Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Yunis Yunisov Vüqar yu***@gmail.com ID: 1731
ƏDV Qeydiyyatında olan vergi ödəyicisi A MMC (Şərti olaraq) 27.12.2019 tarixində Elektron qaimə faktura əsasında B MMC (Şərti olaraq) şirkətinə 8200 (əsas) + 1476 (ədv)=9676 (ümumi) manatlıq mal satışı edir. Satılmış malın elektron vergi hesab fakturası (EVHF) qarşı tərəfə 03.03.2020-ci il tarixində təqdim edilir. Satılmış məhsulun ödənişləri A MMC nin bank hesabına və ƏDV depozit hesabına 29.12.2019 tarixində 7381.23 (əsas) +1319.62 (ƏDV) və 08.01.2020 tarixində isə 818.77(əsas) +156.38 (ƏDV) şəklində daxil olur. Sualım aşağıdakı kimidir. 1. Bu əməliyyatı tam şəkildə 01.01.2020-ci il tarixinə olan əməliyyat kimi tanımlayıb 2019 cu ildə mövcud olan Vergi Məcəlləsinin 166-cı maddəsini əsas götürüb Dekabr 2019 və Yanvar 2020 ci ilin vergi tutuln dövriyyələrini müəyyən etməliyəmmi? 2. Bu əməliyyat üzrə vergi tutulan dövriyyəni hansı ayın yaxud ayların ƏDV bəyannaməsində hansı məbləğdə qeyd etməliyəm? Diqqətiniz üçün öncədən təşəkkürlər!
27/04/2020 Прочитано: 68 Средняя стоимость: 3

Bildiririk ki, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 01.01.2020- ci ilədək mövcud olan qaydada həyata keçirilir.

Xatırladırıq ki, 2020-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsində vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.

Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur. 

 Əsas: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu, 2.1-ci maddə.

3/5 (2 Средняя стоимость)
Оцените:
Elxan Behbudov el***@gmail.com ID: 1021
Bakı ş. Xəzər rayonu, Şuvəlan qəsəbəsində 148 m2 fərdi yaşayış evi olan xususi mülkiyətim vardır. Evim 0.039710 hektar ( təxminən 4 sot civarında) dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. İllik olaraq nə qədər və hansı vergi və ya rüsum ödəməliyəm? Xahiş edirəm bunu məbləğ olaraq bildirin.
27/04/2020 Прочитано: 127 Средняя стоимость: 5

Bildiririk ki, xüsusi mülkiyyətdə olan evin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir. Xəzər rayonu Şüvəlan qəsəbəsi 10-cu zonaya aid edildiyinə görə bu zona üçün müəyyən olunan əmsal 0,8-ə bərabərdir. (148-30) x 0.4 x 0.8 =37.76 manat.

Evinizin yerləşdiyi torpaq sahəsinə görə torpaq vergisinin hesablanması üçün torpaq sahəsinin hər 100 m2 görə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 0,6 manat tətbiq olunmalıdır.  4 x 0.6=2.4 manat.

Hesablanmış vergilərin ödənilməsi barədə tədiyə bildirişləri vergi ödəyicilərinə avqust ayının 1-dən gec olmayaraq çatdırılır, hesablanmış vergilər bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri (o cümlədən ödəniş alətləri və ödəniş vasitələri, ödəniş terminalları ilə) ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması isə qadağandır.

Qeyd edən vergilərin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Sevda Yusifova y_***@yahoo.com ID: 1018
Hüquqi şəxs "A"MMC digər "B"MMC hüquqi şəxsin təsisçisidir. 1) "A"MMC bölüşdürülməmiş mənfəətin "B" MMC-nin nizamnamə kapitalına qoyur. Bu əməliyyat nəticəsində "A"MMC üçün hansı vergi öhdəliyi yaranır 2) "A"MMC "B" MMC-yə borc verir. Bu əməliyyat nəticəsində "A" və "B" MMC-ri üçün hansı vergi öhdəliyi yaranır
27/04/2020 Прочитано: 141 Средняя стоимость: 5

Bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və onların vergi öhdəlikləri ayrılıqda müəyyən olunur.

Cavab 1. Bildiririk ki, nizamnamə kapitalına pul qoyuluşu hər iki tərəfdə (təsisçi və təsis olunan hüquqi şəxsdə) vergi öhdəliyi yaratmır.

Cavab 2. Eyni zamanda, qaytarılmaq şərti ilə təsisçi tərəfdindən təsis olunan hüquqi şəxsə faizsiz borcun verilməsi zamanı tərəflərin qarşılıqlı şəxslər olduğu nəzərə alınaraq vergi öhdəliyin yaranmasına əsas verir. Belə ki, borc məbləği qaytarılarkən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və hesablanmış faiz məbləğindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq məlumat üçün bildiririk ki, təsisçi ilə hesablaşmalar aparılarkən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları da nəzərdən qaçırılmamalıdır.

Əsas: Mülki Məcəlləsinin 52-ci maddəsi,  Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cü və 123-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanu

5/5 (1 Средняя стоимость)
Оцените:
İsgəndərov Eynal Eyvaz oğlu sa***@euroline.az ID: 1020
Salam. Bizim şirkət ABŞ-da yerləşən bir firma üçün tərcümə xidməti göstərib. Belə halda elektron qaimə necə yazılmalıdır?
27/04/2020 Прочитано: 111 Средняя стоимость: 5


Bildiririk ki, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifəsidir. Azərbaycan Respublikasında vergi uçotuna alınmayan qeyri-rezident şəxslərə elektron qaimə-fakturanın verilməsi tələb olunmur.

5/5 (3 Средняя стоимость)
Оцените:
Samir Nəsirov Mehman oglu mn***@bk.ru ID: 1730
2014 ci ildə götürdüyüm VÖEN-i indiyə qədər hec bir vaxt istifadə emədiyim ücün ləgv etdirmək istəyirəm. VÖEN № 5500743332 Nəsirov Samir Mehman oglu. VÖEN-in ləgv olunmasında mənə köməklik etməyinizi artıq dərəcədə xahiş edirəm
26/04/2020 Прочитано: 42 Средняя стоимость: 4

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

4/5 (2 Средняя стоимость)
Оцените:
Soltanov Ramin Aqif So***@gmail.com ID: 1728
Salam olsun hər kəsə qeydiyyatdan keçmişəm 190 manatla bağlı, hələ də məlumat yoxdur. İşləmirəm, yoldasım da işləmir. Xahiş edirəm köməklik edərdiniz.
26/04/2020 Прочитано: 29 Средняя стоимость: 1
1/5 (1 Средняя стоимость)
Оцените:
Ələddin Behbudov Nurəddin gb***@gmail.com ID: 1726
Salam. Adıma açıq vöenim var lakin vergi ödəmirəm. Buna baxmayaraq mənə 190 manatla əlaqədar rədd cavabı gəldi. Rədd mesajında aktiv vergi ödəyicisi olduğum əks olunub. İndi mən nə etməliyəm? Aktiv vergi ödəyicisiyəmsə mənə sahibkar kimi yardım düşürmü. Düşürsə bu barədə haraya müraciət etməliyəm?
26/04/2020 Прочитано: 38 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Ramil Zirəddin ra***@gmail.com ID: 1725
Mən vöen kodu parolu unutmuşam, necə öyrənmək olar?
26/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Bəxtiyar ef***@gmail.com ID: 1724
Salam mənim passiv VÖEN-im hal-hazırda aktivdir, onun ləğv edilməsini xahiş edirəm.
26/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aqşin Aşurov Aşur ak***@gmail.com ID: 1723
Salam. Mən bilmək istəyirəm ki, mən işsiz kimi qeydə alınmasında səbəb nə olub?
26/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elxan Rəmiyev Şixəli oglu el***@mail.ru ID: 1722
2012-ci ildə vöen açılıb, işdəm cixandan sonradan baglandi. İndi isə 2020-ci ildə aşkar olunub ki, mən VÖEN vergi istifadəçisiyəm, borcum da yoxdur. Qeydiyat nömrəsi 1302750022 ancaq pin şifrəni bilmirəm. VÖEN-mi dayandırmag yox, bağlamaq istəyirəm. Kömək edin.
26/04/2020 Прочитано: 41 Средняя стоимость: 1

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

1/5 (1 Средняя стоимость)
Оцените:
Dadaşova Səbinə Ağayunus Po***@mail.ru ID: 1721
Salam e-sosialdan imtina cavabı almışam VÖEN olduğu üçün. Vöeni bağlatdırmışam yenidən onlayn müraciət göndərdim mənə cavab gəlmir. Mən nə etməliyəm hara müraciət edim
25/04/2020 Прочитано: 41 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mahir zamanov Yusifeli ma***@mail.ru ID: 1720
Salam. Mən 2019-cu il dekabr ayının 26-da Kibel parfümeriya kosmetika mağazası açdim və 08.01.2020-ci ildə vöen açıldı. Sonra bu yaranmış covid19 virusu ilə əlaqədar mağaza bağlandı. Mənə işsiz kimi 190 manatın verilməsindən imtina gəldi, vergi ödəyicisi olduğum üçün. Sizdən xahişim mənə məlumat verəsiniz mən sahibkara dəstək üçün ayrılan 250 manatı ala bilərəm? Bunun üçün nə etməliyəm?
25/04/2020 Прочитано: 43 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla bu linkdən istifadə etməklə tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ali Aliyev Suliddin al***@bk.ru ID: 1719
Salam, VÖEN nömrəm 2003738302, VÖEN-imin kod, parol və şifrəsini öyrənmək istəyirəm, zəhmət olmasa.
25/04/2020 Прочитано: 60 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Tarverdiyev Rauf Cəfər ni***@mail.ru ID: 1716
Sizdən xahiş edirəm, mənim adıma olan VÖEN-ə 150324402 xitam verəsiniz. Cənab nazir sərəncam verib ki işlək vəziyyətdə olmayan VÖEN-lər passiv sayılır
25/04/2020 Прочитано: 40 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə baklı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Muzadil nəbiyev mətləb mu***@mali.ru ID: 1715
Salam. Mənim vöen-im açıq qalıb, bağlatdırmaq istəyirəm. Hal-hazırda heç yerdə işləmirəm. Bunu baglamaq üçün hara müraciət edim. Vergi orqalarna yaxınlaşdım. Qaradağ rayonu lökbatan qəsəbəsinə, baglıdır haı-hazırda.
25/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Rəşad Akif oğlu na***@gmail.com ID: 1714
Salam. Mən VÖEN-i 2009cu il tarixinde açdırmışam. Daha sonra ləğv elətdirmişəm. İndi bu məlumatı dəqiqləşdirmək üçün mən bu VÖENin aktiv və ya passiv olduğunu necə öyrənə bilərəm?
25/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

Əliyev Rəşad Akif oğlu adlı vergi ödəyicilərinin sayı bir neçə nəfər olduğu üçün, sizə məxsus VÖEN-i qeyd etməklə yenidən sual-cavab bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.  

0/5 (0 Средняя стоимость)
Оцените:
Səlimova Cəmilə Ramiz qızı Ba***@mail.ru ID: 1713
Salam hörmətli vergi orqanının əməkdaşları.Mən karantin dövründə vətəndaşlara ödəniləcək 190 manatlıq yardımla bağlı yazıram. Aprelin 24 de mənə sms gəldiki məşğulluq haqqında qanunun 4.1.3-cu maddəsinə əsasən məni işsiz kimi qeydiyyata alinmaqdan imtina edilmişdir, halbuki mən işsizəm. Birdə 142 çağrı mərkəzindən mənə bildirdilərki ola bilərki adinizda torpaq payı var ,halbuki adimda heç bir torpaq payı yoxdur .Çox- cox xahiş edirəm ki, zəhmət olmasa Bu məsələdə məni məlumatlandırasiz və hansı səbəbdən mənim 190 manatliq yardımı ala bilməyəcəyimi arasdirib cavab verəsiniz .Əvvəlcədən Təşəkkür edirəm.
25/04/2020 Прочитано: 41 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sadiq Səmədli Elmar sa***@mail.ru ID: 1712
Salam. Mən VÖEN əsasında fəaliyyət göstərirəm, fəaliyyətimin növü (əqli geri və inkişaf problemləri olan insanlara sosial dəstək). Mənə 3 sayli vergilər idarəsindən zəng edərək VÖEN ilə işlədiyimə gorə elektron kabinetdə obyekti qeyd etməli oldugumu dedilər. Dövlətin sosial müavinətlərin verdiyinə görə dedilər lazımdır. Mənə məlumat verin ki, burda nə etmək lazımdır və nə kimi problem və cərimələr ola bilər? Və tam nə etməli olduğumu deyərdiz.
25/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyeva Nigar Samir al***@bk.ru ID: 1711
VÖEN-i olan fiziki şəxsin bankda hesabı yoxdursa, onun yerinə Etibarnamə verdiyi şəxs hesab aça bilərmi onun adına? Bunun üçün nə tələb olunur?
25/04/2020 Прочитано: 40 Средняя стоимость: 0

Soğunuzdan bankda hesab açmaq istədiyiniz qənaətinə gələrək bildiririk ki, bank idarəsində hesab açmaq məqsədilə şəhadətnamə-dublikat alınması üçün vergi ödəyicisi uçotda olduğu vergi orqanına ərizə (“Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə”) ilə şəxsən və ya etibarnamə (fiziki şəxslər üçün notarial qaydada təsdiq edilməklə) ilə səlahiyyət verilmiş nümayəndə vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə müraciət edə bilər.

Bununla yanaşı, bank idarəsində hesab açmaq istəyən vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Bank idarələrində hesabların açılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: