Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Elçin Məmmədov – 02.06.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Təhsil aldığı universitet və ixtisası: Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (hal-hazırda Azərbaycan Dövlət İqtisad Universiteti), iqtisadçı.

Əmək fəaliyyəti: 1990-cı ildən 1997-ci ilədək Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi vəzifələrini tutmuşdur.

1997-ci ildən 2002-ci ilədək Baş Dövlət Vergi Müfəttişliyində şöbə rəisi, daha sonra Vergilər Nazirliyinin İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələrlə iş üzrə baş idarəsində şöbə rəisi vəzifələrini tutmuşdur.

2002-ci ilin aprel ayından həmin ilin dekabr ayınadək Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəis müavini təyin edilmişdir.

2002-ci ilin dekabr ayından 2016-cı ilin fevral ayındak Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2016-cı ildən 2018-ci ilədək vergilər nazirinin müşaviri vəzifəsində çalışmışdır.

2018-ci ildən 2020-ci ilədək vergilər nazirinin müşaviri – Vergi ödəyicilərinə xidmət departamentinin rəisi vəzifəsində çalışmışdır.

2019-cu ilin may ayında Vergi ombudsmanı təyin edilmişdir.

12 may 2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müşaviri – Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır.