Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Vahim Məmmədov Əlibaba va***@gmail.com ID: 1402
Mən vöeni baglatmag istəyirəm, kodunu itirmişəm.
19/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Gülbudaqov Balabəy Minbudaq oğlu er***@gmail.com ID: 1400
Mən, Gülbudaqov Balabəy Minbudaq oğlu mənə məxsus olan bu nömrəli Qeydiyyat №-li (VÖEN) 1002689922 ləvğ olmağısı üçün xahiş edirəm
19/04/2020 Прочитано: 31 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hüseyn Pənah Çodar pa***@gmail.com ID: 1398
Rəhbəri olduğum Azərbaycan Xalq Partiyasının vahid rüblük hesabatını elektron (asan) imzamız olmadığı səbəbindən verə bilməkdə xüsusi karntin rejimi ilə bağlı çətinlik yaranıb. Sabah da axırıncı gündür. Yazılı hesabat verə bilmək üçün hara müraciət edilməlidir?
19/04/2020 Прочитано: 58 Средняя стоимость: 3

Kağız formada bəyananməni qeydiyyatda olduğunuz vergi orqanına poçt vasitəsilə təqdim edə bilərsiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz.

Vahid bəyannamənin forması və doldurulması qaydası ilə saytımızın "Bəyannamələr" bölməsində, bəyannamənin doldurulması haqda videotəlimat ilə isə saytımızın Media - Multimedia altbölməsində tanış ola buradan bilərsiniz.

3/5 (2 Средняя стоимость)
Оцените:
Resul ke***@gmail.com ID: 1395
Men Kərimov Rəsul Rza oğlu 2012-ci ildə vöenimi baglatmışam. İndi aktiv görsənir, mən xahiş edirəm vöeni bağlayasız. Bu barədə mənə kömək edəsiz. Bunun ucbatından mən və ailəm əziyyət çəkirik. Məşğulluq idarəsindən də mənə kömək edə bilmirlər vöen aktiv görsəndiyi üçün. Xahiş edirəm kömək edəsiniz, vöeni bağlayag.
19/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vüqar Məhərrəmov İlham oğlu Ay***@gmail.com ID: 1394
Salam Vüqar Məhərrəmov İlham oğlu. Mən arendaya taksi xidməti ilə məşğul olmuşam. Adıma nə torpaq, nə ev, nə maşın, nə də əlimdə bir işim var. Son olarag 2018-ci ildə adıma vöen hesabı açılıb. 18 manat pul ödəmişəm, ondan sonra işləmədiyimə görə heç bir məbləğ ödəməmişəm. Bugün qarantin vəziyyəti ilə bağlı nə işləyə bilirəm, nə də bir yardım ala bilirəm. Xahiş edirəm bu işlə bağlı köməklik edəsiniz.
19/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Pənah qədirov Polad oqlı qe***@mail.ru ID: 1393
Salam. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununa görə İdarənin 01 yanvar 2017-ci il tarixə olan borcu silinə bilərmi? Borc yaranıb 2015-2016-cı illər ərzində. İdarə borcu qaytara bilmədiyinə və maliyyə vəziyyətinə görə fəaliyyəti dayandırıb. bu ilin mart ayında təkrar fəaliyyətə başlayanda 2000 manat borcu ödəyəndən sonra bank hesabın açdı
19/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 

Yuxarıda qeyd olunan Qanunun müvafiq maddəsi müraciətinizdə qeyd olunan 2015-2016-cı illərdə yaranmış borclara aid edilmir.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Samir memmedov sa***@mail.ru ID: 1392
Salam. Mən VÖEN-imin bağlanmasını istəyirəm. Səhhətimlə bağlı bağlanmayıb. VÖEN nömrəsi 1501811402
19/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir. 
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Məmmədov Samir Güloğlan oğlu (VÖEN1501811402) vergi ödəyicisi kimi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
İdayetova xeyale Yu***@gmail.com ID: 1391
Mən adımdakı VÖEN-i ləğv elətdirmək istəyirəm, ailəliyəm iki usağım var. Yoldaşım işləmir, özüm də işləmirəm. Adımda vöen olduğuna görə bizə sosial müavinət düşmədi.
19/04/2020 Прочитано: 22 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elgün Soltanov Ağalar so***@inbox.ru ID: 1390
Salam mənim adıma Vöen olub 25.09.2019 cu ildə bağlatmışam amma sizdə sistemdə hələdə aktiv olduğuna görə mən sosialdan müavinət (190m) ala bilmirəm zəhmət olmasa bu məsələni araşdırın.
19/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ramazanov Qalib Ramiz oglu ra***@gmail.com ID: 1389
Salamlayıram sizi. Mən bir ay bundan gabag VÖEN açdırmışdım, heç mənə lazım deyildi bu. Lizinqlə maşın götürdüyümə görə tələb elədilər. İndi mən bu VÖEN-ə görə sosial yardım ala bilmirəm, mən nə edim axı? Kirayə galıram, pisdir vəziyyət, ödəniş edə bilmirəm, ele bil ki mən biznesmenəm. Heç bir yerdən gəlirim yox, köməyim yox, qalmışam belə.
19/04/2020 Прочитано: 107 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əzizova Cəmilə Dursun qızı ce***@gmail.com ID: 1388
Salam. Mən 10 gündür birdəfəlik ödəniş üçün qeydiyatdan keçmişəm, niyə mənə cavab gəlmir?
19/04/2020 Прочитано: 27 Средняя стоимость: 5

Maliyyə dəstəyi almış sahibkararın siyahısı saytımızda yerləşdirilmişdir. Siyahıda ad və ya VÖEN-ə görə yoxlayın. Olmadığı halda qeydiyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Sadıxova Nərminə İlham qızı ra***@gmail.com ID: 1386
Salam.Men kecen il hesabimi baglatmisam amma mene sosial.az saytindan mesaj gelibki vergi odeyicisisiniz.xais edirik arasdirin
19/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Sadıxova Nərminə İlham qızı (VÖEN 2302771442) vergi ödəyicisi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Binnətov Rüfet Mübariz oğlu bi***@mail.ru ID: 1384
Mən bilmək istəyirəm ki 5 il öncə açdırdığım vöen-ə görə mənim həmin vöen-i bağlatdərmadığım üçün hər hansı borcum yaxud ödəyəcəyim faiz varmı?
19/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Binnətov Rüfət Mübariz oğlu (VÖEN 2201073442) vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Quluzadə Vüqar İbrahim oğlu gu***@gmail.com ID: 1383
Salam Vergilər Nazirliyinin əməkdaşları, Mən çox qısa zamanda ASAN İmza aktiv etmək istəyirəm. Hal-hazırda Covid-19 virusu ilə əlaqədar olar ASAN İmza nömrəmi səyyər Nar mobile-dən əldə etmişəm. Sadəcə Vergilər Nazirliyi tərəfindən verilən sertifikat mütləq ASAN xidmət mərkəzlərinə yaxınlaşmağım və ya Vergilər Nazirliyinə yaxınlaşmağım bildirildi. Sadəcə ASAN Xidmət mərkəzləri sənəd qəbulu hələki etmir yəni virusla əlaqədar olar. Biz bu sertifikatı necə online əldə edə bilərik? (Qısaca virusla bağlı evdən çölə çıxmaq istəmirəm) Və ya hər hansısa bir həll yolu varmı qısa zamanda bu məsələni həll edə bilim. Öncədən təşəkkürlər! Hörmətlə, Vüqar Quluzadə
19/04/2020 Прочитано: 35 Средняя стоимость: 5

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Abdullayev Seyfulla Rizvan ab***@gmail.com ID: 1382
Salam. e-sosial-dan bir dəfəlik yardımdan yararlanmaq üçün qeydiyyatdan keçdim. Mənə belə bir cavab gəldi siz vergi ödayicisisiz. Amma mənim məlumatım yoxdur. Zəhmət olmasa, bu məsələyə aydınlıq gətirəsiniz.
19/04/2020 Прочитано: 27 Средняя стоимость: 5

Abdullayev Seyfulla Rizvan oğlu (VÖEN 7000672672) vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
ziyafət hüseynova hu***@gmail.com ID: 1381
Salam mən Hüseynova Ziyafət Mehdi qızı sizləri Şəmkir rayon Tatarlı kəndindən nərahat edirəm. Karantin rejimi ilə əlaqədar cənab prezident İlham Əliyev az təminatlı alələrə dəstək məqsədiylə 190 manat birdəfəlik yardım etməyi əmək və əhalinin sosial müdafiəsi nazirliynə göstəriş verdi. Biz az təminatlı alələr çox sevindik, biz də yararlanmaq istədik və bizdə onlayn qaydada qeydiyyatdan keçdik 190 manat almaq üçün və bir neçə gündən sonra mənə gələn mesaj məni şoka saldı beləki mənə gələn mesajda yazılıb ki sizin aktiv əmək müqaviləniz olduğu üçün sizə birdəfəlik yardım düşmür mənə də maraqlıdır ki, heç bir yerdə işləmədiyim halda necə ola bilərki mənim əmək müqaviləm olar. Çox xahiş edirəm, bunu araşdırasız, mənim adıma bu əmək müqaviləsi haardan ola bilər?
19/04/2020 Прочитано: 28 Средняя стоимость: 5

Bildiririk ki, qüvvədə olan əmək müqaviləsi bildirişinizin olub-olmaması barədə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rəsulov Ceyhun Eldar ce***@gmail.com ID: 1380
Salam mən fərdi sahibkaram, bilmək istərdim mənə kampensasiya düşür? Bir də sizin saytdan qeydiyyatdan keçə bilmirəm.
19/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Muxtarov Taleh Zohrab ta***@list.ru ID: 1379
Salam. Mən vergi ödəyicisi olmadığım halda, mənə vergi ödəyicisi olduğuma görə müavinət verilmədiyi barədə sms gəlib. Sizdən öyrənmək istədiyim odur ki, mən nə zamandan vergi qeydiyyatındayam?
19/04/2020 Прочитано: 28 Средняя стоимость: 5

Muxtarov Taleh Zöhrab oğlu (VÖEN 5400850092) vergi ödəyicisi kimi 10 saylı Ərazi Vergilər İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir.  Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mehman Nəsirov Şəmil mn***@bk.ru ID: 1378
Salam. Oğlumun adına olan VÖEN necə ləgv etmək olar? 2014 cü ildə götürülən PİN kod itirilib. Həmin VÖEN lə hec bir əməliyyat olunmayıb. Köməklik göstərməyinizi xahiş edirik. 6 ildir işsiz olan, bir uşaq atasına, gənc ailəyə 190 aznin verilməsində köməklik etməyiniz ALLAHA xoş gedər. VÖEN № 5500743332 Nəsirov Samir Mehman oglu. Sağ olun.
19/04/2020 Прочитано: 29 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əli Quliyev Sətdar al***@yahoo.com ID: 1377
Salam. Marketlərdən aldığımız mallardan tutulan ƏDV -nin 10 və 15%-nin qaytarılması üçün harada qeydiyyatdan keçmək lazımdır?
18/04/2020 Прочитано: 37 Средняя стоимость: 4

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.

 

4/5 (2 Средняя стоимость)
Оцените: