Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dünya üzrə kommersiya qeydiyyatçılarının 60-a yaxın qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İnnovasiya Mükafatına layiq görülüb.
Ətraflı məlumat
MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclasının protokolunun icrası məqsədilə Rusiya Federal Vergi Xidməti tərəfindən “Avrasiya vergi həftəsi” beynəlxalq elmi-praktik konfransı çərçivəsində MDB dövlətlərinin vergi xidmətləri, MDB İcraiyyə Komitəsi və Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin birgə iştirakı ilə “MDB-yə üzv dövlətlərdə rəqəmsal aktivlərin vergitutmasının aktual problemləri” mövzusunda videokonfrans formatında seminar-praktikum keçirilib.
Ətraflı məlumat
FİN kod + mobil nömrə ilə qeydiyyat prosesinin təsviri.
Ətraflı məlumat
COVID-19 qaydalardan və qaydalara riayət edənlərdən qorxur. Sahibkarlıq fəaliyyətinizdə yeni həyat tərzinə uyğunlaşın.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi, o cümlədən vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasının daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması ilə bağlı elektron müraciətlərin tərtib edilməsi” barədə videotəlimat hazırlanıb. Bu videoçarx ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması üçün müvafiq elektron ərizənin onlayn qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsinə sərf olunan müddətin müəyyən edilməsi məqsədilə hazırlanıb.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və sığorta haqları üzrə vahid bəyannamənin (hesabat)” tərtib edilməsi və göndərilməsi barədə videotəlimat hazırlanıb. Bu videoçarx vahid bəyannamənin onlayn tərtib olunması və ona sərf edilən müddəti əks etdirir.
Ətraflı məlumat
2021-ci ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.231.572 vergi ödəyicisinin 87,7 faizi fiziki, 12,3 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 161.080 vahid (115,1 faiz) artıb ki, bunun da 94,5 faizi fiziki, 5,5 faizi hüquqi şəxslərin hesabınadır.
Ətraflı məlumat
Ərzaq təhlükəsizliyi cəmiyyətin sağlamlığı üçün ən mühüm anlayışlardan biridir. Bu prinsipin təmin edilməsində ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin, yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması və ərzaq məhsullarının qiymətlərinin məqbul səviyyədə saxlanmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Ətraflı məlumat
Martın 17-də İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının illik iclası keçirilib. Biznes nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun Palatanın ötənilki fəaliyyəti, İsrail dövləti və Azərbaycan Respublikası arasında ticarət, humanitar və digər sahələrdə əlaqələrin inkişafına yönəlik tədbirləri, 2021-ci ilə dair planları barədə məlumat verib.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin iyerarxiyasına yeni "alt səviyyə" əlavə edilib. Alt səviyyə mövcud olan hər bir 5 rəqəmli fəaliyyət növünə 7 rəqəmli alt fəaliyyət növləri əlavə edilməklə yaradılıb.
Ətraflı məlumat
Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra mühüm dəyişiliklər edilib. Məcəllədə aksiz marka və dərəcələrinə də geniş yer verilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sözügedən dəyişiklikləri AZƏRTAC-a şərh edib.
Ətraflı məlumat
Martın 16-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.
Ətraflı məlumat
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə daha ciddi və kəskin xarakter alıb, ölkədə sistem xarakterli institusional islahatlar geniş şəkildə həyata keçirilməkdədir. Dövlət vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq sahə üzrə hüquqi təbliğat materiallarının hazırlanması, təlim və treninqlərin keçirilməsinə xüsusi diqqət yetirilir.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istehlak bazarında aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birgə vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Ətraflı məlumat
Martın 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarına işə qəbulla bağlı sayca 17-ci test imtahanını keçirib.
Ətraflı məlumat
Yeni biznesini qeydiyyatdan keçirmək istəyən sahibkarları, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyetlərini elektron dövlət qeydiyyatı sistemindən daha çox istifadəyə təşviq etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar təşkil olunacaq.
Ətraflı məlumat