Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Atakişiyeva Aynurə Sahin qızı ur***@mail.ru ID: 1489
Salam. Mən yenidən istifadəçi kodu, parol və şifrə almaq istəyirəm.
21/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Elvin Ceferquliyev Tofiq oğlu el***@gmail.com ID: 1488
Salam vergilər nazirliyinin əməkdaşları. Mən vöenimi bağlamaq istəyirəm. Lakin parolu unutmuşam. 195 cağrı mərkəziyıə əlaqə yaratmaq istəyirəm hər zəng vuranda 1 manat balans gedir cavab verilmir zəngimə. Bir nsanı 40 dəqiqə xəttə gözlətməy olarmı. Xaiş edirəm mənə köməklik edin aktiv Vöenim ləğv edilsin
21/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Mahmudov Azər Mahmud ge***@mail.ru ID: 1487
Salam. Mən 190 manatla bağlı e-sosial.az saytından qeydiyyatdan keçdim. Aprelin 15-i mənim mobil nömrəmə mesaj gəldi ki, aktiv əmək müqaviləm var. Ancag bu müqavilə bir neçə il əvvəl dayandırılıbb. Xahiş edirəm ya təzminat verilsin, ya da arxivdən müqavilə silinsin 190 manat ala bilim. İşsizəm atam xəstə insandır.
21/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səfərov Azər Məzahim oğlu na***@gmail.com ID: 1486
Mən VÖEN imi qeydiyyatdan ərizə təqdim edim çıxartdirmışam və fəaliyyətimi coxdandir dayandırmışam. Bilmək istəyirəm ki, hal hazırda aktivdir ya qeyri aktivdir??
21/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Bildiririk ki,vergi ödəyicisinin eyniləşdirilmə nömrəsini (VÖEN-i) “Bİr pəncərə” bölməsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləribarədə məlumatın verilməsi” altbölməsinə hüquqi şəxsin adını böyük hərflərlə yazmaqla və “Ada görə” xanasını işarələməklə öyrənmək olar.

0/5 (0 Средняя стоимость)
Оцените:
Pərvin Hidayətova Füzuli he***@mail.ru ID: 1485
Salam. Mən vöenim üzrə dsmf borcunu öyrənmək istəyirə m.Birdə vöenimin kodu şifrəsini itirmişəm zəhmət olmasa köməklik edin. 195ə düşmək olmur.
21/04/2020 Прочитано: 36 Средняя стоимость: 0

Vergi ödəyicisi məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olub-olmamasını ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər. 

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”-ni müvafiq qaydada tərtib edib qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməlisiniz.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Ramil Kamilov Aydin ka***@list.ru ID: 1484
Salam. Mən uzun illər bundan öncə VÖEN-i dondurmuşam, daha doğrusu obyekt bağlanıb. Bir dəfəlik ödənişdən istifadə etmək istəyirəm, mənə vergi ödəyicisi olduğum bildirilir. Mənim adıma olan VÖEN-in ləğv olunmasında mənə kömək edərdiz, zəhmət olmasa.
21/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Oruc orucov Telman Or***@gmail.com ID: 1483
Salam, mən taksi fəaliyyəti ilə məşğul olurdum. Adıma VÖEN açdırmışdım, son 2 ay olar ki, bağlatdırdım. Nərimanov vergi idarəsində. Məşğullug xidmətinə 190manat almaq üçün sms göndərdim və cavab gəldi ki, VÖEN bağlanmayıb. Vergi ödəyicisi olduğum yazıldı. İndi mən online qaydada nece vöen -i bağlatdıra bilərəm kii, 190manatdan yararlana bilim. Zəhmət olmasa sualımı tez zamanda cavablandırasınız.
21/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Azər Qasımov Rasim qa***@gmail.com ID: 1482
Salam. Mən birdəfəlik ödəmə üçün e-sosial xidmətindən istifadə edib qeydiyyatdan keçdim. Mənə məlumat gəldiki siz vergi ödəyicisiniz. Sadəcə mən ətraflı bilmək istəyirəmki mənim məlumatım olmadan necə vergi ödəyicisi ola bilərəm. Xaiş edirəmki bu barədə mənə köməklik edəsiniz, və vergi ödəyiciliyindən imtina etmək istəyirəm.
21/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Qasımov Azər Rasim oğlu (VÖEN 2200731472) vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbasova Dilbər di***@mail.ru ID: 1481
Asan imza sertifakıtının yenilənməsi üçün hal hazırda hara müraciət olunmalıdır? Sertifikatın müddəti fevral 2020-ci il tarixdə bitmişdir.
21/04/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, hər bir sertifikatın qüvvədə olma müddəti 3 ildir. Sertifikatınızın müddəti başa çatdıqda mobil operatorların ofislərinə müraciət edərək yeni Asan İmza (Mobil imza) SIM kartı alınmalı, sonra isə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) və ya ASAN xidmət mərkəzlərinə müraciət edilərək Asan İmza (Mobil imza) aktivləşdirilməlidir.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Leqayeva Mədinə Zeynalabid aa***@mail.ru ID: 1480
Salam. Mən bilmək istəyirəm işlədiyim şirkətə pandemiyadan zərər çəkmələrinə görə ayrılmış maddi vəsaitin alınması üçün necə və hara müraciət etməliyəm.
21/04/2020 Прочитано: 21 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sübhan Piriyev Oktay pi***@gmail.com ID: 1479
Salam. 2019-cu il sentyabr ayında VÖEN-imi dayandırmışam. VÖEN-i açdırıb heç işə də başlamışdım deyə ləğv etdim. Pandemiya ilə əlaqədar 190 AZN ödənişi ala bilərəmmi? Xahiş edirəm ətraflı məlumat verə bilərsinizmi?
21/04/2020 Прочитано: 18 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sübhan Piriyev Oktay pi***@gmail.com ID: 1478
Salam. Mən 190 manat yardım üçün qeydiyyatdan keçmişəm. VÖEN sentyabr ayında vöeni dayandırmışdım. Aktiv sayılırmı? Bu haqda məlumat almaq istəyirəm
21/04/2020 Прочитано: 20 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ruslan Mesimov Çingiz Ru***@mail.ru ID: 1477
Xahiş edirem menim adıma vöen olub olmadığını deyerdiz
21/04/2020 Прочитано: 22 Средняя стоимость: 0

Vbldiririk ki, VÖEN-nin mövcud olub-olmaması barədə “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Ənvər Məmmədağa oğlu ma***@mail.ru ID: 1476
Salam. Mən 2014-cü ildə Ünvanlı Sosial Yardım almaq üçün adıma VÖEN açılmışdı.Hal hazırda işsizliyimə görə 190-azn müavinat almaqdan məhrum olmuşam. Deyirlər sən vergi ödəyicisən-hansı ki mənim heç vaxt heç yerdə adıma hansısa bir obyekt olmayıb.Ümumiyyətlə heç vaxt sahibkar kimi fəaliyyət göstərməmişəm. Olanda fərdi işlə məşğul olmuşam. Hal-hazırda da işsizəm. Xahiş edirəm mümkün köməklik göstərəsiniz.
21/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qacar Musayev Comərd oğlu qa***@gmail.com ID: 1475
Mən Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixi fərmanına əsasən "bir pəncərə"prinsipi ilə qeydiyyata alınmışam, daha sonra öz ərizəmə əsasən bu qeydiyyata alınmanı ləğv elətdirmişəm. Torpaq sahələrimdən istifadə eləmədiyim halda mənə "Gəlir vergisi" ödənməsi haqqında xəbərdarlıq gəlib və mən indi nə etməliyəm. Təkrarən qeydiyyata alınmaq istəyirəm.
21/04/2020 Прочитано: 64 Средняя стоимость: 0

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Fziki şəxs tərəfindən mülkiyyətində olan pay torpaqları istifadə edilmədiyi halda həmin torpaqlara görə torpaq mülkiyyətçisinin sosial sığorta haqlarının ödənilməsi ilə bağlı öhdəliyi yaranmır. Bu məqsədlə torpaqların istifadə edilməməsinə görə müvafiq orqandan (bələdiyyə orqanından, yerli icra orqanlarından) təsdiqedici arayış əldə edilməli və vergi orqanına təqdim edilməlidir.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Salahova Könül İbarət sa***@bk.ru ID: 1474
İşlədiyim özəl müəssə hazırda pandemiya ilə əlaqədar fəaliyyət göstərmir. Mart ayında tədris müəssəsi keçdiyim online dərslərdən həm öz faizini, həm də vergini çıxaraq mənə maaş ödəyirmiş kimi hesabat verib. Kiçik sahibkarlara ödənilən işçilər üçün müavinəti alıbsa, mənə ödəniş etməlidirmi? Etməli deyilsə, işlədiyi halda isçiyə ödəniləcək dövlət yardımını mənimsəyə bilərmi?
21/04/2020 Прочитано: 32 Средняя стоимость: 2

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Sizinlə qeyd olunan müəssisə arasında əmək müqaviləsi olduğu halda yuxarıda qeyd olunan birinci proqram üzrə maliyyə dəstəyindən yararlana bilərsiniz.

2/5 (1 Средняя стоимость)
Оцените:
Azimzade Elvin Arzuman El***@gmail.com ID: 1473
Sahibkarlara yardımla bağlı maraqlanırdım.
21/04/2020 Прочитано: 21 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mirzexan Memmedov İdris oglu il***@bk.ru ID: 1472
Vergi ödəyicilərinə dəstək üçün müraciət etmək istəyirəm. VÖEN-in kodunu və şifrəsini bilmirəm, zəhmət olmasa deyərdiz.
21/04/2020 Прочитано: 21 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əli Nağıyev Camal oğlu Mr***@mail.ru ID: 1500
Hər kəsə salam. Mənim sualım bundan ibarətdir ki, mən Asan İmza əldə etmək istəyirəm. Bunu, hal-hazırda pandemiyaya görə karantin vəziyyətini nəzərə alaraq, online neçə əldə etmək olar ? Çox sağ olun.
21/04/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, “ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Fəzli Məhyəddinov Faiq fe***@inbox.ru ID: 1471
2017-ci ilin 01 noyabr tarixdən direktoru olduğum "HÜQUQ MÜDAFİƏSİ" MMC-nin fəaliyyətini dayandırmışam. hazırda fəaliyyət göstərmirəm. Karona virusla əlaqədar karantin rejimi dövrü üçün nəzərdə tutulmuş sahibkarlara dəstək proqramı üzrə mənə də dəstəq olunacaqmı. Təşəkkür edirəm.