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. 
Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:
https://www.taxes.gov.az/az/page/elaqe
“Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Fiziki şəxsin vergi uçotu və asan imza sertifiakatının əldə olunması üçün yaşadığınız ərazi üzrə ASAN xidmət mərkəzlərində qabaqcadan onlayn növbə tutmaqla müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
İbrahimov Elşən ma***@gmail.com ID: 1744
Hörmətli Vergilər Nazirliyi, Yazaraq bildirmək istərdim ki, mən İbrahimov Elşən Elxan, VÖEN:1903703612 nömrəli olan Fərdi sahibkar üçün Pandemiya üzrə olan bir dəfəlik yardım haqda məlumat vermənizi xahiş edirəm. Təşəkkürlər!
27/04/2020 Прочитано: 39 Средняя стоимость: 5

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

5/5 (1 Средняя стоимость)
Оцените:
sanam mehdiyeva sa***@mail.ru ID: 1743
Salam.Bilmək istəyirəm ki hüquqi şəxs olaraq ƏDV geri qaytarilması şirkətlərə şamil olunur ya yox və yaxud kimlərə aiddir? Hüquqi şəxsə şamil edilməsi üçün nə etmək lazımdır?
27/04/2020 Прочитано: 35 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması nəzərdə tutulmuşdur. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Hüquqi şəxslər tərəfindən alınmış iş və xidmətlərə görə ƏDV-nin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş  "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".  

5/5 (1 Средняя стоимость)
Оцените:
Kifayet Hacıyeva de***@gmail.com ID: 1741
VÖEN kartı itirdiyim üçün dublikat almaqda mənə kömək edin.
27/04/2020 Прочитано: 32 Средняя стоимость: 5

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının, vergi bəyannamələrinin (hesabatların) surətlərinin verilməsi vergi ödəyicisinin sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında 15 gün müddətində uçotda olduğu vergi orqanı tərəfindən verilir.

Əsas: Vergilər nazirinin 24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (2 Средняя стоимость)
Оцените:
Tofiq Qədimov Baxış qt***@mail.ru ID: 1739
1. Yeni yaradılmış MMC-nin heç bir fəaliyyəti olmayıb. Mart 2020-ci ildə qeydə alınıb. Bilmək istəyirik ki, MMC-ni QSC etmək üçün hansı hərəkətlərdən keçməliyik və neçə müddət vaxt tələb olunur. 2. QSC yaratmaq prasedur qaydaları bilmək istəyirik. QSC yaratmaq üçün nə etməliyik və yeni qeydiyyat nə qədər vaxt tələb edir?
27/04/2020 Прочитано: 119 Средняя стоимость: 0

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin səhmdar cəmiyyətə çevrilməsi hüquqi şəxsin yenidən təşkil edilməsinə aid edilir. Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Nəzərə almaq lazımdır ki, qapalı səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi 10 milyon manat, iştirakçılarının say həddi isə 50 fiziki və hüquqi şəxslərdən ibarət olmalıdır.

Yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Vergilər Nazirliyinin müvafiq qeydiyyat orqanına notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edilir. Ərizəyə isə aşağıdakı sənədlər əlavə edilməlidir:

- “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat”;

- yenidən təşkil haqqında qərar;

- təhvil aktı və ya bölünmə balansı;

- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”;

- təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”;

- təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;

- səhmdar cəmiyyətinin təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;

- səhmdar cəmiyyətinin  təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar;

- “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə));

- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);

- səhmdar cəmiyyətinin təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

- hüquqi ünvanını təsdiq edən sənəd;

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);

- nizamnamə kapitalı pul formasında deyil, əmlak formasında qoyulduqda, həmin əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;

- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;

- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda);

-  bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd;

Eyni zamanda məhkəmə tərəfindən hüquqi şəxs barədə cinayət-hüquqi tədbirin təyin edilib-edilməməsi və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə məhkəmədən müvafiq sənəd də əlavə olunur.

Əsas: Mülki Məcəllənin 55-58-ci, 92-ci, 98-ci və 103.2-ci maddələri, İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi, Cinayət Məcəlləsinin 99-4.7-ci maddəsi, Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il, tarixli 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında Qanununun 9-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında” Nazirlər Kabinetinin 23.12.2000-ci il tarixli 224 nömrəli qərarı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad Əliyev Nizami ra***@mail.ru ID: 1026
Vergi ödəyicisi kimi uçotda olan fiziki və ya hüquqi şəxs , daşınan və daşınmaz əmlaknı vergi ödəyicisi kimi uçotda olan fiziki və ya hüquqi şəxsə icarəyə verəndə hansı vergi öhdəliyi yaranır və ödəmə mənbəyində vergi bəyannaməsini kim tərəfindən təqdim edilir? Əvvəlcədən təşəkkür edirəm.
27/04/2020 Прочитано: 130 Средняя стоимость: 5

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Fiziki şəxslərə ödənilən icarə haqqı isə vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bəyannnamə təqdim edir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 104-cü, 124-cü maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Rəşad Əliyev Nizami ra***@mail.ru ID: 1025
Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisələri üzrə (yəni MMC-lər) hüquqi şəxsləri. Bu kateqoriyadan olan vergi ödəyiciləri mənfəət vergisi ödəyicisi olmalıdır yoxsa gəlir vergisi ödəyicisi? Əvvəlcədən təşəkkür edirəm.
27/04/2020 Прочитано: 105 Средняя стоимость: 5

Bildiririk ki, gəlir vergisinin ödəyiciləri rezident və qeyri-rezident fiziki şəxslər, mənfəət vergisinin ödəyiciləri isə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatlarıdır.

Sorğunuzda qeyd olunan hüquqi şəxs Vergi Məcəlləsinin 218-ci maddəsi nəzərə alınmaqla mənfəət vergisinin və ya sadələşdirilmiş verginin ödəyicisi ola bilər.

Əsas: Vergi Məcəlləsinin 95-ci, 103-cü və 218-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените: