Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hesablama Palatası və DVX arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Hesablama Palatası ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd dövlət maliyyə nəzarəti, vergi və mühasibat uçotu, institusional idarəetmə sahələrində qarşılıqlı fəaliyyətin yeni mərhələsini müəyyən edir.

Memorandumu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli imzalayıblar.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov imzalanmış sənədin dövlət vəsaitlərinin istifadəsinə nəzarət və risk əsaslı audit praktikasının inkişaf etdirilməsində əhəmiyyətini qeyd edib. DVX rəisi Orxan Nəzərli isə əməkdaşlığın vergi inzibatçılığı və maliyyə nəzarətində şəffaflığın gücləndirilməsinə verəcəyi töhfəni vurğulayıb.

Bildirilib ki, Memorandum tərəflər arasında məlumat mübadiləsinin optimallaşdırılmasını, birgə analitik araşdırmaların aparılmasını, risklərin qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsini və dövlət vəsaitlərindən istifadə üzərində nəzarət mexanizmlərinin gücləndirilməsini təmin edir.

Əməkdaşlıq şəffaflıq və hesabatlılığın gücləndirilməsi, müasir rəqəmsal həllərin paylaşılması və institusional potensialın inkişaf etdirilməsi sahələrində qarşılıqlı fəaliyyət imkanlarını genişləndirir.