Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

AsanDoc proqramı vasitəsi ilə "ASAN imza" istifadəçi İD-sinin dəyişdirilməsi:

AsanDoc proqramı yüklədikdən sonra açılan pəncərədə "Ayarlar" bölməsinin "Ümumi" hissəsində "Mobil imza İstifadəçi ID-nin dəyişdirilməsi" seçərək açılan növbəti pəncərədə "İstifadəçi ASAN imza mobil telefon nömrəsi"ni və "1 dəfə cari ASAN imza İstifadəçi ID-ni" və "2 dəfə yeni ASAN imza İstifadəçi ID-ni" daxil edərək "İstifadəçi ID-nin dəyişdirilməsi" düyməsini seçərək bu xidmətdən istifadə etmək olar.

Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməklə "ASAN imza" istifadəçi İD-sinin dəyişdirilməsi:

Həftənin iş günləri və iş saatları (09:00-dan 18:00-dək) ərzində, eyni zamanda qeyri-iş saatlarında stasionar (şəhər, kənd) telefonlardan, habelə "Azercell" və "Nar" nömrələrindən birbaşa "195-1-2" nömrəsini, "Bakcell" nömrələrindən isə "012 195-1-2" nömrəsini yığaraq bu xidmətdən istifadə etmək olar.