Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Tağıyev Elvin el***@bk.ru ID: 1587
Salam. Sualım vöenin bağlatdırmaq haqdadır. Onlayn qaydada mümkündür? Əgər mümkündürsə hansı sənədlər lazımdır? Zəhmət olmasa ətraflı məlumat verərdiz, çox sağolun.
23/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fədai fa***@mail.ru ID: 1586
Mən vöenimi dondurmuşam, bağlatmışam yəni ki. Sildirmək istəyirəm, mümkündür?
23/04/2020 Прочитано: 40 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Babayev Səxavət Rəcəb Se***@mail.ru ID: 1585
Salam mən 4 il əvvəl taksi xidməti üçün VÖEN açdırmşam, lakin heç zaman istifadə eləməmişəm. Hazırda bu məsələyə görə 190 azn kompensasiya ala bilmirəm. Mənim VÖEN-i ya siz bağlayın, ya da izah edın mən bağlayım.
23/04/2020 Прочитано: 33 Средняя стоимость: 1

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

1/5 (1 Средняя стоимость)
Оцените:
Ceyhun Əskərli Fərhad oğlu fe***@mail.ru ID: 1584
Salam, mən vergi ödəyicisi olmuşam VÖEN ləğv etmək istəyirəm, amma karantinlə əlaqədar olaraq Lənkəran şəhərindəyəm. VÖEN Lökbatan qəsəbəsində qeydiyyata alınıb. Lənkəran vergi idarəsinə müraciət etdim mənə dedilər ki siz Lökbatan qəsəbəsinə getməlisiz.
23/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Rza Rzayev Qurbanəli tt***@mail.ru ID: 1583
Salam, mən VÖEN-i silmək istəyirəm. Xahiş bunula bağlı mənə kömək edərdiz.
23/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Vəliyev Eynur ev***@gmail.com ID: 1582
Mənim adıma vergi ödəyicisi çıxır.
23/04/2020 Прочитано: 35 Средняя стоимость: 0

Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz

Bax: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Cavad Tərlan Ja***@gmail.com ID: 1580
Sosial sıgorta haqqinda: Salam,sualim budur ki,baki şəhərində ticarət sahələrində sosial siğorta 2021 ci il yanvarin 1 inə kimi 25% ə endirilib, bəs rayonlarda neçə faizə endirilib?
23/04/2020 Прочитано: 38 Средняя стоимость: 0

Bildiririk ki, sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib.

  • Məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi.
  • Məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Günel Adıgözəlova gu***@mail.ru ID: 1579
Nizamnamə kapitalı. Şirkət 2019-cu ildə VN də qeydiyyatdan keçib. Ədv yə sıfır dərəcə ilə olunur (sıfır dərəcə haqqında sertifikat alınıb). Təsisçi tərəfindən nizamnamə kapitalı bank hesabına ödənilib. Şirkət 2019-cu il üçün Mənfəət bəyannaməsi hesabatı (kassa metodu ilə) təqdim edərkən nizamnamə kapitalındakı ödənilən məbləği "Gəlirlər" bölməsində göstərməlidirmi? Qeyd edim ki, həmin vəsait xərclərə yönləndirilib və həmin xərclər "Xərclər" bölməsində öz əksini tapib.
23/04/2020 Прочитано: 95 Средняя стоимость: 0

Bildiririk ki, hüquqi şəxsin təsisçisi tərəfindən nizamnamə kapitalına ödənilmiş vəsait müəssisənin gəliri hesab olunmur və hər iki tərəfdə vergi öhdəliyi yaratmır.

Nizamnamə kapitalına qoyuluş "Mənfəət vergisi bəyannaməsi"nin 1 nömrəli Əlavəsində  “Nizamnamə kapitalı” sətirinə aid olan “Hesabat dövrünün əvvəlinə”, “Dövr ərzində daxil olmuşdur”, “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütunlarının xanalarında vergi ödəyicisinin hesabat dövrü ərzində nizamnamə fondunun qanunvericilikdə nəzərdə tutulmuş qaydada artırılması (iştirakçıların payı artırıldıqda, səhmlərin əlavə emissiyası yaxud nominal dəyərinin artırılması) və azalması (iştirakçıların payı azaldıldıqda, səhmlər geri alınaraq ləğv edildikdə, yaxud nominal dəyəri azaldıldıqda) yazılır.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №-li Əmri ilə  təsdiq  edilmiş “Mənfəət vergisinin bəyannaməsi’nə Əlavə № 1-in tərtib edilməsi Qaydası.

0/5 (0 Средняя стоимость)
Оцените:
Natiq Umudov ALVERDI na***@bk.ru ID: 1578
Salam, mən 2014-cü ildə vöen açmışam, sonra da baglatdırmışam. Amma indi aktiv göstərir, mən necə bağlaya bilərəm vöeni? Zəhmət olmasa kömək edin.
22/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
VALEHOVA AFAQ YUSIF is***@gmail.com ID: 1577
Salam. Mən vergi ödəyicisi (1902900532) kimi qeydiyyatdan keçmişəm və şəhadətnaməmi götürmüşəm. Şifrə parolumu (hazır sənədimi) necə əldə edə bilərəm? Xidmət dayandığı üçün gedib götürə bilmirəm. Telefonla da əlaqə saxlaya bilmirəm. Xahiş edirəm köməklik edəsiniz.
22/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsayev Şirxan Eldar oğlu fe***@mail.ru ID: 1576
Salam, mən öz adıma VÖEN açdırdım, ancaq istifadə etməmişəm. Birdəfəlik yardım üçün müraciət etdiyimdə, mənim adıma VÖEN olduğu üçün həmin yardımın verilməsi mümkün olmadığını dedilər. 195 çağrı mərkəzinə ve vergiler nazirliyinə müraciət etsəmdə mənə online muraciət etməyimi dedilər. VÖEN - nin bağlanmasını istəyirəm ki, 190 manatlıq yardımı ala bilim.
22/04/2020 Прочитано: 21 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qasımov Eldəniz Tapdıq im***@mail.ru ID: 1575
Mən Qasımov Eldəniz Tapdıq oğlu ( VÖEN 2003278522) 17.12.2019 - cu il tarixində fərdi sahibkarın vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciət etmişəm. Müraciət nəticəsində qeyd etdiyim VÖEN bağlanmışdır.Lakin 190 AZN birdəfəlik sosial yardımla əlaqədar müraciət edən zaman sistemdə VÖEN-in statusu Aktiv göstərilir. Çağrı mərkəzi (195) müraciətim üzrə VÖEN-ə daxil olmaq istədi, lakin operator qeyd etdi ki bu VÖEN bağlıdır. Mən bilmək istərdim ki nəyə görə məşğulluq sistemində Aktiv göstərilir?
22/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ehmedov Ferid Abdulehed Fe***@gmail.com ID: 1574
Salam mən vergi kodumu itirmişəm, necə əldə edə bilərəm, vöen bilirəm, kodu online necə əldə edə bilərəm?
22/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Rzayev Elnur Sabirovic el***@gmail.com ID: 1573
Salam, mənim adima vöen var, amma çoxdan dayandırmışam fəaliyyəti. İş üçün açdırmışdım, o da lazım olmadı. indi xitam vermək istəyirəm, mən nə etməliyəm?
22/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Musayev Xəzər Rövşən xe***@gmail.com ID: 1572
Salam. Fiziki şəxsin VÖEN-i 5 il müddətinə dayandırıldığında, ona 190 manat birdəfəlik ödəmə düşürmü?
22/04/2020 Прочитано: 22 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Letifova Aybəniz Bəhram qızı ne***@mail.ru ID: 1569
Salam. 2013-cü ildə mənim adıma olan VÖEN-i bağlatdırdığım halda onun indi aktiv olması haqqında məlumat almışam. Xahiş edirəm mənim adıma olan sənədi ləğv edəsiniz və yaxud mən nə etməliyəm?
22/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev nahid Nadir na***@gmail.com ID: 1568
Mənim aktiv əmək müqaviləm var yoxsa yox?
22/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizlə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
İlham Abduləlimov Camal il***@mail.ru ID: 1567
Vergi ödəyicisiyəm. Çayxana işlədirəm, mənə dövlət yardımı düşür? Pandemiyaya görə məcbur işi dayandırmışam. Mənə kömək etməyinizi xahiş edirəm.
22/04/2020 Прочитано: 32 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linkdən istifadə etməklə tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Salman Abdullayev İbrahim o. sa***@mail.ru ID: 1566
Adıma kiçik müəssisə ya hər hansı digər geydiyyatdan keçmiş subyektin olub - olmaması hagda və əgər varsa, onların geydiyyat və s. məlumatları hagda məni xəbərdar etmənizi xahiş edirəm. Mən elektron gaydada buna necə baxa və müvafig arayış ala bilərəm?
22/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizlə bağlı rəsmi qaydada Dövlət Vergi Xidmətinə səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elvin Osmanlı Fəhrad el***@gmail.com ID: 1565
Hər vaxtınız xeyir olsun. Ölkə Prezidenti İlham Əliyev cənablarının təlimatına əsasən, işsiz şəxslərə birdəfəlik ödəmə üçün, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətim zamanı, e-sosialdan gələn ismarıcda mənim vergi ödəyicisi olduğum aşkar olunub. Ancaq Vergilər Nazirliyindən online olaraq axtarışım zamanı adıma heç bir vöen hesabı olmadığı məlumat verildi. Sizdən xahişim budur ki, Elvin Osmanlı Fəhrad oğlu adına hal-hazırda hansısa bir vergi ödəməsi davam edirsə, zəhmət olmasa, mənə təqdim edəsiniz. Təşəkkür edirəm.
22/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Osmanlı Elvin Fəhrad oğlu (VÖEN 4400290662) vergi ödəyicisi kimi 10 saylı Ərazi Vergilər İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените: