Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

"Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması" elektron xidməti barədə sorğu 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması" elektron xidməti ilə bağlı vergi ödəyicilərinin fikirlərini öyrənmək məqsədilə onlayn sorğu keçirir.

Sorğunun məqsədi xidmətdən istifadə zamanı əlçatanlıq və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Sorğu tam anonimdir və iştirakçılardan heç bir şəxsi məlumat tələb olunmur.

Bu link vasitəsilə sorğuda iştirak etməklə xidmətin daha da təkmilləşdirilməsinə və istifadə rahatlığının artırılmasına öz töhfənizi verə bilərsiniz.