Səbuhi Əhliyyətli – 25.03.1993-cü ildə Ağdam rayonunun Qızıllı Kəngərli kəndində anadan olmuşdur.
Təhsil aldığı universitet və ixtisası: Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr və Bank işi ixtisası üzrə magistr təhsili almışdır, iqtisadçıdır.
Əmək fəaliyyəti: 2017-ci ilin mart ayından 2019-cu ilin sentyabr ayına kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.
2019-cu ilin sentyabr ayından 2024-cü ilin 4 sentyabr tarixinədək Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışmışdır.
2024-cü ilin sentyabr ayından 2025-ci ilin 15 may tarixinədək Vergi ombudsmanı xidməti baş idərəsinin Proseslərin təhlili şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.
15 May 2025-ci il tarixdə Vergi ombudsmanı xidməti baş idərəsinin Keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır.