Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
QULUZADƏ CAVİD ja***@gmail.com ID: 1609
Salam. VÖEN bağlanıb və ləğv edilib, işçi sistemdə qalıb onu necə çıxartmaq olar sistemdən işçi kimi getməsin?
23/04/2020 Прочитано: 35 Средняя стоимость: 0

Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir və sorğunuzda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Baratova Sevinc Tahir qizi am***@gmail.com ID: 1608
Əmək müqaviləsinin kimin adina olmağı.
23/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir və sorğunuzda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağamoğlan Məmmədov Əvəzalı ag***@parkbulvar.az ID: 1607
Mart ayı üzrə icarəçiyə eQaimə göndərilib və ödəniş olunub. Mövcud vəziyyətlə əlaqədar həmin ayda icarə haqqına güzəşt olunaraq eQaiməyə düzəliş olunub, həmin düzəliş eQaimə üzrə ƏDV əvəzləşdirilib və qalan məbləğ icarəçinin artıq ödəməsi kimi qalıb. İcarəyə verən həmin artıq ödəməni avans kimi qəbul edərək ƏDV-sini ödəyib. İcarəçiyə bildirilir ki, növbəti aylarda eQaimə göndərilən zaman icarəçi tərəfindən həmin avans məbləği qədər az ödəniş olunacaq, lakin icarəçi avans məbləğini də nəzərə alaraq həmin eQaimə üzrə ƏDV-ni tam əvəzləşdiriləcək. Xahiş edirəm bu məsələ ilə bağlı köməklik göstərərdiniz.
23/04/2020 Прочитано: 111 Средняя стоимость: 5

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Bu halda vergi ödəyicisi tərəfindən  vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən” elektron qaimə-faktura tərtib edilir. 

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 163-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rasim Mollayev Rəcəb ra***@gmail.com ID: 1606
Salam, işçimi uçotdan necə çıxarda bilərəm? Xahiş edirəm kömək edəsiniz.
23/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir və sorğunuzda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mahmudbeyli Murad Mahmud Mu***@mail.ru ID: 1605
Mən vergi ucotumu dayandırmaq istəyirəm. Amma məlumatlar yadımdan çıxıb.
23/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elbəy Əhmədov Vilayət el***@gmail.com ID: 1604
Mən vöenimin bağlandığını necə öyrənə bilərəm
23/04/2020 Прочитано: 35 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Vergiuçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz

0/5 (0 Средняя стоимость)
Оцените:
Dadaş Rəhmanov Rüstəm oğlu da***@gmail.com ID: 1603
Mən VÖEN-imi evdən çıxmadan necə bağlaya bilərəm?
23/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Emirbeyov elxan məmməd oglu em***@mail.ru ID: 1602
1200087782 vöenin fəaliyyəti dayanıb 2008ci ildən amma hansı səbəblərdən bağlanmayıbsa ındidə baglatdirmaq istəyirəm yardım ala bilmirəm. 4452119 qohum nömrəsi ilede əlaqə yarada bilərsiz.
23/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Əmirbəyov Elxan Məmməd oğlu (VÖEN 1200087782) vergi ödəyicisi kimiBakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinda uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Demirova Reside Resid qlzl De***@83gmail.com ID: 1601
Vöeni-mi 5il bundan qabaq dayandırmışam, indi yenidən bağlaması haqda müraciət edirəm.
23/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhəd Elvin Güləhməd oğlu L-***@mail.ru ID: 1600
Salam. Mənim adıma VÖEN olub. Amma 3 ildən çoxdur bağlatdırmışam. Hazırda işsiz kimi 190 manatlıq birdəfəlik ödəməni almaq üçün müraciət etmişəm, amma 20 gündür cavab gəlmir. Bəlkə mənim VÖEN-im sistemdə bağlanmayıb, aktiv görünür. Zəhmət olmasa dəqiq məlumat verərdiz. Açıqdırsa, xahiş edirəm bağlayın.
23/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Babayeva Xatirə Əfsər qızı gu***@mail.ru ID: 1599
Vöenin aktiv olub olmamasını yoxlatmaq istəyirəm.
23/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Müvafiq informasiya sisteminin məlumatlarına əsasən Babayeva Xatirə Əfsər qızı (VÖEN 3001061662) fəaliyyəti dayandırılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
İntiqam Məstəliyev Qasım oğlu np***@mail.ru ID: 1598
Sahibkarlıq fəaliyyəti ilə məşğul olub olmama haqqında online arayış almaq üçün hara və necə müraciət etməliyəm?
23/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətinizin olub-olmaması barədə arayış almaq üçün gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda, onlardan istifadə etməklə İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən elektron qaydada, poçt vasitəsi ilə və ya qeydiyyatda olduğunuz vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə kağız daşıyıcısında sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz. Vergi ödəyicisinin fəaliyyətinin olub-olmaması barədə arayış 5 iş günü müddətində verilir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Şahbaz sa***@mail.ru ID: 1597
Salam. Mən 2019-cu ildən Məşğulluqda işsiz kimi qeyydiyatdayam. Adıma Vöen var idi, onu 5 İllik bağlatdırdım. Mənə 190 manata gorə mesaj gəldi ki, aktiv vergi ödəyicisisən məndə bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim, mənə bildirdilər ki, sənə 11.04.2020-ci ildə işsizlik statusu verilib, siz vergiyə müraciət edin, bu məsələni araşdırın, vöünim niyə aktiv görsənir. Sizdən xahiş edirəm, mənə kömək edin.
23/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiqbölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Babayev Sexavet Rəcəb Se***@mail.ru ID: 1596
Salam mənim adıma olan vöenin logi şifrə parolu berpası üçün mənə kömək edin.
23/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
MÜTELLİMOV SALEH BƏBDALI gr***@inbox.ru ID: 1595
Salam, mən 2014-cü ildə VÖEN açmısdım adıma. Sonra VÖEN-i bağlatdım amma sistemdə aktiv qalıb. Necə eləyə bilərəm ki, aktiv olmasın sistemdə?
23/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir. 
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. 

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
Adil Əliyev Əli oglu el***@gmail.com ID: 1594
Salam mən sadələşdirilmiş VÖEN açdırmışam, sosiala görə oda alımnmadı. İndi 190 manat bir dəfəlik ödəmə üçün müraciət elədim, imtina gəldi adıma VÖEN aktiv olduğu üçün. İndi qərar çıxıb, xitam verib təzədən göndərə bilərsiniz onu onlayn xitam ərizəsi göndərdim. Orada 368 man borc yazır, ancaq vergidən borcumu öyrənirəm yoxdur deyir. Bu nə olan işdir, mümkünsə bunu araşdırıb mənə xəbər verəsiz, mən yardım üçün müraciət edim xahiş edirəm.
23/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi orqanlarından dövriyyəniz  və ödədiyiniz vergilər, sosial sığorta haqqı, o cümlədən borcunuzun olub-olmaması barədə arayışın alınması üçün sərbəst formada hazırlanmış ərizə ilə İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada vergi orqanına müraciət edə bilərsiniz.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kərimova Günel Xəqani qızı ka***@bk.ru ID: 1593
Salam. Mən vergi orqanlarına işə qəbul üçün ərizə vermişəm, ərizəm qəbul edilib, göndərilən linkə daxil oldum. Sizin adınız imtahan verənlərin siyahısında tapılmadı. Xahiş edirəm, köməklik göstərəsiniz.
23/04/2020 Прочитано: 35 Средняя стоимость: 0

Sorğunuzun vergi orqanlarına işə qəbulla bağlı olduğu üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı olduğu üçün Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ədalət Əhmədov İsa eh***@gmail.com ID: 1591
Təqaüdçülərə əmlak ( fərdi yaşayış evi ) vergisi necə hesablanır?
23/04/2020 Прочитано: 51 Средняя стоимость: 0

Bildiririk ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi  əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 199.3-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Romik Tağıyev Adil ro***@mail.ru ID: 1590
Salam. Zərgər dükanı işlədən vergi ödəyicisi sahibkarlara dəstək programı üzrə yardım almaq istəyir. Bunun üçün həmin şəxs bankda şəxsi həsab açmalıdır. Və bu prosesdə şəxsən özü iştirak etməlidir. Lakin həmin şəxs 5 gün əvvəl ürək tutmasından vəfat edib. Ona düşən yardımı necə almaq olar?
23/04/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyi yalnız həmin vergi ödəyicilərinin müraciəti əsasında həmin şəxslərin özünə ödənilir. Maliyyə dəstəyinin vəfat etmiş şəxsin adından digər şəxsə ödənilməsi nəzərdə tutulmamışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Yusif Yusifov Rasim yy***@ymail.com ID: 1589
Salam. Mən adıma olan RUZGAR MMC de direktor kimi fealiyyet göstərirəm . Fəaliyyət istiqaməti Turizmdir. Lakin 2014 cü ildün vöen açılanda sair xidmətlər yazılmışdı fəaliyyət kodu. Mən kodu dəyişdirdim və yardım üçün müraciət etdim 15 aprel tarixində lakin hələ də bununla bağlı heç bir cavab gəlməyib. Zəhmət olmasa mənə bu barədə məlumat verərdiniz