Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İkitərəfli SMS xidmətindən istifadə etmək üçün mobil telefonda *195*istifadəçi kodu*şifrə# (məsələn: *195*00000541*121756#yes) yığılmaqla "yes" düyməsi sıxılmalıdır. Bu halda istifadəçilər yalnız sorğu göndərməklə məlumatlar əldə edə bilərlər. Məsələn:

  • "1" yazıb 8195 nömrəsinə SMS göndərdikdə borc barədə
  • "2" yazıb 8195 nömrəsinə SMS göndərdikdə təqdim edilməmiş bayannamə barədə
  • "3" yazıb 8195 nömrəsinə SMS göndərdikdə fəaliyyətin aktiv və ya passiv olması barədə

Xidmətə abunə olmaq üçün mobil telefonda "start" yazıb 8195 nömrəsinə SMS göndərmək lazımdır.

Abunə olmuş vergi ödəyicisinə aşağıdakı hallar olduqda müvafiq məzmunlu SMS göndərilir:

  • Vergi ödəyicisinin vergilər üzrə büdcəyə borcu yarandıqda
  • Vergi ödəyicisinin təqdim edilməli bəyannaməsi olduqda
  • Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə vergi hesablandıqda
  • Vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə uyğunsuzluq yarandıqda
  • Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda
  • Vergi ödəyicisinin fəaliyyəti aktivləşdikdə
  • Vergi ödəyicisi cari vergi ödəmələri barədə arayış təqdim etdikdə
  • Vergi ödəyicisinə cari vergi ödəmələri hesablandıqda
  • Vergi ödəyicisi ləğv bəyannaməsi göndərməli olduqda
  • Vergi ödəyicisi tərəfindən büdcəyə ödəniş edildikdə