Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz artıb

2023-cü ilin oktyabr ayının 1-i vəziyyətinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,7 faiz artaraq 752,5 min olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,0 faiz artıb və 44,3 min təşkil edib. Aktiv təsərrüfat subyektlərinin (obyektlərin) sayı isə ilin əvvəli illə müqayisədə 6,8 faiz artaraq 202,1 min təşkil edib.