Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Çingiz Əliyev Alim ch***@gmail.com ID: 1470
Salam,Xahiş edirəm sualımı mümkün qədər tez cavab verəsiniz. Qeyri rezident Azərbaycan Respublikasında müqavilə əsasında rezident müəssisəyə xidmət göstərir. Rezident müəssisə bu əməliyyata görə ÖMV (10%) və ƏDV (18%) ödəyir. Qeyri rezident müəssisə işini bitirmədən (müqaviləni pozmadan), Digər ədv ödəyicisi olan rezident müəssisə ilə yarımçıq qalmış işini bitirməsi üçün müqavilə bağlayır. Sualım odur ki, qeyri rezident müəssisə ilə müqavilə bağlayan sonuncu rezident müəssisəsini bu əməliyyat üçün hansı vergi öhdəlikləri yaranacaqdır? Bir daha qeyd edim ki, Xidmət göstərilən sahənin rezident müəssisəsi tərəfindən, ümumi xidmətin 10% və 18% vergiləri ödənilib.
21/04/2020 Прочитано: 40 Средняя стоимость: 0

Bildiririk ki, qeyri-rezident müəssisəyə ödənilən məbləğdən xərclər çıxılmadan Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində vergilər tutulmalı və vergi orqanına bəyan edilməlidir.

Müraciətinizdə qeyd olunan digər rezident müəssisə qeyri-rezident şəxsə  xidmət göstərmiş hesab olunur və qeydiyyatda olduğu vergitutma rejiminə əsasən göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirə görə sadələşdirilmiş və ya mənfəət vergisi ödəməlidir. Həmin şəxs ƏDV ödəyicisi olduğu halda, Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 125-ci, 168-ci, 169-cu və 219-cu madələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fərhad Səfərov Adil oğlu fa***@mail.ru ID: 1469
Salam. Muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildiriş almışam, və bildirilir ki, muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə, və faizlər üzrə borcum yaranıb. Mən bilmək istərdim ki, hər ikisini hansı təsnifat kodu ilə ödəməliyəm.
21/04/2020 Прочитано: 89 Средняя стоимость: 0

Bildiririk ki, “Büdcə gəlirlərinin Təsnifatı"nda, Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmalar 121300 altbölməsində fəaliyyət sahələri üzrə aşağıdakı qaydada təsnifləşdirilmişdir.

121310      Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar
121320      Xüsusi notariuslar üzrə ödənilən sosial ayırmalar
121330      Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121340      Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121350      Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121360      Ailə kəndli təsərrüfatları üzrə ödənilən sosial ayırmalar
121370      Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121380      Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar

123420 Sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar
Əsas: Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Orxan nesirov dasqin Or***@mail.ru ID: 1468
Salam, mənim adımda vöen vardı amma onu bağlatdırdımmı, bilmirəm. Bu məlumatı haradan əldə edə bilərəm? Qeyd edim ki, Azərbaycanda deyiləm.
21/04/2020 Прочитано: 20 Средняя стоимость: 0

Vergilər Nazirliyinin rəsmi internet saytının  “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi”elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elmir Fərzəli Mahir El***@list.ru ID: 1467
49320 kodu ilə vöen açılması üçün müraciət etmək istəyirəm. Bildiyimiz kimi fiziki şəxsin vergi ödəyicisi kimi uçota alınmasə rüsumu yoxdur. Hazırki karantin rejimi ilə bağlı olaraq, yalnız online müraciət etmək məcburiyyətində qalırıq. Online müraciət üçün asan imza və ya elektron imza tələb olunur. Elektron imzalardan istifadə etməyi düşünmürəm, əlavə xərc kimi qəbul edirəm və almaq istəmirəm. Bu xidmətlərə ödəniş etmədən, adi vaxtda olduğu kimi, quruma müraciət edərək rüsumsuz almaq mümkün olduğu kimi online dəstək göstərilib əlavə xidmətdən istifadə məcburiyyətində qalmadan uçota alınmaq üçün zəhmət olmazsa köməklik göstərərdiniz.
21/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Azər Hacıxanlı Seyfəddin ha***@mail.ru ID: 1466
Mən pandemiya dövrü ilə əlaqədar vergi ödəyicilərinə verilən birdəfəlik yardım almaq üçün elektron ərizə ilə müraciət etdim.Lakin orada yazıldı ki sizin fəaliyyətiniz 01.03.2020 tarixindən 01.04.2020 tarixinədək dayandırıldığından siz müraciət edə bilməzsiniz.Bu dövrdə mən xəstəliyim ilə əlaqədar fəaliyyət göstərə bilməmişəm. Mən bu yardımnan yararlanıb yararlanmayacağımı öyrənmək istəyirəm
21/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Omarov Elbrus Saban oglu El***@aol.com ID: 1465
Hər ay 40m DSMF ödəyirik. Karonaya görə firmamız dayanıb, yəni Qaxda geydiyatda olduğum üçün Qaxa qayıtdım, Bakıda kirayədə qalırdım. İndiki halda dövlətin işə götürənlərə verdiyi yardım biz işçilərə verilməlidir ya yox? İşəgötürən mənimsəyirsə nə etməliyik? Mart ayının pulunu almamışıq hələ.
20/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nicat Məmmədov 90***@gmail.com ID: 1464
Vöen-min kod və parolunu öyrənmək istəyirəm.
20/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Memmedov Vuqar Mezahir oqlu vu***@hotmail.com ID: 1463
Sizdən artıq dərəcədə xahiş edirəm deyərdiniz, kimlər vergi ödəyicisi sayılır? Sualım isə konkret belədir. Mənim atam Məmmədov Məzahir Fərmayıl oğlu 2013-cü ildə balaca bir dönərçidən ibarət balaca bir dönərxana işlədib. Haradasa 1 il yarım sonra isə vöen-i bağlayıb. İndi atam vergi ödəyicisi sayılır yoxsa yox?
20/04/2020 Прочитано: 56 Средняя стоимость: 0

Bildiririk ki, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra — fərdi sahibkar) Vergi Məcəlləsi ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. 

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 33-cü, 34-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elsen Eyubov İlkin el***@mail.ru ID: 1460
Aktiv əmək müqaviləsinə görə yardım necə alım?
20/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Resul ke***@gmail.com ID: 1458
VÖEN-imin dayandırılması üçün köməklik etməyinizi xahiş edirəm.
20/04/2020 Прочитано: 20 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Memmedov Rahib Burcu no***@gmail.com ID: 1456
Salam. Mən 8 il öncə vergi ödəyicisi idim. Hal hazırda heç bir vergi ödəmirəm. Məşğlluq idarəsində işsiz kimi qeydiyyata düşə bilmirəm. Deyirler ki, aktiv vergi ödəyicisisiniz. Mən bu halda hara müraciət etməliyəm?
20/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Нагиева Джамиля Джабировна na***@mail.ru ID: 1455
Сколько можно издеваться над бухгалтерами и кадровиками? Который раз меняют сайт для сдачи отчета по зарплате сотрудников. и все одно и то же сайт толком не работает. Неужели нельзя сделать нормально? Сделали ведь для налоговых отчетов-работает, как часы. А это просто безобразие!!!!
20/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-Cavab” rubrikasının məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Umudov Əvəz Seymur Ev***@mail.ru ID: 1453
Mən VÖEN-i bağlamışam, zəhmət olmasa bu haqda mənə məlumat verəsiniz.
20/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki, Umudov Əvəz Seymur Oğlu  (VÖEN 2302763342) 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotundadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
RÖVSƏN MÖYLAMOV MƏHMMƏDIYE OĞLU ja***@gmail.com ID: 1452
Gizli kodu itirmişəm. yenidən almaq istəyirəm
20/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elman Əliyev Hüseyn eh***@yahoo.com ID: 1451
Salam. Beynəlxalq təşkilatın (şirkətin) Azərbaycan nümayəndəsi vəzifəsində vergiyə görə hansı tələblərə əməl etməliyəm. Artıq vöen açdırmışam və taksı sürücüsü kimi fəaliyyət göstərirdim, amma 1 il əvvəl müvəqqəti dayandırmışam (5 illik). Əgər işə alınsam hansı mərhələlərdən keçməliyəm? Bu barədə hər-tərəfli məlumat verməyinizi xahiş edirəm. Öncədən təşəkkürlər.
20/04/2020 Прочитано: 42 Средняя стоимость: 0

Bildiririk ki, qeyri-rezident bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə 12 ay ərzində üst-üstə 90 gündən az olmayaraq Azərbaycan Respublikasında tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdikdə daimi nümayəndəlik yaratmalıdır. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasında nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə vergi ödəyiciləri tərəfindən nümayəndəlik yaradıldıqdan sonra 30 gün müddətində vergi orqanlarında uçota alınmaq üçün onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilməlidir.

Qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı nümayəndəliyi mənfəət vergisinin ödəyicisidir və Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan xidmətin növünə uyğun olaraq müvafiq dərəcə ilə vergi tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 19-cu, 33-cü, 104.2-ci və 126-cı maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cavadov Nurlan Cavan nu***@gmail.com ID: 1450
Adımda olan VÖEN-in ləğv olunması üçün müraciət edirdim.
20/04/2020 Прочитано: 19 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Həsənov Elmir Rəhbər el***@gmail.com ID: 1446
Şifrəni unutmusam. Yeni şifrə , parol istəyirəm
20/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Eldəniz Əhmədov Ələmdar el***@gmail.com ID: 1443
Salam. Xahiş edirəm, mıənim adıma vöen olub-olmadığını deyərdiniz.
20/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Eldəniz Əhmədov Ələmdar (VÖEN 1600867992) vergi ödəyicisi kimi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
turana tu***@gmail.com ID: 1442
Salam. Mən vöenimin pin kodunu itirmişəm. Pin kodu əldə edib məndən xəbərsiz 3 ildir aktiv olunan vöeni bağlamaq istəyirəm və zəhmət olmasa yolunu başa salın.
20/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rasim Tacəddinov Tacəddin oğlu tt***@gmail.com ID: 1441
İşsiz kimi qeydə alınmıram.
20/04/2020 Прочитано: 20 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените: