Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Mohamad kərimi mərifət oglu Mk***@gmail.com ID: 2371
Asan imza üçün vergidən vaxt almaq istəyirəm.
05/07/2020 Oxunub: 29 Orta qiymət: 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ismayilov Seymur Seyran oqlu Is***@gmail.com ID: 2369
VÖEN-i itirmişəm. Harada və necə bərpa eləmək olar?
05/07/2020 Oxunub: 40 Orta qiymət: 0

Bildiririk ki, vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 15 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının verilməsi üçün sərbəst formada ərizəni elektron qaydada vergi orqanına təqdim edə bilərsiniz. VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə qeydiyyata olduğunuz vergi orqanına müraciət edilməlidir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəsib Muradov ne***@gmail.com ID: 2368
Mənim atamın xəbəri olmadan 2013-cü ildə adına başqa bir şəxs VÖEN açıb. Bu barədə kimə şikayət edək və necə VÖEN-i tapaq?
05/07/2020 Oxunub: 31 Orta qiymət: 5

Bildiririk ki, Dövlət Vergi Xidmətinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi”elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz. Həmçinin bildiririk ki, vergi ödəyicisinin uçotu onun şəxsiyyət vəsiqəsinin məlumatları əsasında və müvafiq ərizə formnası təqdim olunmaqla vergi orqanı tərəfindən həyata keçirilir.

Elektron müraciətinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əsgərli laçın Feyruz oğlu la***@gmail.com ID: 2366
Kiçik sahibkarlıqla məşğulam. Foto xidməti göstərirəm. Ayda 15 manat sadələşdirilmiş vergi ödəyirəm. Heç bir vergi borcum yoxdur, amma hələ də 250 manat konpensasiyanı ala bilməmişəm. Rabitəbankda VÖEN hesabım da var. Lütfən aydınlıq gətirin.
05/07/2020 Oxunub: 72 Orta qiymət: 0

Fərdi (mikro) sahibkar şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Elektron müraciətinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfər Nur Mahir ce***@gmail.com ID: 2365
Salam. Sizə dünən şirkət işçilərinin icazəsi barədə sorğu göndərmişdim. Bir neçə nömrə verdiniz əlaqə saxlamaq üçün amma heç biri cavab vermir! Kuryer fəaliyyəti kimi qeydiyyata alınmış şirkətdi (MMC). Portalda əmək müqaviləsi vasitəsilə icazə alma imkanının yaradılmasını tələb etmişdim və yenə edirəm!
04/07/2020 Oxunub: 37 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsayev Elman Ağarza el***@yandex.ru ID: 2364
Nərimanov r. Bünyadzadə küç, 17 yerləşən Bazarstore mağazasından 21.06.2020 tarixində saat 18:06 çek aldım (Gəbz №156). Alış-verişin məbləqi 48,87 manat (ƏDV 6,55 manat). Amma çek yarandığı andan 13 gün kecdi, edvgerial.az saytında tapılmadı.
04/07/2020 Oxunub: 32 Orta qiymət: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur.
Həmçinin, Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri bu məqam olar bilər.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəşad Mədətxanov Mədətxan ar***@mail.ru ID: 2363
Sərham marketde artıq neçə aydır fiksal kodsuz çekler verilir, ədvgerial-dan istifade etmək olmur. Mənə yaxın olduğu üçün alış verişimi ordan edirem və mən ədvgerial-dan istifadə edə bilmirəm.
04/07/2020 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Müraciətinizdə qeyd olunan vergi ödəyicisi ƏDV ödəyicisi olduğu halda, həmin mağazada yeni nəsil  kassa aparatı quraşdırılması təmin edilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 58.7-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Babakişiyev Tərlan Mollaməhəmməd ta***@gmail.com ID: 2362
Salam. Asan imzanı təsdiq etmək üçün onlayn növbə nə vaxt götürə bilərəm?
04/07/2020 Oxunub: 31 Orta qiymət: 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Namazov Natiq Məhəmməd Na***@gmail.com ID: 2361
Salam. 23.05.2020 tqrixdə aldığım məhsulun çekini qeydiyyatdan keçirtdim. Gözləyən statusuna keçdi. Bir ay tamam olduqdan sonra ləğv olunan statusuna keçdi və ƏDV mənə qaytarılmadı. Bu barədə hara müraciət etməliyəm? 196-ya yoxsq 195-ə?
04/07/2020 Oxunub: 29 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Huseynoc Yasar za***@mail.ru ID: 2359
Asan imza sertifikatı almaq üçün necə müraciət edə bilərəm?
03/07/2020 Oxunub: 35 Orta qiymət: 0

Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Dövlət Vergi Xidmətinin  Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

Əsas: Vergi Məcəlləsinin 33-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Azad Qurbanov Isa oğlu az***@mail.ru ID: 2357
Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə onlayn bəyannəmə verə bilmirəm. 2020-ci il nəzrdə tutulmayaib sistemdə.
03/07/2020 Oxunub: 54 Orta qiymət: 5

Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İkram Tomarlı ik***@gmail.com ID: 2355
ƏDV ilə bağlı geri qaytarılmalı məbləğ 59 manat ve 70 manatdır və çekin çap edilməsindən 30 gün keçməyinə baxmayaraq ƏDV geri qaytarılmır.
03/07/2020 Oxunub: 27 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədov Nicad Tarif Nm***@mail.ru ID: 2354
Salam. Övladımın 1-yaşı olur, amma 200-m süd pulunu almaq üçün Xırdalan, Şamaxı qaynar xətlər mənə bir cavab vermir ki, nə edim? Əbədiyaşar ulu öndər Heydər Əliyevin banisi olduğu və ali baş komandan cənab İlham Əliyevin başçısı olduği Azərbaycan qanunlarına sığınaraq böyük ümid edirəm, mənə cavab verəcəksiniz.
03/07/2020 Oxunub: 30 Orta qiymət: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elton Quliyev ac***@gmail.com ID: 2127
Salam. Mənim sualım İcarə haqqlarından ödənilən ÖMV vergilərinin azaldılması ilə bağlıdır. İcarə müqaviləsində icarə haqqı 1628 manat yazılmışdır, lakin icarəçiyə aylıq ödəməmiz 1400 manatdır, 14% nəzərə alaraq icarə müqaviləsində məbləğ 1400+14% qeyd edilmişdir. Bilmək istərdim ki, 7% ödədiyimiz təqdirdə icarəçiyə 1400 ödəməyə davam edə bilərikmi, çünki razılıq 1400 manatla olmuşdur. Buna aydınlıq gətirməyinizi xahiş edirəm.
03/07/2020 Oxunub: 161 Orta qiymət: 5

Bildiririk ki, əmlak icarəsindən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu haqda vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

Həmçinin, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Eyni zamanda, vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. 

İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Qeyd olunanlara əsasən tərəflər arasında icarə haqqının məbləği, müddəti və digər şərtlərinin dəyişdirilməsi icarə müqaviləsinə dəyişiklik edilməsi yolu ilə həyata keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 1.1-ci, 99.3.3-cü, 124-cü, 222.5-ci və 224.6-cı maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Azər Məmmədov Kəramət az***@gmail.com ID: 2350
Salam. 2020-ci il ərzində cari vergi ödəmələrinin hesablanması haqqında arayış mütləq təqdim edilməlidir yoxsa 2020-ci il üçün həmin arayışın təqdim edilməsi təxirə salınıb? Fərdi sahibkar kimi mən rüblük olaraq vahid bəyannaməni təqdim etsəm olarmı?
03/07/2020 Oxunub: 70 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən şəxslərə Məcəllənin 151-ci201-ci maddələrinə uyğun olaraq cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir.

Digər vergi ödəyiciləri tərəfindən cari vergi ödəmələri ümumi qaydada vergi orqanına təqdim edilməli və ödəmələr həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 151-ci222.5-ci  223-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
CHINARE ta***@gmail.com ID: 2126
Salam. Mən bakalavr pilləsini “Metrologiya , Standartlaşdırma və Sertifikasiya” mühəndisliyi üzrə, magistratura pilləsini MBA proqramının “Biznesin təşkili və idarə olunması“ ixtisası üzrə bitirmişəm. Vergilər Nazirliyinə işə qəbulla bağlı müraciət edə bilərəm?
03/07/2020 Oxunub: 77 Orta qiymət: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmayl Məmmədli İlqar is***@inbox.ru ID: 2349
Salam, mən may ayının 190 manatını ala bilmirəm. Neçə aydır ora-bura göndərirlər. Xahiş edirəm köməklik göstərin.
03/07/2020 Oxunub: 29 Orta qiymət: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zülfüqarov Rəhman Lətif oğlu. sa***@mail.ru ID: 2104
Yazıb xahiş edirəm mənim işimi vergi idarələri nə üçün get gələ salıblar. Mən 2009-a qədər sadələşmış vergi ödəyicisi idim. Həmin vaxt müraciət etdim ƏDV-ödəyicisi oldum. Onda bu məsələ ani bir surətdə oldu. Lakin, rəhbəri olduğum Sakit MMC-nin sadələşmiş vergi olması üçün dəfələrlə müraciət etsəm də, sadələşmişə keçirmirlər. Bu necə olur, Sadələşmişdən ƏDV-yə ildrım sürəti ilə keçmək olur. Ancaq, ƏDV-dən sadələşmişə keçmək olmur. Bu hansı qanunda görülüb? Ədv-nin ucbatından biz xırda işlərdə götürə bilmirik və acından ölürük. Bunun ucbatından 4-ildir biz Sakit MMC-nin fəaliyyətinidə dayandırdıq. Çün ki iş yox və hər ay hesabat ver. Bu qədər haqsızlığı biz kimə yazaq? Xahix edirik, bizim təşkilatı Sadələşmiş vergi ödəyicisi kimi qeydə alasınız, bəlkə biz də iş tapıb işləyə bilək. Əvvəlcədən təşəkkür edirik. VÖEN 1200294871.
03/07/2020 Oxunub: 165 Orta qiymət: 5

Bildiririk ki, ƏDV məqsədləri üçün qeydiyyatın qüvvəyə minməsi və qeydiyyatın ləğv edilməsi Vergi Məcəlləsinin XI fəsli ilə tənzimlənir.

ƏDV məqsədləri üçün qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:

Məcburi qeydiyyat zamanı - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə;
bir əqd və ya müqavilə üzrə ƏDVyə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək.
Könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə.

Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Bununla yanaşı vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Qeyd edilənlərə əsasən vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı ərzində (fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını müvəqqəti olaraq dayandırdığı aylar da daxil olmaqla) 100.000 manatdan çox olmadığından ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edilməklə Vergi Məcəlləsinin 158.2-ci maddəsinə uyğun olaraq ƏDV qeydiyyatı ləğv edilir.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Guldana gu***@gmail.com ID: 2108
Azərbaycan Respublikasında fəaliyyət göstərən rezident müəssisəyə qeyri-rezident tərəfindən göstərilən xidmətə tətbiq edilən ÖMV əməliyatın həyata keçirildiyi gün Mərkəzi Bankın rəsmi mübadilə məzənnəsi ilə yoxsa qeyri-rezidentə ödəniş edilən gün MB rəsmi mübadilə məzənnəsinə uyğun olaraq hesablanır?
03/07/2020 Oxunub: 98 Orta qiymət: 0

Bildiririk ki, eyniməzmunlu müraciətiniz səhifəmizdə cavablandırılmışdır. Cavabla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Əlibala Sərxan al***@inbox.ru ID: 2132
2019 cu ildə vergi ödəyici olmuşam. Bankda hesabım var, hal hazırda da Vöen aktivdir. 11.12.2019 ildə ödədiyim vergi- Kapital bank tərəfindən (13 cü xəta) üzündən sistemə oturmayıb. Bu haqda heç bir məlumat verilməyib. Baxmayaraq ki, illik vergi hesabati vermişəm. Bu barədə 5 sayli Vergi orqanına 27.04.2020 ci ildə müraciət mətkubu göndərmişəm.onlarda 04.06.2020 ci ildə məktuba cavab olaraq( 11.12.2019cu il tarixdə ödədiyiniz 33.60 vergi məbləği yerli xəzinədarlıq orqanına 15.05.2020 ci il tarixdə mədaxil olmuş və tərəfimizdən şəxsi hesab vərəqənizə işlənməsi təmin edilmişdir. Odur ki. fərdi sahibkarlara maliyyə dəstəyi üzrə elektron formada müraciətiniz mümkün olmamışdır.) Xahiş edirəm yardımla bağlı müraciət etməyimə kömək edəsiniz. Vöen 7001563152 5 sayli vergi idarəsinə göndərdiyim məktublarda bütün qəbzlər, kapital bankın arayışı, sənədlərin şəkli var.
03/07/2020 Oxunub: 59 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. Müraciətinizi elektron qaydada səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver: