Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Gəray Rüstəmov xo***@rambler.ru ID: 2532
Salam. VMF dükanından alınan qol saatına görə təqdim edilmiş AX2JL2Mbx3PX fiscal id-li çeki edvgerial.az səhifəsində ƏDV-nin geri alınması məqsədilə əlavə etmişdim, lakin çek qəbul olunmayıb, səbəbini bilmək olar?
17/07/2020 Oxunub: 32 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Emil em***@inbox.ru ID: 2528
Salam, mən iqtisad üzrə fəlsəfə doktorantıyam, nöbvəti aylarda elmi dərəcə almaq iddiasındayam. 10 il elmi - pedaqoji stajım var. Respublikanın müxtəlif ali təhsil müəssisələrində "iqtisadiyyat və idarəetmə" ixtisasları üzrə tədris aparmış, müəllim, baş müəllim kimi fəaliyyət göstərmişəm. Sizin tədris mərkəzində də müvafiq ixtisaslar üzrə təlim aparmaq, çalışmaq istəyərdim.
16/07/2020 Oxunub: 59 Orta qiymət: 0

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı məsələlərin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə qurmaqla) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fuad Səlimov Fariz re***@mail.ru ID: 2527
Salam. Sadələşdirilmiş vergi mənfəət vergisinin bir formasıdır? Zəhmət olmasa geniş cavab verərdiniz.
16/07/2020 Oxunub: 60 Orta qiymət: 5

Bildiriririk ki, sadələşdirilmiş vergi rejimi hüquqi şəxslər üçün mənfəət vergisinin, fiziki şəxslər üçün isə gəlir vergisinin alternativi hesab olunur. Sadələşdirilmiş verginin ödəyiciləri haqda müddəalar Vergi Məcəlləsinin 218-ci maddəsində qeyd olunmuşdur. Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər, həmçinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Mənfəət (gəlir) vergisinin ödəyiciləri gəlirlərindən xərclərini çıxmaqla 20 faiz dərəcə ilə vergi ödəməli olduqları halda, sadələşdirilmiş vergi ödəyiciləri xərclər nəzərə alınmadan əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə vergi ödəyirlər.

Bundan başqa,  Vergi Məcəlləsinin 218.4-cü maddəsində qeyd olunan fəaliyyət növləri yuxarıda qeyd olunanlardan asılı olmayaraq, yalnız sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilərlər. Vergi Məcəlləsinin 218.5-ci maddəsində qeyd olunan vergi ödəyicilərinin isə, sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmur.

Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.

Əsas: Vergi Məcəlləsinin IX, X, XI və XVII fəsilləri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Eldar Mammadov Ramiz me***@yahoo.com ID: 2526
Salam. Mən 11.07.2020 / 11:30:23 "Optimal Electronics" dan nağdsiz ödəniş ilə mobil telefon almışam, alış zamanı verilən kassa aparatının QR kodu bir bank mobil vasitəsi ilə tapilmir, fiskal kodu (************) daxil etdikde isə kodu mövcud olmadiğini yazır. Barkodun oxunması zamanı səhvə yol verilməsi mümkün deyil. (obyektin kodu 1303450301-14011, NMQ qeydiyyati 0000017802) xahis edirik köməklik göstərəsiniz.
16/07/2020 Oxunub: 49 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hikmət Baxşiyev Filağa bh***@mail.ru ID: 2525
Salam. ƏDV 18% geri almaq istəyirəm, yazır bu şəxs ƏDV ödəyicisi deyil. Xahiş edirəm, aydınlaşdırıb mənə cavab verəsiniz. Nəyə görə bizi aldadıb, huquqlarımızı pozursunuz. Bizi dolamağa heç kimin haqqı yoxdur. Nazirliyə yazılı şikayət eləyəcəm.
16/07/2020 Oxunub: 34 Orta qiymət: 0

Bildiririk ki, ƏDV ödəyici olmayan satıcılar tərəfidən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyeva Xoşqədəm Əsbəndiyar qızı. il***@mail.ru ID: 2256
Salam. Mən bilmək istərdim mənim vöen aktivdir yoxsa passiv. Qeydiyyat N (vöen) 1003561022. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
16/07/2020 Oxunub: 169 Orta qiymət: 0

16 iyul 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Əliyeva Xoşqədəm Əsbəndiyar qızının (VÖEN 1003561022) fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rafael Quliyev Qulu oğlu ra***@hotmail.com ID: 2522
Salam! Mən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət sahəsi dəmir yolu nəqliyyatı vasitəsi ilə beynəlxalq yük daşımaları olan şirkət təsis etmək istəyirəm. Daha dəqiq şəkildə izah etsəm, misal olaraq, təsis edəcəyim rezident “A” şirkəti “B” şirkətindən (rezident və ya qeyri-rezident) dəyəri 100 AZN təşkil edən sifarişi alır, “B” şirkəti “A” şirkətinə 100 AZN köçürür. Bu halda “A” şirkəti 100 AZN-dən 5 AZN-ni özünə xidmət haqqı saxlayaraq 95 AZN-ni “C” şirkətinə işi görməsi üçün köçürür. “C” şirkəti işi ölkə sərhədləri xaricində görür və “C” şirkəti işi gördüyü ölkədə, həmin ölkəyə məxsus vergi və digər ödənişlərini edir. İşi görən “C” şirkəti olur, “A” şirkəti sifarişi “B” şirkətindən alaraq “C” şirkətinin vasitəsilə görür. Sual: 1. Bu halda "A” şirkəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Ödəmə mənbəyində vergi öhdəliyi daşıyırmi? Xahiş edirəm yaranan vergi öhdəliyini və verilən sualın izahını ətraflı izah edəsiniz və cavabı həm onlayn, həm də yazılı olaraq poçt vasitəsilə aşağıda qeyd olunan ünvana göndərəsiniz. Yardımınız üçün öncədən təşəkkürümü bildirirəm!Ünvan: Binəqədi rayonu, Xutor qəsəbəsi, Yavər Həsənov küçəsi Ev 12. Hörmətlə Rafael
15/07/2020 Oxunub: 114 Orta qiymət: 5

Qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Həmçinin, sorğunuzda qeyd olunan rezident müəssisə tərəfindən vasitəçilik xidmətinin göstərilməsi, tərəflər arasında bağlanmış müqavilə və digər ilkin uçot sənədlər vasitəsilə təsdiqini tapdığı halda, əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Əlavə olaraq bildiririk ki,“Sual-cavab” bölməsinə daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin ünvanına və ya elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 125.1.4-cü, 165-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cəfər Qurbanov Səfər ce***@mail.ru ID: 2521
Salam, dünən və bugün ƏDV üçun çek daxil etdim yazılır tapılmadı. Xahiş edirəm köməklik edin.
15/07/2020 Oxunub: 37 Orta qiymət: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mehdiyev Ramin Məhəmmədtahir oğlu ra***@mail.ru ID: 2520
Salam, müraciətim ondan ibarətdir ki, edvgerial.az saytından qeydiyatdan keçmişəm. Çekin fiskal nömrəsini də daxil etmişəm, amma 1 ay yarımdan sonra çek ləğv olunur. Səbəbini bilmək istəyirəm ki, niyə belə olub?
15/07/2020 Oxunub: 44 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ayaz Mütəllimov Əlibəy m.***@mail.ru ID: 2518
Kart hesabıma Vergilər Nazirliyi tərəfindən məhdudiyyət qoyulub, hesabda olan pulu köçürmə və ya çıxarmaq mümkün deyil.
15/07/2020 Oxunub: 59 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər Vergi Məcəlləsinin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə, yəni borc bildirişinin gəldiyi tarixdən 5 gün ərzində ödənilmədikdə kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə alınma barədə sərəncam göndərilir.

Vergi borcu vergi orqanının hesabladığı vergilər üzrə olduqda və 5 gün ərzində ödənilmədiyi halda isə, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Müraciətinizdə qeyd olunan halın araşdırlıması üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kərimov Mehman Məhəbbət me***@gmail.com ID: 2517
Salam. Mən öz adıma olan VÖEN-i birdəfəlik ləğv etmək istəyirəm. Lakin VÖEN-imin kodunu itirmişəm. Bu halda nə etməliyəm? VÖEN-i ləğv etmək üçün hara müraciət etməliyəm?
14/07/2020 Oxunub: 57 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülnaz Rzayeva um***@gmail.com ID: 2516
Salam. Xahiş edirəm mənə kömək edin. Mən marketlərdən alış-veriş etdiyim çeklərin ƏDV daxil etmişəm telefondan keçdiyim proqram vasitəsi ilə. Orada 364 AZN ödəniş gostərdi, yəni geri ödəniş onun 190 manatı sistemdədi, 174 AZN yoxdur. Çox xahiş edirəm mənə kömək edin.
14/07/2020 Oxunub: 56 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hacızadə Hikmət Mobil oğlu hi***@mail.ru ID: 2515
Salam mən Azercell dən asan nömrə aldım amma Asan sertifikat lazmdır və Asan xidmətdə növbəyə düşə bilmirəm. Bilmək istyrəm hara necə müraciət edə bilərəm. Xaiş edirəm cavab yazasınız vəya zəng edəsiniz.
14/07/2020 Oxunub: 48 Orta qiymət: 5

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə qabaqcadan onlayn növbə tutmaqla müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Belə ki, 12 may 2020-ci il tarixindən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nəcəfov Göygöz Mürşüd oğlu ne***@gmail.com ID: 2513
İcazənin alınması.
13/07/2020 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə icazələrin alınması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, səhifəmizdə bununla bağlı xüsusi bölmə yaradılmışdır. İcazələrin alınması ilə bağlı qanunvericilik aktları, fəaliyyət kodları, müraciətin edilməsi qaydası, ən çox verilən suallar, o cümlədən icazələrin alınması ilə bağlı video şərhlə həmin bölmədən tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüqar Musayev Akif vu***@gmail.com ID: 2512
Salam! 15.05.2020-ci il tarixdə ƏDV gerial çərçivəsində 2000 (iki min) manat dəyərində onlayn alış-veriş etmişəm. Qanuna uyğun olaraq ƏDV-nin 15% geri qayıtmalı halda geri alma ləğv olunub. Xahiş edirəm araşdırıb məlumat verəsiniz.
13/07/2020 Oxunub: 50 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Farid Novruzov ur***@gmail.com ID: 2508
Salam. Fiscal ID:HZvqmspohbJq 05.06.20 tarixində edvgerial kabinetinə yükləmişdim, amma 30 gün keçdi, baxdım çek ləğv olunub. Sualım nə əsasla ləğv olunub? ƏDV niyə qaytarılmır?
13/07/2020 Oxunub: 39 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Musayev Pərvin İmran pe***@gmail.com ID: 2507
Salam. Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi fəaliyyətini dayandırdıgı dövrədək vergi orqanına bəyannamə verməlidirmi? Verməlidirsə, hansı bəyannaməni və hansı tarixə qədər verilməlidir? Nəzərnizə çatdırım ki, müəssisə hüquqi şəxsdir və mənfəət vergisi ödəyicisidir. Öncədən Təşəkkürlər.
13/07/2020 Oxunub: 67 Orta qiymət: 0

Bildiririk ki, mənfəət vergisi ödəyicisi olan hüquqi şəxslər  Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, həmin şəxslər hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nı təqdim etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 149.3-cü maddəsi, Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydası. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cahid Məmmədov Vaqif oğlu m.***@gmail.com ID: 2505
Salam. Mənim sualım dondurulmuş VÖEN-nin yenidən aktiv edlməsi ilə bağlıdır. Bunun üçün hansı sənədlər lazımdır və nə qədər müddətə aktiv edilir?
13/07/2020 Oxunub: 45 Orta qiymət: 5

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi Youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Seymur Yusifli se***@hotmail.com ID: 2503
Salam Hörmətli Vergi Xidməti əməkdaşları. Bildiyiniz kimi hazırda ikinci rüb üçün vergi və sosial hesabatlar vaxtıdır. Çox təssüf ki, onlayn sosial hesabat vermək üçün öz kabinetimdə 2020-ci ili seçmək mümkün deyil. Vergilər Xidmətinin 195-1 Çağrı Mərkəzi zənglərimizə cavab vermir. Uzun-uzun telefonda gözlədib pullarimiz silinir. Əvvəllər bu xidmət çox yaxşı işləyirdi və son bir neçə rübdür çox qeyri-effektiv işləyir. Müraciətdən 15-20 gün sonra zəng edib soruşurlar ki siz filan vaxt zəng etmişdiniz, nə lazım idi, Belə də çağrı mərkəzi olar? Mənə lazım olan məlumatı həmin vaxt almadıqdan sonra 15-20 gün keçdikdən sonra nə əhəmiyyəti var bu xidmətin, Xahiş edirəm bu pandemiya vaxtı insanların evdən çölə çıxmaqla bağlı ciddi çətinliklərinin olduğu vaxtda bu xidməti gücləndirəsiniz. Əlavə işçi götürün, yeni nömrələr alın ki biz vergi ödəyiciləri normal xidmət görə bilək. Dost-tanışdan öyrəndiyimə görə Sosial hesabat sistemi hazırda işləmir. Mən gəlir vergisi ödəyicisiyəm və İyulun 15-də hesabat vaxtı bitir. İndi biz nə etməliyik. iki həftədir hesabat verməyə çalışırıq amma sistem buna imkan vermir. 195-1 Çağrı Mərkəzindən də kömək mümkün deyil. İndi biz nə etməliyik, Ayın 15-nədək biz hesabatı verə bilməsək bizə cərimə tətbiq ediləcəkmi? Müştərilərə xidmət mərkəzlərində də 5-7 saat gözləməli oluruq. İndi isə deyirlər bir gün əvvəl növbə götürüb gəlməlisən. Bu qədər işləri niyə çətinləşdirirsiz? İkinci sualım isə sosial ödəmə bölməsində əvvəllər artıq ödədiyim 268 manat bölüşdürülməmiş xərc kimi qalır. Mən indi aylıq ödəniş etməsəm həmin artıq ödəmədən mənim sosial xərcim çıxılacaqmı? Xahiş edirəm dəstək olun Vergi Ödəyicisinə və bizə cavab verin. Hörmətlə, Seymur Yusifli
13/07/2020 Oxunub: 99 Orta qiymət: 0

Birinci sualınızla əlaqədar olaraq bildiririk ki, Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək, yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

Həmçinin bildiririk ki, Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılmışdır və iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür. Vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.

İkinci sualınızla bağlı bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödədiyiniz vəsaitləri məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə aid edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydası. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mətləb Mursalov Şamil mu***@gmail.com ID: 2502
Salam. Adıma qeydiyyatda olan VÖEN hesabını ləğv etmək istəyirəm. Bunu onlayn necə etməliyəm? Zəhmət olmasa geri bildirim edəsiniz.
13/07/2020 Oxunub: 28 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver: