Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
2024-cü ilin yanvar-noyabr ayları ərzində Naxçıvanda vergi orqanlarına ümumilikdə 1.715 müraciət daxil olub ki, onların 88,4 faizini ərizələr, 11,4 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.
Ətraflı məlumat
2024-cü ilin noyabr ayı ərzində vergi orqanlarına ümumilikdə 44.350 müraciət daxil olub ki, onların 96,7 faizini ərizələr, 3,2 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” sahəsində təlim keçirilib.
Ətraflı məlumat
Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
Ətraflı məlumat
2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 41.093 şəxs qəbul edilib.
Ətraflı məlumat
Yanvar – noyabr ayları ərzində 3.988 vergi ödəyicisinin iştirakı ilə 274 görüş keçirilib, 5.095 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyondan çox SMS göndərilib.
Ətraflı məlumat
20.12.2024-cü il tarixi bir sıra bəyannamələrin təqdim edilməsinin son günüdür!
Ətraflı məlumat
2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 202,8 milyon manat vergi daxil olub.
Ətraflı məlumat
16.12.2024 və 20.12.2024-cü il tarixləri bir sıra vergi və sığorta haqlarının ödənilməsinin son günüdür!
Ətraflı məlumat
Naxçıvan Muxtar Respublikasında 1 dekabr 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 37,9 faiz artaraq 21.374 olub.
Ətraflı məlumat
2024-cü ilin yanvar-noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 993 milyon manata yaxın vergi daxil olub, proqnoza 104,1 faiz əməl edilib.
Ətraflı məlumat
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 noyabr tarixli qərarı ilə “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda dəyişiklik edilib, “Elektron alış aktı”nın forması yeni redaksiyada verilib.
Ətraflı məlumat
1 dekabr 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı 5,2 faiz artaraq 800,9 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 13,9 faiz artaraq 52,0 min təşkil edib.
Ətraflı məlumat
ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi uğurla davam edir.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Ətraflı məlumat
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Ətraflı məlumat
Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir.
Ətraflı məlumat
2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 3,9 milyon manatdan çox olub.
Ətraflı məlumat
2024-cü ilin yanvar-noyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub.
Ətraflı məlumat