Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Tural Kazımov Şahin t-***@list.ru ID: 1413
Vergi hesabımı ləğv etmək istəyirəm.
20/04/2020 Прочитано: 21 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kərimli Çinarə Namizəd c.***@mail.ru ID: 1410
Salam. Müraciətim əmək ödənişləri ilə bağlı dəstək proqramı ilə əlaqədardır. Mart ayının 1-ində sistemdə problem olduğu üçün əmək müqavilələri mart ayının 2-sində imzalanmışdır. Bu halda dəstək proqramından yararlana bilərikmi?
20/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunduğu kimi, fərdi (mikro) sahibkarların verdiyi məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Müraciətin yoxlanılması zamanı vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması ilə bağlı uyğunsuzluqlar olub-olmaması araşdırılır. Fəaliyyətinizin mart ayından əvvəki tarixdə dayandırıldğı üçün maliyyə dəstəyi sizə şamil edilmir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbasov Ramin Ramiz ra***@gmail.com ID: 1409
Salam mənim asan imza nömrəm bloklalanıb və mən sistemə girə bilmirəm. İcazəm də ləğv olunub. Mən nə etməliyəm?
20/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Asan İmza PİN kodları 3 dəfədən artıq yığıldıqda Asan İmza xidməti deaktiv olur və onu aktiv etmək üçün Asan İmza PUK kodundan istifadə edilir. Əgər Asan İmza PUK koduda 3 dəfə səhv daxil edilərsə, Asan İmza xidməti bağlanır. Bundan sonra Sİm kartın dublikatını çıxartmaq və yeni sertifikat əldə olunması tələb olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Mirəliyeva Zəhra Nizami zm***@gmail.com ID: 1408
Salam, fiziki şəxsin VÖEN-ni necə bağlatdira bilərik əgər istifadəçi kodu, parolu haqda məlumatlar itirilib və unudulu.bsa? Hansi müddətə bağlanılır və hansı qaydada? Ancaq VÖEN məlumdur, başqa hec bir məlumat xatirlanmırsa.
20/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədova Könül Rəşid qızı ko***@gmail.com ID: 1407
Mən hesabımı baqlamisam amma sosialdan aktiv göstərilir niyə belədi? Bilmək istərdim
20/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sevda Hümbətova Eyyub qızı se***@mail.ru ID: 1406
VÖEN-imi online şəkildə necə bağlaya bilərəm? Və VÖEN-i bağlı olan şəxs sosial yardımdan virusla bağlı verilən qərara əsasən 190 azn ödəniş ala bilməzmi? Və VÖEN-i bağladıqdan sonra (məndə artıq imtina mesajı gəldiyi üçün) təkrar olaraq qeydiyyatdan keçə bilərəm sosial yardım (190 azn) almaq üçün? Çox sağ olun.
20/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nəhayət Məmmədova Mustafa mm***@mail.ru ID: 1405
Salam! Mən müəllimə işləyirəm. Əmək haqqından tutulan fiziki şəxslərdən gəlir vergisindən atam Böyük Vətən müharibəsi veteranı olduğu üçün 2019-cu ilin yanvar ayından olan güzəşt haqqında məlumatım olmayıb və gec bildlyim üçün lazım olan müvafiq sənədləri 2020-ci ilin fevral ayında təqdim etmişəm. Bilmək istəyirəm əvvəl tutulmuş məbləğləri geri almaq hüququm varmı?
20/04/2020 Прочитано: 39 Средняя стоимость: 0

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rahib Eyvazov Vidadi ra***@mail.ru ID: 1005
Salam. İşləyən şəxs dünyasın dəyişəndə varisə dəfn pulu necə hesablanıb verilir və o puldan vergi tutulurmu? Bu birdəfəlik müavinət olduğu üçün vergi tutulmur?
20/04/2020 Прочитано: 158 Средняя стоимость: 4

Bildiririk ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.

Lakin qeyd olunan müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün, ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Əmək Məcəlləsinin 77.7-ci maddəsi, Vergi Məcəlləsinin 101-ci maddəsi.

4/5 (3 Средняя стоимость)
Оцените:
İlqar Əliyev İlfə ci***@list.ru ID: 1404
Salam. Bilmək istəyirdim ki , Fiziki şəxsin adına olan Vöen-nin dayandırılma müddəti maksimum neçə ildir. Və Vöen-nin dayandırılma müddətdi başa çatdıqdan sonra , vöen avtomatik olaraq yenidən aktiv ola bilərmi? Bilərsə bu haqda məlumatı necə əldə etmək olar? Təşəkkürlər.
20/04/2020 Прочитано: 38 Средняя стоимость: 5

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti (maksimum 5 il) göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Şahlar Əlizadə Rövşən oğlu sa***@mail.ru ID: 1403
Salam, mən hal-hazırda universitetdə oxuyuram 3-cü kursda. Atam isə 2 ildir həbsdədir, ancag adına vöen vardır vergidə. Mən isə onu bağlatdırmaq istəyirik işsizlik statusu almaq üçün rayon məşğulluq mərkəzindən dedilər baglatdımaq lazımdır. Onu mən oğlu olaraq bağlatdıra bilərəm? Xahiş edirəm bu haqda mənə etrafli məlumat verəsiniz.
19/04/2020 Прочитано: 51 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndə(notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına təqdim edə bilər. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Müvafiq qaydada verilmiş etibarnamə əsasında atanızın adından fəaliyyətinin müvəqqəti dayandırılması və ya uçotdan çıxarılması üçün vergi orqanına müraciət edə bilərsiniz. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Vahim Məmmədov Əlibaba va***@gmail.com ID: 1402
Mən vöeni baglatmag istəyirəm, kodunu itirmişəm.
19/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Gülbudaqov Balabəy Minbudaq oğlu er***@gmail.com ID: 1400
Mən, Gülbudaqov Balabəy Minbudaq oğlu mənə məxsus olan bu nömrəli Qeydiyyat №-li (VÖEN) 1002689922 ləvğ olmağısı üçün xahiş edirəm
19/04/2020 Прочитано: 31 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hüseyn Pənah Çodar pa***@gmail.com ID: 1398
Rəhbəri olduğum Azərbaycan Xalq Partiyasının vahid rüblük hesabatını elektron (asan) imzamız olmadığı səbəbindən verə bilməkdə xüsusi karntin rejimi ilə bağlı çətinlik yaranıb. Sabah da axırıncı gündür. Yazılı hesabat verə bilmək üçün hara müraciət edilməlidir?
19/04/2020 Прочитано: 58 Средняя стоимость: 3

Kağız formada bəyananməni qeydiyyatda olduğunuz vergi orqanına poçt vasitəsilə təqdim edə bilərsiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz.

Vahid bəyannamənin forması və doldurulması qaydası ilə saytımızın "Bəyannamələr" bölməsində, bəyannamənin doldurulması haqda videotəlimat ilə isə saytımızın Media - Multimedia altbölməsində tanış ola buradan bilərsiniz.

3/5 (2 Средняя стоимость)
Оцените:
Resul ke***@gmail.com ID: 1395
Men Kərimov Rəsul Rza oğlu 2012-ci ildə vöenimi baglatmışam. İndi aktiv görsənir, mən xahiş edirəm vöeni bağlayasız. Bu barədə mənə kömək edəsiz. Bunun ucbatından mən və ailəm əziyyət çəkirik. Məşğulluq idarəsindən də mənə kömək edə bilmirlər vöen aktiv görsəndiyi üçün. Xahiş edirəm kömək edəsiniz, vöeni bağlayag.
19/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vüqar Məhərrəmov İlham oğlu Ay***@gmail.com ID: 1394
Salam Vüqar Məhərrəmov İlham oğlu. Mən arendaya taksi xidməti ilə məşğul olmuşam. Adıma nə torpaq, nə ev, nə maşın, nə də əlimdə bir işim var. Son olarag 2018-ci ildə adıma vöen hesabı açılıb. 18 manat pul ödəmişəm, ondan sonra işləmədiyimə görə heç bir məbləğ ödəməmişəm. Bugün qarantin vəziyyəti ilə bağlı nə işləyə bilirəm, nə də bir yardım ala bilirəm. Xahiş edirəm bu işlə bağlı köməklik edəsiniz.
19/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Pənah qədirov Polad oqlı qe***@mail.ru ID: 1393
Salam. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununa görə İdarənin 01 yanvar 2017-ci il tarixə olan borcu silinə bilərmi? Borc yaranıb 2015-2016-cı illər ərzində. İdarə borcu qaytara bilmədiyinə və maliyyə vəziyyətinə görə fəaliyyəti dayandırıb. bu ilin mart ayında təkrar fəaliyyətə başlayanda 2000 manat borcu ödəyəndən sonra bank hesabın açdı
19/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 

Yuxarıda qeyd olunan Qanunun müvafiq maddəsi müraciətinizdə qeyd olunan 2015-2016-cı illərdə yaranmış borclara aid edilmir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Samir memmedov sa***@mail.ru ID: 1392
Salam. Mən VÖEN-imin bağlanmasını istəyirəm. Səhhətimlə bağlı bağlanmayıb. VÖEN nömrəsi 1501811402
19/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir. 
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Məmmədov Samir Güloğlan oğlu (VÖEN1501811402) vergi ödəyicisi kimi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
İdayetova xeyale Yu***@gmail.com ID: 1391
Mən adımdakı VÖEN-i ləğv elətdirmək istəyirəm, ailəliyəm iki usağım var. Yoldaşım işləmir, özüm də işləmirəm. Adımda vöen olduğuna görə bizə sosial müavinət düşmədi.
19/04/2020 Прочитано: 22 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elgün Soltanov Ağalar so***@inbox.ru ID: 1390
Salam mənim adıma Vöen olub 25.09.2019 cu ildə bağlatmışam amma sizdə sistemdə hələdə aktiv olduğuna görə mən sosialdan müavinət (190m) ala bilmirəm zəhmət olmasa bu məsələni araşdırın.
19/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ramazanov Qalib Ramiz oglu ra***@gmail.com ID: 1389
Salamlayıram sizi. Mən bir ay bundan gabag VÖEN açdırmışdım, heç mənə lazım deyildi bu. Lizinqlə maşın götürdüyümə görə tələb elədilər. İndi mən bu VÖEN-ə görə sosial yardım ala bilmirəm, mən nə edim axı? Kirayə galıram, pisdir vəziyyət, ödəniş edə bilmirəm, ele bil ki mən biznesmenəm. Heç bir yerdən gəlirim yox, köməyim yox, qalmışam belə.
19/04/2020 Прочитано: 107 Средняя стоимость: 0