Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
Fevralın 12-də vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş “Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfrans keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının, Milli Məclisin deputatları, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər, iş adamları iştirak ediblər.
Ətraflı məlumat
11 fevral - vergi xidməti işçilərinin peşə bayramıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.
Ətraflı məlumat
Saxta yolla istehsal olunmuş tütün məmulatlarının istehsalı, satışı və saxlanılmasının qanunazidd olması, inzibati və cinayət məsuliyyəti yaratması ilə bağlı aparılan maarifləndirmə işlərinə, həmçinin belə hallara qarşı mübarizə tədbirlərinə baxmayaraq, hələ də ölkə ərazisində aksizsiz tütün məmulatlarının qanunsuz dövriyyəsi hallarına rast gəlinir.
Ətraflı məlumat
Fevralın 2-də İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin Vətən Müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Videoformatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri və Nazirliyə tabe strukturların rəhbərləri iştirak edib. Əvvəlcə İqtisadiyyat Nazirliyinin şəhid olmuş əməkdaşının, habelə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ətraflı məlumat
Saxta yolla istehsal olunmuş spirtli içkilərin insan sağlamlığına zərər vurması ilə bağlı aparılan maarifləndirmə işlərinə, həmçinin belə hallara qarşı mübarizə tədbirlərinə baxmayaraq, hələ də ölkə ərazisində kustar üsulla spirtli içki istehsalı hallarına rast gəlinir. Bu kimi hallarla bağlı müvafiq tədbirlərin görülməsi və qanunazidd əməllərin qarşısının alınması hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdəndir.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir.
Ətraflı məlumat
Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib. Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılması məqsədini daşıyır. Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılıb.
Ətraflı məlumat
Yanvarın 19-da Avropa İttifaqının dəstəyi ilə keçiriləcək “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin video konfrans formatında açılış tədbiri keçirilib. Tədbirdə layihənin Avropa İttifaqı tərəfindən rəhbəri Viktor Ciner, icraçı rəhbər Helder Conceicao, Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq əlaqələr baş idarəsinin şöbə rəisi Eldar Babazadə və digər şəxslər iştirak ediblər. Görüş zamanı layihənin icrası üzrə müzakirələr aparılıb.
Ətraflı məlumat
Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşüb. Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, əməkdaşlığın inkişafına xüsusi önəm verilir, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla inkişaf edir.
Ətraflı məlumat
Yanvarın 5-də yeni yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib. Videoformat şəklində keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarından irəli gələn məsələlər müzakirə edilib.
Ətraflı məlumat
Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-ci ildə Vergi Məcəlləsində dəyişikliklər edilərək, bir sıra sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq edilib.
Ətraflı məlumat
Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.
Ətraflı məlumat
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Innoweek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı"nın nəticələri açıqlanıb. Mükafatlar bu dəfə 7 nominasiya üzrə təqdim edilib.
Ətraflı məlumat
Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.
Ətraflı məlumat
Vətən Müharibəsində zəfər tarixi yazan, döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş yüzlərlə əsgər və zabitimiz dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ətraflı məlumat
Dekabrın 21-də MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclası çərçivəsində ekspertlərin videokonfrans formatında iclası keçirilib. Azərbaycanın sədrlik etdiyi tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın vergi xidmətlərinin nümayəndələri iştirak ediblər.
Ətraflı məlumat
Ölkəmizdə koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri nəzərə alınaraq bir sıra fəaliyyət növlərinin davam etdirilməsində məhdudiyyətlər tətbiq olunub. Bu zaman fəaliyyətinə icazə verilmiş bəzi sahələr üzrə icazələrin aktivləşdirilməsi məqsədilə vergi ödəyiciləri tərəfindən www.icaze.e-gov.az saytına daxil olma vasitələrindən biri olan “Asan İmza” sertifikatlarının əldə olunmasına zərurət yaranır.
Ətraflı məlumat
Dekabrın 7-də Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) videokonfrans formatında "COVID-19 pandemiyasından sonrakı dövrdə insan yönümlü regional əməkdaşlıq" mövzusunda 19-cu Nazirlər Konfransı keçirilib.
Ətraflı məlumat
Son günlər vətəndaşlar tərəfindən “ƏDV geri al” layihəsi ilə bağlı tətbiq edilən müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.
Ətraflı məlumat