Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Eminova Şəfaqət Fikrət ug***@mail.ru ID: 1513
190 manat yardım almaq üçün istifadəsiz qalmış VÖEN-i necə dayandıra və ya ləgv edə bilərəm. Xahiş edirəm kömək edəsiniz.
22/04/2020 Прочитано: 20 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fazil Muradov Xalit oğlu om***@mail.ru ID: 1512
Qeydiyyyat nömrəsi (VÖEN) 1101028942 ləğv edin.
22/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnaməni (vergi orqanından təhvil götürüldüyü halda onun əslini) şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə vergi orqanına təqdim edə bilərsiniz. Eyni zamanda, gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aida Eyvazova ai***@gmail.com0503223532 ID: 1115
Salam. Mən vergi ilə əlaqədar mənə ünvanlanmış məktubları haradan açıb oxuya bilərəm?
22/04/2020 Прочитано: 81 Средняя стоимость: 0

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qasımova Səbinə Akif qızı qa***@gmail.com ID: 1510
Salam. Mən Qasımova Səbinə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət etmişəm və cavabında mənə vergi ödəyicisi oldugum göndərilib. Bildirmək istəyirəm ki özüm bu haqqda məlumatsızam, heç vaxt vöen üçün müraciət etməmişəm, hecbir sənədə imza atmamışam. Bunun dogrulugunu, həqiqətən adıma açıldigini, tarixini, və kim tərəfindən edildiyini necə öyrənə bilərəm. Sizdən çox xahiş edirəm tez zamanda kömək edəsiz. Ailədə mən və iki az yaşlı qızımdı mən sadəcə aylıq aliment alıram, və aprel ayına ayrılan birdəfəlik kömək (190 manat) üçün müraciət etmişdim bu cür problemlə üzləşdim.
22/04/2020 Прочитано: 74 Средняя стоимость: 0

Qasımova Səbinə Akif qızı (VÖEN 1602069812) vergi ödəyicisi kimi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəfərova Mehriban Səlman qızı me***@mail.ru ID: 1105
Hal-hazırda Covid-19 pandemiyası ilə əlaqədar fiziki şəxs (sahibkar) kimi işlətdiyim geyim mağazası bağlanib. Ancaq mənim bir nəfər muzdla işləyən (əmək müqaviləsi) satıcım var. Sahibkarlara dəstək məqsədilə ayrılmış vəsaitin dövlət tərəfindən ödənilməsi necə həyata keçiriləcək və mən hara müraciət etməliyəm.
22/04/2020 Прочитано: 129 Средняя стоимость: 3

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. 

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Fərdi (mikro) sahibkar olaraq hər iki maliyyə dəstəyi üçün müraciət edə bilərsiniz.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlar səhifəmizdə yerləşdirilmişdir.

3/5 (1 Средняя стоимость)
Оцените:
Fazail Fn***@gmail.com ID: 1509
Salam, mənə muzdlu işçi kimi dövlətin maddi yardımı ayrılması üçün maraqlanırdım.
22/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Vergilər nazirliklərinin rəsmi internet saytlarında yerləşdirilir və hər gün yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aynurə, Muxtarova, Qurban ay***@yahoo.com ID: 1508
Salam, Mən 190 manat üçün müraciət etmişdim, işsizəm. Amma mənə sms gəldi ki, mən vergi ödəyicisiyəm . Mən halhazırda vergi ödəyicisi deyiləm , illər əvvəl açılmış VÖEN - im indi aktivləşdirilib, bağlanmağı üçün müraciət etmək istəyirəm .Kimə müraciət edim ? Vergilərin çağrı mərkəzinə 2 gündü yığıram məşğuldu
22/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Emil Abdulrəhimov Yaqub oğlu el***@mail.ru ID: 1507
Biz mühərrikli qayıqlarla rəsmi sənaye üsullu dəniz balıqçılığı fəaliyyəti ilə məşğul oluruq (iqtisadi fəaliyyət növünün kodu - 03110). Müvafiq sənədlər də var. Hərəkət məhdudiyyəti rejimi tətbiq edildiyindən fəaliyyətimi dayandırmışam, baxmayaraq ki, dəniz balıqçılığı sahəsinə qadağa şamil edilməyib. Operativ Qərargahın martın 30-da müəyyənləşdirdiyi əlavə tədbirlərdə Dəniz gəmiçiliyi fəaliyyətinə (4-cü bənd) icazə verildiyi halda, bəs sənaye dəniz balıqçılığı niyə “Fəaliyyətinə icazə verilənlər” siyahısına daxil edilməyib?
22/04/2020 Прочитано: 60 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan məsələ Dövlət Vergi Xidmətinin səlahiyyətinə aid edilmədiyi üçün, aidiyyəti üzrə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ali Xudayarov İnayət oğlu al***@mail.ru ID: 1107
Fiziki şəxsin əlində VÖEN vəsiqəsindən başqa heç bir sənəd olmadığı halda, karantin şəraitində VÖEN-ni bağlatdırmaq üçün nə etmək lazımdır ?
22/04/2020 Прочитано: 133 Средняя стоимость: 4

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

4/5 (4 Средняя стоимость)
Оцените:
Seymur Allahverdiyev Baxşəli se***@gmail.com ID: 1109
Salam. Mən Karantin dövründə vətəndaşlara ediləcək yardımla bağlı yazıram. Bir neçə gündür ki, elan olunan sayt və telefon nömrələri əlçatan deyil. Bu məqsədlə sizə yazır və müraciətimin hər bir sualının cavablandırılmasını istəyirəm. Vergilər Nazirliyinə yazmağımın səbəsi aşağıdakı sitatda öz əksini tapmışdır. Mən illərdir ki, vergi ödəyicisiyəm. Mənim rəsmi iş yerim yoxdur. VÖEN-lə günə muzd olaraq fəaliyyət göstərirəm. Xidmət müqaviləsi vasitəsilə. Hal-hazırda yaranmış vəziyyətə görə mənim də digər günə muzd işləyənlər kimi fəaliyyətim dayanmışdır. Bu səsəbdən də dövlət tərəfindən fərdi sahibkarlara ayrılmış vəsaitdən mənim də yararlanmağımın doğru olduğunu düşünürəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Sahil Babayev dünənki çıxışında qeyd etdi ki, "Əgər ailədə bir nəfər də olsun əmək müqaviləsi ilə çalışan varsa, həmin şəxslər bu yardımdan faydalana bilməyəcəklər." Mənim həyat yoldaşım müəllim kimi fəaliyyət göstərir və hal-hazırda analıq məzuniyyətindədir və bildiyiniz kimi bu vəziyyətdə heç bir əmək haqqı dövlət tərəfindən verilmir. Mənim ailəm dörd nəfərdən ibarətdir və hal-hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq mən işləyə bilmirəm, ailə büdcəsinə heç bir vəsait daxil olmur. Bu səbəbdən də mən bu yardımdan faydalanmağımın doğru olduğuna qəti əminəm. Sitat "Elə vətəndaşlarımız var ki, onlar VÖEN-lə işləyirlər, yəni mikro və ya fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Həmin sahibkarlıq subyektlərinə də birbaşa yardımın həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılacaq. Yenə də 300 min vətəndaşımız bu vəsaitdən yararlana biləcək. Orta hesabla, hər bir VÖEN-lə işləyən vətəndaş üçün 267 manat vəsaitin ayrılması nəzərdə tutulur.......Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesabına köçürülür. " Zəhmət olmasa, bu barədə ətraflı məlumat verərdiniz. Mən bu yardımı almaq üçün nələri etməliyəm?
22/04/2020 Прочитано: 138 Средняя стоимость: 5

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. 

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlar səhifəmizdə yerləşdirilmişdir.

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
eliyev tariyel ay***@gmail.com ID: 1505
Mən mart ayında işdən ayrılmışam, hal-hazırda işləmirəm. Dünən mənə e-sosialdan mesaj gəlib ki, siz iş yerində qediyyatda olduğunuz üçün birdəfəlik ödəməni ala bilməzsiniz. İndi mən nə o qediyyatı sildirə bilirəm, nə də ala bilirəm. Bir aydan çoxdur işləmirəm, amma adım şirkətdə qediyyatdadır. Bəs mən neynəyə bilərəm?
22/04/2020 Прочитано: 21 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan məsələlər üzrə aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Haciyev Aqil Rafiq oğlu aq***@gmail.com ID: 1504
VÖEN-in kod şifrəsi yadımdan çıxıb, necə sildirə bilərəm VÖEN-i?
22/04/2020 Прочитано: 19 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
BAXIŞOV PƏPVİZ MEDAL pe***@gmail.com ID: 1503
Salam! Xahiş edirəm, kömklik edin. Adıma olan VÖEN-ni onlayn bağlanması üçün neynəməliyəm? Çünki karantinlə baglı vergi idarələrinə gedə bilmirəm. Bir dəfə baglatdırmağıma baxmayaraq yenıdən açılıb və mən bunun 5 ildən sonra yenidən açılmalı olacağını bilmirdim, heç bir yerdə işləmədiyim halda adımda vöen açıq qalıb mənə mane olur!
22/04/2020 Прочитано: 19 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Balayev Zaur Zülfüqar gu***@gmail.com ID: 1499
Salam. Mən verqi ödəyicisi deyiləm, vöenim yoxdur. SMS qəlib ki, siz verqi ödəyicisisiz. Necə şəffaflıq qətirmək olar. 3 uşaq atasıyam, oturmuşam evdə.
21/04/2020 Прочитано: 40 Средняя стоимость: 0

Balayev Zaur Zülfüqar (VÖEN 1602612482) vergi ödəyicisi kimi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Feyziyev Valeh Adbala oğlu me***@mail.ru ID: 1498
Salam. Men Voen Şəadətnaməsinin istifadəçi İD si, parol və şifrəsini itirmişəm. Bu məlumatların öyrənilməsi üçün hara və necə müraciət etməliyəm və onlayn qaydada bunu gerçəkləşdirə bilərəmmi? Xahiş edirəm bu barədə mənə köməklik edəsiniz.
21/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Səfərov Elşən Eldar el***@gmail.com ID: 1497
Hörmətli Vergilər Xidməti! Mən uzun müddətdir heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmuram. Ona görə də 5 il əvvəl açdırdığım VÖEN-nin (1802718642) bağlanmasını xahiş edirəm.
21/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abdullayev Baxşəli Müslüm oğlu ba***@mail.ru ID: 1496
VÖEN login parol və şifrəni itirilib, onu necə bərpa etmək olar?
21/04/2020 Прочитано: 42 Средняя стоимость: 1

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

1/5 (2 Средняя стоимость)
Оцените:
ALIYEV RAUF NIZAMI OGLU ra***@gmail.com ID: 1495
Mən təxminən beş ya altı il bundan qabaq vöen açdırmışdım sosal yardım üçün. Həmin vaxt bizə sosial tətbiq edilmədi. Mən vöeni bağlatmadım, sonra da həbsə düşdüm 3 il cəza çəkdim. Hal-hazırda işsiz kimi qeydiyyata düşə bilmirəm ki, 190 manat birdəfəlik yardım ala bilim. Mənə mesaj gəlib ki, vergi ödəyicisisən. Mən 3 ildir həbsdə olmuşam, 27 gündür azad olmuşam. Sizdən çox-çox xahiş edirəm mənim vöenim varsa onu ləğv edəsiniz. Əvvəlcədən minnətdaram.
21/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda, fəaliyyətin dayandırıldığı tarixədək olan dövr üzrə öz üzərinə düşən vergi öhdəliklərini (bəyannamələrin təqdim olunması, vergi məbləğlərinin ödənilməsi) mütləq qaydada yerinə yetirməlidir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.  

0/5 (0 Средняя стоимость)
Оцените:
Tofiq Huseynov Sefalet ac***@gmail.com ID: 1494
İnternet vergi saytında qeydiyyatdan keçirəm şəxsiyyət vəsiqəsilə 0555545549 nömrəsiylə yazılır ki, bu nömrə sənin deyil. Zəhmət olmasa köməklik edin.
21/04/2020 Прочитано: 21 Средняя стоимость: 0

Müraciətinizin maliyyə dəstəyi üçün müraciət etmək haqda olduğun qənaətinə gələrək bildiririk ki, vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.

0/5 (0 Средняя стоимость)
Оцените:
Salahova Nurana Muzaffar sa***@gmail.com ID: 1493
Salam. 2019- cu ilin Senytabr ayında fəaliyyəti dayandırılan və 2024-də yenidən açılacaq olan VÖEN sahibkaıi olaraq hər hansı kompensasiya almaq mümküdnürmü? Xahiş edirəm məlumat verin. Əgər mümkündürsə qeydiyyata düşmək istərdim ən qısa zamanda.
21/04/2020 Прочитано: 27 Средняя стоимость: 0