Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əliyev nahid Nadir na***@gmail.com ID: 1568
Mənim aktiv əmək müqaviləm var yoxsa yox?
22/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizlə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
İlham Abduləlimov Camal il***@mail.ru ID: 1567
Vergi ödəyicisiyəm. Çayxana işlədirəm, mənə dövlət yardımı düşür? Pandemiyaya görə məcbur işi dayandırmışam. Mənə kömək etməyinizi xahiş edirəm.
22/04/2020 Прочитано: 32 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linkdən istifadə etməklə tanış ola bilərsiniz.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Salman Abdullayev İbrahim o. sa***@mail.ru ID: 1566
Adıma kiçik müəssisə ya hər hansı digər geydiyyatdan keçmiş subyektin olub - olmaması hagda və əgər varsa, onların geydiyyat və s. məlumatları hagda məni xəbərdar etmənizi xahiş edirəm. Mən elektron gaydada buna necə baxa və müvafig arayış ala bilərəm?
22/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizlə bağlı rəsmi qaydada Dövlət Vergi Xidmətinə səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elvin Osmanlı Fəhrad el***@gmail.com ID: 1565
Hər vaxtınız xeyir olsun. Ölkə Prezidenti İlham Əliyev cənablarının təlimatına əsasən, işsiz şəxslərə birdəfəlik ödəmə üçün, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətim zamanı, e-sosialdan gələn ismarıcda mənim vergi ödəyicisi olduğum aşkar olunub. Ancaq Vergilər Nazirliyindən online olaraq axtarışım zamanı adıma heç bir vöen hesabı olmadığı məlumat verildi. Sizdən xahişim budur ki, Elvin Osmanlı Fəhrad oğlu adına hal-hazırda hansısa bir vergi ödəməsi davam edirsə, zəhmət olmasa, mənə təqdim edəsiniz. Təşəkkür edirəm.
22/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Osmanlı Elvin Fəhrad oğlu (VÖEN 4400290662) vergi ödəyicisi kimi 10 saylı Ərazi Vergilər İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Xatimə Mirzəyeva Sədrəddin qızı kh***@gmail.com ID: 1560
Salam. Fiziki şəxs onlayn olaraq istifadəçi kodu, parol və şifrəni necə əldə edə bilər?
22/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Səmədov Elgün Qnyaz El***@gmail.com ID: 1559
VÖEN-imi bağlatmışam, bağlandığını haradan öyrənim?
22/04/2020 Прочитано: 30 Средняя стоимость: 5

Bildiririk ki, Səmədov Elgün Qnyaz oğlu (VÖEN 4400731592) vergi ödəyicisi kimi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

5/5 (1 Средняя стоимость)
Оцените:
Behbudov Vuqar Nusret be***@gmail.com ID: 1558
VÖEN-i onlayn ləğv etdirmək mümkündürmü? Mümkündürsə necə etmək lazımdır?
22/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Faiq Əzimov Bayram fa***@gmail.com ID: 1557
Sahibkarlara dəstək proqramı çərçivəsində 1000 manat pul hesabıma köçürülüb. 2019 cu ildə 2716 manat vergi ödəmişəm. Ödənilən məbləğ doğrudurmu? Nə üçün eyni məbləğdə vergi ödədiymizə baxmayaraq bəzilərinə 2000 manat verilir. Xahiş edirəm mənə hesablama qaydası barədə məlumat verin.
22/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi mexanizmi çərçivəsində göstərilən maliyyə dəstəyinin minimum həddi 250, maksimum həddi 5000 manatdır. Əgər fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 1 000 manatadək olduqda, ödədikləri vəsait tamamilə, 250 manatdan az olarsa, ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 1 000 manatdan çox olduğu halda, müvafiq əmsallar tətbiq edilməklə 5 000 manatdan çox olmamaqla maliyyə dəstəyi göstəriləcək.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rugiyya Mamedova Ru***@hotmail.com ID: 1556
Добрый день . Компании ААА являющеся налогоплатильщиком НДС в феврале месяца провела увольнение сотрудника. Согласно принятому решению компании, сотруднику было разрешено передать основное средство - монитор в размере остаточной балансовой стоимости 2000 манат после проведенных работ очистки со стороны специалистов в марте и был выставлен акт в налоговой системе в марте. Данное основное средство числилось на балансе комапнии в основных средствах. Пожалуйста уточните какие возникают налоги в данном случае? Так как 2000 манат являются доходом сотрудника с Гросс суммы были начислены налоги и выплачены бюджет (социальный налог и подоходный). Облагается ли операция по снятия с учета основного средства - НДС ом?
22/04/2020 Прочитано: 89 Средняя стоимость: 5

Bildiririk ki, Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Həmçinin Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Vergi Məcəlləsinin 14-cü maddəsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir.

Həmin maddəyə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiymətləri nəzərə alınmaqla hesablanır.

Vergi Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən isə bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabeliyində və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətində olduqda belə şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunurlar.

Sorğunuzda qeyd olunan halda işəgötürən şəxs tabeliyində olan işçiyə əmlakı təqdim etdikdə vergilər bazar qiyməti ilə hesablana bilər.

Əsas: Vergi Məcəlləsinin 14.1-ci, 14.3-cü, 18.2.2-ci və 159-cu maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Sultanov Aydin Sulman Pe***@gmail.com ID: 1555
Salam mən vöen açdırmaq istəyirəm. Bunun üçün nə etməliyəm?
22/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Bildiririk ki, vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

 “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

Əsas: Vergi Məcəlləsinin 33-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ramal Ehmedov Ehmed ra***@mail.ru ID: 1554
Salam. Yoldaşımın VÖEN parol və şifrəsini tapmır. Onu necə öyrənmək olar? 9 saylı Vergi İdarəsindən alınıb.
22/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Bildiririk ki, İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədov Əli Rövşən oğlu al***@mail.ru ID: 1553
Mən 01.01.2020 tarixindən etibarən Topazda kassir işləyirəm, işim covid-19 virusu ilə əlaqədar 19.03.2020 dən karantinə uyğun olaraq müvəqqəti dayandırılıb. Mən necə yardım ala bilərəm?
22/04/2020 Прочитано: 37 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəfərov Məmməd İnqilab me***@mail.ru ID: 1552
Salam, ödəyici fəaliyyətini 2018-ci il tarixdən dayandırıb və hazırda passivdir. Ödəyici fərdi sahibkara dəstək proqramından yararlana bilərmi və hansı sənədə əsasən (zəhmət olmasa LİNK qeyd edilməklə) yararlana bilər və ya bilməz?
22/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Heydar Isgandarov he***@mail.ru ID: 1551
Vöenimin vergi uçotundan çıxardılıb ləğv edilməsilə bağlı sorğuma cavab istəyirəm.
22/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
İlqar Əsgərov ww***@mail.ru ID: 1550
Salam. sualım belədir. 1. Təmir fəaliyyəti ilə məşğul olan Fiziki şəxs neçə nəfər işçi ilə əmək müqaviləsi bağlaya bilər? (neçə nəfər işə götürə bilər) 2. Bina tikən Hüquqi şəxsələrə təmir xidməti göstərən (suvaq, rəng və s.) Fiziki şəxs sadələşmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilər? 3. Təmir fəaliyyəti ilə məşğul olan (suvaq, rəng və s.) Hüquqi şəxs sadələşmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilər?
22/04/2020 Прочитано: 46 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, fərdi sahibkar istənilən sayda muzdlu işçi cəlb etməklə fəaliyyətini həyata keçirə bilər. 

Cavab 2-3. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu və 218.6.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Gülşən Axundova Feyzulla wd***@gmail.com ID: 1549
Mənim VÖEN-im 2300657592. Xahiş edirəm mənə yeni şifrə-parol verəsiniz.
22/04/2020 Прочитано: 22 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Qarayev Cavid Azər Ja***@mail.ru ID: 1548
Zəhmət olmasa, mənə aid olan istifadəçi kodunu və şifrəni verəsiz. Zəhmət olmasa bağlı olan yerlərə məni göndərməyin. Alınırsa siz verin. Vöen nömrəm budur: 1402285472.
22/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Məsimova Günay se***@mail.ru ID: 1292
Mən Xüsusi notarius kimi fəaliyyət göstərirəm və muzdla işləyən işçilərim var. DSMF-na hər rüb İşəgötürən (0112) və Notarius (0310) kimi ayrı-ayrılıqda hesabat təqdim etmişik. 2020-ci ilin 1-ci rübü üçün Muzdlu işlə əlaqədar Vahid Bəyannamə təqdim edən zaman hər 2 Bəyannamə formasını tərtib və təqdim etmək mümkün olmadı, bu fəaliyət kodu üzrə bəyannamə tərtib edildiyini əsas göstərərək Notarius üçün bəyannaməni (0310) qəbul etmir. Bilmək istərdim ki, Muzdlu işçisi olan Xüsusi Notarius bu Bəyannamələri necə tətrib və təqdim etməlidir. Zamanın azlığını nəzərə alaraq mənə tez cavab verilməsini xahiş edirəm.
22/04/2020 Прочитано: 58 Средняя стоимость: 0

Vahid bəyannamənin forması və doldurulması qaydası ilə saytımızın "Bəyannamələr" bölməsində, bəyannamənin doldurulması haqda videotəlimat ilə isə saytımızın Media - Multimedia altbölməsində tanış ola buradan bilərsiniz.

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qasımov Kərim Eldar oğlu ke***@mail.ru ID: 1546
Salam. Mən Asan imzanın müddəti bitdiyi üçün onu bu gün yenilədim və Vergilər Nazirliyinə müraciət etmək istədim. Lakin 195 xidmətindən bu barədə məlumat ala bilmədim, onlayn müraciət üçün qeydiyyatdan keçmək istədim, burada isə şəxsiyyət vəsiqəsinin seriyası AZE yazılıb, lakin məndə yeni vəsiqəsir və AA seriyalıdır. Lütfən Asan imzanın sertifikatlaşdırılması üçün mənə kömək edin.
22/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

ASAN İmza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə bütün mobil operatorlardan (AzercellBakcellNar) ASAN İmza SİM-kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və ASAN İmza SİM-kartı ("ICCID" nömrəsinin sistemə daxil edilməsi üçün) ilə birlikdə ASXM-ə (Vergi ödəyicilərinə xidmət mərkəzinə və ASAN xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət etməlidir.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Gulsan Axundova Feyzulla wd***@gmail.com ID: 1544
Salam. Mənim Asan imza sertifikatımın vaxti bitib. Zəhmət olmasa, karantinlə əlaqədar uzadardınız.
22/04/2020 Прочитано: 37 Средняя стоимость: 0

Bildiririk ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizəni təşkil etmək üçün xüsusi rejimdə işləmək barədə göstərişlərini əldə rəhbər tutaraq, fiziki şəxslər, şirkət rəhbərləri olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, həmçinin rəhbər olan dövlət qulluqçuları üçün “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və yuxarıda qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirilmişdir. “Asan İmza” biznes sertifikatlarının digər sahibləri öz sertifikatlarının müddətini onlayn qaydada asxm.gov.az portalı vasitəsilə uzada biləcəklər. 

0/5 (0 Средняя стоимость)
Оцените: