Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Ponurina Natalia po***@yandex.ru ID: 8416
Azərbaycan şirkəti (baş podratçı) ilə Rusiya şirkəti (subpodratçı) arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, Rusiya şirkəti Azərbaycan Respublikası ərazisində magistral qaz kəmərlərinin təmassız diaqnostikası üzrə xidmətlər göstərir. Rusiya şirkətinin Azərbaycan Respublikası ərazisində iş müddəti 120 gündən çox deyil. Rusiya şirkətinin Azərbaycan Respublikası ərazisində daimi nümayəndəliyi və ya filialı, Azərbaycan şirkətinin isə Rusiya Federasiyası ərazisində daimi nümayəndəliyi (filialı) yoxdur. Müqavilənin şərtlərinə görə, Azərbaycan şirkəti qeyri-rezidentin gəlirindən vergi mənbəyində 10% vergi saxlayır. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, bu əməliyyatın vergitutma qaydasını izah etməyinizi və aşağıdakı suallara cavab verməyinizi xahiş edirik: 1. Bu halda Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 03.07.1997-ci il tarixli ikiqat vergitutmanın qarşısının alınması haqqında Saziş və Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış 1717050000009300 saylı 12.06.2017-ci il tarixli ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin idarə edilməsi qaydaları qüvvədə olubmu? 2. Göstərilən verginin Azərbaycan Respublikasının büdcəsindən DTA-05 Bəyannaməsinin Azərbaycan dilinə tərcüməsi ilə bütün təsdiqedici sənədlərin əlavə edilməsi ilə doldurulması və təqdim edilməsi yolu ilə qaytarılması mümkündürmü?
20/07/2023 Прочитано: 283 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası ilə Rusiya Respublikası arasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” 03.07.1997-ci il tarixdə imzalanan Saziş qüvvədədir və rezident və qeyri-rezident şəxslər həmin Sazişin müddəalarından faydalana bilərlər.

Həmçinin, Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının (bundan sonra - Qaydalar) 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. 

Bununla yanaşı, Qaydaların 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş DTA-03 forması vaxtında təqdim edilmədikdə və qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident, vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını(bundan sonra - DTA-05 forması) (Əlavə № 9) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.

Yuxarıda sadalanan ərizə formaları, onların doldurulma qaydaları, beynəlxalq sazişlər və onların tətbiqinə dair ətraflı məlumatla saytımızın Beynəlxalq vergi münasibətləri bölməsində tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Könül Bayramova Ləzgi qızı ez***@gmail.com ID: 8414
Salam mən universitetdə saathesabı işləyəcəm. Sentyabrdan Dissertasiya işi və liderlik mövzularında dərslər tədris edəcəm. VÖEN açdırmalıyam. Hansı fəaliyyət kodunu daxil etməliyəm? öz sahəmə uyğun kod tapa bilmirəm sistemdən. Köməklik etsəniz sevinərəm. Sağolun
20/07/2023 Прочитано: 176 Средняя стоимость: 0

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Belə ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
David Hamidov sa***@mail.ru ID: 8413
Salam. ƏDV ödəyicisi olan şirkətimiz icarəyə götürdüyümüz əsas vəsaitlərlə bağlı təmir xərclərini icarə haqqı ilə əvəzləşdirir. Bu halda əvəzləşdirdiyimiz təmir xərclərinin dəyəri üçün icarəyəverənə elektron qaimə-faktura yazmalıyıqmı?
20/07/2023 Прочитано: 212 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Göründüyü kimi, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) təqdim edilməsini həyata keçirən şəxslər tərəfindən verilir.

İcarəyə götürülmüş əmlaka çəkilmiş təmir xərclərinin icarə haqqı ilə əvəzləşdirilməsi (müqavilədə şərtləndirildiyi halda) çəkilmiş xərcləri təsdiq edən sənədlər qarşı tərəfə təqdim edilməklə həyata keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci və 108-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vəliyev Teymur Qəhrəman va***@gmail.com ID: 8411
Salam. Alkoqullu içkilərin topdamsatış ticarəti ilə məşğul olan hüquqi şəxs VÖEN-i olub bank hesabı olmayan fiziki şəxs olan müştəridən satış pulunu nəğd qaydada alıb öz kassasına mədaxil edə bilərmi? Nağd yığılan vəsait günün axırında şirkətin bank hesabına təhvil verilir.
20/07/2023 Прочитано: 160 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması" Qaydalarına əsasən markalanmalı malların satılması (ictimai iaşə obyektlərində malların təqdim edilməsi və pərakəndə satış istisna olmaqla) və satış məqsədilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Buna əsasən aksiz markaları ilə markalanmalı malların (ictimai iaşə obyektlərində malların təqdim edilməsi və pərakəndə satış istisna olmaqla) satılması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması" Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bəndəliyeva Zülfiyyə Yusif qızı zu***@mail.ru ID: 8409
Bildiyim qədərilə vergi xidmətinə işə qəbulla bağlı belə bir qayda var ki, 5 il mühasib staji olan şəxslər test mərhələsindən azaddırlar və onlar birbaşa müsahibə mərhələsinə keçid alırlar. Bu məlumat doğrudur mu?
19/07/2023 Прочитано: 148 Средняя стоимость: 0

Bildiririk ki, "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında" Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 

Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Həmçinin, Əsasnamənin 1.7-ci maddəsinə əsasən aşağıda göstərilən namizədlər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:

  • maliyyə, büdcə və iqtisadi sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
  • prokurorluq orqanlarında və hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər;
  • əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslər;
  • ali təhsil tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
  • iqtisadiyyat və ya hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
  • Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almış şəxslər.

Vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqə ilə bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsinə aidiyyəti  üzrə rəsmi qaydada və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sevda Qaçayeva se***@mail.ru ID: 8407
Salam. Hüquqi şəxs olaraq VÖEN-in bərpası üçün hansı sənədlərlə və hara yaxınlaşmalıyam?
18/07/2023 Прочитано: 90 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətini dayandırmış hüquqi şəxsin fəaliyyətini aktivləşdirməsi üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış” vergi orqanına təqdim edilməlidir.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə və ya "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz. 

QeydVergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 16.5-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 23.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bəşirli Xəyal Şahin be***@mail.ru ID: 8403
Salam. Fərdi sahibkar "Fərqlənmə nişanı" ilə ölkə daxilində yükdaşıma fəaliyyəti göstərir, bununla yanaşı beynəlxalq yükdaşıma fəaliyyətilə də məşğul olmaq niyyətindədir. Sualımız belədir ki, beynəlxalq yükdaşıma fəaliyyətilə məşğul olduğu və həmçinin könüllü qaydada ƏDV-qeydiyyatına durduğu təqdirdə "Fərqlənmə nişanı" ilə ölkə daxili yükdaşımanı davam etdirmək mümkün olacaq?
18/07/2023 Прочитано: 234 Средняя стоимость: 0

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və bu fəaliyyətlə bağlı vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” almaqla yerinə yetirirlər.

Vergi ödəyicisi tərəfindən ölkə daxilində daşıma fəaliyyəti ilə yanaşı, beynəlxalq daşıma fəaliyyəti həyata keçirildiyi halda, bu fəaliyyət üzrə gəlir (mənfəət) vergisinin ödəyicisi hesab olunur. Həmçinin bu fəaliyyət üzrə vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmalıdır.

Eyni zamanda, sorğuda qeyd olunan halda, vergi ödəyicisi beynəlxalq yük və sərnişin daşımaları üzrə ƏDV və gəlir vergisinin ödəyicisi kimi, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını isə sadələşdirilmiş vergi ödəyicisi olaraq “Fərqlənmə nişanı” almaqla fəaliyyət göstərdikdə hər bir fəaliyyət üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır.

Belə ki, Vergi Məcəlləsinin 221.6-cı maddəsinə əsasən bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 218-ci, 219-cu və 221-ci maddələri

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynov Ariz Cəbrayıl oğlu hu***@gmail.com ID: 8331
Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarının 7-ci maddəsinə əsasən Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Sual: Əmək müqaviləsi olan şəxsin gəlirindən aliment ödəyərkən vergilərlə bərabər məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı hesablanmalıdır ?
17/07/2023 Прочитано: 393 Средняя стоимость: 5

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Burada “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. 

Buna əsasən alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi, “Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında" və  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (7 Средняя стоимость)
Оцените:
Şahmar sa***@gmail.com ID: 8399
Salam müraciətim Vergi orqanında işə qəbulnan bağlıdır (Regionlarda). Xaiş edirəm müraciətimi nəzərə alasız və köməklik edəsiniz.
17/07/2023 Прочитано: 82 Средняя стоимость: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən  əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynov Ramin Həzər oğlu ra***@gmail.com ID: 8202
Salam. Sualım ondan ibarətdir ki, fəaliyyəti ərzaq və kənd təsərrüfatı məhsullarının alınıb satılmasından ibarət olan vergi ödəyicisinin ərzaq məhsulları ƏDV-yə cəlb olunur, kənd təsərrüfatı məhsullarına isə satışı ƏDV bəyannaməsinin müvafiq olaraq 2 nömrəli əlavəsində göstərilir və uçotu qanunamüvafiq qaydada ayrıca aparılır. Belə ki, bəyannamənin 2 nömrəli əlavəsində qeyd olunan dövriyyə üzrə məbləğ həmin ayda daxil olmadığı halda həmin debitor borcun ƏDV bəyannaməsində qeyd ediləcək yeri tərəfimizdən müəyyən edilməmişdir. Eyni zamanda bildirirəm ki, kənd təsərrüfatı məhsullarının ticarət əlavəsi ilə alınıb satılması ƏDV bəyannaməsinin 5 nömrəli əlavəsində qeyd olunmursa, vəsaitin debitor borc kimi bəyannamənin hansı hissəsində göstərilməsi barədə və ya ümumiyyətlə bu sətrin olub-olmaması barədə məlumat verməyinizi, bu məktubun sorğu kimi də qəbul edilməsini Sizdən xahiş edirəm.
17/07/2023 Прочитано: 237 Средняя стоимость: 0

Bildiririk ki, kənd təsərrüfatı məhsullarının təqdim edilməsi zamanı təqdim edilmiş mallara tətbiq edilmiş ticarət əlavəsi üzrə ayın sonuna qalan debitor borc məbləği “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 307.1-ci sətrində əks etdirilir. Həmçinin, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının təqdim edilməsi zamanı təqdim edilən malların dəyəri deyil, yalnız ticarət əlavəsi vergitutma obyektlərinə aid edildiyindən kənd təsərrüfatı məhsullarının təqdim edilməsi üzrə əməliyyatların uçotu “Əlavə dəyər vergisinin bəyannaməsi”nin müvafiq olaraq ticarət əlavəsi üzrə daxilolma məbləği 301.2-ci sətrində, əməliyyatın dəyəri üzrə isə 301-2-ci sətrində aparılır.  

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Daşdəmir Mahmud oğlu em***@mail.ru ID: 8398
Salam. Mən 2023 -cü ilin iyul ayının 3 də məzuniyyətə çıxmışam. 36 təqvim günü. Məzuniyyət günlərimin 29 gün iyul ayına, 7 gün avqust ayına düşür. 36 gün üçün mənə 2900 manat məzuniyyət pulu hesablanıb. Xahiş edirəm cavablandırasınız tutulan vergi məbləği iyul ayına düşən hissə ayri, avqust ayına düşən hissə ayrı məbləğ hesablanaraq vergiyə cəlb olunmalı, yoxsa ümumi məbləğdən birdəfəlik tutulma olmalıdır? Əvvəlcədən təşəkkür edirəm.
17/07/2023 Прочитано: 143 Средняя стоимость: 5

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
İmran Rəcəbov al***@gmail.com ID: 8329
Xarici ölkədə yerləşən bir şirkətə uzaqdan və fiziki şəxs olaraq konsultasiya xidməti verərək qazandığım gəliri qəbul etmək üçün VÖEN və buna bağlı bank hesabı açmalıyam. Bu növ gəlir hansı növ gəlir hesab olunur? VÖEN hesabı açarkən təyinat necə olmalıdır və aylıq ödəniləcək vergi miqdarı nə qədərdir? Gəliri qəbul edərkən məcburi dövlət sosial sığorta haqqı ödəmək öhdəliyim varmı?
17/07/2023 Прочитано: 282 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Əhəd Təvəkgül ah***@gmail.com ID: 8212
Salam. 2022-ci ildə elektron qaimə kəsilmişdir. Sadəcə qaimədə yazılan malın adında xırda bir səhvlik olmuşdur. Boru 4.5 metr yazılmaqdan texniki səhv olaraq, Boru 4 metr yazılmışdır, (.5) yazmaq unudulmuşdur. Ancaq istər müqavilədə, qiymət razılaşdırma protokolunda, təhvil-təslim aktında, hesab fakturada, ciddi hesab blankında belə malın adı Boru 4.5 metr yazılmışdır. Qeyd edilənləri nəzərə alaraq deyə bilərsinizmi bu bizə hər hansısa bir problem yarada bilər? Qeyd eliyim ki, həmin bu malı özümüzdə başqa bir şirkətdən almışıq və ordada Boru 4.5 metr yazılmışdır.
17/07/2023 Прочитано: 189 Средняя стоимость: 0

Bildiririk ki, elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə tənzimlənir. Həmin qaydaların 3.6-cı yarımbəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

Əlavə olaraq bildiririk ki, həmin qaydaların 3.8-ci yarımbəndinə əsasən vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəvan Behbudov Elman be***@gmail.com ID: 8396
Salam. Mən işə qəbul üçün test imtahanı ilə bağlı müsaabiqədə iştirak etmək istəyirdim. Zəhmət olmasa, bunun üçün mənə göstərə və ətraflı məlumat verəsiniz.
16/07/2023 Прочитано: 56 Средняя стоимость: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən  əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Çingiz Şəfiyev sh***@gmail.com ID: 8395
Salam. Mən NB seramik MMC-də İT sahəsi üzrə texnik peşəsində çalışıram. Özüm müharibə veteranıyam. Mənim vergidən azad hüququm var, ancaq müəssisəyə nə təqdim etməliyəm ki, məndən vergi tutulmasın. Əməkhaqqım 431 AZN hesablanır, kartıma isə 391 AZN köçür. Xahiş edirəm, mənə nə etməli olduğuma dair köməklik göstərəsiniz.
16/07/2023 Прочитано: 190 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müharibə veteranı vəsiqəsi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsas iş yerinə təqdim edilməlidir.

Bundan savayı, həmin işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödəmə mənbəyində adi qaydada işəgötürən tərəfindən tutulur və bu tutulmalarda müharibə veteranları üçün azadolma və ya güzəşt nəzərdə tutulmamışdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə,  8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda, fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

3/5 (2 Средняя стоимость)
Оцените:
Əbilov Rəhmət Zəki bi***@gmail.com ID: 8391
Salam, mən VÖEN-imin olub olmadığını bilmək istəyirəm, xahiş edirəm köməklik edəsiniz.
13/07/2023 Прочитано: 79 Средняя стоимость: 5

Bildiririk ki, Əbilov Rəhmət Zəki oğlu (VÖEN 8303369982) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

Məlumat üçün bildiririk ki, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır. Bu səbəbdən fəaliyyətinizlə bağlı ətraflı məlumat üçün qeydiyyatdan olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Abdurrəhman Şirinli İlqar ab***@gmail.com ID: 8386
9700201 fəaliyyət sahəsi kodlu vergi ödəyicisi fiziki şəxs sahibkar sayılırmı? İllik dövriyyəsi 200.000 manatdan az olduqda və vergi uçotunu vaxtında doğru qaydada apardıqda gəlir vergisindən 75% güzəştli mikro sahibkar subyektinə aid olurmu?
12/07/2023 Прочитано: 158 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət kodu (9700201-MUZDLU İŞƏ GÖRƏ ƏMƏK HAQQINDAN GƏLİR VERGİSİ ÖDƏYƏN FİZİKİ ŞƏXS) qeyri-sahibkarlıq fəaliyyətinə aid edilir. 

Qeyd olunan gəlir ödəmə mənbəyində vergiyə cəlb olunmadıqda, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əldə olunan gəlir, muzdlu işdən deyil, sahibkarlıq fəaliyyətindən əldə olunduqda gəlir vergisi ödəyicisi kimi gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi həcmində ödənilməlidir.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 98-ci, 99-cu, 101-ci, 102-ci və 149-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vəli Abdullayev ve***@gmail.com ID: 8385
Mən sahibkarlıqla məşğul olan fizikı şəxs kimi özəl neft şirkətində məsləhətci işləyirəm. Mən sadələşdirilmiş vergi ödəyicisi kimi mənə təyin olunmuş məbləğdən 2% ödəməliyəm, yoxsa gəlirdən 5%?
12/07/2023 Прочитано: 140 Средняя стоимость: 0

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Belə ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Xəlilova Həbibə Natiq qızı ti***@gmail.com ID: 8280
Salam. Turizm şirkətlərində sadələşdirilmiş vergi ödəyicisi olduğu halda, xaricdəki tur operatordan hotel nömrəsi alınırsa, bu halda hansı vergilər ödənilir? Məsələn: hotelin 1 gecəsinin qiyməti 100 AZN-dirsə, əlavə xidmət haqqı 10% gəlir əldə edilirsə, məbləğ xarici tur operatorun hesabına köçürüldüyü zaman onlardan hansı sənədlər tələb edilməlidir və biz büdcəyə bu əməliyyata görə hansı vergini ödəməliyik?
11/07/2023 Прочитано: 305 Средняя стоимость: 5

Bildiririk ki, qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda göstəriləcək otel xidmətlərinə görə ona ödənilən məbləğlər Azərbaycan mənbəyindən gəlir hesab olunmadığından ödəmə mənbəyində vergiyə və ƏDV-yə cəlb edilmir. Eyni zamanda, qeyd olunan halda vergi ödəyicisi tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim edilmir.

Belə ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Eyni zamanda Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 169-cu maddələri.

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Kərimov İlkin Adil il***@absheronport.az ID: 8383
Salam. Şirkət 2021-ci ildə Qarabağ Dirçəliş Fonduna 1 000 000 manat ianə etmişdir. Vergi məcəlləsinin 106.1.18 maddəsinə əsasən 2021-ci il üzrə yaranmış 2 000 0000 manat mənfəətin 10 % hissəsi (200 000 manat) mənfəət vergisindən azad olunmuşdur. Sual: 2022-ci il üzrə əldə olunan 2 300 0000 mənfətin 10 % hissəsini (230 000 manat) mənfəət vergisindən azad etmək olar?
11/07/2023 Прочитано: 181 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə  mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan müəssisə hesabat ilinin (2022-ci il) mənfəətinin 10 faizindən çox olmayan hissəsini yuxarıda sadalanan müəssisə, idarə və təşkilatlara, o cümlədən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürdüyü halda, adıçəkilən azadolmadan yararlana bilər.

Bununla belə, fəaliyyətinizlə bağlı vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 106.1.18-ci, 108-ci, 109-cu maddələri.

 

0/5 (0 Средняя стоимость)
Оцените: