Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Ellwen hemidov valeh el***@gmail.com ID: 1274
Mənə mesaj gəlib bilmirəm nədir. VÖEN kod yazılıb, elektorn ünvana bir mesaj gəlib deyir, amma necə girim bilmirəm.
15/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zamanzade Nigar Natiq qizi Za***@gmail.com ID: 1273
Salam zəhmət olmasa, məsələni işıqlandırardınız. Fərdi ve mikro sahibkarlara dəstək programı üzrə sahibkarlig fəaliyyətinin 2019-cu ilin 2ci rübündən sonra başlayanlar, 2019-cu il vergi ödənişlərini 2020-ci ilin 1-ci ayında edən şəxslərə də köməklik göstəriləcəkmi? Çünki əhalinin çoxu 4-cü rüb ödənişini növbəti ilin ilk ayında ayın 20-nə qədər edir. Bu halda mən və mənim kimi bir çox şəxs bu dəstək programına müraciət edə bilmir. Sistem avtomatik xəta verir bununla bağlı bizə də köməklik göstərsələr və siz də bunu işıqlandırsaz çox şad olaram.
15/04/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, 2019-cu il ərzində vergi ödənişləri həyata keçirmiş, fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmamış şəxslər fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Bundan əlavə təkliflər paketində vergi güzəştləri və tətilləri, həmçinin məcburi dövlət sosial sığorta yükünün azaldılması və bu sahədə inzibatçılığın yüngülləşdirilməsi ilə bağlı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Adil Vəliyev Murtuz vu***@gmail.com ID: 1272
Salam, mənim adımda VÖEN var, əvvəl işləyəndə açılmışdır. Bir neçə aydı işləmirəm. Sizə müraciətim yeni qərarla əlaqədardır, hansı ki, işsizlərə 190azn yardım düşür. Həmin VÖEN-i amma bağlamamışam. Belə vəziyyətdə mən nə etməliyəm ? Xahiş edirəm köməklik edəsiniz. VÖEN açılıb - 01.03.2017 Qeytiyyat nömrəsi - 5501086762
15/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Müseyib Müseyibli Namiq oğlu vi***@gmail.com ID: 1271
Salam. Myaccess bank hesabım var, həmin hesaba fərdi sahibkarlara yardım fondu ilə bağlı 250 manat məbləğində pul köçürülmüşdür. Ancaq məbləğə bloklaşdırılmış yazılıb. Bilmək istiyirəm ki, o pulu mən necə və haraya istifade edə bilərəm?
15/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Bildiririk ki, fərdi sahibkarlara ödənilən maliyyə dəstəyindən istifadə sərbəstdir. Müraciətinizlə bağlı müştərisi olduğunuz banka, uyğunsuzluq həll olunmadıqda isə Vergilər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hikmət Bəxtiyarov Fikrət oğlu hi***@gmail.com ID: 1270
Salam! Onlayn VÖEN ala bilərəmmi?
15/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Etubar Şahverdiyev et***@mail.ru ID: 1269
Vergi ödəyicisinin VÖEN-i 4 ildən artıq bağlıdır (2301260492) lakin bir nəfər ilə əmək müqaviləsi aktivdir. Nə etməlidir? Asan imza yox.
15/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması prosedurları ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynova Sürayə Əhməd qızı sa***@mail.ru ID: 1268
Kənd təsərrüfatı üçün VÖEN-im 7700481202. 190 man müavinət alınması üçün müraciət etmişəm. Lakin bu VÖEN o sistemdə olduğu üçün "işi və gəliri olan şəxs" kimi görsənirəm. Halbuki işləmirəm. Xahiş edirəm ki, mənim VÖEN-im dondurulmasına köməklik göstərəsiniz və ya mənə bir yol göstərəsiniz
15/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz:

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əzizova Könül Fərman ko***@bk.ru ID: 1267
Bilmək istərdim mənə koronavirus pandemiyası ilə bağlı maliyyə dəstəyi ayrılırmı?
15/04/2020 Прочитано: 22 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əzizova Könül Fərman ko***@bk.ru ID: 1266
İnternet Vergi idaresində Elektron qutuya necə daxill olmalıyam?
15/04/2020 Прочитано: 22 Средняя стоимость: 0

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əzizova Türkan Akif qızı Tu***@gmail.com ID: 1265
Salam, mən artıq neçə gündür qeydiyyatdan keçmişəm amma hələ də cavab yoxdur. Birdəfəlik ödəmə ilə bağlı iki uşaq var bizdə, işləyən də yoxdur. Ehtiyacımız var o pula. Zəhmət olmazsa, mənə tezliklə cavab verilsin vəziyyətim yaxşı deyil.
15/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aqil Səfərzadə Qafar sa***@bk.ru ID: 1263
Salam, mən kiçik sahibkaram. Bərbərəm. VÖEN 2601538982. Mən öz e-taxes.gov.az dan istifadə üçün pandemiya ilə bağlı fərdi sahibkarlara maliyyə dəstəyi ilə bağlı müraciət etmək istəyirəm. Öz kod və şifrəmi bilmirəm. Xahiş edirəm mənə kod və şifrəmin əldə edilməsində köməklik göstərəsiniz.
15/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rauf Həşimov Ra***@gmail.com ID: 1261
Men qaynaqçıyam və səyyar qaynaqçı. Qəbələdə yaşayıram, işimlə əlaqədar rayonlara və Bakı şəhərinə getməliyəm. Mənə sertifikat lazımdır ki, gedib gələ bilim.
15/04/2020 Прочитано: 28 Средняя стоимость: 3

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

3/5 (1 Средняя стоимость)
Оцените:
Rzayev Əvəz Qədimalı oglu 3.***@inbox.ru ID: 1260
COVİD 19 -ilə əlaqədar olaraq pinəci kimi fəaliyyət göstərmirəm. Hal hazırda evdəyəm, fiziki şəxs kimi dövlətdən yardım ala bilərəm?
15/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səlimov Arif Səlim Se***@mail.ru ID: 1259
Əmək haqqından nəçə faiz vergi tutulur?
15/04/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir.
Eyni zamanda qeyri-dövlət sektoru dedikdə, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər nəzərdə tutulur. 
Sorğunuzda qeyd olunan müəssisə dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdiyi halda, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olduğu halda, həmin müəssisədə çalışan işçilərin əməkhaqqından gəlir vergisi əvvəlki qaydada, 2500 manatadək olduda 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi məbləğində hesablanır.
Əsas: Vergi Məcəlləsini 101.1-ci, 101.1-1-ci, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Təranə Xəlilzadə Cəzair xe***@mail.ru ID: 1256
Salam hazırda mövcud vəziyyətlə əlaqədar işşizəm. Amma vergi və sosial sığorta borcum var. Hər hans güzəşt gözlənilirmi?
15/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması nəzərdə tutulmuşdur.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmixan Qarayev Mahmud oğlu ig***@ingos.az ID: 1255
Nümayəndəliyimizin Neft-Qaz sahəsində fəaliyyəti yoxdur və qeyri-dövlət sektoruna aiddir, 2020-ci ilin aprel ayı üçün hesablanmış İcbari tibbi sığorta haqqını haraya köçürəkn (VÖEN, bank, müxbir hesab, hesablar, büdcə təsnifatı kodu və s.): 1) Sığortaedənin ƏÖF-na nisbətdə hesablanmış vəsaitlərin köçürülməsi; 2) Sığortaolunanların əmək haqqından tutulmuş vəsaitlərin köçürülməsi
15/04/2020 Прочитано: 52 Средняя стоимость: 0

Bildiririk ki, İcbari tibbi sığorta haqları 1 yanvar 2021-ci il tarixindən tutulacaq.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Samir Həşimov Abduləli he***@mail.ru ID: 1254
Salam. Mən keçən həftənin 5 ci günündən bu yana vöen açdira bilmirəm. Sənədlərimi Sumqayıt vergi orqanlarına təqdim etmişəm. Hələ bir cavab yoxdur. Xahiş edirəm mənə bir köməklik göstərəsiniz. Əks halda mən fəaliyyət görsədmək hüququndan məhrum olunmuş sayılıram.
15/04/2020 Прочитано: 19 Средняя стоимость: 0

Müraciətinizlə bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə  göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

0/5 (0 Средняя стоимость)
Оцените:
Kamranlı Kamran Celilaga ka***@gmail.com ID: 1252
Zəhmət olmasa deyərdiz, mən mikro sahibkarlara dəstək proqramına müraciət etmək istəyirəm amma vöenə bağlı bank hesabı yoxdur. Lakin hesab açmaq istədikdə hesabatımı vermişəm hesabda borc var deyə hesab acmaga icazə verilmir. Axı qeyd etmişdiz ki, banklardan sərəncamlar geri götürüləcək. Mən necə müraciət edim. Yəni borcum var deyə hesab aça bilmirəm ki, dəstək proqramından yararlana bilim.
15/04/2020 Прочитано: 32 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əmiraslanov Vəfa Elizar oğlu va***@mail.ru ID: 1251
Xahiş edirəm izah edin pandemiya zərər çəkmiş muzdlu işçilərə əmək haqqı Maliyyə Nazirliyi tərəfidən verilmişdir. Verimiş maliyyə yardımından sasial ayırmalar və digər ödənişlər verilmiş vəsaitdən tutulacaqmı.
15/04/2020 Прочитано: 29 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin hal-hazırda qüvvədə olan müddəalarına əsasən işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı, habelə mikro sahibkar olaraq özünün fəaliyyətinə görə maliyyə dəstəyi alan vergi ödəyicilərinin əldə etdikləri həmin gəlirlərin müvafiq olaraq mənfəət vergisi və sadələşdirilmiş vergidən azad olması nəzərdə tutulmamışdır.

Bununla yanaşı, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsini özündə ehtiva edən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Hazırlanmış qanun layihəsi müvafiq qaydada qəbul edilərək qüvvəyə mindikdən sonra əlavə məlumat veriləcəkdir.

4/5 (1 Средняя стоимость)
Оцените:
Rüfət Salahov Rauf ru***@yahoo.com ID: 1250
Salam. Bilmək istəyirik ki, pandemiya ilə əlaqədar zərər çəkmiş müəssisənin muzdlu işçilərinin əmək haqqının müəyyən hissəsinin dövlət tərəfindən maliyyə dəstəyi olaraq ödənilməsi müəssisənin hansısa bir vergiyə cəlb edilən gəliri sayılırmı?
15/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin hal-hazırda qüvvədə olan müddəalarına əsasən işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı, habelə mikro sahibkar olaraq özünün fəaliyyətinə görə maliyyə dəstəyi alan vergi ödəyicilərinin əldə etdikləri həmin gəlirlərin müvafiq olaraq mənfəət vergisi və sadələşdirilmiş vergidən azad olması nəzərdə tutulmamışdır.

Bununla yanaşı, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsini özündə ehtiva edən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Hazırlanmış qanun layihəsi müvafiq qaydada qəbul edilərək qüvvəyə mindikdən sonra əlavə məlumat veriləcəkdir.

0/5 (0 Средняя стоимость)
Оцените: