Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın "Samruk-Kazyna" SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev, "KazMunayQaz" SC-nin İdarə Heyətinin sədri Alik Aidarbayev və həmkarları ilə görüşüb.
Ətraflı məlumat
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) üzv ölkələrin nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə videokonfrans formatında Bankın Müdirlər Şurasının 30-cu illik toplantısı keçirilib.
Ətraflı məlumat
Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişinin tərəfdaş ölkəsi kimi təsdiq edilib. Bu barədə məlumat artıq təşkilatın internet səhifəsində dərc edilib.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Minlə görüşüb.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici bukletlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə görüşüb.
Ətraflı məlumat
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli Qərarı qəbul edilib. Həmin Qərarda ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilib.
Ətraflı məlumat
2021-ci ilin yanvar-may aylarında vergi daxilolmaları, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalar sahəsində əldə olunan nəticələr haqqında
Ətraflı məlumat
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Biznesə başlama, vergi və hesabatlılıq işçi qrupunun Fəaliyyət Planı”na əsasən, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı ilə bağlı Dövlət Vergi Xidməti (DVX) və yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət sahəsində fəaliyyət göstərən əməkdaşları üçün rübdə bir dəfə onlayn təlimin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulub.
Ətraflı məlumat
Dövlət başçısının sərəncamları ilə Vətən Müharibəsində göstərdiyi şücaətə görə Silahlı Qüvvələrin daha bir qrup hərbi qulluqçusu təltif olunublar. Onlar arasında İqtisadiyyat Nazirliyinin 49 əməkdaşı da var.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Vibke Şlömerlə görüşüb.
Ətraflı məlumat
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi sahibkarlıq fəaliyyəti subyektləri arasında vergi savadlılığının artırılması sahəsində mütəmadi tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində növbəti addım Mərkəzin əməkdaşlarının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Nümayəndəliyinin “CIAT Paylaşımdır” Proqramında iştirakı olub.
Ətraflı məlumat
“Ölkələrarası hesabat” - Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə avtomatik məlumat mübadiləsini həyata keçirmək üçün transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən təqdim edilən hesabat formasıdır.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Avropa Biznes Qeydiyyatçıları Assosiasiyasının (EBRA) video formatda keçirilən hesabat konfransında iştirak ediblər.
Ətraflı məlumat
2021-ci ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1.260.629 vergi ödəyicisinin 87,7%-i fiziki, 12,3%-i faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb ki, bunun da 94,3%-i fiziki, 5,7%-i isə hüquqi şəxslərin hesabına baş verib.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Pakistan Milli Mühəndislik Xidmətləri” şirkətinin (NESPAK) nümayəndələri ilə görüşüb.
Ətraflı məlumat
İyunun 18-də İqtisadiyyat Nazirliyi ilə “Zorlu” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyinin “Azərbaycan iqtisadiyyatı” adlı “Telegram” kanalı nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti və ölkə iqtisadiyyatına dair məlumatları, eləcə də region və dünya iqtisadiyyatında baş verən yenilikləri işıqlandırır. İnfoqrafika və videomaterialların da yerləşdirildiyi bu kanala abunə olmaq operativ və dəqiq informasiyaya çıxış, iqtisadi yeniliklərdən xəbərdar olmaq deməkdir.
Ətraflı məlumat