Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
Mayın 30-da vergilər naziri Mikayıl Cabbarov Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.
Ətraflı məlumat
May ayının 26-da Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib.
Ətraflı məlumat
Vergilər Nazirliyi pərakəndə ticarət müəssisələrində aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Ətraflı məlumat
Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilən, Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan Şahmat Federasiyasının dəstək verdiyi vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub.
Ətraflı məlumat
May ayının 3-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, sahibkarlıq assosiasiyaları və bir sıra iş adamları ilə görüş keçirilib.
Ətraflı məlumat
Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.
Ətraflı məlumat
Son zamanlar ölkəmizin paytaxtında və bölgələrdə pərakəndə ticarət müəssisələrində aksiz markası olmayan və saxta aksiz markaları ilə markalanmış malların (əsasən, tütün məmulatları və spirtli içkilər) satışı hallarının artdığı müşahidə edilməkdədir. Bununla əlaqədar, Vergilər Nazirliyi tərəfindən aparılan müşahidələr zamanı belə məhsulların satışının həyata keçirildiyi əsas obyektlərin dislokasiyası müəyyən edilib.
Ətraflı məlumat
Aprelin 26-da vergilər naziri Mikayıl Cabbarov “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yeni təyin olunmuş baş meneceri xanım Eser Manavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumat
Aprel ayının 21-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr olunmuş 13-cü ənənəvi şahmat turnirinə start verilib. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunub.
Ətraflı məlumat
Aprelin 17-də “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvinninq layihəsinin açılış mərasimi keçirilib.
Ətraflı məlumat
Aprelin 13-də vergilər naziri Mikayıl Cabbarov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.
Ətraflı məlumat
Aprelin 3-də Vergilər və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində Vergilər və Təhsil nazirliklərinin rəhbərliyi, ali məktəblərin rektorları, SABAH qruplarının İcra Komitəsinin üzvləri və tələbələr iştirak ediblər.
Ətraflı məlumat
Martın 30-da vergilər naziri Mikayıl Cabbarov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Ətraflı məlumat
Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, şəffaflığın təmin edilməsi, idarəetmə prinsiplərinin yenidən təşkili və gələcək iş fəaliyyətinin əsas istiqamətlərinin vergi orqanları əməkdaşlarına və sahibkarlara çatdırılması məqsədilə mart ayının 5-dən 9-dək vergi xidməti əməkdaşları və iş adamları ilə görüşlər keçirilib.
Ətraflı məlumat
Martın 13-də vergilər naziri Mikayıl Cabbarov Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Onno Kerverslə görüşüb.
Ətraflı məlumat
Martın 10-da vergilər naziri Mikayıl Cabbarov Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.
Ətraflı məlumat
Martın 7-də vergilər naziri Mikayıl Cabbarov “Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrində Dövlət Qurumları üzrə Biznes İnkişafı direktoru cənab Evanqelos Xrisafidesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumat
Mart ayının 1-də Vergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
Ətraflı məlumat
Martın 1-də vergilər naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixael Kindsqrab ilə görüşüb.
Ətraflı məlumat
Fevralın 27-də vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.
Ətraflı məlumat