Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

20 oktyabr 2022-ci il tarixdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin təqdimat mərasimi keçirilmişdir. İclas barədə məlumat hazırlanaraq DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində, azranking.az və vergiler.az saytlarında yerləşdirilmiş, KİV-ə göndərilmişdir. Təqdimat barədə TV kanallarına 9 süjet təqdim edilmiş, KİV-də 16 material dərc edilmişdir https://bit.ly/3PXVeBS, https://bit.ly/3PQxpvC, https://bit.ly/3hSxqTd.
Geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı ilə bağlı xüsusi videomaterial hazırlanaraq DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində, azranking.az və vergiler.az saytlarında yerləşdirilmişdir https://bit.ly/3vIOyOA.
Yol Xəritəsində nəzərdə tutulan tədbirlər barədə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın ayrıca açıqlamaları hazırlanaraq proaktiv materiallar formasında KİV-də yerləşdirilmişdir. Bu barədə KİV-də 20 material dərc edilmişdir https://bit.ly/3PNG02c, https://bit.ly/3VrYPJf, https://bit.ly/3POAigy, https://bit.ly/3FMC2lM, https://bit.ly/3FKR9Mo, https://bit.ly/3WiYNoq, https://bit.ly/3GqxXFD.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun iclasları barədə məlumatlar hazırlanaraq DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində, azranking.az və vergiler.az saytlarında yerləşdirilmiş, KİV-ə göndərilmişdir. Bu barədə KİV-də 25 material dərc edilmişdir https://bit.ly/3hSuo1h, https://bit.ly/3YNNxlt, https://bit.ly/3C1rbmV, https://bit.ly/3Vv7Ph6, https://bit.ly/3YOQqm2.
Vergi ödəyicilərinin qeydiyyatı barədə statistik məlumatlar hazırlanaraq DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində və vergiler.az saytlarında yerləşdirilmiş, KİV-ə göndərilmişdir https://bit.ly/3WF9bXf, https://bit.ly/3WBiis2, https://bit.ly/3jgjB19, https://bit.ly/3FUxHwL, https://bit.ly/3BZgqRX, https://bit.ly/3hMRHti, https://bit.ly/3C1kGjU.